FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

63 

 

– iş bacarığı olmayan şəxslərin əmlakı üzərində tam və ya natamam qəyyumluq və 



hamilik. 

Hüquqi   şəxslər   üçün   yerinə   yetirilən əməliyyatlar aşağıdakılardır: 

– əmlak və əmlak hüququnun, qiymətli kağızlar portfelinin idarə edilməsi; 

– pensiya (təqaüd) fondlarının vəsaitlərinin idarə edilməsi; 

– xeyriyyəçilik və digər xüsusi təyinatlı fondların idarə edilməsi; 

– investisiya şirkətləri və fondlarının idarə edilməsi.  

Bu əməliyyatları ayrı-ayrılıqda nəzərdən keçirək.  

Əmlakın  varisliyə,  mirasa  verilməsi əməliyyatı bütün  varislərin  maraqlarına  riayət 

olunması  ilə  bağlıdır.  Əməliyyatı  yerinə  yetirərkən,  etibarlı  idarəedən  varisliyi  sənəd-

ləşdirmək üçün əvvəlcə məhkəmənin qərarını alır. Sonra miras qoyulan əmlakı toplayır, 

onun tərkibini müəyyən edir. Əmlak sahibinin borcları üzrə hesablaşmalar aparır, inzibati 

xərcləri və vergiləri ödəyir. Əmlakın qalan hissəsini varislər arasında vəsiyyət əsasında, 

vəsiyyət olmadıqda isə ölkədə fəaliyyətdə olan varislik qanunu əsasında bölüşdürür. 

Müqavilə  əsasında  əmlakın  idarə  edilməsi  trast  təsisçisinin  və  ya  benefisiarın 

maraqları  əsasında  həyata  keçirilir.  Bu  əməliyyat  vasitəsi  ilə  pul  vəsaitlərinin  yerləş-

dirilməsi,  sonradan  idarəetmək  hüququ  ilə  daşınmaz  əmlak  alınması,  qiymətli  kağızlar 

çantasının  formalaşdırılması  və  s.  kimi  əməliyyatiar  icra  edilir.  Adətən  fiziki  şəxslər 

yüksək  peşəkarlığa  və  informasiyaya  malik  olmadıqları  halda  öz  əmlaklarının  idarə 

edilməsini  bankın  trast  şöbəsinə  həvalə  edirlər.  Burada  əsas  məqsəd  gəlir  əldə 

edilməsindən ibarətdir. 

İş  bacarığı olmayan şəxslərin əmlakı  üzərində tam  və  ya  natamam  qəyyumluq  və 

hamilik  iş  qabiliyyəti  olmayanların  əmlaklarının  idarə  edilməsi  zərurəti  yarandıqda 

meydana  çıxır.  Trast  təşkilatı  bu  tip  əməliyyatlarla  hamilərin  marağının  müdafiəsi 

məqsədilə sövdələşmələr, müqavilələr bağlaya və mübahisəli məsələləri həll edə bilərlər. 

Onlar həmçinin mülkiyyət sahibinin digər tapşırıqlarını icra edə bilərlər. Əməliyyatın bu 

forması  bir  tərəfdən  hamilərin,  qəyyumların  maraqlarını  müdafiə  məqsədilə,  digər 

tərəfdən isə gəlir əldə etmək məqsədilə həyata keçirilir. 



64 

 

Əmlak  və  əmlak  hüququnun,  qiymətli  kağızlar  portfelinin  idarə  edilməsi  öz 



mahiyyətinə görə həm fiziki, həm də hüquqi şəxslər üçün xüsusi əhəmiyyət kəsb edir. Bu 

bazar iqtisadiyyatı şəraitində qiymətli kağızlar portfelinin idarə edilməsinin aktuallığı və 

səmərəli  olması  ilə  bağlıdır.  Bu  əməliyyatları  həyata  keçirərkən  trast  təşkilatı  qiymətli 

kağızlar  portfelinin  vəziyyətini,  onun  inkişaf  istiqaməti  və  meyllərini  təhlil  edərək  icra 

edəcəyi  əməliyyatların  mahiyyətini  müəyyən  edir  və  bu  əsasda  trastın  təsisçisinin 

tapşırıqlarını icra edir. 

Pensiya  (təqaüd)  fondlarının  vəsaitlərinin  idarə  edilməsində  zərurət  qeyri  -dövlət 

təqaüd fondlarının uzunmüddətli resurslara malik olmasıdır. Buna görə də fondlar həmin 

vəsaitləri səmərəli yerləşdirməkdə maraqlıdırlar. Bu fondlar trast əməliyyatları vasitəsilə 

sərbəst vəsaitləri depozitə yerləşdirir, qiymətli kağızların səmərəli portfelini fondlaşdırır, 

digər  təsərrüfat-maliyyə  əməliyyatlarına  vəsait  qoyurlar.  Bu  vasitə  ilə  fondlar  öz 

fəaliyyəti üzrə xərcləri ödəmək üçün gəlirlər əldə edirlər, fondun aktivlərini artırırlar. 

Xeyriyyəçilik və digər xüsusi təyinatlı fondların idarə edilməsinə gəldikdə isə, bazar 

iqtisadiyyatı  şəraitində  çoxlu  xayriyyəçilik  və  müxtəlif  yardım  fondları  yaradılır.  Bu 

fondlar  müxtəlif  mənbələrdən  vəsaitlər  cəlb  edərək  xeyli  miqdardia  sərbəst  pul 

vəsaitlərinə  malik olurlar. Bu fondlarla əməliyyatlar apararkən trast təşkilatı iki  mühüm 

funksiyanı  yerinə  yetirir.  Bunlardan  birincisi  fondun  vəsaitlərinin  səmərəli  şəkildə 

yerləşdirilməsindən,  ikincisi  isə  həmin  vəsaitlərin  fondun  vəzifələrinə  uyğun  olaraq 

bölüşdürülməsindən ibarətdir. 

Dünya bank təcrübəsindən məlum olduğu kimi, investisiya şirkətləri və fondlarının 

idarə  edilməsi  əməliyyatlarının  trast  əməliyyatları  məcmucunda  üstün  çəkiyə  malikdir. 

Bu  əməliyyatları  icra  edərkən  banklar  fondların  pul  vəsaitlərini  yerləşdirir,  onun 

səhmdarlarının  siyahısını араrır,  dəyişiklikləri  qeydə  alır.  Gəlirin  bölüşdürülməsinə  kö-

mək edir, dividendlər ödəyir, fondların səhmlərini və digər qiymətli kağızlarını yerləşdirir 

və digər tapşırıqları icra edirlər. 

Trast əməliyyatlarının bir növü də agent xidmətləridir, Əməliyyatların bu növünün 

iştirakçıları aşağıdakılardır: 



65 

 

-  prinsipal (etibar edən) – digər bir şəxsə hər hansı bir işi icra etmək tapşırığını və öz 



səlahiyyətlərini ona verən şəxsdir; 

-  agent  –prinsipalın  adından  fəaliyyət  göstərən  və  onun  göstərişlərini  dəqiqliklə 

yerinə yetirən şəxsdir. 

Agent  xidmətləri  əməliyyatlarında  əmlak  üzərində  mülkiyyət  hüququ  (əmlak 

hüququ)  prinsipalda  (etibar  edəndə)  qalır.  Agent  yalnız  vəkil  edilmiş  inanılmış  şəxsin 

funksiyalarını  yerinə  yetirir.  Müqavilə  əsasında  agent  yalnız  ona  tapşırılmış  işin  yerinə 

yetirilməsi keyfiyyətinə görə məsuliyyət daşıyır. O, bu əməliyyatın son nəticələrinə görə 

cavabdeh  deyildir.  Agent  müştərinin  vəsaitləri  hesabına  fəaliyyət  göstərir  və  ondan 

mükafat alır. 

Agent  xidmətləri  icra  edilərkən  həm  fiziki,  həm  də  hüquqi  şəxslər  üçün  əməliy-

yatlar yerinə yetirilir. 

Həm fiziki həm də hüquqi şəxslər üçün aşağıdakı əməliyyatlar icra olunur: 

– qiymətli kağızlar bazarında əməliyyatlar; 

– pul və digər qiymətlilərin saxlanması və verilməsi; 

– etibarnamələrin,  vəsiyyətnamələrin  digər  hüquqi  və  notarial sənədlərin rəsmiləş-

dirilməsi. 

Bu  əməliyyatlardan  əlavə  fiziki  şəxslər  üçün  səhm  və  istiqrazlar  üzrə  gəlirin 

alınması, hüquqi şəxslər üçün isə depozit xidmətləri yerinə yetirilir. 

Əməliyyatların bu növlərinin özünəməxsus xüsusiyyətlərinə nəzər salaq. 

A)  Qiymətli  kağızlar  bazarında  əməliyyatlar.  Bu  tip  trast  əməliyyatlarını  trast 

təşkilatları həm fiziki həm də hüquqi şəxslər üçün fond bazarında fəaliyyətlə bağlı olaraq 

agent xidmətləri formasında icra edirlər. Bu əməliyyatlar əsasən qiymətli kağızların alqı-

satqısı,  onlar  üzrə  ödəmələrin  həyata  keçirilməsi,  qiymətli  kağızlar  vasitəsilə  ssuda 

verilməsi,  səhmdar  cəmiyyətlərin  yenidən  təşkili  zamanı  səhm  mübadiləsi,  qiymətli 

kağızlarla  əməliyyatlarla  bağlı  risklərin  sığorta  olunmasına  kömək  göstərilməsi,  sığorta 

polisinin sənədləş-dirilməsi, birja və birjadan kənar sövdələşmələrin qeydiyyatı, əmlakın 

girovdan azad edilməsi, itmiş xarab olmuş, oğurlanmış qiymətli kağızların dəyişilməsi və 

s.  ilə  bağlıdır.  Bu  agent  xidmətlərinin  hər  birinin  özünəməxsus  xüsusiyyətlərə  malik 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə