FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

48 

 

2. Malgöndərən və ya malsatan; 



3. Malalan. 

Borcların tipindən asılı olaraq faktorinqin aşağıdakı formaları mövcuddur: 

- Malgöndərənin faktorinqi; 

- Malalanın faktorinqi. 

Malgöndərənin faktorinqin predmeti malalanlarla hesablaşmalarda yaranmış debitor 

borclardır.  Bu  faktorinqin  daha  geniş  yayılmış  formasıdır.  Çünki  təsərrüfatın  bütün 

sahələrində  tərəflər  arasında  münasibət,  təsərrüfat  əlaqələri  məhz  elə  bu  əməliyyatlara 

başlayır.  Belə  əməliyyatlar  təsərrüfat  əlaqələrində  çəki  etibarilə  üstünlük  təşkil  edir. 

Malgöndərənin  faktorinqini  həyata  eçirmək  üçün  faktorinq  təşkilatı  ilə  malgöndərən 

arasında  müqavilə  bağlanır.  Müqavilənin  şərtlərinə  görə  faktorinq  təşkilatı  malgön-

dərənin əmlakı  olduğu  vəsaitin  müəyyən  hissəsini  70-90%-ini  ödəyir. Qalan  hissəni  isə 

alıcıdan aldıqda öz komisyon ödəmələrini çıxmaq şərtilə  malgöndərənə ödəyir. Banklar 

tərəfindən və ya ixtisaslaşmış faktorinq şirkətləri tərəfindən malgöndərənlərin borc öhdə-

liklərinin  borc  öhdəliklərinin  alınması,  malgöndərənə  dövriyyə  vəsaitlərinin  çatışmaz-

lığını  aradan  qaldırmağa,  maliyyə-təsərrüfat  fəaliyyətini sabitləşdirməyə,  balansın  quru-

luşunu təkmilləşdirməyə, ödəmələr riskini minimuma endirməyə, pul dövriyyəsini sürət-

ləndirməyə, hesablaşmaları vaxtında aparmağa imkan yaradır. Bunlar isə müəssisə üçün 

normal fəaliyyət şəraitinin yaranması deməkdir. 

Malalanın  (ödəyicinin)  faktorinqinin  predmeti  malsatanlarla  hesablaşmalarda 

yaranmış  kreditor  borcudur.  Bu  kreditor  borcları  malalanın  (ödəyicinin)  dövriyyə 

vəsaitlərinin  çatışmazlığı olduqda  yaranır. Malalnın  faktorinqin  həyata keçirilməsi  üçün 

faktorinq  təşkilatı  ilə  ödəyici  təşkilat  arasında  müqavilə  bağlanır.  Müqavilədə  faktorinq 

təşkilatı tərəfindən ödəmələri həyata keçirmək öhdəliyi ya ödəmələrin nəzərdə tutulduğu 

günlər üzrə, ya da ki, bütövlükdə borcun bütün  məbləğinin ödənməsi  müddəti üzrə əks 

etdirilir. Bu əməliyyatın  mahiyyəti faktorinq təşkilatı tərəfindən alıcı (ödəyici) təşkilatın 

malgöndərənə  ödəməli  olduğu  kreditor  borcunun  ödənilməsindən  ibarətdir.  Malalanın 

malgöndərən  qarşısında kreditor  borclarının olmaması,  yəni  vaxtında ödənməsi  istehsal 



49 

 

prosesi  üçün  lazım  olan  xammal  və  materialların,  yanacağın  və  digər  tələb  olunan 



əmtəələrin fasiləsiz olaraq əldə olunması şəraitini yaradır. 

Bu  faktorinq əməliyyatı  faktorinq təşkilatına  haqq ödənişi alıcı  (ödəyici)  təşkilatın 

vəsaitləri  hesabına  həyata  keçirilir.  Təcrübə  göstərir  ki,  malgöndərənin  faktorinqi  ilə 

müqayisədə malalanın faktorinqi daha yüksək risklərlə bağlıdır. Ona görə də faktorinqin 

bu  formasının  həyata  keçirilməsi  üçün  komisyon  ödəmələrin  məbləği  digər  formalarda 

olduğundan  daha  yüksək  olur.  Faktorinqin  bu  formasında  faktorinq  təşkilatı  qarşısında 

borcların  ödənməsinin  daha  çox  proqressiv  faiz  dərəcələri  tətbiq  edilir.  Yəni  borcların 

ödənmə müddəti gecikdirildikcə, komisyon ödəmələrin faizləri artırılır. 

Faktorinq əməliyyatlarının təşkili aşağıdakı bir neçə mərhələdən ibarətdir: 

- faktorinq təşkilatı (faktor təşkilat) kimi çıxış edən ixtisaslaşmış faktorinq şirkətinin 

və ya kommersiya bankının faktorinq şöbəsinin formalaşması, yaranması. 

Bankın  faktorinq  şöbəsi  yaradılarkən  bank  bu  şöbənin  əsasnaməsini  hazırlayır. 

Onun  hüquq  və  vəzifələrini  müəyyən  edir.  Bu  şöbə  üçün  lazım  olan  ştatları  ayırır  və 

aparılacaq  işin  xarakterindən  asılı  olaraq  mütəxəssislərlə  təmin  edilir.  Şöbənin  normal 

fəaliyyət  göstərməsini  təmin  etmək  məqsədilə  bank  şöbəyə  lazımi  məbləğdə  pul 

vəsaitləri  ayırır.  Bu  xüsusi  vəsaitlərin  tərkibinə  eyni  zamanda  ehtiyat  (sığorta)  fondu 

dadaxil  olur.  Bu  fond  əsasən  əməliyyatlar  üzrə  ehtiyacların  təcili  ödənməsinə  və  ya 

əməliyyatlar  üzrə  riskin  yüksəlməsi  ilə  əlaqədar  olaraq  yaranan  itkilərin  ödənməsinə 

yönəldilir. Lazımi səviyyədə vəsaitlərə malik olmaq üçün faktorinq şöbə hüquqivə fiziki 

şəxslərdən müqvilə əsasında vəsaitlər cəlb edir. 

Müstəqil  faktorinq  şirkəti  yaradılarkən  onun  fəaliyyət  istiqamətləri  müəyyən-

ləşdirilir,  ştatlar  müəyyən  edilir.  Ştat  üzrə  işə  müxtəlif  müəssisələr:  kredit  üzrə  müəs-

sisələr,  mühasiblər,  iqtisadçılar,  menecerlər,  marketinq  üzrə  mütəxəssislər  və  s.  cəlb 

edilir. Tam ştat üzrə kadrların komplektləşdirilməsi başa çatdıqdan sonra hazırlığın yeni 

mərhələsi başlayır: 

-  klirinq  şirkətinin  maliyyə  vəsaitlərinin  formalaşdırılması  onun  təşkilati-hüquqi 

formasından asılı olur; 



50 

 

-  faktorinq  şöbəsi  tərəfindən  müştəriyə  irəli  sürülən  tələblər  toplusu  işlənib 



hazırlanır. Malgöndərənin faktorinqi həyata keçirilərkən tələblər toplusu aşağıdakıları əks 

etdirməlidir:  

-  onun  məhsulu,  yerinə  yetirdiyi  işlər  və  göstərdiyi  xidmətlər,  onun  məhsulları  və 

gördüyü işlər yüksək keyfiyyətə,bazarda yüksək tələbə malik olmalıdır;  

-  onun  istehsalı  dinamik  olrarq  artmalı  və  bununla  bağlı  etibarlı  perspektivi 

olmalıdır;  

- geniş təsərrüfat əlaqələri və öz istehsal sahəsində yüksək imicə malik olmalıdır;  

-  yüksək  idarəetmə  personalına  və  yüksək  səviyyədə  təşkil  olunmuş  mühasibat 

uçotu və hesabat sisteminə malik olmalıdır;  

-  müxtəlif  kontragentlər,  o  cümlədən  büdcə  və  bank  qarşısında  borca  malik 

olmamalıdır. 

Aşağıdakı  əlamətlər  müəyyən  edildikdə  faktor-şöbələr  faktorinq  əməliyyatını 

aparmaqdan imtina edirlər:  

- müştəri çox zəif ödəmə və kredit qabiliyyətliliyinə malik olduqda;  

- müştəri sabit istehsal fəaliyyətinə malik olmadıqda;  

- müştəri çoxlu sayda kiçik debitorlara və ya böyük məbləğdə vaxtı keçmiş debitor 

borclarına malik olduqda;  

- müştəri faktorinq predmeti kimi fiziki şəxslərin və ya büdcənin borclarına təqdim 

etdikdə; 

- müştəri tələbata uyğun olmayan məhsul satdıqda;  

- müştəri təsərrüfat fəaliyyətində problemlər yaradan əlaqələr yaratdıqda və s.  

Bütün  bu  hallarda  faktorinq əməliyyatları  üzrə  risk  çox  yüksək  olduğundan  onun 

icrasından  imtina  edilir.  Bu  hallada  həta ən  yüksək komission  mükafatları  və  ödəmələr 

itkiləri ödəyə bilməz. 

Faktorinqin  həyata  keçirilməsi  üçün  müqavilə  hazırlanır.  Müqavilənin  məzmunu 

onun  formasından  irəli  gəlir.  Müştəri  ilə  qarşılıqlı  razılaşmanı  əks  etdirən  bu  sənəddə 

faktorinqin  forması,  faktorinq  sövdələşməsinin  məqsədi,  onun  müddəti,  müqavilə 

predmeti  olan  borc  öhdəliklərinin  forması,  faktorinq  ödəmələrinin  ölçüləri  (faizləri), 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə