FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   19   20   21   22   23   24   25   26   27

69 

 

ümumi  fondu”nu  yaradır.  Bu  fond  müxtəlif  hüquqi  və  fiziki şəxslər tərəfindən  verilmiş 



ümumi  mülkiyyət  hüququ  əsasında  birləşmiş  əmlakdan  ibarətdir. Bu  fond  müxtəlif 

mənbələr hesabına artirıla bilər. 

Trast  təşkilatı  hər  bir  təsisçiyə  onun  əmlakı  istifadəyə  verməsi  faktını  və  hər  bir 

təsisçinin payının ölçülərini təsdiq edən sertifikat verir; 

–  əməliyyatların  icra  olunması  funksiyası.  Bu  funksiyanın  icrası  əməliyyatların 

keyfiyyətlə  və  vaxtlı-vaxtında  yerinə  yetirilməsi,  müqavilədə  nəzərdə  tutulan  şərtlərin 

sözsüz  həll  olunması  ilə  bağlıdır.  Trast təşkilatı  əməliyyatların  xarakter  və  formasından 

asılı olaraq onları icra edərək bu funksiyanı yerinə yetirmiş olur; 

–  münaqişələrin  aradan  qaldırılması  funksiyası.  Trast  əməliyyatlarında  riskin 

yüksək  olduğunu  artıq  qeyd  etmişdik.  Bu  risklərlə  bağlı  olaraq  onların  şəxsi  maraqları 

baxımından bəzən trast təşkilatının əməkdaşları ilə etibarlı idarəetmənin təsisçiləri və ya 

benefisiarlar  arasında  münaqişələr  baş  verir.  Ona  görə  də,  trast  təşkilatının  mühüm 

funksiyalarından biri bu münaqişənin aradan qaldırılmasından ibarət olur; 

–  nəzarət  funksiyası  (dövri  hesabat).  Bu  funksiya  hesabat  vasitəsi  ilə  həyata 

keçirilir.  Trast  təşkilatının  hesabat  sistemi  elə  qurulmalıdır  ki,  bütün  əməliyyatların 

qeydiyyatını və nəzarəti operativ surətdə həyata keçirmək mümkün olsun. 

Müxtəlif  ölkələrin  təcrübəsindən  o  da  məlumdur  ki,  trast  təşkilatları  hər  ilin 

yekunlarına görə mövcud qanunvericilik əsasında mərkəzi banka hesabat verir. Digər bir 

tərəfdən  isə  ildə  bir  dəfədən  az  olmayaraq  “Bank  idarəetməsinin  ümumi  fondu”nun 

təsisçiləri  qarşısında  hesabat  verir.  Bu  hesabatlara  riayət  olunması  vasitəsilə  trast 

əməliyyatlarının keyfiyyətinə nəzarət etmək, müqavilə şərtlərini vaxtında və tam şəkildə 

yerinə yetirmək mümkün olur. Bununla da nəzarət funksiyası icra olunur. 

Trast  təşkilatı  icra  etdiyi  əməliyyatlara  görə  komisyon  mükafatları  şəklində  gəlir 

əldə edir. Bu gəlirlər iki formada yaradılır. Bunlardan birincisi idarəetmədə olan əmlakın 

hesabına yaradılır. Gəlirin bu forması iki mənbə hesabına formalaşdırılır: 

1) trastın dəyərindən faiz şəkilində illik və ya rüblük ayırmalar. 

2) müqavilənin bitməsilə əlaqədar olaraq trastın dəyərindən faiz şəkilində haqq. 



70 

 

Gəlirlərin  yaradılmasının  ikinci  mənbəsi  idarəetmələrə  olan  əmlakdan  istifadədən 



əldə  olunan  gəlirlərdir.  Bunun  üçün  müqavilə  əsasında  gəlirdən  faizlər  şəkilində 

ayırmalar həyata keçirilir. 




71 

 

Fəsil 3. Lizinq – Azərbaycanda vasitəçilik əməliyyatlarının ən 



perspektivli istiqamətidir 

Yuxarıda  deyildiyi  kimi,  özündə  bank  krediti,  icarə,  investisiya  elementlərini 

cəmləşdirən münasibətlər kompleksi olan lizinq sahibkarlığın inkişafına dəstək verən  əsas 

maliyyə  alətlərindəndir.  İnkişaf  etmiş  ölkələrdə  (İEÖ)  əsas  vəsaitlər  fondunun 

yenilənməsində  uzunmüddətli  maliyyələşmə  olan  lizinqdən  geniş  istifadə  edilir.  Lizinq 

əməliyyatları bütün dünyada inkişaf edir. Beynəlxalq statistik məlumata görə lizinq yolu ilə 

2012-ci ildə $611 mlrd. həcmində avadanlıq əldə edilmişdir ki, bu da ümumi avadanlıqlara 

qoyuluşların  20%-ni  təşkil  edir.  Avropada  lizinq  yolu  ilə  avadanlığın  əldə  edilməsi 

Almaniyada  (€47,4  mlrd.),  Böyük  Britaniyada  (€33,4  mlrd.),  İtaliyada  (€32,3  mlrd.), 

Fransada  (€26,9  mlrd.)  geniş  təşəkkül  tapmışdır.  Lizinq  kompaniyaları  xırda  və  orta 

biznesi fəal dəstəkləyirlər ki, bu da infrastukturun inkişafında xüsusi əhəmiyyət kəsb edir.  

Azərbaycan  Respublikasında  (AR)  “Lizinq  haqqında”  Qanun  29  noyabr  1994-cü 

ildə qəbul edilmişdir [5]. AR MDB üzvləri arasında lizinq haqqında qanunu qəbul etmiş 

ilk  dövlətdir.  Qanun  qəbul  edildiyi  zaman  lizinq  münasibətləri  hələ  tam  formalaşma-

mışdı.  Ona  görə  də  qanun  nəzəri  xarakter  daşıyırdı  və  lizinq  münasibətlərini  tənzim-

ləməyə qadir olmadı və 2003-cü ilin avqustunda qüvvədən düşdü. Daha sonra isə, lizinq 

münasibətlərinə  dəyişiklik  edilməsi  barədə  AR  Prezidenti  tərəfindən  qanun  qəbul  edil-

mişdir.  Məhz  2003-cü  ilin  avqustunda  qüvvəyə  minmiş  bu  qanuna  əsasən  “Lizinq 

xidməti haqqında” qanun qüvvəsini itirdi.    

Faktiki olaraq, AR-da lizinqin inkişafı 2003-cü ildən başlayır və bu andan etibarən, 

ölkədə lizinq münasibətləri Mülki Məcəllə, Vergi Məcəlləsi və d. qanunverici aktlar ilə 

tənzimlənmişdir. Hal-hazırda AR-da lizinqin hüquqi əsasını Mülki Məcəllənin XXXVIII 

fəsili və Vergi Məcəlləsinin 140-cı maddəsi təşkil edir. Bundan başqa, Mülki Məcəllənin 

maddələri  (747-751)  lizinq  münasibətlərinin  spesifik  xüsusiyyətlərini  tam  tənzimləyə 

bilmədikdə, lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin qaydaları tətbiq olunur 

[1; 2]. Mülki Məcəlləyə edilmiş son dəyişikliklər əsasən müsbət xarakter daşıyır. Burada 

lizinq  sahəsində  müəyyən  təcrübəyə  malik  olan  ölkələrin  praktikasından  istifadə 

edilmişdir. Lakin bununla yanaşı bəzi normaların təkmilləşdirilməsinə ehtiyac qalır. 




72 

 

AR-nın müstəqilliyinin ilk illərində bir çox sahədə olduğu kimi lizinq sahəsində də 



müəyyən çətinliklər,  inkişafdan  geri qalma  müşahidə olunurdu.  Lakin  hal-hazırda ölkə-

mizdə  bütün  sahələrdə  olduğu  kimi  lizinq  sahəsində  də  inkişaf  müşahidə  olunur.  Son 

illərdə bir çox beynəlxalq maliyyə təşkilatının AR-nın lizinq bazarına marağı artmışdır. 

AR-da lizinq  münasibətlərinin inkişafına kömək və lizinq şirkətlərinin əlaqələrinin 

gücləndirilməsi  məqsədilə  27.10.2004-cü  ildə  Beynəlxalq  Maliyyə  Korporasiyasının 

(İFC) dəstəyi ilə “Ataleasing”, “Unileasing”, “Muganleasing” şirkətləri tərəfindən Azər-

baycan  Lizinq  Şirkətləri  Assosiasiyası  (ALŞA)  yaradılmışdır.  ALŞA-nın  tərkibinə  aşa-

ğıdakı  lizinq  şirkətləri  daxildir:  Joint  Lizinq,  Unilizinq,  Ansar  Lizinq,  Turan  Lizinq, 

Standard  Lizinq,  AG  Lizinq,  Ata  Lizinq,  Dəmir  Bank,  Qafqaz  Lizinq

1

,  ASB  Bank, 



Nikoil  Lizinq  (son  iki  şirkət  müşahidəçi  qismində  çıxış  edir).  ALŞA  beynəlxalq 

səviyyədə  Rusiya,  Türkiyə,  Belarus  və  Avropa  ölkələrinin  lizinq  assosiasiyaları  ilə 

əməkdaşlıq edir [77].  

ALŞA  AR-da  lizinq  sektorunun  lobbiçiliyindən,  lizinq  şirkətlərinin  maraqlarını 

təmsil  etməklə  dövlətlə  lizinq  sektorunun  əlaqələndiricisi  funksiyasını  yerinə  yetirir. 

Bazarın bütün aktiv iştirakçıları ALŞA-nın üzvləridir. Hazırda ALŞA-da lizinq sahəsini, 

qanunvericiliyi,  maliyyə  sektorunu  yaxşı  bilən mütəxəssislər  toplaşmışdır.  Beynəlxalq 

səviyyədə  ALŞA Rusiya, Türkiyə,  Belarus,  Avropa ölkələrinin  lizinq assosiasiyaları  ilə 

əməkdaşlıq  edir. Artıq  MDB  məkanında  lizinq  assosiasiyalarının  vahid  qurum 

şəklində   birləşməsi  nəzərdə  tutulur  və  hazırda   bu  qurumun  nizamnaməsi  və  digər 

hüquqi sənədləri müzakirə olunur və tezliklə fəaliyyətə başlaması planlaşdırılır.  

Ölkədəki lizinq şirkətləri arasında 5 lizinq şirkətinin fəallığı daha yüksəkdir. Bunlar 

“Joint  Leasing  Company”,  “Unilizinq”,  “Ansar  Lizinq”,  “MBC  Lizinq”  və  “Turan 

Lizinq”dir. Joint  Leasing Company  nüfuzlu “Business  Time” jurnalı tərəfindən “İlin  li-

zinq  şirkəti”  nominasiyasında  “Azeri  Business  Award”  milli  mükafatına  layiq  görül-

müşdür.  2012-ci  il  dekabrın  31-nə  olan  məlumata  görə,  şirkətin  lizinq  portfeli  35,312 

mln. AZN, maliyyələşdirdiyi lizinq müqavilələrinin ümumi sayı isə 520 olmuşdur. Qeyd 

                                                

1

 “NAB Holdinq”ə daxil olan “Qafqaz Lizinq” ASC fəaliyyətini dayandırmışır. 2015-ci ildən "Qafqaz Lizinq"in 



əvəzinə “TCF” bank olmayan kredit təşkilatı fəaliyyət göstərəcək. 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə