FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   19   20   21   22   23   24   25   26   27

66 

 

olmasına  baxmayaraq  əməliyyatın  forması  baxımından  mahiyyətcə  eyniyyət  təşkil 



edirlər. 

B)  Pul  və  digər  qiymətlilərin  saxlanması  və  verilməsi.  Bu  əməliyyatlar  onun 

iştirakçılarının  hüquq  və  maraqlarının,  həmçinin əsas  fəaliyyətlərinin  məqsədinin  təmin 

olunmasına  yönəlmişdir.  Trast  təşkilatları  bu  tip  əməliyyatları  yerinə  yetirərkən  əsasən 

aşağıdakı formada əməliyyatları icra edirlər: 

a) qiymətli kağızların, pul vəsaitlərinin, sənədlərin və digər qiymətlilərin saxlanmaq 

üçün qəbul edilməsi; 

b) qeyd olunanlar üçün seyflərin və ya ayrıca seyf nömrələrinin verilməsi; 

c)  saxlanmağa  qəbul  edilmiş  qiymətlilərin  onun  sahibinin  göstərişlərinə  əsasən 

digər şəxsə verilməsi; 

ç)  səhmlərin,  istiqrazların  digər  bu  tipli  qiymətlilərin  saxlanması  və  onlar  üzrə 

gəlirin  daxil  olması,  uduşlu  olduğu  halda  uduşa  dəyişmələri  barədə  onun  sahibinə 

məlumat çatdırılması; 

d)  saxlanmağa  qəbul  edilmiş  qiymətli  kağızlar,  pul  vəsaitləri  və  digər  qiymətlilər 

üzrə  onun  sahibinin  göstərişi  əsasında  digər  əməliyyatların  (kreditin  verilməsi,  yardım 

göstərilməsi,  xeyriyyə  məsələlərinə  xərclənməsi,  kütləvi  tədbirlərin  keçirilməsi  və  s.) 

aparılması; 

e) saxlanmağa qəbul olunmuş qiymətlilərin müqavilə əsasında ya onun sahibinə, ya 

da ki, onun göstərdiyi fiziki və ya hüquqi şəxsə çatdırılması. 

Dünya  təcrübəsi  göstərir  ki,  agent  xidmətlərinin  bu  forması  çox  tətbiq  olunan  və 

xüsusi əhəmiyyətli bir formadır. Bu formadan əsasən çox baha qiymətli daşınmaz əmlakın 

alqı-satqısı zamanı istifadə olunur. Bu halda bu əməliyyat alqı-satqının təminatı kimi çıxış 

cdir.  Alqı-satqıda  iştirak  edən  tərəflər  bankla  müqavilə  bağlayaraq  sövdələşmənin  tam 

dəyərini (nağd pul  vəsaitlərini) bankda  icarəyə götürülmüş seyfə  yerləşdirirlər.  Alqı-satqı 

baş  tutduqdan  sonra,  yəni  mülkiyyətin  sahibi  dəyişdikdən  sonra,  banka  bu  barədə  sənəd 

təqdim olunur. Yalnız bu halda bank pul vəsaitlərini əmlakı satana verir. Beləliklə də bu 

əməliyyat  nəticəsində  vəsaitlərin  itməsinin,  oğurlanmasının,  tərəflərin  bir-birini  aldat-

masının, dələduzluq faktlarının, risklərinin qarşısı tam alınmış olur. 




67 

 

C)  Etibarnamələrin,  vəsiyyətnamələrin,  digər  hüquqi  və  notarial  sənədlərin 



rəsmiləşdirilməsi.  Xidmətlərin  bu  növü  postsovet  məkanında  çox  az  yayılmışdır. 

Avropada isə Almaniya, İtaliya, Fransa, İngiltərə kimi ölkələrdə bu sahədə geniş təcrübə 

vardır.  Bu  ölkələrin  əmanət  banklarında  müştərilərə  daşınmaz  əmlakın  seçilməsi,  alqı-

satqısının  aparılması,  icarəyə  verilməsi  və  bunlarla  bağlı  bütün  sənədləşmənin  aparıl-

masına  təklif  və  icra  edirlər.  Eyni  zamanda,  banklar  bu  əməliyyat  adı  altında 

vəsiyyətnamələr üzrə müxtəlif əməliyyatların aparılmasının rəsmiləşdirilməsini və digər 

notarial xidmətləri də icra edirlər. 

Qeyd  etmək  lazımdır  ki,  yuxarıda  qeyd  olunanlar  trast  əməliyyatlarının  heç  də 

hamısı deyildir, yalnız əsaslarıdır. Avropa ölkələrinin bank sistemlərində istifadə olunan 

trast  əməliyyatlarının  sayı  yüzdən  artıqdır.  Azərbaycan  Respublikasında  trast 

əməliyyatlarını  aparmaq  üçün  ilk  əvvəl  hüquqi  baza,  sonra  isə  ixtisaslaşmış  bank 

xidmətləri sahələrini yaratmaq lazımdır. 

Trast  əməliyyatları  mahiyyət  və  xarakter  etibarilə  kommersiya  banklarının  digər 

əməliyyatlarından  fərqləndiklərinə  görə,  onların  aparılması  üçün  kommersiya  bankları 

tam  sərbəstlik  və  müstəqillik prinsipi əsasında  işləyən  bölmə  yaradırlar.  Bu  müstəqillik 

təkcə təşkilati cəhətə deyil, eyni zamanda həm müştərilərlə əlaqələrə, xidmət növünün – 

seçilməsinə, informasiya bazasının formalaşmasına və s. aiddir. 

Aparılacaq trast əməliyyatlarının həcmindən asılı olaraq kommersiya bankları idarə 

və ya şöbə yaradırlar. Müxtəlif ölkələrdə kommersiya banklarının trast şöbə və ya idarə 

yaratması  üçün  fərqli  şərtlər  vardır.  Məsələn,  Rusiya  Federasiyasında  trast  əməliy-

yatlarının  aparılması  üçün  kommersiya  bankları  qarşısında  aşağıdakı  tələblər  qoyul-

muşdur: 


– kommersiya bankının fəaliyyət müddəti 1 ildən çox olmalıdır; 

– kommersiya bankının xüsusi kapitalının həcmi 100 mlrd. rubldan çox olmalıdır; 

– bank  trast  əməliyyatlarını  icra  etməyə başladığı  dövrə qədərki son  bir  il ərzində 

Mərkəzi Bank qarşısındakı bütün iqtisadi normativlər ehtiyat fonduna məcburi ayırmaları 

və digər öhdəlikləri yerinə yetirməlidir; 



68 

 

– trast əməliyyatları başlayana kimi son  il ərzində bank  mənfəətlə  işləməlidir,  heç 



olmazsa  zərərlə  işləməməlidir.  Bu  şərtlərə  əməl  edərək,  kommersiya  bankları  özünün 

trast bölməsini (idarə və ya şöbə) yaradır. 

Yaranmış ənənəyə  görə  banklarda  trast əməliyyatlarına  rəhbərliyi  bank  rəhbərinin 

müavinlərindən biri həyata keçirir. Adətən elə həmin şəxs bankın həm investisiya, həm 

də fondlarla bağlı fəaliyyətinə də rəhbərlik edir. Təqribi quruluşa görə sonrakı məsul şəxs 

trast bölməsinin rəhbəridir, O, trast əməliyyatlarına cari rəhbərliyi həyata keçirir, əmək-

daşların funksiyalarını müəyyən edir, iş bölgüsünü aparır, proqnozları müəyyən edir, trast 

əməliyyatları  üzrə  uçot  və  hesabata  nəzarət  edir,  bölmə adından  müqavilələr  imzalayır, 

onun icrasına məsuliyyət daşıyır. 

Mütəxəssislər  operativ  işləri  icra  edir,  müştərilərlə  lazımi  söhbətləri  aparır,  trast 

müqavilələrini hazırlayırlar. 

Hüquqşünas qanunvericilik baxımından hazırlanan sənədlərin qanunauyğunluğunu 

yoxlayır. Bundan başqa, xüsusi icazəsi olduğu halda etibarnamələrin, vəsiyyətnamələrin, 

digər sövdələşmələrin rəsmiləşdirilməsini həyata keçirir. 

Texniki işçilərin vəzifəsinə texniki vasitələrin təmiri, nizamlanması daxildir. Həm-

çinin proqramlaşdırıcılar və tərcüməçilər də texniki işçilərə aid edilirlər. 

Müxtəlif  ölkələrin  təcrübəsi  göstərir  ki,  trast  əməliyyatlarının  səmərəli  nəticələrlə 

yekunlaşması  üçün  bu  əməliyyatlar  üzrə  məlumatların  məxfiliyinin  qorunması  da 

əhəmiyyət  kəsb  edir.  Bu  məqsədlə  banklar  trast  bölməsinə  digər  əməkdaşların  daxil 

olmasını  qadağan  edir,  kompüter  bölməsinə  səlahiyyəti  çatmayanları  buraxmır,  bir  çox 

hallarda  trast  bölməsini  başqa  binalarda  kənarda  yerləşdirirlər,  əməkdaşlardan  məlu-

matların  məxfiliyinin  saxlanmasını  təmin  etmələri  üçün  iltizam  alırlar.  Banklar  bu 

vasitələrlə  aparılan  əməliyyatlar  barədə  məlumatların  yayılmasının  qarşısını  alırlar. 

Müştərilər  trast  əməliyyatları  aparmaq  üçün  sirlərin  daha  yüksək  səviyyədə  qorunduğu 

banklara və trast təşkilatlarına üstünlük verirlər. 

Trast təşkilatları fəaliyyətləri daxilində bir neçə funksiyanı yerinə yetirirlər:  

– təşkilati funksiya. Bu funksiya etibarlı idarəetməyə verilən əmlakın yaradılması və 

qeydiyyatı  ilə  əlaqədardır.  Bununla  bağlı  olaraq,  trast  təşkilatı  “Bank  idarəetməsinin 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə