FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

32 

 

1.  Amortizasiya ayırmaları məbləği: 



A = 

100


M

N

B

a

d



 

Burada, 


Bd – avadanlığın balans dəyəri; 

Na – amortizasiya ayırmaları norması; 

M – müqavilənin qüvvədə olduğu müddət. 

2.  Cəlb olunmuş  kredit resurslarına görə haqq: 

Ök = (K x S) /100 

Burada,  

K – kredit resurslarının həcmi, 

S – kreditdən istifadəyə görə stavka. 

Kredit resurslarının həcmi isə:  

K = 


2

A

A

sd

id

 



Burada, 

Aid – avadanlığın ilin əvvəlinə dəyəri 

Asd – avadanlığın ilin sonuna dəyəridir. 

3.  Komission ödənişlərin məbləği (Ök)  

Ök = (K x Skom )/ 100 

Burada,  

Ök – komission ödəniş stavkasıdır. 

4.  Əlavə xidmətlərə görə ödənişin hesablanması: 

Öx = Xl + Xx + Xr + Xd 

Burada,   

Xl – bank işçilərinin ezamiyyə xərcləri; 

Xx – xidmətə görə xərclər; 

Xr – bankın reklam xərcləri; 

Xd – digər xərclərdir. 




33 

 

Lizinq  ödəmələrinin  məbləğinin  hesablanması  üçün  daha  çox  annuitet  (konkret 



borc  üzrə  illik  məcburi  ödəmələr)  düsturundan  istifadə  olunur  ki,  bu  da  lizinq 

müqaviləsinin  bütün  şərtləri  üzrə  lizinq  ödəmələrinin  faktiki  qiymətini,  xüsusilə  də 

müqavilənin  məbləğini, müddətini, ödəmələrin dövriliyini və borcların verilməsini daha 

aydın əks etdirir.  

Annuitet  borcun  aylıq  bərabər  hissələrdə  ödənilməsidir.  Annuitet  ödəniş  zamanı 

lizinq alan, qalıq məbləğdən asılı olmayaraq, hər ay bərabər miqdarda məbləğ ödəyir. Bu 

ödənişlər aylar üzrə elə hesablanır ki, lizinqin ödəniş müddətinin sonunda borc tamamilə 

ödənilmiş olsun. Lizinq şirkətləri üçün annuitet ödənişinin tətbiq edilməsi daha sərfəlidir. 

Çünki  bu  zaman  onlar  faizlərdə  daha  çox  mənfəət  qazanırlar.  Borcalanlar  üçün  isə 

annuitetin təqdim etdiyi yeganə üstünlük aylıq ödənişlərin bərabər olmasıdır, yəni onlar 

konkret olaraq hər ay nə qədər pul ödəməli olduqlarını bilirlər. Bu, hər ay fərqli məbləğ 

ödəməkdən daha asandır [22].  

Annuitet  formuluna  əsasən,  mütəmadi  aylıq  ödənişlərin  miqdarı  aşağıdakı  kimi 

müəyyən olunur: 

 

Burada,  



Aö - aylıq annuitet ödəniş,  

Km - kredit məbləği, 

Aə - annuitet əmsalıdır.  

Annuitet əmsalı aşağıdakı düstura uyğun müəyyən edilir [22]: 

 

Burada,  



i - faiz məbləği, aylıq paylar üzrə, məsələn, illik nominal faiz dərəcəsi 24% olarsa, i 

= 0,24/12,  

n - kreditin götürüldüyü ayların sayıdır.  



34 

 

Bu  metoddan  Almaniya,  Avstriya,  Yaponiya,  Fransa,  İtaliya  və  Rusiyanın  lizinq 



kampaniyalarında istifadə olunur [22].  

Lizinq müxtəlif xidmətlərlə xarakterizə edilir və bu xidmətləri şərti olaraq iki qrupa 

bölmək olar.  

1.  Texniki  xidmət.  Bu  xidmət  lizinq  obyektinin  müştərinin  istifadə  etdiyi  yerədək 

nəqlinin  təşkili,  lizinqə  verilmiş  avadanlığın  quraşdırılıb  işlək  vəziyyətinə  gətirilməsi, 

avadanlığa texniki xidmət və cari təmiri ilə əlaqədardır. 

2.  Məsləhət xidməti – sövdələşmənin vergiyə cəlb olunma məsələləri  xidməti və s. 

xidmətlər. 

Müasir  lizinq  xidmətləri  bazarı  lizinq  formalarının,  lizinq  əməliyyatlarını 

nizamlandıran lizinq kontraktları modeli və hüquqi normaların müxtəlifliyi ilə xarakterizə 

olunur. 

Lizinq  əməliyyatlarının  əlamətlərindən  asılı  olaraq  onları  aşağıdakı  kimi  qrup-

laşdırmaq olar. 

1.  İştirakçıların tərkibinə görə: 

- əmlakın sahibinin obyekti sərbəst lizinqə verdiyi – birbaşa lizinq; 

- dolayısı  lizinq, bu zaman əmlakın  lizinqə  verilməsi  vasitəçilər tərəfindən   həyata 

keçirilir (üç və daha çox tərəfli lizinq); 

Fərdi  hal kimi birbaşa  lizinq  qaytarılan  lizinq də adlanır. Onun  mahiyyəti  ondadır 

ki, lizinq firması sahibkardan avadanlığı alaraq onun özünə kirayəyə verir. 

2.  Əmlak formalarına görə: 

- daşınan əmlakın lizinqi; 

- daşınmaz əmlakın lizinqi; 

- istismarda olmuş əmlakın lizinqi. 

3.  Xərclərin ödənilməsi baxımından: 

- xərcləri tam ödəyən lizinq. Bu zaman bir müqavilənin qüvvədə olduğu müddətdə 

əmlakın dəyəri tam ödənilir; 

- xərcləri  qismən    ödənilən  lizinq.  Bu  zaman  bir  müqavilə  müddətində  icarəyə 

götürülmüş əmlakın dəyərinin bir hissəsi ödənilir. 




35 

 

4.  Amortizasiya sərfinə görə: 



- tam  amortizasiyalı  lizinq  və  müvafiq  olaraq  lizinq  obyektinin  dəyərinin  tam 

ödənilməsi qaydasında; 

- tam olmayan amortizasiyalı lizinq, daha doğrusu dəyərinin hissəvi ödə-nilməsi; 

5.  Xərclərin bərpası və amortizasiya şərtlərinə görə: 

- maliyyə lizinqi, yəni lizinq haqqında müqavilənin qüvvədə olduğu dövrdə icarəyə 

götürən  icarəyə  verənə  kirayəyə  götürülmüş  əmlakın  bütün  dəyərini  (tam  amortiza-

siyasını ödəyir. Maliyyə lizinqi çoxlu kapital qoyuluşu tələb etdiyindn banklarla birlikdə 

həyata keçirilir. 

- əməli  lizinq.  Bu  zaman  əmlak  onun  amortizasiya  müddətindən  aşağı  müd-dətə 

verilir. Müqavilə 2 ildən 3 ilədək bağlanır. Belə lizinqin obyekti adətən mənəvi cəhətdən 

sürətlə köhnələn avadanlıqlar olur; 

6.  Xidmət həcminə görə: 

- fərdi  lizinq.  Bu  zaman  lizinq  alan  lizinqə  verilən avadanlığın  bütün  xidmətini öz 

üzərinə götürür; 

- tam  xidmət  yığımlı  lizinq.  Bu  zaman  sövdələşmə  obyektinin  bütün  xidməti 

lizinqverənə  həvalə edilir; 

- qismən  xidmət  yığımlə  lizinq.  Bu  halda  lizinq  verənə  yalnız  bəzi  xidmət  növləri 

həvalə edilir. 

7.  Bazar sektorundan asılı olaraq: 

- daxili lizinq – sövdələşmənin bütün iştirakçıları bir ölkəni təmsil edirlər; 

- beynəlxalq lizinq – tərəflərdən biri və ya hamısı müxtəlif ölkələri təmsil edərsə. 

Xarici lizinq idxal və ixrac lizinqinə bölünür. İxrac lizinqi zamanı lizinq alan xarici 

ölkə olur. İdxal lizinqində is lizinq verən xarici ölkədir. 

8.  Güzəştli amortizasiya və vergiyə münasibət baxımından: 

- saxta  lizinq  –  sövdələşmə  möhtəkirlik  xarakteri  daşıyır  və  sövdələşmə  əsassız 

vergi və amortizasiya sövdələşməsi əsasında  mənfəət  əldə etmək  məqsədi ilə bağlanır. 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə