FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

45 

 

- artan ödəniş məbləğləri qaydasında; 



- müəyyən ilkin ödənişlə; 

- sürəkli ödəniş. 

6.  Sövdələşmə  obyektinin  sığortalanması.  Lizinqin  növündən  asılı  olaraq  obyekt 

ya  lizinq  verən  (əməli  lizinqdə)  ya  da  lizinqalan  (maliyyə  lizinqində)  tərəfindən 

sığortalana bilər. 

7.  Lizinq  müqaviləsinin  pozulması  qaydası.  Lizinq  müqaviləsi  vaxtından  əvvəl  

aşağıdakı hallarda pozula bilər: 

- lizinq alan sövdələşmə obyektinin qəbulu üçün zəruri şərtləri təmin etmədikdə; 

- müqavilədə  nəzərdə  tutulan  müddətdə  avadanlıqların  quraşdırılıb  istismara 

verilmədiyi halda; 

- kirayə haqqı nəzərdə tutulan  müddətdə ödənilmədikdə; 

- lizinq alan müqavilənin digər şərtlərinə əməl etmədikdə;  

- qeyri-müəyyən vəziyyət yarandıqda; 

- lizinq  alan  həmin  lizinqverənlə  həmin  obyekt  və  ya  yeni  obyekt  üzrə  kontrak 

imzaladıqda. 

Lizinq  müqaviləsi  vaxtından əvvəl pozulduqda  lizinq alan sövdələşmə  obyektini  

geri qaytarmalı və lizinq verənin itkilərini ödəməlidir. 

Lizinq əməliyyatları riskli əməliyyatlar qrupuna daxildir. Liziq risklərini aşağıdakı 

kimi təsnifləşdirmək olar: 

Marketinq riski, bütün mövcud avadanlığı kirayə götürən tapmamaq riski. Bu hal 

əməli  lizinqə  xas  olan  haldır.  Belə  halda  riskin  sığortalanması  məqsədi  ilə  rlizinq 

ödənişində risk mükafatının həcmi artırılır, sövdələşmə üçün daha geniş yayılmış şöhrətli 

avadanlıqdan  istifadə,  lizinq  müqaviləsi  başa  çatarkən  sövdələşmə    obyektini  bazar 

konyukturası  nəzərə alınmaqla  satmaq hallarından istifadə edilir. 

Lizinq  sövdələşməsinin  obyekti  kimi  elmtutumlu  sahələrin  məhsulları  çıxış 

etdiyindən onlar tez-tez elmi-texniki tərəqqinin təsirinə məruz qalırlar. Bununla əlaqədar  

liziq  sövdələşməsi  obyektinin  daha  mütərəqqi  növü  meydana  gəldikdə  lizinq  alan  köh-

nəlmiş  avadanlığı    daha  mütərəqqi  növü  ilə    əvəzləməyə  çalışırıq    lizinq  müqaviləsini 




46 

 

vaxtından əvvəl pozur və ya bərpa lizinqi formasında yeni kontrakt imzalayır. Belə riskin 



minimumlaşdırılmasının  əsas  üsulu  geri  qaytarılmayan  müddətin  müəyyən  edilməsidir, 

yəni müəyyən müddət ərzində müqavilənin pozula bilməməsidir. 

Qiymət  riski  lizinq  kontraktı  müddətində  lizinq  sövdələşməsi  obyektinin  qiymə-

tinin  dəyişilməsi  ilə  əlaqədar  potensial  mənfəətin  itirilməsi  ilə  əlaqədardır.  Köhnə 

qiymətlə bağlanmış sövdələşmə obyektləri üzrə qiymətlər qalxdıqda lizinqverən  poten-

sial  mənfəətini  itirir.  Lizinq  alan  isə  əksinə  kbhnə  qiymətlə  bağlanan  kontrakt  obyekt-

lərinə qiymətlər aağı düşdükdə  itirir. Belə riskin hər iki tərəf üçün minimumlaşdırılması 

üçün  lizinqin  bütün  dövrü  ərzində  lizinq  ödənişlərinin  qeyd  olunmuş  məbləğdə  gös-

tərilməsi qaydasından  istifadə edilir. 

Ümumiyyətlə,  bankçılıqdan  fərqli  olaraq,  lizinq  birbaşa  sahibkarlığın  inkişafının 

stimullaşdırılmasına hesablanıb. 

 

2.2. Faktorinq və forfeytinq əməliyyatları 

Faktorinq  (factoring  ingilis  dilindən  tərcümədə  agent,  vasitəçi  mənasını  daşıyır) 

kommersiya  banklarının,  onların  törəmə  faktor  firmalarının  kiçik  və  orta  firmalara, 

müştərilərə  göstərdikləri  maliyyə  xidmətinin  bir  formasıdır.  Onun  mahiyyəti  ondan 

ibarətdir ki, faktor firma öz müştərisindən borcları almaq hüququnu alır, öz müştərilərinin 

borclarını hissə-hissə ödəyir. Daha doğrusu, borcların 70-90%-ə qədərini ödəmə müddəti 

çatana  kimi  ödəyir.  Borcun  qalan  hissəsini  isə  müştəriyə  onun  borclusunun  bütün 

məbləği qaytardıqdan sonra müəyyən edilmiş faizlər çıxılmaq şərtilə qaytarılır. Nəticədə 

faktor-firmanın müştərisi borcları tez qaytarmaq imkanı əldə edir və buna görə də faktor 

firmaya  faizlər  ödəyir.  Faktorinq  əməliyyatlarının  icra  olunduğu  şəraitdə  müştəri  öz 

borclusundan borcunu almaq hüququnu faktor firmaya verir. 

Faktorinq XVI əsrin  sonlarında  ticarət  vasitəçilərinin  apardığı  əməliyyatlar  kimi 

meydana  gəlmiş, XVII əsrdə  daha  da  inkişaf  etmişdir.  Sonralar  isə  o  kreditləşmə 

formasını almışdır. 

Faktorinq özünün klassik məna və variantında banklar tərəfindən müştərisinin, borc 

öhdəliklərinin  alınması  vasitəsi  ilə  qısamüddətli  kreditləşdirilmə  və  bununla  bağlı 



47 

 

çoxistiqamətli və çoxsaylı əməliyyatları əks etdirir. Müştərilərin bu borc öhdəlikləri hər 



şeydən  əvvəl  müştərinin  mal-material  və  xammal,  texnoloji  maşın,  avadanlıq,  qurğular 

alması  ilə,  müştərinin  ödəmələrin  mümkün  riskləri  ilə  bağlı  sığorta  olunması  ilə  və  s. 

səbəbdən yarana bilər. 

Faktorinq  əməliyyatlarının  inkişafı  nəticəsində,  ötən  əsrin 60-cı  illərindən 

başlayaraq  faktorinq  əməliyyatları  tədricən  kommersiya  kreditini  sıxışdırıb  çııxarmağa 

başlayıb.  Faktorinq əməliyyatları 1980-ci  illərindən etibarən daha sürətli  inkişaf  etməyə 

başlamışdır.  Ötən  əsrin  son  10  ili  ərzində  faktorinqin  dövriyyəsi  Avropanın  bir  çox 

ölkələrində  görünməmiş artıma  malik olmuşdur: artım  İtaliyada  70 dəfə, İspaniyada  15 

dəfə, İngiltərə 8 dəfə, Fransada 7 dəfə olmuşdur. 

Faktorinq  əməliyyatlarının  hər  bir  ölkədə  inkişaf  şərtləri  və  şəraiti  ölkə  iqtisa-

diyyatının özünəməxsus  xüsusiyyətlərindən asılı olur.  Lakin  faktorinqin  bir sıra  ümumi 

xüsusiyyətləri, göstəriciləri, əlamətləri hər bir ölkədə eynidir. 

1988-ci  ildə  Beynəlxalq  Xüsusi  Hüququn  Unifikasiyası  İnstitutu  "Beynəlxalq 

Faktorinq  Haqqında  Konvensiya"  qəbul  edərək  faktorinqin  əsas  meyarlarını  müəyyən 

etmişdir. Bura aşağıdakılar daxildir: 

-  işgüzar  tələblərin  əvvəlcədən  ödəmə  formasında  kreditləşməsinin  həyata 

keçirilməsi; 

- malgöndərənin mühasibat uçotunun, o cümlədən mal satışının, görülmüş işlərinni 

və göstərdiyi xidmətlərin uçotunun aparılması; 

- malgöndərənin borclarının inkassoya qoyulması; 

- malgöndərənin kredit risklərindən sığortası. 

Beynəlxalq konvensiyaya görə yuxarıda sadalanan meyarlardan heç olmasa ikisinə 

uyğun  gələn  əməliyyat  faktorinq  əməliyyatı  sayılır.  Faktorinq  sövdələşmənin  iştirak-

çılarının tərkibindən və onun predmetindən asılı olaraq müxtəlif formalarda təzahür edir. 

Müştərilərin  mal-material  dəyərlilərinə,  görülmüş  xidmətlərə  görə  borclarının  xidmət 

olunması əməliyyatlarında faktorinqin iştirakçıları aşağıdakılardan ibarət olur: 

1. Faktorinq əməliyyatlarını təşkil edən kommersiya banklarının faktorinq şöbəsi və 

ixtisaslaşdırılmış faktorinq şirkəti; 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə