FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

51 

 

tərəflərin  hüquq  və  öhdəlikləri,  müqavilə  pozulduğu  hallarda edilən cərimələr  bu  və  ya 



digər səbəbdən müqavilənin dayandırılması şərtləri öz əksini tapır. 

Faktorinq  əməliyyatları  həyata  keçirilərkən  kredit  resursları  bir  neçə  mərhələ 

keçərməklə hərəkətdə olur: 

1-ci mərhələ: 

a) satış üçün məhsul malalana göndərilir; 

b) sifariş olunmuş işlər yerinə yetirilir; 

c) xidmətlər göstərilir. 

2-ci  mərhələ - ödəyicilərin borc öhdəliklərinin  faktorinq  təşkilatına,  yəni  faktorinq 

şöbələrinə və ya faktorinq şirkətlərinə satışı. 

3-cü  mərhələ  -  müqavilədə  müəyyən  edilmiş  müddətdə  borc  öhdəliklərinin 

ödənilməsi şəklində kreditin alınması. 

4-cü  mərhələ  -  müştəriyə  verilmiş  kreditlərin  öhdəliklərinin  ödənilməsi  vasitəsilə 

ödəyicilər tərəfindən ödənilməsi. 

Dünya təcrübəsindən faktorinqin aşağıdakı formaları mövcuddur: 

- konvensiya faktorinqi; 

- konfidensial faktorinq; 

- "sakit" faktorinq; 

- ixrac faktorinqi. 

Tərəflər arasında tam xidmət haqqında razılaşma olduğu halda göstərilən xidmətlər 

kompleks  xarakter  daşıyır.  Belə  kompleks  xidmətlər  adətən,  yaxından  tanınan,  daimi 

müştərilərə  göstərilir.  Kompleks  xidmətlər  özündə  aşağıdakı  mühüm  əməliyyatları 

birləşdirir:  

-  müştəri  –  malgöndərənin  almalı  olduğu  debitor  borclarının  alıcılar  tərəfindən 

ödənilməsi riskindən müdafiə olunması,  

- satılmış məhsulun və debitor borcu vəziyyətinin uçotunun təşkili,  

- malgöndərənlərə pul vəsaitlərinin daxil olmasının,  

- alıcıların borc öhdəliklərinin əvvəlcədən ödənilməsi hesabına təmin edilməsi. 



52 

 

Adətən əvvəlcədən  ödənişlər  müqavilədə  nəzərdə tutulan  hallarda  və şərtlərlə  icra 



olunur.  Əvvəlcədən  ödənişlər  borc  öhdəliklərinin  tam  məbləğindəçox  nadir  hallarda 

həyata  keçirilir.  Çünki,  bu  halda  faktorinq  təşkilatının  almalı  olduğu  komisyon 

mükafatların ödənişi gecikdirilə bilər. Ona görə də adətən əvvəlcədən ödənişlərin həcmi 

öhdəliklərin 80%-i həcmində müəyyən olunur. 

Dünya  təcrübəsində,  müştəri  və  faktorinq  təşkilatı  arasında  bağlanmış  müqavilə 

barəsində digər kənar şəxslərinməlumatlandırılması səviyyəsinə görə faktorinqin açıq və 

qapalı formaları mövcuddur. 

Faktorinqin  açıq  forması  ona  görə  belə  adlandırılır  ki,  faktorinq  əməliyyatlarında 

iştirak edən  müştərininkontragentləri faktorinq əməliyyatları barədə məlumatlandırırılar. 

Onlara  çatdırılır  ki,  hansı  tarixdən  müştərinin  hüququi  vərəsəsi  rolunu  hansı  faktorinq 

təşkilatı (bankın faktorinq şöbəsi və ya faktorinq şirkəti) oynayır. Faktorinq təşkilatı üçün 

bankda  xüsusi  hesab  açılır.  Açıq  faktorinq  şəraitində  müştəri  borc  öhdəliklərinin 

müqavilədə  nəzərdə  tutulmuş  məbləği  qədər  kredit  alır  və  onu  faktorinq  təşkilatının 

hesabına  ödəyir.  Analoji  olaraq  faktorinq  təşkilatı  həmin  vəsaitləri  öz  təyinatı  üzrə 

istiqamətləndirir.  

Faktorinqin qapalı forması ona görə belə adlandırılır ki, bu faktorinq əməliyaytının 

keçirilməsi  barədə  başqa  heç  kimə  məlumat  verilmir.  Bu  barədə  məlumatayalnız 

faktorinq müəssisəsi və müştəri malik olur. Bu əməliyyat zamanı pul vəsaitləri ödəyicilər 

tərəfindən  adi  ödəmələrdə  olduğu  kimi  malgöndərən  müştərinin  hesabına  daxil  olur. 

Həmin  müştəri  isə  vəsaitləri  ona  komisyonmükafatları  əlavə  etməklə  faktorinq 

təşkilatının  hesabına  köçürür.  Faktorinqin  qapalı  forması  tətbiq  edildiyi  halda  bu 

əməliyyat nəticəsində verilmiş kreditin ödənməsi prosesi bir qədər gecikir. Belə olduqda 

cari əməliyyatları yerinə yetirmək üçün faktorinq təşkilatı ılavə resurslara ehtiyac duyur, 

əlavə  vəsaitlər  cəlb  etməyə  məcbur  olur.  Bundan  başqa,  ödəmələr  riski  yülsəlir.  Çünki 

hesablaşma  hesabına  vəsaitlərin  daxil  olduğu  müştəriyə  digər  orqanlar,  məsələn,  vergi, 

pensiya  fondu  və  müxtəlif kreditorlar tərəfindən  iddialar  irəli sürülə  bilər. Qeyd  olunan 

amillər faktorinqin dəyərini yüksəldir, riskləri artırır. 

 



53 

 

 



Məhsulun  

 

 



 

 

 



 

     Tələbnamələrin 

ödənişi 

ödənişi 


 

 

 



 

 

    Ödəniş   



Ödəniş (kredit) 

    tələbnamələrin 

qabiliyyətinin təhlili  

    alqısı 

(auditi) 

 

 



 

 

    Malgöndərən 



  Malın göndərilməsi 

            Alıcı 

 

 

                                        (debitor) 



Şəkil 1. Faktorinq əməliyyatının təşkili 

 

Dünya  təcrübəsindən  məlum  olduğu  kimi,  ödəmələr  riskinin  səviyyəsindən  asılı 



olaraq faktorinqin iki forması mövcuddur: 

1. reqress (geri dönmə, qayıtma) hüquqlu; 

2. reqress hüquqsuz. 

Reqress hüquqlu faktorinq əməliyyatlarının mahiyyəti ondan ibarətdir ki, faktorinq 

təşkilatı,  səbəbindən  asılı  olmayaraq  ödəyicinin  ödəmələrdən  imtina  etdiyi  halda, 

müştəridən alınmış borc öhdəliklərinniona qaytarmaq hüququ vardır. Bu halda ödəmələr 

riski və kreditin qaytarılması öhdəliklərimüştəriyə keçir. Reqress hüququna uyğun olaraq 

müştəri,  borc  öhdəliklərinin  satışı  zamanı  faktorinq  təşkilatının  ödədiyi  məbləği  ona 

qaytarmalıdır.  Qeyd  etmək  lazımdır  ki,  bu  halda  komisyon  mükafatlar  müştəriyə 

qaytarılmır. 

Reqress  hüquqsuz  faktorinq  əməmliyyatlarının  mahiyyəti  ondan  ibarətdir  ki, 

ödəyicilər  tərəfindən  yarana  biləcək  ödəmələr  riskini  faktorinq  təşkilatı  bütövlükdə  öz 

üzərinə  götürür.  Lakin  qeyd etmək  lazımdır ki, belə öhdəliyin qəbul olunması o zaman 

mümkündür  ki,  bu  hal  əvvəlcədənaparılan  təhlillər  zamanı  baxılmış  olsun  və  qarşılıqlı 

razılaşma  əsasında  müqviləyə  daxil  olsun.  Faktorinqin  bu  forması  tətbiq  edilərkən 

Faktorinq şirkəti  

(bankın faktorinq şöbəsi) 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə