Fesil indd



Yüklə 185,11 Kb.
səhifə6/8
tarix25.06.2018
ölçüsü185,11 Kb.
#51669
1   2   3   4   5   6   7   8

171

ması  halına  deyilir.  Bəşəriyyətimiz  tarix  boyu  müxtəlif  növ  epidemiyalardan 

əziyyət çəkmiş, milyonlarla insan bunun nəticəsində ölmüşdür. 20-ci əsrə qədər 

qlobal epidemiyaların həcmi daha böyük olmuş və daha çox insan arasında ya-

yılmışdır. İllər keçdikcə tibbin və texnologiyanın inkişafı nəticəsində dünyada 

yayılan xəstəliklərin qarşısı daha tez müddətə və böyük iz buraxmadan alınır. 

Buna baxmayaraq, hal-hazırda qrip və İİV/QİÇS xəstəliyi də daxil olmaqla bəzi 

xəstəliklərin tam yoxa çıxarılması mümkün olmamışdır.

İnfeksiyon xəstəliklərin epidemiyası insanlarda ekoloji dəyişikliklər, daşıyı-

cıların sayının artması, parazitlərin genetik olaraq dəyişməsi və parazitlərin yeni 

əhali qrupları arasına gətirilməsi səbəbindən baş verir. Bu hallar adətən əhalinin 

həmin parazitə qarşı immunitetinin zəif olduğundan baş verir. Epidemiyanın ya-

yılmasına  kömək  edən  amillər  əsasən  infeksiyanı  daşıyan  qida  məhsulları  və 

içməli su, infeksiyaya yoluxmuş bəzi heyvanların və həşəratların miqrasiyasıdır. 

Bəzi epidemiyalar fəsildən asılı olaraq yayılırlar, məsələn göy öskürək yazda, 

qızılça qışda və mart ayında, qrip və soyuqdəymə isə əsasən qışda baş verir.

Epidemiya adətən bir ərazidə və ya ölkədə baş verir. Əgər bu digər ölkələrə 

və qitələrə yayılırsa və daha geniş əhalini əhatə edirsə bunu pandemiya da ad-

landırmaq olar. Dünyada tarix boyunca geniş yayılmış pandemiyalara İİV/QİÇS 

xəstəliyi, vəba, qrip, yatalaq, qızılça, vərəm, malyariya və digərlərini nümunə 

gətirmək olar.

Dünyada yayılmış epidemiyalar insanların sağlamlığına çox böyük zərər ve-

rir, hətta erkən ölümlərə səbəb olur. Təkcə İİV/QİÇS xəstəliyinə nəzər yetirsək 

görərik ki, bu bəladan bütün dünya ölkələri əziyyət çəkməkdədir. 2011-ci ilin 

sonuna aid məlumata görə dünyada 34 milyon insan İİV virusu ilə yaşayır. Af-

rikanın  cənubunda  yerləşən  ölkələrdə  bu  vəziyyət  daha  da  acınacaqlıdır.  Bu 

ölkələrdə təxmini olaraq 20 nəfərdən birində (4.9%) İİV virusu vardır. Afrika-

dan sonra daha geniş yayılmış ərazilərə Karib ölkələri, Şərqi Avropa və Mərkəzi 

Asiya daxildir. 2011-ci ildə bu virus nəticəsində ölümlərin sayı 1.7 milyon ol-

muşdur.


6.3.3

Reproduktiv sağlamlıq, ana və uşaq sağlamlığı

Qadın və uşaq sağlamlığı dünyada sosial rifahın və insan inkişafının ən va-

cib məqamlarından biridir. Buna baxmayaraq, qadın və uşaqlar qarşısı alınabilən 

xəstəliklərdən əziyyət çəkir və bəzən dünyalarını dəyişirlər. Hamiləlik və uşaq 

dünyaya gətirmək dünyada ən yaxşı hisslərdən biri olduğu kimi, bəzi hallarda 

bu, əlavə stress, sağlamlıq problemləri və ölümə gətirə bilər. Qadınların gənc 

yaşlarından tutmuş hamiləlik, uşaq doğumu və analıq müddətinədək olan həyat 

səviyyəsi uşaqların da həyatına birbaşa təsir edir. Ona görə ana sağlamlığı və 

qadınların reproduktiv sağlamlıq xidmətlərinə əlçatanlığı çox vacibdir.



172

Reproduktiv  sağlamlıq  insanların  yaşaması  və  nəsil  artırması  üçün  lazım 

olan  ən  vacib  qlobal  məsələlərdən  biridir.  Reproduktiv  sağlamlıq  insanların 

təhlükəsiz və qəbul olunan vasitələrdən istifadə etməklə doğuşu planlamaq və 

sağlam uşaq dünyaya gətirmək anlamına gəlir. Ümumdünya Səhiyyə Təşkilatına 

əsasən reproduktiv və cinsi xəstəliklər qadınlar arasında 20%, kişilər arasında 

yayılan xəstəliklərin 14%-ni təşkil edir.

Dünya ölkələri və beynəlxalq təşkilatlar reproduktiv sağlamlığın insan in-

kişafında ən vacib məqamlardan biri kimi hesab edirlər. Reproduktiv sağlamlıq 

Minilliyin İnkişaf Məqsədlərində 5-ci hədəf kimi qarşıya qoyulmuşdur. Buna 

baxmayaraq  ÜST-ün  məlumatına  görə  bu  sahədə  inkişaf  hələ  də  arzuolunan 

səviyyəyə gəlib çatmamışdır. Bu, özünü Afrika ölkələrinində daha çox göstərir. 

Afrika ölkələrinin çoxunda hələ də uşaq planlaşdırmaq üçün kontraseptiv me-

todlardan istifadə olunmur. Dünyada azyaşlılar arasında hamiləlik hələ də yuxarı 

səviyyədə qalmaqdadır. 2007-ci ildə 15-19 yaşlı 1.000 nəfər qıza 52 hamiləlik 

düşmüşdür,  bu  da  2000-ci  ildəki  55  hamiləlikdən  çox  az  irəliləyiş  deməkdir. 

Cənubi Afrikada yerləşən ölkələrdə azyaşlılar arasında doğum göstəricisi dün-

yada ən çoxdur.

2008-ci  ildə  təxmini  olaraq  358.000  qadın  hamiləlik  və  doğuş  zamanı 

ağırlaşmalar nəticəsində dünyasını dəyişmişdir. Maraqlı burasıdır ki, bu halla-

rın 99%-i inkişaf etməkdə olan ölkələrdə baş verib. 1990-2008-ci illər arasın-

da ana ölümləri cəmi 2.3% azalmışdır, bu isə 2015-ə qədər Minilliyin İnkişaf 

Məqsədində olan 5.5% planlaşdırılmış rəqəmdən çox uzaqdır. Bu rəqəmlər isə 

müxtəlif beynəlxalq təşkilatları narahat edir və bu prosesi sürətləndirmək üçün 

bir çox əlavə dəstək proqramları hazırlanmaqdadır. Bu sahədə əsas dəstək ailə 

planlaşdırılması  (məsləhət,  xidmətlər  və  təchizat),  hamilə  qadınlara  təcrübəli 

tibbi xidmət, həmçinin doğuş öncəsi xidmət, doğuş zamanı keyfiyyətli xidmət, 

ağırlaşmalar zamanı təcili yardım, doğuş sonrası və abort xidmətləri sahəsində 

olunur. 

İnkişaf  etməkdə  olan  ölkələrdə  ana  ölümlərinin  yarısından  çoxunun 

səbəbi doğuşdan sonra olan qanaxmalar və yüksək təzyiqlə əlaqəlidir. Doğuş 

zamanı  ağırlaşmalar,  malyariya  və  İİV/QİÇS  xəstəliyi  ana  ölümünün  digər 

səbəblərindəndir. Bu ölümlərin çoxunun təcrübəli tibb işçisi tərəfindən müvafiq 

alət, dərman və həblər vasitəsilə qarşısı alına bilər. 

Dünyada  uşaq  və  yeni  doğulmuşların  sağlamlığı  həmçinin  narahatlıq  do-

ğuran  məqamlardandır.  5  yaşına  qədər  uşaqların  ölümlərində  28%  azalma 

müşahidə olunsa da bu Minilliyin İnkişaf Məqsədində göstərilən hədəflərə çat-

mır. 67 ölkədə 1.000 doğuşdan 40 və daha artığında uşaq ölümləri müşahidə 

olunur. 

Yeni doğulmuşların ölüm halları uşaq ölümlərinin çox hissəsini tutur, bu, 

2008-ci ilin göstəricisinə əsasən 40% təşkil edir. Yeni doğulmuşların arasında 



Yüklə 185,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə