FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   19   20   21   22   23   24   25   26   27

73 

 

etmək  lazımdır  ki,  AR-da  lizinq  şirkətləri  üçün  minimum  nizamnamə  kapitalı  tələb 



olunmur. 

Cədvəl 1 

AR-da lizinq şırkətlərinin rentinqi (mln., AZN)  

[Şirkətlərin rəsmi saytları və 22] 



Şirkətin adı  

Nizamnamə kapitalının həcmi  

Ansar Lizinq  

5,0  

Standart Lizinq  



4,0  

Unilizinq  

1,8  

Finans Lizinq  



1,2  

AG Lizinq  

1,0  

MBC Lizinq  



0,842  

Joint Leasing Company  

0,7  

Ata Lizinq  



0,5  

Turan Lizinq  

0,1  

Parex Leasing&Factoring  



0,05  

 

Ölkəmizdə  lizinq şirkətləri  həm  yerli bankların,  həm də  xarici  kapitalın  iştirakı  ilə 



yaradılır.  Son  illərdə,  əsasən,  xarici  maliyyə  kapitalının  iştirakı  ilə  lizinq  şirkətləri 

yaradılıb. Xarici kapital həm ucuzdur, həm də uzunmüddətlidir.   



Cədvəl 2 

AR-da lizinq şirkətlərində xarici maliyyə kapitalının iştirakı  

[Şirkətlərin rəsmi saytları və 22] 



Şirkətin adı  

Təsisçilər  

Ansar Leasing  

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (100%)  

Qafqaz Lizinq MMC 

Türkiyənin NAB şirkətlər qrupu (100%)  

Joint Leasing Company  

BB-nın DH Leasing LTD (52,4%)  

Azərbaycan Beynəlxalq Bankı (47,6%)  

AG Leasing  

AG Bank (35%)  

İngilis şirkəti – Hiperion Capital Managemnet (30%)  

Amerikan şirkəti – Delta Trans LTC (25%)  

İngilis firması – Milio Leasing Limited (10%)  

Unileasing QSC  

Unibank (66,67%) AYİB (33,33%)  

Parex Leasing &  

Factoring  

Latviyanın Parex Bankı (əvvəl)  

Hollandiyanın SWITLAR Investments (indi)  

MCB Lizinq QSC  

Pakistanın MCB Bank Limited, Yerli rezident  



74 

 

Lakin  lizinq  şirkətləri  kapitallaşma  problemləri  ilə  üzləşirlər.  Hal-hazırda  lizinq 



şirkətlərinin güclü maliyyələşdirmə mənbələrinə ehtiyacı vardır. Son maliyyə böhranı ilə 

əlaqədar olaraq xarici kapitalın yerli lizinq bazarına cəlb edilməsi çətinləşmişdir. Lizinq 

şirkətlərimizin  kapital  səviyyələri  xaricdən  maliyyə  vəsaiti  cəlb  etməyə  imkan  vermir. 

Bunula  əlaqədar,  yerli  bankların  maliyyələşdirmə  mənbəyi  kimi  çıxış  etməsinin  əsas 

səbəbi isə onların pul kapitalına malik olması və lizinq xidmətinin bu pul kapitalına olan 

tələbatı ilə bağlıdır.  

Ümumi mənzərə belədir ki, AR-da ilkin ödənişi 30%-dən çox olan müştərilər üçün 

lizinq  üzrə  faiz  dərəcələri  17%-dən  başlayaraq  verilir,  lizinq  əməliyyatlarının  orta 

müddəti 36 ay, orta illik faiz dərəcəsi 20%, avans ödənişləri 18-25%-dir.   

Lizinq  sektorunda  lizinq  portfelinin  sahələr  üzrə  bölgüsünü  aşağıdakı  kimi 

göstərmək olar:  

- tikinti sektoru (40%),  

- nəqliyyat (33%),  

- istehsal (20 %), 

- digər sahələr (7%). 

Lizinq portfelinin sahələr üzrə bölgüsünə diqqət yetirdikdə portfeldə ən böyük payı 

tikinti  sektoru  tutur.  Lakin  hal-hazırda  lizinq  təşkilatları  tibb  avadanlıqlarının  lizinqləş-

məsinə  də  xüsusi  diqqət  ayırırlar.  Son  illərdə  bu  sahədə  də  dinamik  artım  müşahidə 

olunur. Son illər xüsusilə avtolizinq bazarında avtomobillərin daha çox 5 illik lizinq yolu 

ilə  əldə  edilməsi,  avtomobilə  lizinq  şirkətləri  tərəfindən  xidmətlərin  (sığorta,  texniki 

servis və s.) göstərilməsi AR-da operativ lizinqin fəaliyyətini sübut edir. 

Bununla  belə,  AR-da  lizinqin  bir  çox  sahələrdə  inkişaf  perspektivi  var.  Məsələn, 

kənd təsərrüfatı məhsullarının saxlanması məqsədilə soyuducu avadanlıqların, saxlanma 

anbarlarının,  o  cümlədən  kənd  təsərrüfatı  məhsullarının  yetişdirilməsi  üçün  istilik  ava-

danlıqlarının,  telekommunikasiya  sahəsində  bahalı  avadanlıqların  uzun  müddətə  maliy-

yələşməsi sahəsində lizinq sərfəli ola bilər. Hazırda AR-da lizinq daha çox tikinti və kənd 

təsərrüfatı sektorunun payına düşür.  



75 

 

AR-nın regionlarında fermer təsərrüfatlarının sürətli inkişafı bu sahibkarlıq subyekt-



lərinin ölkə iqtisadiyyatında xüsusi çəkisinin daha da artacağını göstərir. “Xüsusi iqtisadi 

zonalar  haqqında”  AR-nın  14.04.2009-cu  il  tarixli  Qanunun  tətbiqi  ilə  bağlı  belə 

zonaların  regionlarda  formalaşdırılması  da  xüsusi  diqqət  mərkəzindədir.  Bu  isə  regi-

onlarda investisiya axınına əlverişli şərait deməkdir. 

Lakin respublikada fəaliyyət göstərən lizinq şirkətləri «Aqrolizinq» şirkəti ilə rəqa-

bətə girə bilmədiyindən, bu sahə onların fəaliyyət dairəsindən kənarda qalır və ya cüzi bir 

həcm  təşkil edir.  Məlumdur  ki,  «Aqrolizinq» şirkəti bu  gün  xeyli  imtiyazlara  malikdir, 

dövlət büdcəsindən güzəştli maliyyələşmə əldə edir və cüzi faizlərlə və ya faizsiz texniki 

avadanlıqları kənd təsərrüfatında işləyən sahibkarlara lizinqə verir. Digər lizinq şirkətləri 

isə  «Aqrolizinq»-ə  verilmiş  imtiyazlardan  və  güzəştli  maliyyə  vəsaitlərindən  kənarda 

qalır. Bununla yanaşı, lizinq şirkətləri geniş maliyyə resurslarına malik banklarla rəqabətə 

girə  bilmirlər  və  bu  da  lizinq  sektorunun  zəifləməsinə  və  lizinq  portfelinin  aşağı 

düşməsinə gətirib çıxarır. 

AR-da  sürətlə  inkişaf  edən  bir  çox  sahələrdə  lizinqdən  istifadə  edilməsi  məqsə-

dəuyğun olardı. Belə ki, telekommunikasiya, informasiya texnologiyaları, tikinti, nəqliy-

yat,  infrastruktur  layihələrində,  kənd  təsərrüfatı,  emal sənayesi,  yüngül  sənaye  və  digər 

inkişafda olan sahələrdə lizinqdən geniş istifadə edilə bilər ki, bu da respublikada lizinq 

sektorunun inkişafına güclü təkan vermiş olardı. Öz növbəsində, AR-da lizinqin inkişafı 

bütövlükdə  iqtisadiyyatın  inkişafına  təkan  vermək  gücünə  malikdir.  Bu  isə  ilk  növbədə 

daxili bazarın tələbatının ödənilməsinə və ixrac istiqamətli istehsalın stimullaşdırılmasına 

səbəb ola bilər. Lakin bu yolda böyük maneələr də var. 

AR-da  lizinq  tək  sahibkarlıq  məqsədləri  üçün  deyil,  həmçinin  məişət,  sosial  və 

digər  məqsədlər  üçün  istifadə  oluna  bilər.  Bu  ondan  irəli  gəlir  ki,  Mülki  Məcəllədə 

lizinqə həmçinin əmlak kirayəsi müqaviləsinin şərtləri şamil edilir. 

Bununla  belə,  bu  gün  AR-nın  lizinq   potensialından  tam  istifadə  edilmir.  Məsələn, 

inkişaf etməkdə olan  ölkələrdə  ÜDM-in ən azından 2,4%-ni, inkişaf etmiş ölkələrdə isə 

5%-ni lizinq sektorunun payı  təşkil etdiyi halda, bu göstərici  AR-da 0,4%-dir. 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə