FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   19   20   21   22   23   24   25   26   27

79 

 

 



Şəkil 2. Azərbaycanda lizinq bazarının dinamikası [22; 77] 

 

Cədvəl 4 



Ümumi investisiya qoyuluşunda lizinqin payı [22; 78] 

 

2010  

2011  

Lizinq yolu ilə investisiya qoyuluşu ($mlrd.)  

0,17  

0,15  


Ümumi investisiya qoyuluşu ($mlrd.)  

17,6  


21,66 

 

AR-nın  lizinq  bazarındakı  artımın  nisbətən  azalmasının  əsas  səbəbi  2008-ci  ildən 



etibarən  bəzi  imtiyazların  dayandırılması  olmuşdur.  Məsələn,  vergi  qanunvericiliyinə 

əsasən lizinq obyektlərinə ƏDV-nin qoyulmağa başladı.  

Bununla  belə,  dünya  maliyyə  böhranının  AR  iqtisadiyyatına  təsirsiz  ötdüyündən 

lizinq  bazarına  da  elə  bir  ciddi  təsir  göstərməmişdir.  Yəni  bəzi  lizinq  şirkətlərinin 

portfelində azalma müşahidə edilsə də, bu müddətdə bağlanan və ya iflasa uğrayan lizinq 

şirkətləri olmamışdır. Sadəcə, bir çox  lizinq şirkətləri   hər  hansı  layihənin  icrasına ehti-

yatla  yanaşmışlar,  bəzi  şirkətlər  isə  ümumiyyətlə,  böhran  bitənə  qədər  maliyyələşmə 

aparmamışlar.  Buna  baxmayaraq  respublikada  lizinq  bazarının  artım  sürəti  əksər 

sahələrin inkişaf sürətindən yüksək olmuşdur. 



80 

 

Lizinq  bazarının  dinamikası  və  iqtisadi  göstəricilərin  analizi  sektorda  olan  böyük 



potensialı  əks  etdirir.  İEÖ-lərin  təcrübəsi  göstərir  ki,  ümumilikdə  bütün  iqtisadiyyatın 

inkişafı  üçün  lizinq  effektiv  mexanizm  hesab  olunur.  Lizinqin  inkişafı  istehsalatın 

müasirləşdirilməsi və sahibkarlığın inkişafı istiqamətində böyük imkanlar yaradır. Lizinq 

maliyyə bazarında rəqabət qabiliyyətinin artmasına xidmət edir. 

İstənilən biznes fəaliyyəti bir sıra amillərə söykənir. Bu amillərdən biri də sözsüz ki, 

keyfiyyətli rəqabət qabiliyyətli  məhsul istehsalıdır. Bu məqsədlə kompaniyalar qabaqcıl 

texnologiyadan istifadə etməlidirlər. Bu tədbir müvafiq qabaqcıl avadanlıq tələb edir. Bu 

avadanlığın alınması isə külli  miqdarda kapital qoyuluşu tələb edir. Bu tədbirdə təbiidir 

ki, bank kreditləşməsi mühüm rol oynamaqla yanaşı lizinq də fəal iştirak edir. 

Lizinq  vacib  investisiya  aləti  olaraq  AR-da  istehsal  sektorunun  inkişafında    vacib 

rol oynaya bilər. Bunun nəticəsində ÜDM artacaq, ölkənin ixrac potensialı yüksələcəkdir 

ki,  bu  da  büdcəyə  daxilolmaların  artması  və  məşğulluğun  yüksəlməsi  deməkdir. 

Müəssisələrdə xüsusi vəsait çatışmamazlığı bank kreditləşməsinin çətinləşməsi, eləcə də 

bankların  uzunmüddətli  investisiyalara  hazır  olmaması  göstərir  ki,  lizinq  istehsalın 

yeniləşməsinin təmin edilməsinə dəstək olan real  fəaliyyət göstərən quruma çevrilmişdir. 

Kiçik  müəssisələrin  lizinq  xidmətinin  güzəştlərindən  tam  mənada  istifadə  edə 

bilmədiklərinə  baxmayaraq lizinq xırda müəssisələrin istfadə edə biləcəkləri  əsas mənbə 

hesabedilir. Lizinq bazarının inkişafı göstərir ki, lizinq kompaniyaları xırda müəssisələrlə 

daha  fəal  işləməyə başlamışlar.  Lizinq kompaniyaları belə sövdələşməyə  ona  görə cəlb 

olunurlar  ki,  onlar  banklara  nisbətən  dar  çərçivədə  deyillər,  kreditə  nisbətən  lizinq 

obyektindən  səmərəli  istifadəni  təmin  edirlər.  Xırda  müəssisələrə  bankla  işləmək  çətin 

olur,  belə ki,  onlar əksərən  bankın tələblərinə cavab  verə  bilmirlər.  Kiçik  müəssisələrin 

əksəriyyətinin  dövriyyəsi  onların  maliyyə  vəziyyətini  göstərmir.  Kiçik  müəssisələr 

nisbətən yüksək olan  avans ödənişlərini etmək imkanına malik olmurlar. Bu baxımdan 

lizinqin  müəyyən  üstünlükləri  vardır.  Kompaniya  girov  təminatı  təqdim  etməyə  bilər. 

Lizinqə avadanlıq olaraq amortizasiya ayırmaları  üçün ikili əmsal tətbiq etmək hüququ 

əldə edir ki,  bu da vergitutma bazasını aşağı salır. Sonda lizinq  müqaviləsinin  müddəti 

(12-60 ay) bank kreditinin maksiamal müddətini (3-18 ay) üstələyir. 




81 

 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  regionlardakı  kiçik  və  orta  müəssisələr    lizinq 



kompaniyalarının  fəaliyyətindən  xəbərsizdirlər.  Ona  görə  də  lizinq  kompaniyaları  ilə 

laqədə olmurlar və bu xidmətdən istifadə edə bilmirlər. 

Bu prosesi canlandırmaq üçün AR-nın lizinq kompaniya  assosiaysiyası  zonalarda 

müşavirələr  keçirməli,  öz  işlərini  reklam  etməlidirlər  və  xidmətləri  göstərən  bukletlər  

buraxmalıdırlar.  

Lizinqin  iri  biznesdə  də  rolu  böyükdür.  İri  biznes  dedikdə,  iri  sənaye-energetika 

sahələrinə,  gəmiqayırma,  hava  nəqliyyatına    dəstək  olmaqdan  söhbət  gedə  bilər.  Bu 

sahələrin də investisiyaya ehtiyacı vardır. Burada dövlət qayğısına böyük ehtiyac vardır. 

Hal-hazırda  iri  biznesdə  əlverişli  sahə  kim  dəmiryol  nəqliyyatını  olduqca  perspekvtivli 

hesab  etmək  olar.  Dünya  təcrübəsinə  əsaslanaraq  dəmiryol  vaqonları  bazarı  lizinq 

sövdələşməsinin  həcminə  görə  avtomobil  bazarından    üstündür.  Belə  lizinq 

əməliyyatlarını isə təkbaşına həyata keçirmək çox çətin olduğundan  problemi birləşmiş 

lizinq  qaydasında  həll  etmək  olar.  Fikrimizcə,  bu  baxımdan  ALŞA-nın  imkanları 

genişləndirilməlidir. 

Şəhər  yerləri  üçün  layihələrin,  xüsusən  sosial  təyinatlı  layihələrin  işlənib  reallaş-

masında  lizinqin   böyük əhəmiyyəti  vardır.  Xarici ölkələrin  təcrübsi bu sahədə  lizinqin 

əhəmiyyətini məqbul hesab edir. Məsələn, Rusiyada şəhərlərin təcili yardım maşınlarına  

ehtiyacını  ödəmək  üçün  lizinqdən  geniş  istifadə    edilir.  Bu  regionlarda  eyni  zamanda 

şəhərdaxili  və  şəhərətrafı  sərnişindaşımaları  probleminin  həllinə  də  böyük  köməklik 

gösətirr. Ümumiyyətlə nəqliyyatda lizinqdən geniş istifadə imkanları vardır.  

AR-da  lizinq  əməliyyatlarına  ehtiyacı  olan  sahələrdən  biri  də,  bəlkə  də  birincisi 

kənd  təsərrüfatıdır.  Fərdi  təsərrüfatların  kənd  təsərrüfatı  texnikasından  istifadədə,  mal-

qara,  gübrə,  yanacaq  və  s.  əldə  edilməsində  lizinqə    böyük  ehtiyacı  yaranır.  Elə  bu 

məqsədlə də AR-da Aqrolizinq yaradılmışdır. Onun köməyi ilə çoxlu miqdarda cins mal-

qara, kənd təsərrüfatı texnikası əldə edilmişdir [22].  

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bütün iqtisadiyyatın, xüsusən də iri və 

xırda biznesin inkişafında lizinq özünü səmərəli mexanizm kimi göstərmişdir. 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə