FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

57 

 

Forfeytinq əməliyyatı kimi istifadə olunan başlıca dövriyyə sənədi vekseldir. Lakin 



başqa  qiymətli  kağızlar  da  forfeytinqin  obyekti  ola  bilər.  Əsas  odur  ki,  bu  kağızlar 

mücərrəd öhdəliyə malik olsunlar. 

Forfeytinq  II  Dünya  müharibəsindən  sonra  yaranmışdır.  Forfeytinq  ixracın  dövlət 

kreditləşməsinin zəif olduğu ölkələrdə daha çox inkişaf etmişdir. İlkin olaraq forfeytinq 

kommersiya bankları tərəfindən həyata keçirilirdi, lakin «a-forfe» əməliyyatlarının həcmi 

genişləndiyindən bu sahə üzrə ixtisaslaşdırılmış institutlar yarandı. 

Forfeytinq əməliyyatlarını yerinə yetirən ixtisaslaşdırılmış maliyyə qurum-ları kimi 

kommersiya  banklarının  törəmə  bölmələri  çıxış  edir.  Forfeytinq  zamanı  borclu  kimi 

beynəlxalq  miqyasda  yaxşı  reytinqi  olan  ölkələrin  ixracatçıları  ola  bilər.  Hazırda 

forfeytinqin  başlıca  mərkəzlərindən  biri  Londondur,  çünki  bir  çox  Avropa  ölkəsinin 

ixracı  artıq  çoxdandır  ki,  yeni  bank  texnologiyalarını  tez  mənimsəyən  Siti  tərəfindən 

maliyyələşdirilir.  Forfeytinq  biznesinin  əhəmiyyətli  hissəsi  Almaniya  və  İsveçrədə 

cəmləşmişdir. Forfeytinqin müddəti 180 gündən 5 ilədək, bəzi hallarda isə 7 ilədək olur. 

Forfeytinq əqdinin keçirilməsi bir neçə mərhələdən ibarətdir. Birinci mərhələ əqdin 

hazırlanmasıdır.  Bu  mərhələdə  ixracatçı  onun  bankı  və  ya  idxalatçı  əqdin  təşəbbüskarı 

kimi  çıxış edir.  İxracatçı  üçün  forfeyterin zəmanətə olan tələblərini  və  idxalaçtı  ilə  qəti 

əqdləmənə  qədər  diskontun  təxmini  həcmini  müəyyənləşdirmək  vacibdir.  Bu 

informasiyanı  nəzərə  almadan  ixracatçı  müqavi-lənin  tam  qiymətini  müəyyən  edə 

bilməz.  Daha  sonra  bu  mərhələdə  forfeyter  tərəfindən  ixracatçının  ərizəsinə  baxılır  və 

nəticədə  aydın  olur  ki,  ixracatçının  müqaviləsinin  qiymətinə  daxil  etdiyi  maliyyələşmə 

marjası əsaslandırılmayıb. 

Forfeyter  gözlənilən  əqdin  xarakterini  (maliyyə  və  ya  ticarət)  müəyyən-ləşdirir, 

çünki maliyyə sənədləri satıldığı halda bu haqda əvvəlcədən xəbərdarlıq mütləq şərtdir. 

Növbəti  addım  gözlənilən  əqd  barəsində  informasiyanın  valyutası,  maliy-

yələşdirmə müddəti, ixracatçı, idxalçı, onların yerləşməsi və s. toplanmasıdır. Daha sonra 

forfeyter kredit təhlili aparır və ixracatçıya son qiyməti bildirir. Əqdin bağlanılması haqda 

ilkin  razılaşmadan  sonra  onun    sənədli  rəsmiləşməsi  keçirilir.  Daha  sonra  ixracatçı 

köçürmə vekselləri seriyasını hazırlayır, yaxud alıcıdan sadə veksellərin qəbulu haqqında 




58 

 

razılaşmanı  imzalayır.  Bundan  başqa,  ixracatçı  öz  veksellərinə  zəmanət,  yaxud  aval 



almalıdır. 

Beləliklə, forfeytinq əqdi uzun hazırlıq mərhələsini nəzərdə tutur. Buna baxmayaraq 

son  illərdə  forfeytinq  get-gedə daha  geniş  yayılır.  Bu onunla  izah olunur  ki,  forfeytinq, 

onu  maliyyələşdirmənin  cəlbedici  metodu  edən  xüsusiyyətlərə  malikdir.  Forfeytinq 

prosesində maliyyələşdirmə ixracatçıya risqin azalması ilə yanaşı, likvidliyin və balansın 

yaxşılaşması kimi üstünlüklər verir, yəni: 

-  forfeyter tərəfindən tələblərin alınması anından başlayaraq valyuta və digər risqlər 

aradın qalxır; 

-  müddətli ödəməli malgöndərmə əməliyyatın nağd ödəməli əməliyyata çevrilməsi, 

yəni ixracatçı mal göndərən kimi dərhal pul məbləğini alır. 

-  forfeytinq  maliyyələşdirilməsi  dəyişməz  faiz  dərəcəsi  əsasında  həyata  keçirilir. 

Buna görə də kalkulyasiya üçün dəqiq əsas mövcuddur. 

-  sənədləşdirmənin sadəliyi və onun tez rəsmiləşdirilməsi. 

-  forfeyter kredit əməliyyatına nisbətən daha yüksək gəlir əldə edir. 

Lizinqlə  müqayisədə  forfeytinq  daha  sadə  sənədləşdirmə  ilə  fərqlənir.  Bundan 

başqa  əgər  lizinq  müqaviləsində  ixracatçının  adından  maliyyə  şirkəti  çıxış  edirsə,  o, 

ixracatçının  üzərinə  reqress  hüququnun  saxlanılmasını  mütləq  tələb  edir,  yəni  ixracatçı 

idxalçının müflisləşmə risqinə məruz qalır. Forfeytinq zamanı isə bütün risqləri forfeyter 

öz  üzərinə  götürür.  Bu  həmçinin  faktorinqə  aiddir  ki,  bu  zaman  maliyyə  qurumları 

ixracatçının üzərinə reqress hüququnu özlərində saxlayır. Sənəd dövriyyəsinin sadəliyi və 

ixracatçının  risqdən  azad  olması  forfeytinqi  sərfəli  şəkildə  dövriyyəyə  görə  kreditləş-

mədən də fərqləndirir.  



 

 

 

 

 

 


59 

 

2.3. Trast əməlliyyatları 

Kommersiya  banklarının  apardığı  vasitəçilik  əməliyyatlarından  biri  də  trast 

əməliyyatlarıdır. 

Trast əməliyyatları – müştərinin tapşırığına əsasən əmlakın idarə olunması və digər 

xidmətlərin  onun  maraq  dairəsində,  onun  xeyrinə  kommersiya  bankları  və  xüsusi 

maliyyə institutları tərəfindən aparılan əməliyyatlardır. 

Trast  əməliyyatlarının  mahiyyəti  ondan  ibarətdir  ki,  əmlak  sahibi  onun  idarə 

olunması hüququnu mövcud qanunvericiliyə riayət etməklə müqavilə əsasında digərinə – 

ya banka, ya da ki, xüsusi maliyyə institutuna verir. 

Trast əməliyyatlarının həyata keçirilməsində müştərinin müxtəlif növ əmlakı iştirak 

edə bilər. 

Trast əməliyyatlarının obyekti kimi aşağıdakı əmlak növləri iştirak edirlər: 

– istehsal və qeyri – istehsal xarakterli daşınmaz əmlak; 

– nəqliyyat və rabitə vasitələrindən ibarət daşınan əmlak; 

– əmlak hüququ; 

– pul vəsaitləri; 

– qiymətli kağızlar. 

Əmlakın  növündən,  həmçinin  mülkiyyətinin  arzu  və  məqsədlərindən  asılı  olaraq 

trast  əməliyyatlarının  məzmunu  və  həmçinin  onu  yerinə  yetirən  bankın  funksiyaları 

dəyişir. Trast əməliyyatlarını icra edərkən banklar iki mühüm rolda çıxış edə bilərlər. 

Birincisi,  banklar  müqavilə  çərçivəsində  müştərinin  əmlakı  üzrə  müstəqil 

sərəncamlar verərək müştərinin tam hüquqlu nümayəndəsi ola bilərlər. 

İkincisi,  banklar  müştərinin  tapşırığına  əsasən  onun  əmlakı  ilə  ciddi  konkret 

əməliyyatları icra edə bilərlər. 

Bazar  iqtisadiyyatı  şəraitində  trast  əməliyyatları  banklar  üçün  xüsusi  maraq  kəsb 

edir.  Çünki  bazara  keçid  və  bazar  şəraitində  yeni  yaranmış  çoxlu  müxtəlif  mülkiyyət 

formalı  müəssisələrin çoxu heç də əmlakın müxtəlif növləri ilə əməliyyatlar aparmaqda 

səriştəyə malik olmurlar. Ona görə də trast əməliy-yatlarının aparılmasında  marağı olan 

müəssisə,  təşkilat  və  fıziki  şəxslərin  sayı  artır.  Banklar  və  digər  xüsusi  institutlar  trast 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə