FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

54 

 

faktorinq  təşkilatının  məsrəfləri  təkcə  əvvəlcədənödənilmiş  borc  öhdəliklərinin  məbləği 



ilə məhdudlaşmır. Çünki bu məbləğə təşkilatın maraqlarının müdafiəsi məqsədilə çəkilən 

əlavə xərclər və həmçinin kreditin ödənilməsinin gecikdirilməsi ilə bağlı ititrlmiş mənfəət 

də  əlavə  edilir.  Buna  görə  də  faktorinqin  bu  forması  bəzi  hallarda  səmərəsiz  bir  forma 

hesab edilir. Məhz bu səbəbdən faktorinq təşkilatları öz fəaliyyətlərində reqress üsulu ilə 

əməliyyatlara daha çox üstünlük verirlər. 

Faktorinq  sövdələşməsində  iştirakçılardan  biri,  məsələn  malgöndərən  ixracatçının 

ödəyicisi  xarici  ölkədə  olduqda  və  ya  əksinə,  faktorinq  əməliyyatı  beynəlxalq  xarakter 

alır.  Faktorinqin  bu  formasında  faktorinq  təşkilatının  fəaliyyətində  əlavə  olaraq  valyuta 

riski  və  köçürmə  riski  yarana  bilər.  Valyuta  riski  mübadilə  kursunun  dəyişilməsi 

səmərəsizbir  səviyyəy  enməsi  ilə,  köçürmə  riski  isə  valyuta  ödəmələrində  çətinliklərin 

yaranması ilə bağlı olaraq yaranır. 

Dünya  təcrübəsi  göstərir  ki,  faktorinq  əməliyyatlarının  səmərəli  olması,  itkilərə, 

zərərlərə  yol  verilməməsi  və əməliyyatların  müqavilədə  nəzərdə tutulduğu  vaxtlarda  və 

şərtlərlə  yerinə  yetirilməsi  üçün  hər  bir  müştəri  ilə  bağlı  olaraq  aşağıdakılara  müləq 

diqqət yetirilməlidir:  

a) müştərinin və onun kontragentlərinin maliyyə vəziyyətlərinin ilkin təhlili. Bunun 

üçün  müştərinin  mühasibat  balansı  və  hesabatı  əsasında  onun  kredit  və  ödəmə 

qabiliyyətliliyi  təhlil  edilməlidir.  Bundan  başqa,  müştərinin  kontragentlərinin  ödəmə 

qabiliyyətliliyi, istehsal olunan məhsulun, görülən işin, göstərilən xidmətin keyfiyyyəti və 

rəqabətə  davamlılığı,  təşkilatın  istehsal  dinamikası,  rentabellik  səviyyəsi,  mənfəətin 

həddi,  müəssisənin  malik  olduğu  xüsusi  və  cəlb  edilmiş  vəsaitlərinin  ölçüləri  və 

mənbələri müəssisəninmalik olduğu debitor və kreditor borcları təhlil olunmalıdır. 

b)  müştəri  tərəfindən  təqdim  olunan  borc  öhdəliklərinin  həcmi  və  quruluşu  təhlil 

edilməlidir.  Bu  təhlilin  əsasında  müştərilərinin  ödəyicilərinin  sayı  və  onun  borc 

dövriyyəsində  onların  hər  birinin  payı  müəyyən  edilməlidir.  Həmçinin  faktorinq 

əməliyyatlarında  nəzərə  alınmayan  borc  məbləğləri,  məhsul  istehsalı  və  satışında  baş 

verən  mövsümi,  müvəqqəti  kənarlaşmalar,  borclu  kontragentlərlə  olan  münasibətlər, 

ödəmələr üzrə mövcu problemlər və s. nəzərdən keçirilməlidir. 




55 

 

c)  alınmış  borc  öhdəlikləri  əsasında  kreditləşmə  limitinin  müəyyən  edilməsi.  Bu 



müştərinin  vəsaitlərini  dövriyyəsi  şərtlərindən  və  şəraitindən,  riskin  səviyyəsindən, 

ssudanın  ödənilməsi  müddətlərindən,  faktorinqin  tipindən  və  s.  amillərdən  asılıdır. 

Bunlardan əlavə,  faktorinq  əməliyyatlarında kreditləşmə  limitinin  müəyyən  edilməsinin 

əsas göstəricilərindən biri əvvəlcədən ödəmənin müəyyənləşmiş həddidir. 

d) faktorinq üzrə ödəmələrin hesablanmasının müəyyən edilməsi. Bu ödəmələr bir 

çox  göstəricələrdən  asılıdır.  Hər  bir  göstəriciyə  isə  çoxlu  sayda  amillər  təsir  edir.  Ona 

görə də qeyd olunanlar nəzərdən keçirilməlidir. Faktorinq ödəmələrinin əsasını komisyon 

mükafatlar təşkil edir. 

Faktorinq  üzrə  komisyon  mükafatlara  idarəetmə  xərcləri  və  uçot  (kredit)  xərcləri 

aiddir. 


İdarəetmə xərcləri müştərinin illik dövriyyə həcmindən faizlərlə ayırmalar vasitəsilə 

qarşılıqlı razılaşma ilə müəyyən edilir. Uçot xərclərinə isə qısamüddətli əməliyyatlar üzrə 

ssuda faizləri və həmçinin risk və digər xərclər üzrə kompensasiyalara görə əlavə faizlər 

aid edilir. 

İdarəetmə  xərclərininformaıaşmasına  aşağıdakı  amillər  təsir  edir:  istehsalın 

strukturu və həcmi, alıcıların ödəmə qabiliyyətliliyi, bank və əmtəə bazarında vəziyyət – 

tələb və təklifin nisbət səviyyəsi, faktorinqin tərkibi. 

Uçot  xərclərinə  isə  aşağıdakı  amillər  təsir  edir:müştərinin  kredit  qabiliyyətliliyi, 

müəyyənedilmiş  faiz  dərəcələrinin  səviyyəsi,  məcmu  riskin  səviyyəsi,  kreditin  ödəmə 

şərtləri və müddətləri. 

Göründüyü kimi komisyon mükafatların formalaşmasına təsir edən amillər müxtəlif 

əlamətlərə malikdirlər, ona görə də buamillər kompleks şəkildə nəzərdən keçirilməlidir. 

e)  faktorinq  müqviləsinin  bağlanması.  Bu  sənəddə  tərəflər  arasında  qarşılıqlı 

razılaşma  şərtlərindən  əlavəfaktorinq əməliyyatının  uğurla  başa  çatdırılması  üçün  vacib 

olan tərəflərinməsuliyyəti əks etdirilir. Müqavilə məsuliyyətinə əsasən müştəri mütəmadi 

olaraq faktorinq təşkilatına alıcıların maliyyəvəziyyəti, vəsaitlərin dövretmə göstəriciləri, 

debitor və kreditor borcların həcmi barədə məlumat verməli, müqavilədənəzərdə tutulan 

vaxtlarda, müddətlərdə komisyon mükafatları ödəməlidir. 




56 

 

Müqaviləyə  əsasən  faktorinq  təşkilatı  müəyyən  edilmiş  müddətlərdə  alınmış  borc 



öhdəliklər iləbağlı bütün ödəmələri həyata keçirməlidir. 

Qeyd  olunanların  vaxtında  icra  edilməsi  faktorinq  əməliyyatının  nəticəsini 

şərtləndirir.  Ona  görə  də  faktorinq  müqaviləsinin  bağlanması  və  ona  nəzarət  olunması 

vacib atributdur. 

f) tərəflərin faktorinq əməliyyatlarının yerinə yetirilməsi haqqında məlumat – təhlil 

materialları ilə təmin edilməsi. 

Faktorinq təşkilatı faktorinq müqaviləsi əsasında müştərinin ödəmə əməliyyatlarının 

uçotunu aparır, mütəmadi olaraqborcların vəziyyəti, onların yaranma səbəbləri, həcminin 

azaldılması  imkanalrı,  ödəmə  dövriyyəsi  və  s.  barədə  müştəriyə  məlumat  verir.  Bu 

göstərilənlər  faktorinq  əməliyyatlarını  daimi  olaraq  nəzarətdə  saxlamağa  və  onu 

müvəffəqiyyətlə başa çatdırmağa xidmət edir. 

Forfeytinq  beynəlxalq  ticarətin  maliyyələşdirilməsinin  alternativ  variant-larından 

biridir  və  o,  ixrac  tələbatlarının  forfeyter  (kommersiya  bankı  və  maliy-yələşdirmə  üzrə 

ixtisaslaşdırılmış  şirkət)  ödəmə  halında  ixracatçıya  (forfeyterə)  naytarılmasını  nəzərdə 

tutmayan  tərəfindən  onların  alınmasını  ifadə  edir.  Onun  inkişafının  əsas  ilkin  şərtlərini 

beynəlxalq  inteqrasiyanın  güclənməsi,  bankların  rəqabət  qabiliyyətinin  artması,  ixrac 

əməliyyatlarına  dövlət  məhdudiyyətlərinin  ləğvi,  həmçinin  ixracatçının  məruz  qaldığı 

risqin artımı təşkil edir. 

Beləliklə, forfeytinq adi və köçürmə veksellə ifadə olunmuş dövriyyə sənədilə ifadə 

olunmuş  borcun  kreditordan  dövriyyəsiz  əsasda  alınmasıdır.  Bu  o  deməkdir  ki,  borc 

sənədinin  alıcısı  (forfeyter) borcludan pulu ala bilmədikdə sənədin  kreditora qaytarmaq 

hüququndan  imtina  etməsi  haqda  üzərinə  öhdəlik  götürür.  Dövriyyəli  öhdəliyin  alqısı 

diskontla edilir.  

Forfeytinq mexanizmi sövdələşmələrin iki növündə tətbiq olunur: 

1.  Maliyyə  əqdləri  –  uzunmüddətli  maliyyə  öhdəliklərinin  tez  yerinə  yetirilməsi 

məqsədilə; 

2. Xarici alıcıya kredit verən ixracatçıya pulun çatması üçün ixrac əməliyyatlarında. 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə