32
1. Amortizasiya ayırmaları məbləği:
A =
100
M
N
B
a
d
Burada,
Bd – avadanlığın balans dəyəri;
Na – amortizasiya ayırmaları norması;
M – müqavilənin qüvvədə olduğu müddət.
2. Cəlb olunmuş kredit resurslarına görə haqq:
Ök = (K x S) /100
Burada,
K – kredit resurslarının həcmi,
S – kreditdən istifadəyə görə stavka.
Kredit resurslarının həcmi isə:
K =
2
A
A
sd
id
Burada,
Aid – avadanlığın ilin əvvəlinə dəyəri
Asd – avadanlığın ilin sonuna dəyəridir.
3. Komission ödənişlərin məbləği (Ök)
Ök = (K x Skom )/ 100
Burada,
Ök – komission ödəniş stavkasıdır.
4. Əlavə xidmətlərə görə ödənişin hesablanması:
Öx = Xl + Xx + Xr + Xd
Burada,
Xl – bank işçilərinin ezamiyyə xərcləri;
Xx – xidmətə görə xərclər;
Xr – bankın reklam xərcləri;
Xd – digər xərclərdir.
33
Lizinq ödəmələrinin məbləğinin hesablanması üçün daha çox annuitet (konkret
borc üzrə illik məcburi ödəmələr) düsturundan istifadə olunur ki, bu da lizinq
müqaviləsinin bütün şərtləri üzrə lizinq ödəmələrinin faktiki qiymətini, xüsusilə də
müqavilənin məbləğini, müddətini, ödəmələrin dövriliyini və borcların verilməsini daha
aydın əks etdirir.
Annuitet borcun aylıq bərabər hissələrdə ödənilməsidir. Annuitet ödəniş zamanı
lizinq alan, qalıq məbləğdən asılı olmayaraq, hər ay bərabər miqdarda məbləğ ödəyir. Bu
ödənişlər aylar üzrə elə hesablanır ki, lizinqin ödəniş müddətinin sonunda borc tamamilə
ödənilmiş olsun. Lizinq şirkətləri üçün annuitet ödənişinin tətbiq edilməsi daha sərfəlidir.
Çünki bu zaman onlar faizlərdə daha çox mənfəət qazanırlar. Borcalanlar üçün isə
annuitetin təqdim etdiyi yeganə üstünlük aylıq ödənişlərin bərabər olmasıdır, yəni onlar
konkret olaraq hər ay nə qədər pul ödəməli olduqlarını bilirlər. Bu, hər ay fərqli məbləğ
ödəməkdən daha asandır [22].
Annuitet formuluna əsasən, mütəmadi aylıq ödənişlərin miqdarı aşağıdakı kimi
müəyyən olunur:
Burada,
Aö - aylıq annuitet ödəniş,
Km - kredit məbləği,
Aə - annuitet əmsalıdır.
Annuitet əmsalı aşağıdakı düstura uyğun müəyyən edilir [22]:
Burada,
i - faiz məbləği, aylıq paylar üzrə, məsələn, illik nominal faiz dərəcəsi 24% olarsa, i
= 0,24/12,
n - kreditin götürüldüyü ayların sayıdır.
34
Bu metoddan Almaniya, Avstriya, Yaponiya, Fransa, İtaliya və Rusiyanın lizinq
kampaniyalarında istifadə olunur [22].
Lizinq müxtəlif xidmətlərlə xarakterizə edilir və bu xidmətləri şərti olaraq iki qrupa
bölmək olar.
1. Texniki xidmət. Bu xidmət lizinq obyektinin müştərinin istifadə etdiyi yerədək
nəqlinin təşkili, lizinqə verilmiş avadanlığın quraşdırılıb işlək vəziyyətinə gətirilməsi,
avadanlığa texniki xidmət və cari təmiri ilə əlaqədardır.
2. Məsləhət xidməti – sövdələşmənin vergiyə cəlb olunma məsələləri xidməti və s.
xidmətlər.
Müasir lizinq xidmətləri bazarı lizinq formalarının, lizinq əməliyyatlarını
nizamlandıran lizinq kontraktları modeli və hüquqi normaların müxtəlifliyi ilə xarakterizə
olunur.
Lizinq əməliyyatlarının əlamətlərindən asılı olaraq onları aşağıdakı kimi qrup-
laşdırmaq olar.
1. İştirakçıların tərkibinə görə:
- əmlakın sahibinin obyekti sərbəst lizinqə verdiyi – birbaşa lizinq;
- dolayısı lizinq, bu zaman əmlakın lizinqə verilməsi vasitəçilər tərəfindən həyata
keçirilir (üç və daha çox tərəfli lizinq);
Fərdi hal kimi birbaşa lizinq qaytarılan lizinq də adlanır. Onun mahiyyəti ondadır
ki, lizinq firması sahibkardan avadanlığı alaraq onun özünə kirayəyə verir.
2. Əmlak formalarına görə:
- daşınan əmlakın lizinqi;
- daşınmaz əmlakın lizinqi;
- istismarda olmuş əmlakın lizinqi.
3. Xərclərin ödənilməsi baxımından:
- xərcləri tam ödəyən lizinq. Bu zaman bir müqavilənin qüvvədə olduğu müddətdə
əmlakın dəyəri tam ödənilir;
- xərcləri qismən ödənilən lizinq. Bu zaman bir müqavilə müddətində icarəyə
götürülmüş əmlakın dəyərinin bir hissəsi ödənilir.
35
4. Amortizasiya sərfinə görə:
- tam amortizasiyalı lizinq və müvafiq olaraq lizinq obyektinin dəyərinin tam
ödənilməsi qaydasında;
- tam olmayan amortizasiyalı lizinq, daha doğrusu dəyərinin hissəvi ödə-nilməsi;
5. Xərclərin bərpası və amortizasiya şərtlərinə görə:
- maliyyə lizinqi, yəni lizinq haqqında müqavilənin qüvvədə olduğu dövrdə icarəyə
götürən icarəyə verənə kirayəyə götürülmüş əmlakın bütün dəyərini (tam amortiza-
siyasını ödəyir. Maliyyə lizinqi çoxlu kapital qoyuluşu tələb etdiyindn banklarla birlikdə
həyata keçirilir.
- əməli lizinq. Bu zaman əmlak onun amortizasiya müddətindən aşağı müd-dətə
verilir. Müqavilə 2 ildən 3 ilədək bağlanır. Belə lizinqin obyekti adətən mənəvi cəhətdən
sürətlə köhnələn avadanlıqlar olur;
6. Xidmət həcminə görə:
- fərdi lizinq. Bu zaman lizinq alan lizinqə verilən avadanlığın bütün xidmətini öz
üzərinə götürür;
- tam xidmət yığımlı lizinq. Bu zaman sövdələşmə obyektinin bütün xidməti
lizinqverənə həvalə edilir;
- qismən xidmət yığımlə lizinq. Bu halda lizinq verənə yalnız bəzi xidmət növləri
həvalə edilir.
7. Bazar sektorundan asılı olaraq:
- daxili lizinq – sövdələşmənin bütün iştirakçıları bir ölkəni təmsil edirlər;
- beynəlxalq lizinq – tərəflərdən biri və ya hamısı müxtəlif ölkələri təmsil edərsə.
Xarici lizinq idxal və ixrac lizinqinə bölünür. İxrac lizinqi zamanı lizinq alan xarici
ölkə olur. İdxal lizinqində is lizinq verən xarici ölkədir.
8. Güzəştli amortizasiya və vergiyə münasibət baxımından:
- saxta lizinq – sövdələşmə möhtəkirlik xarakteri daşıyır və sövdələşmə əsassız
vergi və amortizasiya sövdələşməsi əsasında mənfəət əldə etmək məqsədi ilə bağlanır.
Dostları ilə paylaş: |