FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

42 

 

- icarədar tərəfindən alınması avadanlığın təyinatı; 



- müəssisənin maliyyə vəziyyəti haqqında müfəssəl məlumat. 

Göstərilən  məlumatlar  dəqiq  araşdırıldıqdan  sonra  lizinq  kompaniyası  son  qərar 

qəbul edir və büu qəqarı  məktubla lizinqalanın nəzərinə çatdırır. Həmin məktuba lizinq 

sövdələşməsinin  ümumi  şərtləri,  əlavə  olunur,  avadanlıq  satan  isə  lizinq  kompaniyası 

tərəfindən avadanlıq alınması  haqqında  məlumatlandırılır.  Bu zaman  lizinq  verən satıcı 

ilə  avadanlığın  qiymətini  razılaşdırır,  lazım  gələrsə,  sövdələşmə  obyektinin  etibarlılığı, 

məhsuldarlğı və səmərəliliyini yoxlaya bilər. 

Lizinq  alan  lizinq  sövdələşməsinin  ümumi  qaydaları  ilə  tanış  olduqdan  sonra 

lizinq verənə məktubla razılığını bildirir, kontraktın ümumi şərtləri qeyd olunan nüsxəsini 

imzalayaraq ona avadanlığa sifariş blankını əlavə edir.  Bu sənəd satıcı  firma tərəfindən 

tərtib edilərək lizinqalan tərəfindən imzalanır. Lizinq verən göstərilən sənədləri aldıqdan 

sonra sifarişi imzalayaraq onu avadanlıq satana göndərir. 

Sifariş  blankının  əvəzinə  satıcı  ilə  lizinq  firması  arasında  bağlanan  alış-satış 

müqaviləsindən istifadə oluna bilər. 

Avadanlığı  satan  avadanlığı  lizinq  alana  yola  salır  və  avadanlığın  qəbulu 

məsuliyyətini  öz  üzərinə  götürür.  Bir  qayda  olaraq  satıcı  sövdələşmə  obyektinin 

quraşdırılması  və  istismara  verilməsi  öhdəliyini  öz  üzərinə  götürür.  İş  başa  çatdıqdan 

sonra işin qəbulu aktı tərtib edilir ki, bu da avadanlığın alınması, onun quraşdırılması və 

istismara  verilməsini  təsdiqləyir.  Protokol  lizinq  əməliyyatının  bütün  iştirakçıları 

tərəfindən imzalanır və lizinq verən sövdələşmə obyektinin dəyərini satıcıya ödəyir. 

Beləliklə, lizinq sövdələşməsinin əsasını aşağıdakı sənədlər təşkil edir: 

- lizinq müqaviləsi; 

- alqı-satqı müqaviləsi və ya sövdələşmə obyektinin yola salınması həqda məlumat; 

- sövdələşmə obyektinin qəbulu haqqında  protokol. 

Lizinq  müqaviləsi  tərəflərin  hüquq  və  vəzifələrini  müəyyənləşdirən  hüquqi 

sənəddir. 

Lizinq müqaviləsi aşağıdakı əsas bölmələrdən ibarət olur: 

- müqavilə iştirakçıları; 




43 

 

- müqavilənin predmeti; 



- lizinq müqaviləsinin fəaliyyət müddəti; 

- tərəflərin hüquq və vəzifələri; 

- lizinq ödənişi şərtləri; 

- sövdələşmə obyektinin sığortalanması; 

- lizinq müqaviləsinin pozulması qaydası. 

1.  Müqavilə  iştirakçıları.  Lizinq  müqaviləsində  iki  tərəf  iştirak  edir:  malın 

mülkiyyətçisi olan lizinq verən və sövdələşmə obyektini istifadəyə qəbul edən lizinqalan. 

Avadanlıqdan lizinqalan və ya digər hüquqi  şəxs istifadə edə bilər. Avadanlıq subicarə 

əsasında verildikdə müqavilədə istifadəçi  müəssisənin adı göstərilir. 

2.  Müqavilənin  predmeti.  Lizinq  sövdələşməsinin  predmeti  onun  fərdi  əlamətləri 

(tip,  model,  marka)  və  ya  texniki  sənədləri  əsasında  müəyyən  edilir.  Bu  məlumatlar 

kontraktın əsas  hissəsi  hesab edilən  xüsusiyyətləşmədə  öz əksini tapır.  Burada satıcının 

adı, lizinqverənə  çatdırılma müddəti göstərilən lizinqverənin  öhdəliyi əks o lunur.  

3. Lizinq müqaviləsinin müddəti. Lizinq müqaviləsi sövdələşmə obyektinin istifadə 

verildiyi gündən qüvvədə olur və müəyyən olunan müddətədək qüvvədə qalır. 

4. Tərəflərin  hüquq  və  vəzifələri.  Bü  bölmə  lizinq  verənin  sövdələşmənin  hazırlıq 

mərhələsində  vəzifələrini,  müqavliənin  qüvvədə  olduğu  müddətdə  hüquq-larının  dəqiq 

siyahısını  özündə  əks  etdirir.  Lizinq  verən  hazırlıq  mərhələsində  aşağıdakıları  etməyə 

borcludur: 

- satıcı ilə lazanq alan arasında razılaşdırılmış kommersiya və texniki şrətlərə əsasən 

satıcı ilə alqı-satqı müqaviləsi bağlanmalıdır; 

- əvvəlcədən razılaşdırılmış sənədlərə əsasən obyektin göndərilməsi haqqında satıcı-

ya  tapşırıq  göndərməlidir.  Lizinq  verən  əmlak  sahibi  kimi  avadanlığın  komplektliyini 

yoxlayıb  nəzarət  etməlidir.  Obyekt  istifadəyə  verildikdən  sonra  lizinqverən  obyektin 

qəbulu haqqında protokolu imzalamalıdır. Protokolda nöqsanlar göstərilərsə, lizinqverən 

satıcıya həmin nöqsanların müəyyən müddətdə aradan qaldırılmaı tapşırığını verməlidir. 




44 

 

Lizinq  verənin  müntəzəm  olaraq  icarəyə  verilmiş  avadanlığın  vəziyyətini  və 



ondan düzgün istifadə olunub olunmamasını  yoxlmaq  hüququ vardır. Lizinq alan lizinq 

əməliyyatları təşkil olunarkən aşağıdakıları etməyə borcludur: 

- sövdələşmə obyektini qəbul edibqəbulun bütün texniki və hüquqi şərtlərinə  əməl 

etməyə; 


- avadanlığın quraşdırılıb istismara verilməsi  satıcının vəzifəsinə daxil edilmədikdə 

onu həyata keçirmək; 

- göndərilənlərin  komplektliyini,  avadanlığın  iş  keyfiyyətini  və  layihə  gücünə 

çatmasını təsdiqləməlidir; 

- qəbul  zamanı  aşkar  olunan  çatışmamazlıqları  protokola  əks  etdirib  lizinq  verəni 

məlumatlandırmaq; 

- obyektin qəbulu xüsusiyyətlərindən irəli gələn digər şərtlər. 

5.  Lizinq ödəmələrinin şərtləri. Müqavilənin  bu bölməsində  lizinq sövdə-ləşməsi 

üzrə ödənişlərin formaları, həcmi, növü və üsulları göstərilir. Lizinq ödənişləri  müxtəlif 

növlərdə  ola  bilərlər.  Əksər  hallarda  lizinq  ödənişinin  qeyd  olunmuş  məbləği  əsasında  

ödənişdən  istifadə  olunur.  Bu  ödəniş  qaydası    tərəflər  arasında  razılaşdırılır  və  müqa-

vilədə nəzərdə tutulan qaydada ödənilir. 

Avans  ödəniş.  Lizinq  alan  lizinqverənə    avans  və  ya  satın  alınası  obyektin  alış 

dəyərinin  15-20 % həcmində müqavilə imzalanarkən  ödəniş edir. Yerdə qalan məbləğ 

isə müqavilə müddətində ödənilir. 

Qeyri-müəyyən  lizinq  ödənişi.  Bu  zaman  qeyd  olunmuş  məbləğ  üzrə  deyil 

satışdan gəlirdən faizi qaydasında ödənilir. 

Ödəniş üsulu kimi birdəfəlik və dövri ödəniş üsulundan istifadə edilir.  

Birdəfəlik ödəniş tərəflər arasında qəbul protokolu imzalandıqdan sonra aparılır və 

sövdələşmənin  maliyyələşdirilməsi  satıcı  tərəfindən  alqı-satqı  müqaviləsi  yerinə  yetiril-

dikdən sonra  həyata keçirilir. 

Dövri  ödənişlər    müqavilənin  qüvvədə  olduğu  bütün  müddət  ərzində  aparılır  və 

aşağıdakı qaydada ola bilər: 

- müqavilənin bütün müddəti ərzində bərabər məbləğdə; 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə