Fesil indd



Yüklə 185,11 Kb.
səhifə8/8
tarix25.06.2018
ölçüsü185,11 Kb.
1   2   3   4   5   6   7   8

175

azaltmaq və əsas yoluxucu xəstəliklərin, xüsusilə də İİV/QİÇS-in yayılmasının 

qarşısını almaqdır.

Minilliyin İnkişaf Məqsədləri arasında ən birinci vəzifə dünyada yoxsullu-

ğun və aclığın aradan qaldırılmasıdır. Bu məqsədin ikinci hədəfi 1990-2015-ci 

illər arasında aclıqdan əziyyət çəkən insanların sayını yarıya endirməkdir. Bu 

sahədə əsas göstəricilərdən biri 5 yaşına qədər uşaqların çəki azlığınının qarşısını 

almaq və lazım olan enerji dəyərindən az qidalanan əhalinin sayını azaltmaqdır. 

Qeyd  edildiyi  kimi  düzgün  qidalanma  insan  inkişafının  təməlində  duran 

məqamlardan biridir. Düzgün qidalanmamaq yeni nəslin sağlamlığını və inkişa-

fını sual altına qoyur. Bunun üçün inkişaf hədəflərində qarşıya qoyulan birinci 

məsələ məhz budur.

Minilliyin  İnkişaf  Məqsədlərindən  dördüncüsü  uşaq  ölümlərinin  sayının 

azaldılmasıdır. Bu məqsədlə nəzərdə tutulan əsas hədəflərdən biri 1990-2015-

ci illər arasında 5 yaşına qədər uşaqlarda ölüm hallarını üçdə ikiyə azaltmaq-

dır.  Uşaq  ölümləri  çox  geniş  yayıldığından  buna  diqqət  artmaqdadır.  Uşaq 

ölümlərinin  əsas  səbəbi  onların  pnevmaniya,  diarria,  malyariya  xəstəliklərinə 

tutulması, vaxtından əvvəl doğuş və düzgün qidalanmamalarıdır.

Minilliyin İnkişaf Məqsədləri sırasında 5-ci məqsəd ana sağlamlığını inkişaf 

etdirməkdir. Bu sahədə nəzərdə tutulan əsas hədəflər ana ölümlərinin qarşısını 

almaq və təcrübəli tibb işçiləri tərəfindən doğuşlara yardım etməyin sayını artır-

maqdır. Qadınlar arasında əsas ölümün səbəbi hamiləlik vaxtı və doğuş zamanı 

ağırlaşmalardır. Ona görə də xüsusi diqqət bu dövrdə qadınların sağlamlığına 

verilir.


Minilliyin  İnkişaf  Məqsədlərindən  6-cısı  İİV/QİÇS,  Malyariya  və  digər 

xəstəliklərlə  mübarizədir.  Bu  xəstəliklər  hər  il  dünyada  milyonlarla  insanın 

həyatına son qoyur. Afrikada baş verən erkən ölümlərin əsas səbəbi və dünyada 

ölümə səbəb olan 4-cü ən böyük xəstəlik İİV/QİÇS-dir. İİV/QİÇS-lə yanaşı digər 

infeksiyon xəstəliklər də insanların sağlamlığına maneçilik törədən amillərdir. 

Bu məqsədlə əsas göstəricilər İİV/QİÇS xəstəliyini azaltmaq, kontraseptivlərdən 

istifadəni artırmaq, malyariya və vərəmdən ölüm hallarını azaltmaqdır.

Minilliyin  İnkişaf  Məqsədlərinin  7-cisi  ətraf  mühitin  qorunması  və  8-ci 

məqsədi inkişaf üçün qlobal əməkdaşlığı artırmaqdır. Bunların hər ikisində in-

san sağlamlığına böyük önəm verilir. Bura daxil olan hədəflərə insanların təmiz 

içməli su ilə təmin olunması, sanitariyanın artırılması, davamlı şəkildə lazımı 

dərmanlara əlçatanlığın artırılması daxildir.

Göründüyü  kimi  bu  hədəflərin  çoxu  insan  sağlamlığına  və  səhhətinə 

yönəlmişdir. Bu hədəflərə əsasən dünya əhalisi bərabər şəkildə sabit və davamlı 

tibbi xidmətə malik olmalı və xəstəliklərdən qorunmalıdır. Bunlara nail olmaq 

üçün ölkələrin diqqətini sağlamlıq məsələlərinə artırmaq, davamlı tibbi xidmət 

göstərən keyfiyyətli səhiyyə sistemlərini qurmaq vacibdir.



176

6.5   

Azərbaycan: Səhiyyə Sistemində Keçid Mərhələsi

6.5.1

Səhiyyə sisteminə ümumi baxış

Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik qazandıqdan sonra səhiyyə 

strukturunda  Sovet  sistemini  saxlasa  da  bir  çox  yeniliklərə  və  nailiyyətlərə 

imza atılmışdır. Son illərdə hidrokarbon resurslarından gələn gəlirlər sayəsində 

səhiyyə infrastrukturunda inkişafa nail olunmuş, yeni texnologiyalar və müasir 

avadanlıqlarla təchiz olunmuş bir çox yeni xəstəxanalar tikilmişdir. 

Azərbaycanın müasir səhiyyə sistemində mərkəzləşmiş “Semaşko” sistemi 

üstünlük təşkil edir və tibb sahəsində əsas qərarvermə dövlət səviyyəsində həyata 

keçirilir. Ölkədə səhiyyə sisteminindən cavabdeh qurum Səhiyyə Nazirliyidir. 

Bununla yanaşı son illərə qədər digər nazirliklərin və dövlət müəssisələrinin pa-

ralel səhiyyə xidməti göstərən müəssisələri mövcud idi. Səhiyyə xidməti göstərən 

özəl sektor Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılsa da, onlar tamamilə 

müstəqil fəaliyyət göstərir. Son illərdə özəl tibbi xidmət göstərən müəssisələrin 

sayı əhəmiyyətli dərəcədə artmışdır. 

Azərbaycanda  ilkin  tibbi  xidmət  və  ya  ambulator  xidmət  poliklinika  və 

pediatriyalar  vasitəsilə  həyata  keçirilir.  Antenatal  və  reproduktiv  sağlamlıq 

xidmətləri qadın məsləhətxanalarında keçirilir. Rayonlarda və kəndlərdə feld-

şer məntəqələri qadınların əsas ilkin tibbi xidmət kimi istifadə etdikləri yerdir. 

Bura ilkin tibbi yardım, antenatal və postnatal xidmət, digər immunizasiya və 

tibbi məlumatlandırmaq daxildir. İlkin tibbi xidmət göstərən müəssisələrə kənd 

xəstəxanaları və tibb məntəqələri daxildir.

Ucqar  kəndlərdə  keyfiyyətli  ilkin  səhiyyə  xidməti  almaq  Azərbaycanın 

səhiyyə  sistemində  əsas  problemlərindən  biridir.  Buna  səbəb  ucqar  yerlərdə 

həkimlərin çatışmaması və köhnə həkimlərin yeniləri ilə əvəz olunmamasıdır. 

Bundan əlavə ucqar yerlərdə müvafiq infrastrukturun olmaması tibbi xidmət al-

maq üçün çətinliklər yaradır. 

Səhiyyə  Nazirliyi  yaxın  illərdə  ambulator  xidməti  tamamilə  yeniləməyi 

planlaşdırır.  Ölkə  rəhbərliyi  ilkin  tibbi  xidmət  göstərən  əsas  funksiyada  ailə 

həkimliyinin yaradılmasını nəzərə alır. Bu təcrübə ilkin olaraq ucqar yerlərdə 

tətbiq olunacaqdır. 

İkinci dərəcəli xidməti əsasən xəstəxanalar vasitəsilə həyata keçirilir. Belə 

xəstəxanaların  sayı  ortalama  32  çarpayıya  malik  349  ədəddir.  Mərkəzi  rayon 

xəstəxanaları müxtəlif növ ikinci dərəcəli tibbi xidmət göstərirlər, bunlara təcili 

yardım, əməliyyat xidmətləri, ginekoloji, pediatrik xidmət və digərləri daxildir. 

Bu xəstəxanalar həmçinin rentgen və ultrasəs müayinələri aparırlar.

İnsanların  sağlamlığında  əsas  yerlərdən  birini  tutan  təcili  tibbi  yardım 

xidməti  ölkədə  68  ambulator  stansiyalar  vasitəsilə  həyata  keçirilir. Təcili  tib-



177

bi  yardım  qanununa  əsasən  tibbi  xidmət,  çağırışdan  sonra  30  dəqiqə  ərzində 

həyata keçirilməli və 10.000 əhaliyə bir tibbi yardım komandası ayrılmalıdır. 

Buna baxmayaraq təcili tibbi xidmətin keyfiyyəti beynəlxalq səviyyədə qəbul 

olunmuş standartlardan təcrübəli heyət və avadanlıq sahəsində geridə qalır. Son 

illərdə təcili yardım xidmətinin vacibliyini nəzərə alaraq, 12 milyon manat yeni 

nəqliyyat vasitələrinin alınması üçün xərclənmiş və təcili yardım xidmətində ça-

lışan işçilərin maaşları ikiqat artırılmışdır.

Ölkədə ictimai səhiyyə sistemi əvvəllər mövcud olmadığından, Sanitariya-

epidemioloji salamatlıq haqqında qanunla daha geniş ictimai sağlamlıq konsepti 

yaranmışdır. Hal-hazırda ictimai səhiyyə xidmətlərini Sanitariya-Epidemioloji 

Xidmət Mərkəzi, yeni yaranmış İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Dövlət 

İİV/QİÇS-lə Mübarizə Mərkəzi və digərləri həyata keçirirlər.

Azərbaycanda  immunizasiya  proqramı  müvəffəqiyyətlə  aparılır.  İmmu-

nizasiya haqqında qanuna əsasən bütün vətəndaşlar pulsuz olaraq vaksinasiya 

olunmalı və immunlaşmalıdır. Bu xidmətdə Respublika Epidemiologiya və Gi-

giyena Mərkəzi cavabdehlik daşıyır, şəhərlərdə və rayonlarda bu işin təşkilini 

həyata keçirir. İmmunlaşma proqramı çərçivəsində bütün dərmanlar İnnovasiya 

və Təchizat Mərkəzi tərəfindən standartlara uyğun olaraq şəhər və kənd polikli-

nikalarına paylanılır. 

Ölkədə  İİV/QİÇS  proqramı  1996-cı  ildə  qəbul  olunmuş  qanuna  əsasən 

aparılır. İİV/QİÇS xəstəliyinin qarşısının alınması çərçivəsində ölkədə bir çox 

irəliləyişlərə  nail  olunmuşdur.  Respublika  İİV/QİÇS-lə  Mübarizə  Mərkəzinin 

yaradılması ilə  bu  xəstəliyin  idarəedilməsi mərkəzləşdirilmiş  sistemdə  həyata 

keçirilir. Bu sahədə aparılan işlərdə beynəlxalq donorların maliyyə dəstəyi bö-

yük olmuşdur.

Vərəm xəstəliyi Azərbaycanda daha geniş yayıldığından bu sahəyə dövlət 

nəzarəti artmaqdadır. Ölkədə milli vərəm proqramı fəaliyyət göstərir və bu DOT 

məntəqələri ilə həyata keçirilir. Azərbaycan Ağciyər Xəstəlikləri İnstitutu milli 

vərəm proqramını həyata keçirən aparıcı qurumdur. Bu qurum ölkədə fəaliyyət 

göstərən xüsusiləşmiş vərəm klinikalarının (dispanserlərinin) işinə nəzarət edir. 

Vərəm əleyhinə bütün dərmanlar əhaliyə pulsuz olaraq paylanılır və birinci 

sıra vərəm əleyhinə dərmanların açıq satışına 2007-ci ildə qadağa qoyulmuş-

dur. Əhali arasında stiqma olduğundan onlar açıq şəkildə vərəm dispanserlərində 

qeydiyyatdan keçməkdən çəkinirlər.

6.5.2

Əsas səhiyyə islahatları

Müstəqilliyin  ilk  illərində  Azərbaycan  Ermənistanla  müharibə  ilə 

üzləşdiyindən  əsas  diqqət  müharibədən  zərər  çəkən  insanlara  və  məcburi 

köçkünlərə verilirdi. Buna görə də müharibənin vurduğu ziyan qismən aradan 




178

qaldırıldıqdan sonra əsas tibb islahatlarına başlanılmışdır.

Əsas ilkin tibbi islahatlara 1994-cü və 1998-ci illərdə qəbul olunmuş xüsusi 

xidmətlər üçün xidmət haqqı tədbiq edilməyə başlanılan qərarlar daxildir. Bu 

qərarlar gözlənilən səviyyədə nəticə verməsə də, dövlət büdcəsinə çox cüzi miq-

darda gəlir gətirə bildi.

2000-ci  ildə  “Özəl  tibb  fəaliyyəti  haqqında”  qanun  imzalandıqdan  sonra 

özəl klinikaların genişlənməsinə səbəb oldu. 

1998-ci  ildə  Səhiyyə  İslahatları  üzrə  Dövlət  Kommissiyasının  yaranması 

ilə  sistematik  səhiyyə  islahatların  yaranmasının  təməli  qoyuldu.  1999-cu  ildə 

Səhiyyə Nazirliyi ilə birgə səhiyyə islahatlarının istiqamətləri müəyyən olundu. 

Bunun nəticəsi olaraq Səhiyyə Nazirliyi səhiyyə xidmətinin müxtəlif sahələrində 

Milli Məclis tərəfindən qəbul olunan bir çox qanunların həyata keçirilməsinə 

nail olmuşdur. 

2008-ci  ildə  Səhiyyə  İslahatları  üzrə  Konsepsiyanın  yeni  və  genişlənmiş 

versiyası hazırlandı. Bu qanun layihəsi təsdiqlənməsə də, Səhiyyə Sisteminin 

Maliyyələşməsi haqqında İslahat 2008-ci ildə Prezident tərəfindən təsdiqləndi. 

2001-ci ildə Dünya Bankı ilə ölkə rəhbərliyi Səhiyyə Sisteminin İslahatları 

Layihəsi haqqında razılığa gəldi və bu məqsədlə 5 milyon ABŞ dolları ayrıldı. 

2006-ci ildə bu layihənin davamı olaraq Dünya Bankı ilə səhiyyə sistemində 

islahatlar keçirmək üçün razılığa gəlindi.

6.5.3

Səhiyyə sisteminin maliyyələşməsi

Azərbaycanda  səhiyyə  xidmətinin  maliyyələşdirilməsi  əsasən  dövlət 

tərəfindən həyata keçirilir. Ölkə səviyyəsində maliyyələşdirməsinə Səhiyyə Na-

zirliyi cavabdeh olsa da, yerli səviyyədə olan səhiyyə xidməti rayon büdcələrindən 

maliyyələşir. Hazırda səhiyyənin maliyyələşdirilməsi üçün islahatlar proqramı 

hazırlanır və bu sahədə bəzi pilot layihələr həyata keçirilir.

Səhiyyə sisteminə xərclənən vəsait son illər artmaqdadır. 2000-ci ildə adam-

başına düşən səhiyyə xərci 6 ABŞ dolları idisə, 2008-ci ildə bu rəqəm 50 ABŞ 

dollarına qalxmışdır. Səhiyyəyə xərclənən ümumi büdcə artsa da ümumdaxili 

məhsula nisbətdə 2008-ci ildə cəmi 3% təşkil etmişdir. 2007-ci ildə səhiyyəyə 

xərclənən ümumi məbləğin 44%-i ictimai səhiyyənin payına düşür. 

1994-2008-ci  illər  arasında  yalnız  xüsusi  əhali  qrupları  üçün  dövlət  tibbi 

xidmətləri  pulsuz  idi.  2008-ci  ildə  “Azərbaycan  Respublikasında  səhiyyənin 

maliyyələşdirilməsi  sisteminin  islahatı  və  icbari  tibbi  sığortanın  tətbiqi 

Konsepsiyası”nın təsdiqi ilə bütün ilkin tibbi xidmət, həmçinin preventiv və icti-

mai səhiyyə xidmətlərin maliyyələşməsində yeni sistemə keçirilməsi qərara alın-

mışdır. Bu qərarla bütün dövlət səhiyyə müəssisələrində xidmət pulsuz olaraq 

həyata keçirilmişdir. Bundan əlavə, 2005-ci ildən bəzi xəstəliklərin dərmanları, 




179

məsələn, xərçəng, şəkərli diabet və vərəm xəstəliklərinin dərmanları pulsuz ola-

raq əhaliyə çatdırılmaqdadır.

Dövlər xərcləri ilə yanaşı bir sıra beynəlxaq təşkilatlar və donorlar vasitəsilə 

səhiyyə xidmətinə əhəmiyyətli dərəcədə yatırımlar olmuşdur. ABŞ, Avropa Bir-

liyi, BMT və digər donorlar Azərbaycana milyonlarla ABŞ dolları məbləğində 

vəsait ayırmışlar. Hal-hazırda səhiyyə sektorunda çalışan beynəlxalq partnyorla-

ra İİV/QİÇS, Vərəm və Malyaria ilə mübarizə üzrə Qlobal Fond, Dünya Bankı, 

ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAİD), Vaksin və İmmunlaşdırma 

üzrə Qlobal Alyans (GAVİ), BMT, UNİCEF, UNDP, UNFPA və digərləri daxil-

dir.

6.5.4

Azərbaycanda əhalinin sağlamlıq vəziyyəti

Azərbaycanda  insanların  həyat  səviyyəsi  və  sağlamlıq  xidmətlərinə 

əlçatanlığı son illərdə artmışdır. Bunun nəticəsi olaraq insanların sağlamlığın-

da  inkişaf  müşahidə  olunmaqdadır.  Sağlamlıq  problemləri  nəticəsində  insan 

ölümlərinin sayı azalmış və səhiyyə xidmətinə dövlət nəzarəti gücləndirilmişdir.

Azərbaycanda insanların orta yaş həddi son illərdə nisbətən artmışdır. 2011-

ci ildə kişilərin orta yaş həddi 66, qadınların orta yaş həddi isə 70 yaş olmuşdur. 

Azərbaycanda ən çox insan ölümlərinə səbəb olan 3 xəstəlik yoxulucu olma-

yan  xəstəliklərdir.  Bunlara  ürək-damar  xəstəlikləri  (100.000  əhalidən  551.6), 

xərçəng xəstəliyi (87.4) və həzmlə bağlı xəstəliklər (60.4) daxildir. 

Ölkədə yaşayan əhali arasında yüksək təzyiq və ya hipertaniyadan əziyyət 

çəkənlərin sayı çoxdur. 40 yaşından yuxarı kişilərin və qadınların üçdə birində 

hipertaniya xəstəliyi mövcuddur. Rəqəmlərdən belə qənaətə gəlmək olar ki, bu 

xəstəlik Azərbaycanda ciddi sağlamlıq problemlərindən biridir. 

Bu xəstəliklərlə yanaşı Azərbaycanda vərəm xəstəliyi böyük narahatlıq ya-

radan bəlalardan biridir. Azərbaycanda dərmanlara davamlı vərəm xəstəliyindən 

əziyyət çəkənlərin sayı Avropada ən yüksək nəticələrdən biridir. 

Ana və uşaq ölümü ölkədə son illərdə azalsa da, bu sahəyə diqqətin artırıl-

masına ehtiyac böyükdür. 2006-cı ildə keçirilən Səhiyyə Sorğusuna əsasən hər 

1000 doğulan uşaqdan 43-ü 5 yaşınadək dünyasını dəyişmişdir.

Bu göstəricilərdən göründüyü kimi Azərbaycanda bir çox xəstəliklərin və 

ölümlərin  qarşısı  ictimai  səhiyyə  və  insanları  məlumatlandırmaq  yolu  ilə  alı-

na bilər. İnsanları ən çox narahat edən ürək-damar xəstəliklərindən qurtulmaq 

insanların  həyat  tərzindən  çox  asılıdır.  Oturaq  həyat  keçirmək,  stresə  məruz 

qalmaq, siqaret çəkmək, alkoqol qəbul etmək kimi pis vərdişləri azaltmaqla bu 

xəstəliyə asanlıqla qalib gəlmək olar.

Azərbaycanda insanlar fiziki aktivliyə və idmanla məşğul olmağa çox laqeyd 

yanaşırlar. Son illər idman komplekslərinin tikilməsi bu sahədə irəliləyişə təkan 




180

vermişdir. Buna baxmayaraq, bəzi insanlar fiziki aktivliyin bu xəstəlikləri yaxı-

na buraxmayacağı haqqında məlumatsızdırlar. Bundan əlavə, milli kulinariyada 

yağlı yeməklərin çox olması insanlarda, xüsusilə də kişilərdə çəki artımına şərait 

yaradır.  Düzgün  qidalanmamaq  Azərbaycanda  bəzən  problemli  vərdişlərdən 

birinə çevrilir. İnsanlar qəbul etdikləri enerjini fiziki yolla xərcləmədiklərindən 

artıq çəkiyə zəmin yaradırlar.

Bütün bunlara baxmayaraq hər bir insanın sağlamlığı onların öz əlindədir. 

İnsanlar öz həyatları haqqında düzgün seçim edərlərsə xəstəliklərdən və sağlam-

lıq problemlərindən yaxa qurtara bilərlər. Bunun üçün insanlarda sağlam seçim 

etmək üçün məlumatlılığı artırmaq hər birimizin borcudur.

6.6  

Nəticə

Hal-hazırda  dünyada  7  milyarddan  çox  insan  yaşayır.  Bu  insanlar 

müxtəlif  ölkədə,  qitədə  və  ərazilərdə  yaşayır  və  yerləşdikləri  ərazilərin  fərqli 

xüsusiyyətlərinə  görə  onların  sağlam  və  keyfiyyətli  həyatla  təmin  olunmala-

rı da müxtəlifdir. Bir ölkədə doğulan insanlar başqa ölkədə doğulan insanlara 

nisbətən az və ya çox yaşaya bilərlər. Bu fərqliliklərin əsasında duran isə insan-

ların həyatlarının keyfiyyət və sağlamlıq dərəcəsidir.

Göründüyü  kimi,  insanların  keyfiyyətli  həyat  yaşaması  üçün  ən  başlıca 

amillərdən biri insan bədəninin, əqlinin və yaşadığı mühitin sağlam olmasıdır. 

İnsan sağlamlığı heç bir başqa dəyərlərlə müqayisə edilməyən bir nemətdir. Bu-

nun üçün onun qorunması və saxlanılması tək fərdlər tərəfindən deyil, hökumət, 

müxtəlif təşkilatlar və digər qurumlar tərəfindən də həyata keçirilir.

Dünyada  insan  sağlamlığını  təmin  etmək  üçün  BMT  tərəfindən  bir  çox 

işlər görülmüş, Ümumdünya Səhiyyə Təşkilatı yaradılmış və Minilliyin İnki-

şaf Məqsədlərində əsas meyarlardan biri kimi prioritetləşdirilmişdir. Sağlamlıq-

la  bağlı  əsas  problemlər  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrdə  baş 

verdiyindən, əsas diqqət onlara verilməkdədir. 

İnsanlar  bərabər  qaydada  davranılmadığı  üçün  onların  sağlamlıqları  ara-

sında  fərqlilik  daha  yüksəkdir.  Qeyri-bərabər  münasibət  və  cəmiyyətdə  olan 

ədalətsizlik dünya əhalisi, xüsusilə də zəif şəraitdə yaşayan insanlar üçün baş-

lıca  problemlərdən  biridir.  Beynəlxalq  təşkilatların  əsas  missiyalarından  biri 

səmərəli və keyfiyyətli xidmətləri təmin edərək müxtəlif ölkələrdə yaşayan in-

sanların orta yaş həddləri arasındakı fərqi minimuma endirməkdir. Bunun üçün 

isə qarşıda hələ də uzun bir yol durmaqdadır.

Bununla yanaşı, dünyada yayılan xəstəliklərin və epidemiyaların insanların 

həyatına təsiri böyükdür. Bunların qarşısı isə müxtəlif yollarla fərdlər və qurum-

lar tərəfindən alınmaqdadır. Dünyada həyata keçirilən müxtəlif növ sağlamlıq 

proqramlarına  baxmayaraq,  sağlamlıq  problemi  hələ  də  bir  çox  ölkələrdə  in-




181

sanların inkişafına təsir edən əsas amildir. İnsan inkişafını təmin etmək üçün ilk 

öncə insanlar üçün ən şirin nemət olan sağlamlığı qorumaq lazımdır.

Yaşadığımız  cəmiyyətdə  sağlamlığı  təmin  etmək  üçün  ilk  növbədə 

özümüzdən və öz ətrafımızdan başlamalıyıq. Sosial məsuliyyət hissi duymaq hər 

bir vətəndaşın borcudur. Biz üzərimizə düşən borcu indidən yerinə yetirməyə 

başlasaq, gələcəkdə daha səmərəli və sağlam şəkildə  yaşaya bilərik. Gələcək 

nəsil isə bizim düzgün davranışlarımıza baxmaqla dünyanı yaşamaq üçün daha 

sağlam mühitlə təmin edəcəkdir. 

Suallar:

1.  Sağlamlıq nədir və onları müəyyən edən amillər hansılardır?

2.  Səhiyyə xidməti nədir və neçə hissəyə bölünür?

3.  İctimai səhiyyə ilə tibbi səhiyyə xidmətinin fərqi nədir?

4.  Ətraf mühit amilləri insan sağlamlığına necə təsir göstərir?

5.  Orta yaş həddi nədir?

6.  Xəstəliklər öz növlərinə görə neçə yerə bölünür?

7.  Düzgün  qidalanmamaq  hansı  növ  xəstəliklərin  yayılmasına  və  necə 

şərait yaradır?

8.  Azərbaycanda insan ölümünə ən çox səbəb olan xəstəliklər hansılardır?



İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT VƏ MƏNBƏLƏR

1.  World  health  statistics  2012.  World  Health  Organization.  Library, 

Cataloguing-in-Publication Data

2.   Health Systems Financing: The path to universal coverage. World Health 

Organization. WHO Library Cataloguing-in-Publication Data, 2010.

3.   Public Health Advocacy. Healthy Public Policy, Discussion Paper, No-

vember 2009

4.   Defining  Public  Health:  Historical  and  Contemporary  Developments. 

Lloyd F. Novick, Cynthia B. Morrow, WHO Library Cataloguing-in-

Publication Data

5.   The World Health Report 2000, Health Systems: Improving Performan-

ce. World Health Organization.

6.   Equal Health Care for All: Opportunities to Address Health Care Dispa-

rities in Health Care Reform. Dr. Lesley Russel, December 2009. Center 

for American Progress

7.   Preventing Disease Through Healthy Environments: Towards an esti-

mate of the environmental burden of disease. World Health Organizati-

on. A. Pruss-Ostun and C. Corvalan.




182

8.   Knowledge  Summary:  Women’s  &  Children’s  Health,  Non-

Communicable Diseases. World Health Organization, 2011. 

9.   Basic Epidemiology. R Bonita, R. Beaglehole, T. Kjellstrom. World He-

alth Organization

10.  Global Development Goals, Within Reach. 2013 Hunger Report. Bread 

for the World Institute

11.  Health and the Millenium Development Goals. 2005, Keep the promise. 

World Health Organization, 2005.

12.  Health Systems in Transition: Azerbaijan Health system review. 2010. 

Fuad Ibrahimov, Aybaniz Ibrahimova, Jenni Kehler, Erica Richardson. 

European Observatory on Health Systems and Policies.





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə