FəSİl kommersiya banklarının vasitəçilik əməliyyatlarının nəzəri-metodoloji əsasları



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix14.09.2018
ölçüsü0,82 Mb.
#68347
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

26 

 

Fəsil 2. Kommersiya banklarının ayrı-ayrı vasitəçilik əməliyyatlarının 



iqtisadi xarakteristikası 

 

2.1. Lizinq əməliyyatlarının əsas elementləri, növləri və həyata 

keçirilməsi 

Lizinq  özündə  bank  krediti,  icarə,  investisiya  elementlərini  cəmləşdirən  və 

uzunmüddətli xarakter daşıyan üçtərəfli münasibətlər kompleksidir. Eyni zamanda, lizinq 

sənaye  avadanlıqlarının,  maşınların,  yeni  texnologiyaların,  istehsal  təyinatlı  bina  və 

tikililərin istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır. Hal-hazırda lizinq ixtiyari 

istehsalın inkişafı üçün kapital qoyuluşlarında əsas maliyyə mənbəyi və alətidir.  

Bəzi  tarixçi  və  iqtisadçılara  görə,  lizinq  sövdələşmələrindən  hələ  qədim  Şumerdə 

istifadə  olunmuşdur.  Belə  ki,  qədim  Şumerin  Ur  adlı  şəhərinə  aid  gildən  hazırlanmış 

cədvəllər tapılmışdır. Bu cədvəllərdə həmin dövrdə kənd təsərrüfatı alətlərinin, torpağın, 

su  mənbələrinin,  mal-qaranın  və  başqa  heyvanların  icarəyə  verilməsi  haqqında  məlu-

matlar əks olunmuşdur. Hətta bəzi tarixçilər bildirirlər ki, Aristotel e.ə. 350-ci ildə yazdığı 

“Sərvət  mülkiyyət  hüququnda  yox,  ondan  istifadədədir”  adlı  əsərində  lizinq  ideyasına 

toxunmuşdur. Amma ingilis müəllifi T.Klark iddia edir ki, lizinq münasibətlərinin tarixi 

daha qədimdir. O,  miladdan  öncə  yazılmış  Hammurapi qanununda  icarəyə aid bir  neçə 

müddəanı  müəyyən  etmişdir.  XI  əsrdə  isə  venesiyalılar  o  zamanlar  baha  sayılan  löv-

bərlərini ticarət  gəmilərinin sahiblərinə  icarəyə  verirdilər.  Səyahət  başa çatdıqdan sonra 

isə lövbərlər sahiblərinə geri qaytarılır və yenidən icarəyə verilirdi [22].  

Lizinqin (ingiliscə “lease” – icarəyə vermək) iqtisadi termin kimi formalaşması isə 

“Bell”  telefon  şirkəti  rəhbərliyinin  1877-ci  ildə  öz  telefonlarını  satmaq  əvəzinə  onları 

icarəyə vermək qərarına gəlməsi ilə bağlıdır. Lakin fəaliyyəti lizinq əməliyyatları olan ilk 

cəmiyyət 1952-ci ildə San-Fransisko şəhərində yaradılmış “United States Leasing Corpo-

ration”-dır  (hazırkı  adı  “United  States  Leasing  International  Inc”)  [22].  Beləliklə, 

Amerika  Birləşmiş Ştatları  yeni  bir biznes  növünün  vətəni  olmuşdur.  Amerika  maliyyə 

lizinqinin  yaradıcısı  Henri  Şonfeld  olub.  O,  bu  fəaliyyəti  ancaq  dəmiryolu  nəqliyyatı 




27 

 

sahəsinə  tətbiq  edib,  daha  sonra  “United  States  Leasing  Corporation”  lizinq  şirkətini 



yaradıb. 

Lizinq əməliyyatları ötən əsrin 1950-ci illərinin sonlarında Avropada, 1962-ci ildən 

isə Yaponiyada istehsalın texniki təchizatında geniş istifadə edilmişdir. Hal-hazırda İEÖ-

də kapital yatırımlarının 30-40%-i lizinq yolu ilə həyata keçirilir.  

Lizinq əməliyyatlarının əsasını aşağıdakılar təşkil edir: 

- sövdələşmə obyekti; 

- sövdələşmə subyektləri; 

- lizinq müqaviləsinin müddəti; 

- lizinq ödənişləri; 

- lizinq üzrə təqdim olunan xidmətlər. 

İstehsal  prosesində  sıradan  çıxaraq  məhv  olmayan,  sərbəst  dövriyyə  qabiliyyətinə 

malik olan istənilən maddi qiymətlilər, yəni  əsas vəsaitlər lizinq sövdələşməsinin obyekti 

ola bilər. Buna görə, lizinq daşınan və daşınmaz əmlakın lizinqinə bölünür. 

Lizinq  subyektləri  lizinq  alan,  lizinq  verən,  satıcı,  lizinq  verəni  kreditləşdirən  və 

müqavilənin  zamini  rolunda  çıxış  edən  kommersiya  və  investisiya  bankları,  sığorta 

şirkətləri,  broker  və  digər  vasitəçi  şirkətlərdir.  Sövdələşmə  obyektinə  bilavasitə  müna-

sibəti  olan  tərəflər  lizinq  sövdələş-məsinin  subyektləri  hesab  edilirlər.  Bu  zaman  onlar 

lizinq əməliyyatlarında  iştiraklarına görə birbaşa və dolayı subyektlərə bölünür. 

Lizinq  sövdələşməsinin birbaşa iştirakçılarına aiddir: 

- lizinq firmaları və lizinq kompaniyaları (lizinq verənlər və ya kirayə verənlər); 

- istehsal  (sənaye,  kənd  təsərrüfatı),  ticarət  və  nəqliyyat  müəssisələri,  əhali  (lizinq 

alanlar və kirayəyə götürənlər); 

- sövdələşmə obyektlərinin satıcıları – istehsal (sənaye) və ticarət kompani-yaları. 

Lizinq sövdələşməsinin dolayı iştirakçılarına isə aşağıdakılar daxildir: 

- lizinq  verəni  kreditləşdirən  və  sövdələşmənin  təminatçısı  kim  çıxış  edən  

kommersiya və investisiya  bankları; 

- sığorta kompaniyaları; 

- broker və digər vasitəçi firmalar. 




28 

 

Kirayə  növündən  asılı  olmayaraq  kirayə  münasibətlərində  iştirak  edən  bütün 



firmalar  lizinqli  hesab  edilirlər.  Fəaliyyət  xarakterinə  görə  onlar  universal  və  dar 

ixtisaslılara bölünürlər. 

Dar  ixtisaslı  lizinq  firmaları  adətən  bir  məhsul  növü  (yüngül  avtomobillər, 

konteynerlər) və ya eyni mal qruplarına daxil olan mallar (tikinti avadanlıqları, toxuculuq 

müəssisələri avadanlığı) ilə məşğul olurlar. Belə firmalar adətən özlərinin  maşın parkına 

və ya avadanlıqlar ehtiyatına malik olaraq müştərinin ilk tələbi əsasında onu istehlakçıya 

təqdim edirlər. Lizinq kompaniyaları adətən avadanlığa özləri texniki xidmət göstərir və 

onların normal texniki istismar  vəziyyətdə olmalarına  nəzarətedir. 

Universal lizinq firmaları müxtəlif növ maşın və avadanlaqların kirayəyə verilməsi 

ilə məşğul olurlar. Onlar kirayəyə götürənə ona lazım olan  avadanlığın satıcısını seçmək, 

sifarişi  yerləşdirmək,  sövdələşmə  obyektini  qəbul  etmək  imkanı  verirlər.  Avadanlığa 

texniki xidmət, kirayə predmetinin təmiri – ya satıcı və ya  lizinq alanın özü tərəfindən 

həyata  keçirilir.  Beləliklə,  lizinq  verən  sövdələşmənin  maliyyələşməsini  təşkil  edən  

təşkilat kimi çıxış edir. 

Lizinq  firmaları  yalnız  müstəsna  hallarda  sərbəst  olurlar.  Belə  ki,  onların  digər 

kompaniyalarla qohumluq əlaqəsi olur və birgə fəaliyyət göstərirlər. Əksər hallarda onlar  

sənaye  və  ticarət  firmalarının,  bankların  və  sığorta  cəmiyyətlərinin  filial  və  ya  törəmə 

kompaniyaları  kimi  fəaliyyət  göstərirlər.  Bu  zaman  lizinq  kompaniyalarına  əsasən  

banklar nəzarət edirlər. 

Bankların lizinq bazarına müdaxiləsi bir sıra amillərlə əlaqədardır. Hər şeydən əvvəl 

lizinq biznesin kapitaltutumlu hissəsidir. Banklar isə pul resurslarının əsas saxlayıcısıdır. 

İkinci lizinq əməliyyatları öz iqtisadi  təbiətinə görə bank kreditləşməsi ilə sıx sıx surətdə 

əlaqədardır və lizinq əməliyyatı bank kreditləşməsinin alternatividir. Maliyyə bazarındakı 

rəqabət bankları bu əməliyyatları genişləndir-məyə sövq edir. Ona görə də banklar lizinq 

əməliyyatlarını  həyata  keçirən  birinci  dərəcəli  firmaya  çevrilmişdir.  Bununla  yanaşı 

banklar  lizinq  firmalarına  kredit  verməklə  onların  fəaliyyətinə  nəzarətedirlər.  Banklar 

lizinq cəmiyyətlərini kreditləşdirərək əmtəə krediti formasında lizinq alanları dolayısı ilə 

maliyyələşdirirlər. 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə