FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,62 Mb.

səhifə25/27
tarix14.09.2018
ölçüsü0,62 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   27

76 

 

AR-da  lizinqin  inkişafı  üçün,  ilk  növbədə,  vahid  qanuna  ehtiyac  var. 



Qanunvericiliyin  məhdud  olması  səbəbindən  hazırda  lizinq  şirkətləri  operativ  lizinq 

xidməti  göstərə  bilmirlər.  Halbuki  dünyada  operativ  maliyyə  lizinqindən  daha  çox 

istifadə  olunur.  Lizinq  haqqında  hazırkı  vergi  qanunvericiliyi  lizinqə  verilən  əmlakın 

18%  bahalaşmasına  səbəb  olur.  Lizinq  alan  ƏDV-ni  əvəzləşdirə  bilmədiyi  və  18% 

itirdiyi üçün, təbii ki, kreditlə bağlı banklara müraciət edir.  Digər bir məqam əvvəllər 2 

əmsalla tətbiq olunan sürətli amortizasiyanın ləğv edilməsi ilə əlaqədardır. Halbuki sürətli 

amortizasiya lizinq sektorunda əsas vəsaitlərin yenilənməsi üçün olduqca vacibdir. Buna 

görə lizinq haqqında vergi qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac duyulur. 

Fikrimizcə,  digər  bir  maneə  AR-da  lizinq  şirkətlərinin,  lizinq  məhsullarının  və 

lizinq  bazarının  yetərincə  tanınmamasıdır.  Məsələn  kreditdən  fərqli  olaraq,  bir  çox 

vətəndaş lizinqin nə olduğunu bilmir. Ölkə əhalisinin lizinq haqqında hələ də yetəri qədər 

məlumatı yoxdur. Halbuki, bu yöndə bir çox addımlar atıla bilər. Bu sahədə Azrəbaycan 

Mikromaliyyə Assosiasiyası (AMA) tərəfindən atılan bir sıra addımları qeyd etmək olar. 

AMA  öz  üzvü  olan  təşkilatların  təbliğatı  üçün  daimi  olaraq  yerli  və  beynəlxalq 

qurumların  iştirakı  ilə  tədbirlər  təşkil  edir.  Buna  əyani  misal  olaraq,  AMA-nın 

təşkilatçılığı ilə SPTF (Social Performance Task Force) təşkilatı ilə birgə Azərbaycanda 

layihə  həyata  keçirilmişdir.  Layihədə  ölkəmizin  13  maliyyə  qurumu  iştirak  etmişdir. 

Lahiyə  iki  mövzu  üzrə təşkil  olunmuşdur. “Müştərilərə qarşı  məsuliyyətli  yanaşma”  və 

“İşçilərə  qarşı  məsuliyyətli  yanaşma”.  Layihə  çərçivəsində  ölkəmizin  lizinq şirkətlərinə 

daxil olan hər bir müştəriyə SPTF təşkilatının dəstəyi ilə AMA tərəfindən hazırlatdırılmış 

məlumatlandırıcı  bukletlər  paylanmışdır.  Bir  sıra  lizinq  şirkəti  bu  layihə  çərçivəsində 

aktiv iştirakına görə AMA və SPTF tərəfindən sertifikatla mükafatlandırılmışdır.  

Regionlarda  lizinqin  təbliğatı  məqsədilə  mütəmadi  olaraq  sahibkarların  iştirakı  ilə 

seminarlar  təşkil  olunmalıdır.  Təşkil  olunacaq  bu  seminarlara  ölkəmizdə  fəaliyyət 

göstərən beynəlxalq qurumlar da cəlb olunmalıdır. Bəzi lizinq şirkətləri regionlarda artıq 

bir sıra beynəlxalq təşkilatlarla birgə belə tipli seminarların təşkil olunmasını planlaşdırır. 

Bu isə ölkəmizin kənd təsərrüfatı sektoruna əlavə xarici investisiya cəlbi deməkdir.  



77 

 

Cədvəl 3 



Liizinq şirkətlərinin bəzi fəaliyyət göstəriciləri [Şirkətlərin rəsmi saytları və 22] 

Şirkətin adı  

Minimum və 

maksimum 

məbləğ  

İllik %  

İllik avans ödənişi  

Lizinq 

müddəti  

Lizinq obyektləri  

Joint Leasing 

Company  

10 000 AZN  

17-21%- dən 

başlayaraq  

layihə dəyərinin  

20-30%-i  

10 ilədək  

tikinti, sənaye texnikası, 

nəqliyyat vasitələri  

Unilizinq 

(daşınmaz 

əmlak xaric)  

obyekt növündən 

asılı olaraq dəyişir  

21%  

20-30%  


2-5 il  

tikinti, sənaye texnikası, 

nəqliyyat vasitələri  

MBC Lizinq  

şirkətin 

investisiyasının 

60%-ə qədər  

17-20%  


30%  

3-7 il  


nəqliyyat vasitələri, istehsal 

avadanlığı, tibbi avadanlıq, 

tikinti texnikası  

Qafqaz Lizinq   min. 15 000 AZN, 

maks. 800 000 

AZN  


18-26%  

min. 20%  

min. 3 ay, 

maks. 8 ay  

minik avtomobilləri  

Ata Lizinq 

(daşınmaz 

əmlak xaric)  

min. məbləğ 5000 

ABŞ dolları  

20-30%  

30%-dən yuxarı  

12 aydan 60 

ayadək  


ikinci əl avadanlıqları  

Finans Lizinq  

min. məbləğ 10 

000 AZN, 50-60%-

ə qədəri ödənir  

20-25%- dən 

başlayaraq  

40%  


12-60 ay  

nəqliyyat, inşaat, istehsalat, k/t 

avadanlıqları, iaşə  

Parex Leasing 

& Factoring  

10 000 AZN  

20-35%  

obyekt növündən 

asılı olaraq dəyişir  

30-60 aya 

qədər  

xüsusi təyinatlı texnika, 



avadanlıq, minik avtomobilləri  

 



78 

 

AR-da  lizinqinin  yaşı  az  olsa  da,  onun  qarşısında  böyük  perspektivlər  açılır.  Bu 



respublikanın  iqtisadi  inkişaf  sürəti  ilə  əlaqədardır.  Ölkə  iqtisadiyyatında  qeyri-neft 

sektorunun  inkişafına, sənayenin, kənd təsərrüfatının inkişafına, əhalinin  məşğulluğuna 

xüsusi diqqət yetirilir. Bu prosesdə özəl sektorun rolu böyükdür. ÜDM-də özəl sektorun 

payı    ildən  ilə  artır  və  hal-hazırda    80  %-ə  yaxındar.  Bu  şərait  lizinqin  inkişafı  üçün 

əlverişli  mühit  yaradır  və  istənilən  sektorun  inkişafında  əvəzsiz  mənbə  kim  çıxış  edir. 

Belə ki, lizinq xalq təsərrüfatı sahəsi deyildir. O texniki yenidənqurma, xalq təsərrüfatının 

bütün sahələrini müasir texniki avadanlıqla təmin edə bilən maliyyə alətidir. Lizinq  fərdi 

sektorda  xüsusən  səmərəlidir.  Onun  xidmətindən  istehsal  və  servislə  məşğul  olan  fərdi 

müəssisələr, kompaniyalar  istifadə edirlər. İnkişaf etmiş ölkələrin təcrübəsi  bunu sübut 

edir. Qərbdə şirkətlər əsas vəsaitlərin yenilənməsini, demək olar ki, 80 %-ni lizinq yolu 

ilə  həyata  keçir.  ABŞ-da  2012-ci  ildə  əsas  fondlara  investisiyalarda  lizinqin  payı  56%, 

Avstraliya sənaye kapital qoyuluşunun 33%-ni təşkil etmişdir [22].  

İnkişaf etməkdə olan ölkələrdə (İEOÖ) isə bu göstərici xeyli aşağıdır. Məsələn, bu 

göstərici Türkiyədə həmin dövrdə 6,3%, Rusiyada 6,7%, Qazaxstanda 6%, AR-da isə bu 

göstərici 1%-dən bir qədər çoxdur ki, bu da lizinq potensialından istfadənin olduqca aşağı 

olmasını göstərir. Statistika göstərir ki, İEOÖ-də lizinq bazarının həcmi adətən ÜDM –

nin  0,5%-ni  təşkil  edir.  Bu  göstərici  Rusiyada  0,87%,  Qazaxstanda  0,42%  təşkil  edir. 

AR-da lizinq portfeli nəzərdə tutulduğundan xeyli aşağı olmuşdur [22]. 

 AR-da  lizinqin  inkişaf  sürəti  lizinq  portfeli  üzrə  rəqəmlərə  diqqət  yetirdikdə  açıq 

aydın görmək mümkündür. 2003-2007-ci illərdə ölkədə lizinq portfelinin həcmi hər il ən 

azı  2  dəfə  artmışdır.  Lakin  2008-ci  ildən  başlayaraq  lizinq  bazarında  azalma  müşahidə 

olunur.  Məsələn,  2008-ci  ildə  lizinq  bazarının  portfel  həcmi   $200  mln.  çatmışdı-

sa,  2010-2011-ci illərdə bu rəqəm $150 mln.-dan artıq olmamışdır.  

Azalma ümumi investisiya qoyuluşunun tərkibində də baş vermişdir. 2010-cu ildə 

ölkəyə $17,6  mlrd. ümumi investisiya qoyuluşu olub ki, onun tərkibində lizinq yolu ilə 

investisiya  qoyuluşu  $0,17  mlrd.  bərabər  olmuşdur.  2011-ci  ildə  isə  ümumi  investisiya 

qoyuluşunun həcmi artaraq $21,66 mlrd. olub, lakin belə artımın tərkibində lizinq yolu ilə 

investisiya qoyuluşunun həcmi 2010-cu ilə nisbətən azalaraq $0,15 mlrd. olmuşdur [22].  






Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə