FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları


 Kommersiya banklarının vasitəçilik əməliyyatlarının



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   2   3   4   5   6   7   8   9   10   ...   27

20 

 

1.3. Kommersiya banklarının vasitəçilik əməliyyatlarının  



mahiyyəti və istiqamətləri 

Məlum  olduğu  kimi  banklar  öz  fəaliyyətlərində  tarixən  forlalaşmış  özünəməxsus 

xüsusiyyətlərə  və  mühüm  əhəmiyyətə  malik  aşağıdakı  əməliyyatları  yerinə  yetirirlər: 

fiziki  və  hüquqi  şəxslərin  kreditləşdirilməsi,  kassa  və  hesablaşma  əməliyyatları,  inves-

tisiyaların həyata keçirilməsi və s. Bunlarla yanaşı, kommersiya banklarının fəaliyyətinin 

mühüm istiqamətini vəsitəçilik əməliyyatları təşkil edir. 

Mahiyyət  etibarıilə  vasitəçilik  əməliyyatları  da  digər  əməliyyatlar  kimi  banka 

mənfəət  gətirən  əməliyyatlardır.  Lakin  digər  əməliyyatlardan  fərqli  olaraq  vasitəçilik 

əməliyyatlarında  yalnız  iki  tərəf  deyil,  əlavə  olaraq  digər  fiziki  və  ya  hüquqi  şəxslər 

iştirak  edirlər.  Vasitəçilik  əməliyyatlarının  hər  bir  forması  sonrakı  paraqraflarda  geniş 

şəkildə nəzərdən keçiriləcək. 

Vasitəçilik əməliyyatları öz  mahiyyətinə  görə həm bankların,  həm  də  müştərilərin 

mühüm maraq dairəsindədir. Buna səbəb aşağıdakılardan ibarətdir: 

  vasitəçilik əməliyyatları əvvəlcədən təşkil olunmuş xidmətlər əsasında qurulur və 

tənzimlənir.  Bunun  əsasında  vəsitəçilik  əməliyyatlarının  təqdim  olunma  qaydası,  artıq 

onların konkret oların konkret olaraq təklif olunduğu məqəmda  bank tərəfindən işlənmiş 

olur; 

  bir  çox  halalrda  banklar  tərəfindən  həyata  keçirilən  vasitəçilik  əməliyyatları, 



ənənəvi əməliyyatlardan fərqdi olaraq müştərilərinin təlabatına daha çox uyğun gəlir; 

  vasitəçilik  əməliyyatlarının  inkişaf  etdirilməsi  və  təkmilləşdirilməsi  ilə  əlaqədar 

olaraq bankın bu əməliyyatlara meylli müştəri dairəsi genişlənir; 

  vasitəçilik  əməliyyatları  öz  mahiyyətinə  görə  ənənəvi  əməliyyatların  bir  çox 

növlərini  özündə  birləşdirir  ki,  bu  da  həm  kommersiya  bankının  universallığını    təmin 

edir, həm də bank risklərinin diversifikasiyasına imkan yaradır; 

  vasitəçilik  əməliyyatlarının  kompleks  xarakteri  ilə  bağlı  olaraq  bütövlükdə  bank 

fəaliyyətinin səmərəliliyi yüksəlir, nəticədə fəaliyyətdə əldə olunan gəlirin məbləği artır; 

  bir çox hallarda vasitəçilik əməliyyatlarının artırılması bankların fəaliyyətində yeni 

xidmət və fəaliyyət sahələrinin, istiqamətlərinin yaranmasını şərtləndirir. 




21 

 

Kommersiya  banklarının  vasitəçilik  əməliyyatları  içərisində  maliyyə  xidmətləri 



xüsusi  yer tutur.  Bu  xidmətlərə  lizinq,  faktorinq,  forfeytinq, trast əməliyyatları  daxildir. 

Bu maliyyə xidmətləri sırf bank əməliyyatı hesab edilmir. Bu əməliyyatların hər şeydən 

əvvəl  kredit  təşkilatı  olmayan  ixtisaslaşdırılmış  təşkilatlar  –  lizinq,  faktorinq,  trast 

kompaniyaları yerinə yetirirlər. Bank üçün bu xidmətlər komission-vasitəçilik əməliyyatı 

hesab  edilir.  Belə  ki,  bu  əməliyyatlar-dan  gəlir  faiz  formasında  deyil,  komission  haqqı 

formasında  alınır.  Bu  prosesdə  lizinq  müstəsnalıq  təşkil  edir.  Bu  əməliyyat  üzrə  gəlir  

lizinq  ödənişi   formasında  daxil  olur  və  onu  müəyyən  mənada  aktiv  əməliyyatlara  aid 

etmək olar. 

Müasir  lizinq  XIX  əsrin  sonunda  ABŞ-da  meydana  gəlmişdir.  Bu  zaman  telefon 

istehsal  edən  kompaniya  telefonları  satmamaq,  icarəyə  vermək  qərarını  qəbul  etmişdir. 

Bu andan başlayaraq bütün ölkələrdə lizinq əməliyyatları geniş yayılmağa başladı.  

Maraqlıdır  ki,  Qərbi  Avropanın  bəzi  ölkələrində  (Böyük  Britaniya,  Almani-ya, 

Danimarka)  lizinq  üzrə  xüsusi  qanun  yoxdur.  Lakin  Fransa,  Portuqaliya,  İsveçrə  kimi 

ölkələrdə  isə  lizinq  alan  və  lizinq  verənin  hüquqlarını,  onların  arasında  baş  vermiş 

münasibəti müəyyən edən qanun mövcuddur.  

Azərbaycan Respublikasında (AR) isə lizinq əməliyyatları XX əsrin 90-cı illərindən 

təşəkkül etməyə başladı.  

Lizinqi  icarə  ilə qarışıq salmaq  olmaz.  Bunlar eyni anlayışlar  deyildirlər.  Lizinqin 

icarədən  müəyyən  fərqi  vardır.  Lizinq  verən  nəyi  isə  yalnız  konkret  bir  istehlakçının 

maraqlarına əsasən alır. İcarə zamanı isə əksinə icarə verən ilkin olaraq texniki vəsaitlərin 

müəyyən çeşidini alır, sonra isə icarədən istifadə edəni axtarır. 

Lizinq  əməliyyatları  ənənəvi  maliyyə  xidmətidir  və  ona  həm  geniş,  həm  də  dar 

mənada  yanaşmaq  olar.  Bəzi  ədəbiyyatlarda  lizinqi  icarənin  bir  növü  kimi  qiymətlən-

dirirlər.  Belə  olan  halda  icarə  müddətindən  asılı  olaraq  müqavilələrin  3  növü  müəy-

yənləşdirilir:  

- rentinq – icarə müddəti 1 gündən 1 ilə qədər olan qısamüddətli icarə;  

- hayrinq – icarə müddəti 1 ildən 3 ilə qədər olan ortamüddətli icarə;  

- lizinq – icarə müddəti 3 ildən 20 ilə qədər olan uzunmüddətli icarə.  




22 

 

Göründüyü kimi, icarə müqaviləsinin müddətinə görə uzunmüddətli icarə (3-20 il) 



real olaraq lizinq adlanır. Geniş mənada lizinq avadanlığın icarəsi deməkdir.  

Dar  mənada  lizinq,  icarəyə  verən  tərəfindən  satın  alınmış  maşınvə  avadanlığın 

istehsalda istifadə etmək məqsədi ilə  icarəyə götürənə uzun  müddətə icarəyə verilməsi 

deməkdir.  Lizinq  əməliyyatlarının  mahiyyəti  ondadır  ki,  banklar  o  maşınları,  ava-

danlıqları,  nəqliyyat  vasitələrini,  istehsal  təyinatlı  bina  və  qurğuları  satın  alaraq  sənaye 

müəssisələrinə  icarəyə  verir  və  onlarla  lizinq  sövdələşməsi  bağlayır.  Beləliklə,  bank 

həmin  avadanlıqların  alınmasına  kredit  vermək  əvəzinə  onları  özü  satın  alır  və  onları 

icarəyə  verərək   mülkiyyət  hüququnu özündə saxlayır. Bu zaman bank  faiz deyil,  icarə 

haqqı  formasında  gəlir  əldə  edir.  Müəssisə  üçün  lizinq  kapital  qoyuluşunun  maliy-

yələşməsinin spesifik forması kimi çıxış edir.  

Bir  tərəfdən  istehsalın  inkişafı  və  genişləndirilməsi  üçün  likvid  vəsaitlərin  məh-

dudluğu, digər tərəfdən elmi-texniki tərəqqi şəraitində investisiyanın optimallaşdırılması  

zəruriliyi  liziq əməliyyatlarını  iqtisadi  fəaliyyətin əsas amilinə çevirmişdir.  Lizinq əmə-

liyyatı  müəssisələrə  heç  bir  birdəfəlik  külli  miqdarda  xərc  etmədən  lazımi  avadanlığı 

almağa  imkan  verir.  Deməli,  müəssisələr  birdəfəlik  iri  xərcdən  azad  olmaqla  lazımi 

avadanlığı  almaq  imkanı  əldə  edirlər.  Müəyyən  şəraitdə  amortizasiya  ayırmalarının 

yüksək olması avadanlıqların yüksək rentabelliyi və likvidliyi qorunub saxlanması  səna-

ye müəssisələrinə əməlli kömək etmiş olur. 

Son illərdə beynəlxalq ticarətin təcrübəsində kapitalın hərəkət edən  maddi qiymət-

lilərə, məsələn, avadanlıq, nəqliyyat vasitələrinə yönəldilməsi inkişaf etmişdir.  

İstehsalın  müasirləşdirilməsinə  vəsaiti  çatışmayan  kompaniyalar  borc  vəsaitlərinin 

cəlb edilməsi üçün  müxtəlif hüquqi üsullardan  istifadə  edirlər, o cümlədən kənar maliy-

yələşmə  mənbələrinə müraciət edirlər. Lizinq müqaviləsinin tərtibi və imzalanması  mü-

asir texnoloji avadanlıqların əldə edilməsi  üçün zəruri  maliyyə  vəsaitlərinin  tapılmasına 

imkan verir.  

Lizinqin  imkanları    mülkiyyətin  funksiyasının  «ikiləşməsi»  ilə  müəyyən  edlir.  Bu 

zaman mülkiyyətin sahibi onları istifadə etməkdənayrılır və xüsusi maliy-yələşmə sistemi 

yaranır.  Beləliklə,  lizinq,  əldə  olunası  standart  və  unikal  avadanlıqların  maliyyələş-




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə