FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
  1   2   3   4   5   6   7   8   9   ...   27


 

AZƏRBAYCAN  RESPUBLIKASI  TƏHSIL  NAZIRLIYI 



 

AZƏRBAYCAN  DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

“MAGISTRATURA MƏRKƏZI” 

 

Əlyazması hüququnda 



 

 

Əhmədova Ulduz Cavanşir qızının 



 

“Kommersiya banklarının vasitəçilik əməliyyatlarının təkmilləşdirilməsi”  

mövzusunda 

 

MAGİSTR DİSSERTASİYASI 



 

İstiqamətin şifri və adı:    060403 – Maliyyə 

 

İxtisaslaşma:                    Bank işi 



 

 

        Elmi rəhbər   



 

 

 



           Magistr proqramının rəhbəri 

    Dos. Babayev A.A. 

 

 

 



 

        Dos. Babayev A.A. 

____________________  

 

 



     

    ____________________ 

 

         “Bank işi” 



  kafedrasının müdiri 

  Prof. Məmmədov Z.F. 

____________________ 

 

 



Bakı – 2015 


 

MÜNDƏRİCAT 

GİRİŞ ....................................................................................................................... 3 

FƏSİL  1.  Kommersiya  banklarının  vasitəçilik  əməliyyatlarının  nəzəri-metodoloji 

əsasları ..................................................................................................................... 6                 

1.1. Müasir şəraitdə kommersiya banklarının mahiyyəti və fəaliyyəti ………....... 6 

1.2. Kommersiya banklarının fəaliyyət prinsipləri və funksiyaları ....................... 13  

1.3. Kommersiya banklarının vasitəçilik əməliyyatlarının mahiyyəti və 

istiqamətləri ........................................................................................................... 20 

Fəsil II. Kommersiya banklarının ayrı-ayrı vasitəçilik əməliyyatlarının  

iqtisadi xarakteristikası .......................................................................................... 26  

2.1. Lizinq əməliyyatlarının əsas elementləri, növləri və həyata keçirilməsi ........ 26 

2.2. Faktorinq və forfeytinq əməliyyatları ............................................................. 46  

2.3. Trast əməlliyyatları ......................................................................................... 59 

Fəsil  3.  Lizinq  –  Azərbaycanda  vasitəçilik  əməliyyatlarının  ən  perspektivli 

istiqamətidir ........................................................................................................... 71 

Nəticə ..................................................................................................................... 83 

İstifadə olunmuş ədəbiyyat ............................................................................. 86 




 

GİRİŞ 



Mövzunun  aktuallığı.

 

Məlum  olduğu  kimi  banklar  öz  fəaliyyətlərində  tarixən 



formalaşmış özünəməxsus xüsusiyyətlərə və mühüm əhəmiyyətə malik əməliyyat-

ları  yerinə  yetirirlər:  fıziki  və  hüquqi  şəxslərin  kreditləşdirilməsi,  kassa  və  hesab-

laşma əməliyyatları, investisiyaların həyata keçirilməsi  və s. Son vaxtlar kommer-

siya  bankları  qeyd  olunanlardan  əlavə  vasitəçilik  əməliyyatlarını  da  icra  etməyə 

başlamışlar.  

Mahiyyət  etibarilə  vasitəçilik  əməliyyatları  da  digər  əməliyyatlar  kimi  banka 

mənfəət  gətirən  əməliyyatlardır.  Lakin  digər  əməliyyatlardan  fərqli  olaraq  vasitə-

çilik əməliyyatlarında  yalnız  iki  tərəf deyil, əlavə olaraq digər  fıziki  və  ya  hüquqi 

şəxslər iştirak edirlər.  

Vasitəçilik  əməliyyatları  öz  mahiyyətinə  görə  həm  bankların,  həm  də  müştə-

rilərin mühüm maraq dairəsindədir. Buna səbəb aşağıdakılardır:  

  vasitəçilik əməliyyatları əvvəlcədən təklif olunmuş xidmətlər əsasında quru-

lur  və tənzimlənir,  vasitəçilik əməliyyatlarının  təqdim olunma qaydası, artıq onla-

rın konkret olaraq təklif olunduğu məqamda bank tərəfındən işlənmiş olur;  

  bir  çox  hallarda  ənənəvi  əməliyyatlardan  fərqli  olaraq  banklar  tərəfındən 

həyata  keçirilən  vasitəçilik  əməliyyatları  müştərinin  tələbatına  daha  çox  uyğun 

gəlir;  

   vasitəçilik  əməliyyatlarının  inkişaf  etdirilməsi  və  təkmilləşdirilməsi  ilə  əla-

qədar bankın bu əməliyyatlara meylli olması onun müştəri dairəsi genişləndirir; 

   vasitəçilik əməliyyatları öz mahiyyətinə görə ənənəvi əməliyyatların bir çox 

növlərini  özündə  birləşdirir  ki,  bu  da  həm  kommersiya  bankının  universallığım 

təmin edir, həm də bank risklərinin diversifikasiyasına imkan yaradır; 

   vasitəçilik  əməliyyatlarmın  kompleks  xarakteri  ilə  bağlı  bütövlükdə  bank 

fəaliyyitinin  səmərəliliyi  yüksəlir,  nəticədə  fəaliyyətdən  əldə  olunan  gəlirin  məb-

ləği artır; 

   bir  çox  hallarda  vasitəçilik  əməliyyatlarının  artırılması  bankların  fəaliyyə-

tində yeni xidmət və fəaliyyət sahələrinin yaranmasını şərtləndirir.  



 

Bir  qayda  olaraq  kommersiya  banklarının  vasitəçilik  əməliyyatları  sırasında 



daha çox lizinq, faktorinq və forfeytinq, həmçinin trast əməliyyatları fərqləndirilir. 

Araşdırmalar  aydın  göstərir  ki,  postsovet  illərində  Azərbaycanda  kommersiya 

banklarının  vasitəçilik  əməliyyatları  sahəsindəki  fəaliyyətinin  ən  inkişaf  etmiş 

istiqaməti məhz lizinq fəaliyyətidir. Biz də vasitəçilik əməliyyatlarının həm nəzəri 

ənənəsindən,  həm  də  Azərbaycandakı  praktiki  reallıqlardan  irəli  gələrək  tədqiqa-

tımızda  vasitəçilik  əməliyyatları  məhz  bu  istiqamətlərinə,  onların  da  arasında 

konkret olaraq lizinq fəaliyyətinə üstünlük vermişik.  

Magistr  dissertasiyasının  məqsədi  kommersiya  banklarının  vasitəçilik  əmə-

liyyatlarının nəzəri və praktiki aspektlərinin açıqlanması və təhlili, həmçinin Azər-

baycanda onların konkret istiqamətlərinin təkmilləşdirilməsi perspektivlərinin  mü-

əyyən edilməsidir.  

Bundan irəli gələrək aşağıdakı vəzifələr qoyulmuşdur: 

-  kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsas-

larının  işıqlandırılması,  onların  mahiyyətinin  və  strukturunun,  funksiya  və  növ-

lərinin dəqiqləşdirilməsi; 

-  vasitəçilik  əməliyyatlarının  bank  xidmətləri  bazarındakı  əsas  istiqamətləri-

nin öyrənilməsi; 

-  vasitəçilik  əməliyyatlarının  kommersiya  banklarının  ənənəvi  fəaliyyətinə 

təsirinin mahiyyəti və əhəmiyyətinin öyrənilməsi; 

-  Azərbaycanda  kommersiya  banklarının  vasitəçilik  əməliyyatlarının  konkret 

istiqamətlərinin inkişaf perspektivlərinin, mümkün təkamül yollarının öyrənilməsi. 



Tədqiqatın  predmetini  kommersiya  banklarının  vasitəçilik  əməliyyatları  za-

manı yaranan iqtisadi münasibətlərinin öyrənilməsi təşkil edir. 



Tədqiqatın  obyekti.  Magistr  dissertasiyasının  obyektini  kommersiya  bank-

larının vasitəçilik əməliyyatları təşkil edir. 



Tədqiqatın metodoloji əsasını dialektik məntiq, sistemli və kompleks yanaşma 

müddəaları  təşkil  edir.  İşdə  elmi  abstraksiya,  təhlil  və  sintez,  qruplaşdırma  və 

müqayisə metodlarından istifadə edimişdir. 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə