FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   2   3   4   5   6   7   8   9   ...   27

17 

 

Kommersiya  banklarının  yerinə  yetirdikləri  funksiyalara  müxtəlif  yanaşmalar 



mövcuddur. Onlardan bəzilərini nəzərdən keçirək: 

Prof.  O.İ.Lavruşin  kommersiya  bankının  funksiyalarını  müəyyənləşdirmək  üçün 

aşağıdakı istiqamətlərdə təhlillərin aparılmasını vacib sayır [43]: 

  makrosəviyyədə (bank ilə xalq təsərrüfatı sahələrinin arasındakı əlaqə); 

  vahid təsisat kimi bankın özünün mövqeyindən; 

  bankın pul-kredit institutu kimi fəaliyyəti mövqeyindən. 

Bu  baxımdan  O.İ.Lavruşin  tərəfindən  kommersiya  banklarının  aşağıdakı 

funksiyaları müəyyən olunur [43]: 

  sərbəst  pul  vəsaitinin  akkumulyasiyası  funksiyası.  Bu  funksiyanın  xarakterik 

xüsusiyyətləri ondan ibarətdir ki: 

  bank  məhz  başqalarına  məxsus  müvəqqəti  olaraq  istifadəsiz  qalmış  sərbəst 

vəsaitləri toplayır; 

  toplanmış  vəsaitlər  bankın  ehtiyacları  üçün  deyil,  başqalarının  (bankın 

müştərilərinin)  ehtiyaclarını  qarşılamaq  üşün  istifadə  olunur  (vəsaitlərin  yenidən 

yerləşdirilməsi qaydasında); 

  toplanmış və yenidən bölüşdürülmüş vəsaitlərə sahiblik hüququ banka deyil, ilkin 

kreditorlara (bankın müştərilərinə) mənsub olur; 

  sərbəst vəsaitin toplanması bankın əsas fəaliyyət növünə çevrilir və bu fəaliyyətin 

həyata keçirilməsi üçün xüsusi icazə (lisenziya) tələb olunur. 

  pul  dövriyyəsinin  tənzimlənməsi  funksiyası.  Banklar  müxtəlif  təsərrüffat 

subyektlərinin  pul  vəsaitlərinin  dövr  etdiyi  mərkəzlər  kimi  fəaliyyət  göstərir.  Hesab-

laşmalar  sistemi  sayəsində  müştərilər  mübadilə,  pul  və  kapitalın  dövriyyəsini  həyata 

keçirmək  imkanına  malikdirlər.  Pul  dövriyyəsinin  tənzimlənməsi  ödəniş  vasitələrinin 

emissiyası, müxtəlif istehsal subyektlərinin ehtiyacları üzrə kreditləşdirilməsi, təsərrüffat 

sahələrinə və əhaliyə kütləvi surətdə xidmətərin göstərilməsi vasitəsilə də həyata keçirilir. 

Buradan belə nəticəyə gəlmək olar ki, kommersiya banklarının bu funksiyası məhz pul-




18 

 

kredit  institutu kimi bank əməliyyatları  hesab olunan əməliyyatlar kompleksi sayəsində 



reallaşdırılır. 

  vasitəçilik  funksiyası.  Bankların  bu  funksiyası  onların  yalnız  hesablaşma-ödəniş 

əməliyyatlarında vasitəçilik fəaliyyəti ilə bağlılığı ilə kifayətlənmir, eyni zamanda bankın 

vahid təsərrüffat subyekti kimi bütün əməliyyatlarının məc-musuna şamil edilir. 

Prof.  Y.F.Jukov  kommersiya  banklarının  fəaliyyətinin  əsasını  təşkil  edən  4  əsas 

funksiyanı fərqləndirirdi [47]: 

  müvəqqəti sərbəst vəsaitin cəlb olunması və istifadəsi; 

  kredit əməliyyatlarında vasitəçilik; 

  hesablaşma-ödəniş əməliyyatlarında vastəçilik; 

  ödəniş vasitələrinin yaradılması. 

Hər  bir  kommersiya  bankı  fəaliyyətə  başlandıqda  öz  vəsaiti  əsasında  fəaliyyət 

göstərir,  daha  sonradan  isə  fəaliyyət  sferası  genişləndikcə  əlavə  vəsaitlərə  olan  tələbatı 

kənardan cəlb etməklə ödəyir. Bu məqsədlə banklar müştərilərə müxtəlif cəlbedici faizlər 

əsasında  əmanətlər  və  hesablar  təklif  edirlər.  Nəticədə  bankın  ümumi  kapitalında  cəlb 

olunmuş  vəsaitlərin  xüsusi  çəkisi  artaraq  80%-ə  çatır.  Bu  funksiyanı  yerinə  yetirərkən 

banklar borcalan qismində çıxış etmiş olurlar. Sərbəst pul vəsaitini cəlb etməklə banklar 

onları  özlərində  saxlamır,  kreditlər  ver-məklə,qiymətli  kağızlar  almaqla  iqtisadiyyata 

yatırırlar. 

Kredit  əməliyyatlarında  vasitəçilik  funksiyası  iqtisadi  tələbatdan  irəli  gəlmişdir. 

Belə  ki,  çox  hallarda  pul  vəsaiti  bir  iqtisadi  subyektlərin  əlində  cəmlənir,  onlara  real 

tələbat  isə  digər  subyektlərdə  formalaşır.  Bu  uyğunsuzluğu  nəzəri  olaraq  belə  aradan 

qaldırmaq  olar  ki,  birinci  subyektlər  əllərində  olan  sərbəst  vəsaiti  ikincilərə  kredit 

şəklində  borc  versin,  lakin  bütün  iqtisadi  subyektlər  arasında  məbləğ  və  müddət 

baxımından məhz bir-birinə uyğun gələn variantları tapmaq olduqca qəliz məsələdir. Bu 

yerdə  kommersiya  bankları  vasitəçi  qismində  çıxış  edərək  müvəqqəti  sərbəst  vəsaitləri 

toplayır (birinci funksiya) və ehtiyacı olan subyektlərə lazımi  məbləğdə və tələb olunan 

müddətə kreditə verir. 



19 

 

Hesablaşma-ödəniş əməliyyatlarında vastəçilik funksiyası kommersiya bankının pul 



köçürmələrini həyata keçirərkən reallaşır. Bu funksiyanın mövcudluğunun effektivliyinə 

əyani sübut olaraq nağdsız hesablaşmaların xüsusi çəkisinin durmadan artmasını (inkişaf 

etmiş ölkələrdə bu göstərici 90%-ə çatıb) göstərmək olar. 

Ödəniş  vasitələrinin  yaradılması  funksiyası  qızıl  pulların  dövriyyədən  çıxması  və 

kredit  pulların  yaranması  ilə  bağlıdır.  Kommersiya  bankları  çeklər,  veksellər,  plastik 

kartlar,  bank  hesabları  yaratmaqla  nağdsız  dövriyyənin  həcmini  geniş-ləndirir,  bu  isə 

banknot emissiyasının məhdudlaşdırılmasına gətirib çıxarır. 

Tütünnink A.V. və Turbanov A.V. kommersiya banklarının iqtisadi funk-siyalarını 

aşağıdakı qaydada müəyyənləşdirirlər [68]: 

- kredit pulların emissiyası; 

- bölüşdürmə funksiyası; 

- hesablaşma funksiyası; 

- nəzarət funksiyası; 

- maliyyə vasitəçiliyi. 

Bütün  bu  deyilənləri  ümümumiləşdirib  demək  olar  ki,  kommersiya  bankları  öz 

fəaliyyətləri dövründə əsasən aşağıdakı funksiyaları həyata keçirirlər: 

  müvəqqəti  sərbəst  pul  vəsaitlərinin  səfərbər  edilməsi  və  onların  kapitala 

çevrilməsi; 

  dövlətin,  müxtəlif  mülkiyyət  formalı  müəssisə  və  təşkilatların,  hüquqi  şəxs-lərin 

(firmalar,  konsernlər,  səhmdar  cəmiyyətlər,  kiçik  müəssisələr,  fermer  təsər-rüfatları  və 

s.), əhalinin ayrı-ayrı şəxslərin kreditləşməsi; 

  kredit pulların buraxılması; 

  təsərrüfatda hesablaşmaların və ödəmələrin həyata keçirilməsi; 

  emissiya-təsisçilik funksiyalarının icrası; 

  müştərilərə kassa-hesablaşma xidməti; 

  məsləhətlər, iqtisadi və maliyyə məlumatlarının verilməsi. 



 

 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə