Fesil indd



Yüklə 185,11 Kb.
səhifə7/8
tarix25.06.2018
ölçüsü185,11 Kb.
#51669
1   2   3   4   5   6   7   8

173

ölüm halları ana ölümlərinin geniş yayıldığı ərazilərə təsadüf edir. Bu da qadın-

ların doğuş zamanı düzgün tibbi xidmət almamasından xəbər verir.

Düzgün  qidalanmamaq  5  yaşına  qədər  uşaqlar  arasındakı  ölümlərin  üçdə 

ikisini təşkil edir. İki yaşına qədər uşaqlar daha çox qidalanmamağa həssas olur-

lar.  Həmçinin  anaların  düzgün  qidalanmaması  az  çəkili  uşaqların  doğulması-

na səbəb olur və yeni doğulmuşların ölüm riskini artırır. Daha kasıb və ucqar 

yerlərdə yaşayan ailələrin uşaqları adətən az çəkili olurlar.



6.3.4

Düzgün qidalanmanın önəmi

Düzgün qidalanmaq dünyada insanların həyatında önəmli yer tutur. Düzgün 

qidalanma dedikdə bədənin normal funksiyası üçün lazım olan enerjinin qida 

vasitəsi ilə alınmasıdır. Qidalanmanın balanslı şəkildə aparılması insan sağlamlı-

ğının əsas meyarlarından biridir. Buna baxmayaraq, dünyada yaşayan hər bir kəs 

düzgün qidalanmır və ya bunu edə bilmir. Bəzi insanlarda yoxsulluq səbəbindən 

qidalanmada  problem  olduğundan,  digərlərində  isə  qidalanma  üçün  resursları 

olduğu halda ondan düzgün istifadə edə bilmir. Düzgün qidalanma ilə bir çox 

sağlamlıq problemlərindən və xəstəliklərdən yaxa qurtarmaq mümkündür.

Düzgün  qidalanmaq  üçün  bədənə  lazım  olan  enerjinin,  mineralların, 

vitaminlərin və digər elementlərin normal qaydada qida ilə qəbul edilməsi la-

zımdır.  Həddindən  artıq  və  ya  həddindən  az  qida  qəbul  etmək  bədəndə  ciddi 

fəsadlar  törədə  bilər.  Normadan  az  qidalanmaq  insanlar  arasında,  xüsusilə  də 

həssas insanlar arsında ciddi sağlamlıq problemləri yaradır. Həddindən artıq qi-

dalanma isə insanlarda yoluxucu olmayan xəstəliklərin artımına gətirib çıxarır 

və tibbi xidmət üçün xərclənən vəsaiti artırır. 

Son 20 ildə dünyada sənayeləşmənin, qloballaşmanın, iqtisadi inkişafın və 

şəhərlərin böyüməsi ilə insanların qida rejimlərində də fərqlilik yaranmışdır. İn-

sanlar həyat səviyyələrini və mühitlərini dəyişdikcə onların qidalanması da bu 

mühitə uyğun olaraq dəyişir. Bu da öz növbəsində inkişaf etməkdə olan və keçid 

dövrü yaşayan ölkələrdə insanların sağlamlığına və qidalanma statusuna öz bö-

yük təsirini göstərir. Həyat standartı və qidaların əlçatanlığı və çeşidi artıqca in-

sanların qidalanma rejimlərində neqativ dəyişmələr baş vermiş, fiziki fəaliyyətlə 

məşğul olmaq azalmış və siqaretdən istifadə artmışdır. Bu vərdişlər və düzgün 

olmayan qidalanma səbəbindən xroniki xəstəliklərin yaranması artmışdır.

Bazarda mövcud olan qida məhsulları təkcə yerli bazarda satılmır, həm də 

artıq  qlobal  bir  məhsula  çevrilmişdir.  Dünya  qida  iqtisadiyyatında  qidalanma 

rejimi  dəyişmiş,  yağla  bol  yüksək  enerjili  qidalar  artmış  və  rafinə  edilməmiş 

karbohidratlar  azalmışdır.  Bu  dəyişikliklər  insanların  oturaq  həyat  keçirməsi 

səbəbindən  enerjidən  istifadəni  azaltmış  və  beləliklə  xroniki  yoluxucu  olma-

yan xəstəliklərin artımına yol açmışdır. Bu xəstəliklərə bir çox inkişaf etmiş və 



174

inkişaf etməkdə olan ölkələrdə bəlaya çevrilmiş həddən artıq piylənmə, diabet 

xəstəlikləri, ürək damar xəstəlikləri, hipertaniya, insult və xərçəng xəstəliyi da-

xildir. 


Düzgün qidalanmamağa əsas səbəblərdən biri dünyanın bir çox ölkələrdinə 

problem olaraq qalan aclıqdır. Aclığın əsas səbəbi insanların normal yaşama-

ları üçün yetəri qədər qida tapmaması və ya onları almaq iqtidarında olmama-

sıdır. Aclıq bir çox ölkələrdə, xüsusən də zəif inkişaf etmiş ölkələrdə başlıca 

problemlərdən birini tutur. 

Dünyada  mövcud  olan  aclıq  bir  çox  beynəlxalq  təşkilatlar  tərəfindən  hər 

zaman  prioritet  olaraq  qalmaqdadır.  Təsadüfi  hal  deyil  ki,  Minilliyin  İnkişaf 

Məqsədlərində birinci hədəf dünyada aclığın və yoxsulluğun aradan qaldırılma-

sıdır. Aclıqla mübarizədə 2000-ci ildən bəri əhəmiyyətli dərəcədə inkişafa nail 

olunmuşdur.  

Aclıqla  mübarizədə  xüsusilə  qadın  və  uşaqlara  diqqət  əsas  yer  tutur. 

Cəmiyyətdə qadınların statusu və səhhəti ölkənin nə dərəcədə inkişaf etməyindən 

və  insan  inkişafının  vəziyyətindən  xəbər  verir.  Uşaqların  gələcəyi  və  onların 

səhhəti qadınların sağlamlığı ilə birbaşa əlaqəlidir. Dünyada uşaqlarda baş verən 

çəki azlığı cəmiyyətin gələcəyini və inkişafını sual altına qoyur. Çəki azlığı təkcə 

bədənin həcminə deyil, həmçinin uşaqların beyinlərinin inkişafına birbaşa təsir 

edir. Çəki azlığının əsas səbəbi isə uşaqların xroniki olaraq zəif qidalanmaları ilə 

əlaqədardır. Statistikaya görə gün ərzində hər saat 300 uşaq qeyri-düzgün qida-

lanma səbəbindən dünyasını dəyişir və hər gün dünyada yaşayan yeddi uşaqdan 

biri ac olaraq yatır. 

Bütün bunlara baxmayaraq, dünya ölkələri aclığın və yoxsulluğun aradan 

qaldırılması  məqsədilə  müxtəlik  layihələr  və  humanitar  yardım  proqlamları 

həyata keçirir, bu sahədə diqqəti daha da artırırlar. 2008-ci ildəki qlobal maliyyə 

böhranı bu prosesi bir qədər çətinləşdirsə də 2015-ci ilə qədər Minilliyin İnkişaf 

Məqsədlərinə çatmaq yolunda böyük işlər görülür.

6.4  

BMT-nin Minilliyin İnkişaf Məqsədlərində Səhiyyənin Önəmi

BMT-nin  Minilliyin  İnkişaf  Məqsədləri  dünyada  əhəmiyyətli  dərəcədə 

müsbət  dəyişikliyə  və  insan  inkişafına  nail  olmaq  məqsədini  güdən  topludur. 

Minilliyin Bəyannaməsi dünyada mövcud olan qeyri-bərabərlik və ədalətsizliyin 

ən qabarıq sahələri ilə məşğul olur ki, bunlara da yoxsulluq, təhsil və sağlamlıq 

daxildir.

Sağlamlıqla əlaqədar hədəflər yoxsul insanlar arasında və yoxsul ölkələrdə 

bütün  sağlamlıq  məsələlərini  əhatə  etməsə  də,  insan  inkişafı  üçün  əsas 

məsələlərlə məşğul olur. Bunlara qadınların hamiləlik və doğuş zamanı dünya-

sının dəyişməsinin qarşısını almaq, azyaşlıların xəstəliklərinin və ölümlərinin 




Yüklə 185,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə