FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

60 

 

əməliyyatlarına  artan  tələbatdan  istifadə  edərək  bazarda  öz  mövqeyini  möhkəmlətmək 



üçün bir çox vacib məsələləri həll edirlər. Onlar əsasən aşağıdakılardan ibarətdir: 

– aparılan əməliyyatlar və göstərilən xidmətlər dairəsinin genişləndirilməsi; 

– müştəri bazasının genişləndirilməsi; 

– müştəri bazasının keyfiyyətinin yaxşılaşdırılması; 

–  bank  bazarının  digər  seqmentlərinə  (tərkib  hissəsinə)  daxil  olması,  müdaxilə 

etməsi; 


–  əlavə gəlir əldə edilməsi; 

– müxtəlif müəssisə təşkilat, fıziki şəxslər üzərində nəzarətin əldə olinması; 

–  üzərində  nəzarətin  əldə  olunduğu  müəssisə,  təşkilat,  fıziki  şəxslərin  trast 

əməliyyatlarında iştirak edən müxtəlif fondları üzərində nəzarətin əldə olunması; 

–  payda  iştirak  etməklə,  təsisçi  oimaqla,  səhm  paketinə  nəzarətin  əldə  olunması 

vasitəsilə  iqtisadiyyata  investisiya  qoyuluşu  ilə  qanunvericiliklə  banklar  üçün  müəyyən 

edilmiş məhdudiyyətlərin ötülməsi; 

– fond bazanrının iştirakçısı kimi bankın rolunun yüksəlməsi. Göründüyü kimi, trast 

əməliyyatlarını  apararkən  banklar  yuxarıda  qeyd  olunan  mühüm  təsərrüfat  əhəmiyyətli 

vəzifələri  yerinə  yetirirlər.  Ona  görə  də  trast  əməliyyatlarının  mahiyyəti  nəzərdən 

keçirilərkən qeyd olunanları mütləq nəzərə almaq lazımdır. 

Bankın  özünəməxsus  spesifik  xüsusiyyətindən,  onun  maliyyə  bazarındakı 

vəziyyətindən  və  mövqeyindən,  onun  müştəri bazasının  vəziyyətindən  və digər  iqtisadi 

şərtlərdən  asılı  olaraq  bankın  trast  şöbəsinin  vəzifələri  dəyişə  bilər.  Trast  əməliyyatı 

göstəricilərinin təhlilini müxtəlif mövqelərdən və yanaşma tərzi ilə aparmaq olar. Bunun 

üçün  iştirakçıların  trast  müqaviləsi  predmetinə  və  onların  mülkiyyət  hüququnun 

transformasiyasına  münasibəti,  onların  trast  əməliyyatlarında  funksiyası,  iştirakçıların 

statusu və s. mütləq nəzərdən keçirilməlidir. 

Trast  əməliyyatlarının  iştirakçıları  kimlərdir?  Bunu  nəzərdən  keçirmək  üçün  ilk 

əvvəl  trast  əməliyyatlarının  subyektlərini 

müəyyən  etmək  lazımdır.  Trast 

əməliyyatlarının iştirakçıları aşağıdakılardır: 

– trastın təsisçisi; 



61 

 

– etibarlı idarəedən; 



– benefisiar. 

Trastın təsisçisi rolunda isə aşağıdakılar çıxış edə bilərlər: 

– əmlakın sahibi; 

– hami; 


– vəsiyyəti yerinə yetirən. 

Qeyd  olunanların  şəxsində  əməliyyatları  həm  fiziki  həm  də  hüquqi  şəxslər  apara 

bilər.  Hüquqi  şəxslər  rolunda  müəssisə  və  təşkilatlar,  dövlət  idarəetmə  orqanları, 

beynəlxalq təşkilatlar və s. çıxış edə bilərlər. 

Trast  əməliyyatlarının  ikinci  iştirakçısı  etibarlı  idarəedəndir.  Bu  o  şəxsdir  ki, 

əmlakın sahibi müqavilə əsasında öz mülkiyyətini və ya mülkiyyət hüququnu müvəqqəti 

olaraq  ona  idarəetməyə  və  ya  konkret  olaraq  hər  hansı  bir  əməliyyatı  icra  etmək  üçün 

verir. Trast əməliyyatlarının həyata keçirilməsi komisyonçular vasitəsilə icra olunur. 

Komisyonçu, komisiya müqaviləsi əsasında müştərinin əmlakı hesabına öz adından 

müəyyən əməliyyatları  icra etmək öhdəliyini  götürmüş şəxsdir.  Komisyonçu  icra etdiyi 

işə görə komisyon haqqı (mükafatı) alır. Komisyonçu rolunda həm fiziki həm də hüquqi 

şəxslər  çıxış  edə  bilərlər.  Hüquqi  şəxs  rolunda  isə  kommersiya  bankı,  xüsusi  maliyyə 

institutu, trast şirkəti çıxış edə bilər. 

Trast  əməliyyatının  digər  iştirakçısı  müvəkkil  şəxsdir.  Müvəkkil  şəxs  müştərinin 

tapşırığına  əsasən,  onun  hesabına  və  onun  adından  fəaliyyət  göstərən  şəxsdir.  Onun 

xidmətləri müştəri tərəfindən mövcud xidmət tarifləri, yaxud müqavilə əsasında ödənilir. 

Trast  əməliyyatlarının  digər  iştirakçısı  benefisiardır.  Benefisiar  (onu  səmərə  əldə 

edən  də  adlandırırlar),  trast  müqaviləsinin  xeyrinə  bağlandığı  şəxsdir.  O,  gəlirləri  trast 

şirkətindən alır. Benefisiar kimi həm fiziki, həm də hüquqi şəxslər çıxış edə bilərlər. 

Trast  əməliyyatlarının  mahiyyəti  və  məzmunu  təhlil  edilərkən  nəzərdən  qaçırmaq 

olmaz ki, bu əməliyyatlar həyata keçirilərkən onun iştirakçıları arasında  maliyyə-iqtisad 

xarakterli münasibətlər yaranır. Bu münasibətlərin xarakteri daha çox trast müqaviləsinin 

şərtlərindən,  trast  üzrə  verilən  əmlakın  tipindən, aparılan əməliyyatın  öz  məzmunundan 

və iştirakçıların rolundan asılı olur. 




62 

 

Trast  əməliyyatları  zamanı  iştirakçılar  arasında  yaranan  maliyyə  –  iqtisadi 



münasibətlər  sistemi  aşağıdakı  kimi  təzahür  edir.  Trast  əməliyyatlarının  müxtəlif 

mərhələlərində  müxtəlif  iştirakçılar  çıxış  edir  və  əməliyyatın  məzmunu  bunlardan  asılı 

olur:  

- münasibətlərin iştirakçıları,  



- münasibətlərin predmeti,  

- əməliyyatın məzmunu,  

- əməliyyatın vadaredici,  

- sövqedici səbəbləri. 

İnkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki,  trast  əməliyyatlarının  təsnifatı  trast 

əməliyyatlarının formasından, tipindən, aparılan əməliyyatların xarakterindən asılıdır. Bu 

xüsusiyyətlərindən asılı olaraq trast əməliyyatlarının bir neçə növünü fərqləndirirlər. 

Trast əməliyyatlarının aşağıdakı növləri vardır: 

– etibarlı idarəetmə; 

– agent xidmətləri. 

Etibarlı  idarəetmə trast əməliyyatlarında əmlak  mülkiyyətçisi  ilə etibarlı  idarəedən 

arasında yaranan münasibətlərin formasıdır. Onlar arasında bağlanmış müqaviləyə əsasən 

mülkiyyət  sahibi  öz  mülkiyyətinin  idarəetmə  hüququnu  etibarlı  idarəedənə  verir.  Bu 

hüquq əsasında etibarlı idarəedən müxtəlif sövdələşmələr bağlaya və icra edə bilər. 

O, eyni zamanda mülkiyyətçidən müəyyən göstəriş və tapşırıqlar alarkən müqavilə 

əsasında  digər  hüquqi  hərəkətlər  edə  bilər.  İcra  etdiyi  əməliyyatlara  görə  o,  komisyon 

mükafatı alır. Etibarlı idarəedən öz fəaliyyəti zamanı müqavilədə nəzərdə tutulduğu kimi 

öz adından,  lakin  mülkiyyət sahibinin əmlakı  hesabına  və  onun  tapşırığına əsasən çıxış 

edir. Eyni zamanda fəaliyyətinin nəticələrinə görə maddi məsuliyyət daşıyır. 

Əməliyyatın etibarlı idarəetmə formasında həm fiziki, həm də hüquqi şəxslər üçün 

əməliyyatlar yerinə yetirilir. 

Fiziki şəxslər üçün yerinə yetirilən əməliyyatlar aşağıdakılardır: 

– əmlakın varisliyə, mirasa verilməsi; 

– müqavilə əsasında əmlakın idarə edilməsi; 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə