FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   2   3   4   5   6   7   8   9   ...   27

 

yüksək  riskli  borcların çox  olması resurslarının  ümumi  həcmində şəxsi kapitalın  xüsusi 



çəkisinin  artırılmasını  bankdan  tələb  edir.  Bank  aktivlərinin  onun  passivlərinin  norma-

tivlərinin  müəyyən  edilməsi  və  onların  əməliyyatlarının  tənzimlənməsi  zamanı  nəzərə 

alınmalıdır.  Bu  və  ya  digər  spesifik  bank  əməliyyatlarının  (ipoteka,  investisiya  və  i.a.) 

həyata keçrilməsi imkanları, bank passivlərinin quruluşu ilə müəyyənləşir. Buna görə də, 

bu  əməliyyatların  şərtlərini  və  onları  keçirə  bilən  banklara  qarşı  tələbləri  işləyib 

hazırladıqda  ilk  növbədə  diqqəti  müvafiq  passivlərin  formalaşması  mənbələrinə  yö-

nəltmək  gərəkdir.  Real  cəlb  olunmuş  resurslar  çərçivəsində  bank  müəyyən  edilmiş 

iqtisadi normativləri yerinə yetirməklə öz aktiv əməliyyatlarının keçirilməsinə sərbəstdir. 

Başqa sözlərlə, aktiv əməliyyatların həcmi inzibati üsullarla məhdudlaşdırmaq olmaz. Bu 

cür  məhdudiyyətlər  birdəfəlik,  fövqəladə  səciyyə  daşıya  bilər.  Onların  daima  tətbiq 

edilməsi  bank  fəaliyyətinin  kommersiya  əsaslarını  sarsıdır  və  buna  görə  də  hətta 

restriksiya  məzmunlu  tənzimləmədə  belə  üstünlüyün  iqtisadi  tədbirlərə  verilməsi  daha 

düzgündür. Real cəlb edilmiş resurslar çərçivəsində işlə-mək prinsipi bankın kommersiya 

fəaliyyətinin özülü kimi onun bütün tələblərinə dəyişiklik gətirir. 

Bankın  depozit  cəlb  edilməsinə  marağı  güclənir,  passivlər  uğrunda  əsl  rəqabət 

inkişaf  edir  və  bu  kredit  resurslarının  hərəkətini  vahid  dövlət  bankının  inzibati 

buxovlarından  azad  edir.  Passivlər  uğrunda  kəskin  mübarizə  bankları  öz  resurslarının 

səmərəli  tətbiq  sahələrinin  axtarışını  stimullaşdırır.  Bank  kapitalının  ən  mənfəətli  və 

dinamik  sahələrə  real  axını  güclənir.  Lakin  burada  onu  da  nəzərə  almaq  lazımdır  ki, 

yüksək  inflyasiya şəraitində  məhz tədavül sahələri,  yəni ticarət,  möhtəkirlik,  vasitəçilik, 

birjaçılıq  daha  mənfəətli  olur  və  bank  kapitalının  bu  sahə-lərə  axını  burada  möhtəkir 

əməliyyatların  güclənməsinə  xidmət  edir.  Banklarda  kredit  planlaşması  köklü  şəkildə 

dəyişir.  Bank  fəaliyyətinin  komersiyalaşması  həm  də  kredit  planlaşmasından  imtina 

edilməsi  demək  deyil.  Əksinə  həm  cari,  həm  uzunmüddətli  kredit  planlaşmanın 

əhəmiyyəti obyektiv səbəblərdən artmalıdır. Lakin planlaşmanın əsasını bank qoyuluşları 

deyil, resursları təşkil edir. Real cəlb edilmiş resurslar çərçivəsində işləmək prinsipi şəxsi 

likvidliyin  qorunmasının  təmin  edilməsi  tələbilə  yanaşı  kommersiya  bankının  yüksək 

dərəcədə  iqtisadi  sərbəstliyə  malik  olmasını  tələb  edir.  İqtisadi  sərbəstlik  fəaliyyətinin 




 

nəticələrinə  görə  tam  iqtisadi  məsuliyyətlə  sıx  bağlıdır.  Buna  görə  də,  kommersiya 



bankın  fəaliyyətinin  əsaslandırıcı  digər  mühüm  prinsipi  tam  iqtisadi  sərbəstlik  prinsipi 

çıxış edir ki, o da bankın öz fəaliyyətinin nəticələrinə görə iqtisadi məsuliyyətini nəzərdə 

tutur.  İqtisadi sərbəstlik şəxsi  vəsaitlərdən  və  cəlb edilmiş  resurslardan  bankın  müstəqil 

istifadəsini,  müştəri  və  əmanətçilərin  sərbəst  seçilməsini,  vergilər  ödənildikdən  sonra 

qalan  gəlirlərin  sərbəst  istifadəsini  nəzərdə  tutur.  Qüvvədə  olan  bank  qanunvericiliyi 

bütün kommersiya banklarına şəxsi fondlar və gəlirlərdən istifadədə kifayət qədər iqtisadi 

sərbəstlik  vermişdi.  Bankın  vergilər  ödənildikdən  sonra  qalan  gəliri  (mənfəəti) 

səhmdarların  ümumi  iclasının  qərarına  uyğun  olaraq  bölüşdürülür.  Banklar  haqqında 

qanuna 

əsasən 


kredit 

təşkilatı 

dövlətin 

öhdəliklərinə 

məsuliyyət 

daşımır. 

Qanunvericilikdə  nəzərdə  tutulmuş  hallardan  başqa,  kredit  təşkilatı  onun  təsisat 

sənədlərində  nəzərdə  tutulmamış  fəaliyyətin  həyata  keçirilməsinə  məcbur  edilə  bilməz. 

Kredit  təşkilatı  qanunverici,  icraedici  və  bələdiyyə  fondlarından  asılı  deyil.  Cari  bank 

fəaliyyətilə  bağlı  qərarların  qəbulunda  heç  bir  dövlət  orqanı  kredit  təşkilatının 

fəaliyyətinə  müdaxilə edə bilməz.  Kommersiya bankının  iqtisadi  məsuliyyəti onun cari 

gəlirlərilə  məhdudlaşmır,  onun  kapitalına  da  şamil  edilir.  Özünün  öhdəlikləri  üzrə 

kommersiya bankı ona məxsus vəsaitlər və əmlakla məsuliyyət daşıyır. Amma bu, yalnız 

cəzanın  şamil  edildiyi  aktivlərə  aiddir.  Özünün  əməliyyatları  üzrə  bütün  riski 

kommersiya bankı öz üzərinə götürür. 

Kommersiya  bankının  müstəqil  kredit,  faiz  və  depozit  siyasətini  yuxarıda  duran 

kredit  qurumlarından  asılı  olmadan  və  maliyyə  resursları  bazarındakı  vəziyyətə  uyğun 

gəlməklə  keçirməsi  bank  fəaliyyətinin  digər  prinsipidir.  Müstəqil,  mərkəzdən  asılı 

olmayan kredit, faiz və depozit siyasətin keçirilməsi bankın iqtisadi sərbəstlik prinsipinin 

həyata  keçirilməsinin  zəruri  şərtidir.  Nəticələrə  görə  tam  məsuliyyət  daşımaqdan  ötrü 

bank  təkcə  öz  resurslarından  istifadədə  deyil,  həm  də  borcların  müddət  və  şərtlərinin 

müəyyən  endilməsində,  müxtəlif  bank  əməliy-yatlarının  keçirilməsində,  kredit  və 

depozitlər  üzrə  faizlərin  müəyyən  edilməsində  də  müstəqil  olmalıdır.  İqtisadi  cəhətdən 

müstəqil  olan  kommersiya  bankların  kredit,  depozit  və  faiz  siyasətinə  həddən  artıq 

nəzarət  edilməsi  bankın  iqtisadi  sərbəstliyini  məhdudlaşdırır  və  iqtisadi  sahələr  və 



10 

 

bölmələr  arasındakı  maliyyə  resursların  sərbəst  axınını  ləngidir.  Kredit  mərkəzin 



kommersiya  bankların  siyasətinə  təsiri  əsasən  vasitəli  səciyyəyə  malik  olmalıdır  və 

inzibati  üsullardan  daha  çox  iqtisadi  üsullarla  keçirilməlidir.  Müştərilərlə  kommersiya 

bankının qarşılıqlı münasibətləri adi bazar münasibətləri kimi qurulmalıdır ki, bu da bank 

fəaliyyətinin növbəti prinsipidir. Borc verdikdə kommersiya bankı ilk növbədə öz kredit 

resurslarının sərfəli yerləşdirilməsini əldə rəhbər tutur. Ümumdövlət mənafeləri və yaxud 

keçirilən  tədbirlərin  böyük  iqtisadi  mahiyyəti  kimi  məfhumlar  bank  işinin  kommersiya 

xarakterilə  uyğun  gəlmir  və  labüd  olaraq  likvidliyin  böhranına  və  hətta  iflasa  gətirib 

çıxara  bilər.  Kommersiya  bankları  müəssisələrin  təsərrüfat  və  maliyyə  fəaliyyətinə 

ümumdövlət  nəzarəti  aləti  ola  bilməzlər.  Eyni  zamanda  kommersiya  bankları  müxtəlif 

iqtisadi  və  ərazi  qurumların  ən  altı  təşkilatları  kimi  də  çıxış  edə  bilməzlər.  Bazara 

uyğunlaşmaq  müştərilərə  yanaş-mada  hər  hansı  bir  tərəfkeşliyə,  banka  qarşı 

özbaşınalığıvə  qeyri-iqtisadi  məcbu-riyyəti  mümkünsüz  edir.  Bankın  və  onun  bütün 

səhmdarlarının  mənfəətin  əldə  edilməsində  və  balansın  likvidli  quruluşunun  qorunma-

sında  maraqlı  olmaları  kredit  resurslarını  məhz  iqtisadi  sərfəlikəsasında,  inzibati  bölgü 

deyil,  yerləşdirilməsinə sövq edir.  Bank  fəaliyyətinin  prinsipləri onu  göstərir  ki, onların 

fəaliyyətinin hərəkətverici qüvvəsini kapitalın hərəkəti əsasında mənfəətin əldə edilməsi 

təşkil  edir.  Kommersiya  bankları  bazarın  tələbatları  ilə  uyğunlaşan  hərəkətlərində  sər-

bəstliyə malikdir. Onlar bu hərəkətlərin nəticələrinə görə təkcə cari gəlirlərilə deyil, həm 

də öz kapitalı ilə iqtisadi məsuliyyət daşıyır. Bütün bunlar kommersiya banklarını bazar 

münasibətlərinin  tam  mənalı  subyektlərinə  çevirir.  Mərkəzdən  kommersiya  bankların 

fəaliyyətinin  tənzimlənməsi  əsasən  vasitəli  səciyyə  daşıyır.  Dövlət  yalnız  kommersiya 

banklarının  borc  kapitalları  bazarında  fəaliyyətinin  qaydalarını  müəyyən  etməlidir. 

Bankların  cari  fəaliyyəti  isə  başlıca  olaraq  bazar  mexanizmlərinin  təsiri  altında 

formalaşmalıdır. Bank fəaliyyətinin təşkilati və hüquqi formaları onun hüquqi şəxs kimi 

yaradılması, təşəkkülü və sonrakı iqtisadi inkişafının çox mühüm amilidir. Bu və ya digər 

formanın  seçilməsindən  sonralar  şəxsi  vəsaitlərin,  borc  vəsaitlərin  cəlb  edilməsinin 

artırılması imkanları, idarəetmə və deməli istehsal prosesinin təşkil edilməsinin xarakteri 

və  xüsusiyyətləri,  nəza-rətin  forma  və  növləri  asılıdır.  Bu  isə  bank  fəaliyyətində  az 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə