FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

23 

 

məsinin  spesifik  formasıdır.  İqtisadiyyatın  müxtəlif  sahələri  üçün  həm  əsas,  həm  tex-



noloji  avadanlıqların,  istehlak  xarakterli  uzun-müddətli  malların  (məsələn,  avtomo-

billərin)  müxtəlif  nəqliyyat  vasitələrinin  (təyyarə  və  gəmilər)  konteynerlərin,  elektron 

hesablama  texnikasının,  idarə  avadanlığı,  istehsal  təyinatlı  daşınmaz  əmlak  və  əsas 

kapitalın  çoxlu  digər  elementlərinin  əldə  edilməsində  spesifik  xüsusi  maliyyələşmə 

mənbəyi kimi çıxış edir. 

Yuxarıda  qeyd  olunduğu  kimi,  lizinq  ingilis  sözündən  yaranaraq  icarəyə  vermək, 

götürmək,  icarə  mənasını  verir.  Avadanlıqların  lizinqi  üzrə  Avropa  milli  assosiasiyalar 

federasiyası  müəyyən  etdiyinə  görə  lizinq-zavodun,  sənaye  məhsullarının,  maşın  və 

avadanlıqların,  daşınmaz  əmlakın  və  eləcə  də  digər  məhsulların  icarəyə  götürən 

tərəfindən  istehsal  məqsədinə  istifadə  edəcəyi  haqqında  icarə  müqaviləsidir.  Mallar 

icarəyə verən tərəfindən əldə edildiyindən sövdələşmənin sonunadək  o onların üzərində 

mülkiyyət  hüququnu saxlayır. Qısaca  olaraq  lizinqi  «istehsal  vasitələrinin  mülkiyyətçisi 

olmadan onlardan istifadə etmək» kimi müəyyən etmək olar. 

Müasir  iqtisadiyyatda    iqtisadi  alət  kimi  lizinqə  olan  ehtiyac  bir  sıra  amillərlə 

əlaqədardır.  Bu  hər  şeydən  əvvəl  lizinqin  hüquqi  tərəfi  ilə  əlaqədardır.  Söhbət  lizinq 

predmetinə    olan  mülkiyyət  hüququndan  gedir.  Bu  hüquq  sövdələşmə  başa  çatanadək  

lizinq verəndə qalır. Bu hüquq investorların müdafiəsinin səmərəli formasıdır. Bu zaman 

investorların  hüquqları  bank  kreditləşməsində  olduğundan  daha  səmərəli  qorunur.  Ona 

görə  də  lizinq  kompaniyaları  daha  riskli  layihələr    üzərində  işləməyi  maraqlı  edir.  Bu 

baxımdan  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  lizinqin  inkişafı  üçün  beynəlxalq 

normalara cavab verən əlverişli hüquqi baza yaradılmışdır. 

Lizinqin  inkişafı  üçün  vacib  həvəsləndirici  tədbirlərdən  biri  də  vergi  güzəştləri  və 

lizinq predmetinin amortizasiyasının sürətləndirilməsi hüququdur. Gömrük rüsumlarının 

ödənilməsində də güzəştlər mövcuddur. Biz hesab edirik ki, Azərbaycanda lizinq bazası 

elə  səviyyəyə  çatmışdır  ki,  vergi  amili  onun  inkişafında  müəyyənedici  rol  oynamır. 

Hazırki  dövrdə  lizinqin  inkişafı  xırda  və  orta  biznes  tərəfindən  lizinqə  olan  böyük 

ehtiyacdır.  Bu  tələbat  respublikada  xırda  biznesin  inkişafını  maliyyələşdirən  alətlərin 

çatışmamazlığı və fondların yüksək köhnəlmə səviyyəsi ilə əlaqədardır.  




24 

 

Lizinqə  artmaqda  olan  marağın  vacib  amili  makroiqtisadi  və  büdcə  stabilliyi  ilə 



əlaqədardır. Bu şəraitdə investisiya layihələri daha səmərəli  hesab edilir və borc alanlar 

və investorlar investisiyaya maraqlı olurlar.  

Bununla  belə  lizinqin  inkişafını  çətinləşdirən  müəssisələr  üçün    daha  yetərliliyini 

azaldan  problemlər  mövcuddur.  Bu  sahədə  əsas  problemlərdən  biri  lizinq  kompani-

yalarının maliyyələşməsinin təşkili ilə əlaqədar çətinliklərdir. Bu məsələlər qlobal maliy-

yə  böhranı  dvründə  dərinləşdi  və  bəzi  lizinq  kompaniyaları  öz  əməliyyatlarının 

maliyyələşdirilməsində çətinliklə üzləşdilər.  

Lizinq əməliyyatlarının  maliyyələşdirilməsində  xarici  maliyyə  institutları, banklar 

qeyri-rezident sahibkarlar,  xarici  investisiyalar,  xüsusi  vəsaitlər,  istiq-razların  emissiyası 

və s. iştirak edir. 

Bankların kreditləri lizinq əməliyyatlarının maliyyələşdirilməsinin ənənəvi mənbəyi 

hesab edilir. Onun payı maliyyələşmə  mənbələri içərisində  80-85 % təşkil edir. Bununla 

belə  maliyyələşmədə  alternativ  mənbələr  daha  çox  rol  oynamağa  başlamışdır.  Hər 

şeydən  əvvəl  bura  xarici  bankların  kreditləri,  daxili  bazarda  buraxılan  istiqrazlar,  vek-

sellər və s. daxildir. Bu amillərin güclənməsi tədricən bankların lizinq kompaniyalarının  

maliyyələşdirilməsində  vasitəçilikdə  rolunu  azalda  bilər  və  lizinqin  maliyyələşdirilməsi 

ilə kreditləşməsini bərabərləşdirə bilər. 

Maliyyələşmə mənbələrinin quruluşundakı dəyişikliyin bir sıra səbəbləri vardır. 

Son illər banklar lizinq biznesinə inkişafın qabaqcıl sahəsi kimi baxırlar. Bankların  

nəzdində  yaradılan  iri  lizinq  kompaniyalarında  məlum  oldu  ki,  banklar  lizinq  kompa-

niyalarının maliyyələşməyə olan ehtiyaclarını ödəyə bilmirlər. Bu müəyyən dərəcədə bir 

tərəfdən borc alana  bank riskinin limiti ilə əlaqədardırsa, digər tərəfdən bankın özünün 

maliyyələşmə imkanlarının  məhdudluğu ilə əlaqədardır. Lizinq kompaniyalarının kredit 

təşkilatları və banklara mürciətində başlıca problem yalnız lizinq kompaniyasının maliy-

yə vəziyyətinin təhlili və  risklərin qiymətləndirilməsi metodikasının olmamasıdır. Lizinq 

biznesinin xüsusiyyəti ondadır ki, lizinq kompaniyalarının passivlərinin quruluşunda borc 

vəsaitlərinin  xüsusi  çəkisi  yüksək  olur.  Qiymətləndirmənin  standart  metodikası  baxı-

mından belə hal maliyyə möhkəmliyi və ödəmə qabiliyyətinin son göstəricilərinə mənfi 




25 

 

təsir  göstərir.  Bundan  başqa  debitor  və  kreditor  borclarının  aşağı  səviyyədə  dövriyyəsi 



lizinqə xas olan cəhətdir ki, bu da lizinq sövdələşməsinin  müddətləri ilə əlaqədardır. 

Faktorinq  (ingilis  sözündən  olub,  agent,  vasitəçisi  mənasını  daşıyır),  kommersiya 

banklarının,  onların  törəmə  faktor  firmalarının  kiçik  və  orta  firmalara,  müştərilərə  gös-

tərdikləri maliyyə xidmətinin bir formasıdır. Onun mahiyyəti bundan ibarətdir ki, faktor 

firma öz müştərisindən borcları almaq hüququnu alır, öz müştərilərinin borclarını hissə-

hissə ödəyir. 

Trast əməliyyatları müştərinin tapşırığına əsasən əmlakın  idarə olunması və  digər 

xidmətlərin  onun  maraq  dairəsində,  onun  xeyrinə  kommersiya  bankları  və  xüsusi 

maliyyə institutları tərəfindən aparılan əməliyyatlardır. 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə