Fevral 2017-ci IL, bazar Dağlar qurşağadək giriblər suya, Təbiət dalğındır, gedib yuxuya



Yüklə 78,5 Kb.
Pdf görüntüsü
tarix23.10.2017
ölçüsü78,5 Kb.
#6389


5 fevral 2017-ci il, bazar

7

Dağlar qurşağadək giriblər suya,

Təbiət dalğındır, gedib yuxuya.

Meşələr bir həzin nəğmə oxuya

Artar könüllərin marağı burda.

Meh əsib suları dalğalandırır

Günəş zirvələrdə tonqal yandırır,

Gözəllik ürəyi qanadlandırır,

Bir heyrət bürüyür qonağı burda…

Bu misralar Lənkəran haq-

qında deyilsə də, ümumiyyətlə 

cənub təbiətinə xas olan spesifik 

xüsusiyyətlərin poetik ifadəsidir. 

Əslində ana  təbiət cənubdan heç 

nəyini əsirgəməyib. Elə subtropik 

diyarın mərkəzi sayılan Lənkəranı 

götürək. Bir tərəfi mavi Xəzərlə, 

digər tərəfi isə əsrlərin şahidi olan 

qocaman Talış dağları ilə əhatələnən 

Lənkəranın təbiəti  füsunkar və  

rəngarəngdir. Başqa sözlə desək, 

bu yerin özünəməxsus fauna və 

florası var. Bitki örtüyü, heyvanat 

aləmi baxımından çox zəngindir. 

Lənkəran meşələrində dünyanın heç 

bir yerində təsadüf olunmayan nadir 

ağaclar bitir. Bu torpağın təbii sim-

voluna çevrilən Dəmirağac, Şaba-

lıdyarpaq palıd, Lənkəran akasiyası, 

Lənkəran palıdı, Hirkan ağcaqayını, 

Hirkan şumşadı...  və s. fikrimizi bir 

daha təsdiqləyir.

Lənkəranda xüsusi mühafizə 

olunan təbiət əraziləri mövcud-

dur. Hirkan Milli Parkı, Qızıla-

ğac Dövlət Təbiət Qoruğu və s. 

ərazilər biomüxtəlifliyin mühüm 

göstəriciləridir. Lənkəran şəhəri, 

rayonun kənd və qəsəbələri də 

yaşıllığa bürünüb. Aparılan tikinti-

abadlıq işləri Lənkəranın simasını 

tanınmaz dərəcədə dəyişdirib. Hələ 

bir neçə il əvvəl Heydər Əliyev 

Fondunun prezidenti, millət vəkili, 

UNESCO-nun xoşməramlı səfiri 

Mehriban xanım Əliyevanın  “Hər 

kəs bir ağac əksə...”  təşəbbüsü res-

publikada geniş əks-səda verdi. Ölkə 

ərazisində yüz minlərlə ağac əkildi. 

Bu vətənpərvərlik təşəbbüsünə 

cənublular da həvəslə qoşuldular. 

Təsadüfi deyil ki, bu nəcib ənənə 

Lənkəranda bu gün də davam etdi-

rilir.  Hər həftənin şənbə və bazar  

günlərində iməciliklər təşkil olunur. 

Ağacəkmə kampaniyası adətən yaz 

və payız aylarında xüsusi vüsət alır. 

Mövcud yaşıllıqlara aqrotexniki qay-

dada xidmət göstərilir. Ümumiyyətlə, 

Lənkəran  torpağı qızıl kimidir. 

Bitkiçilik üçün çox əlverişlidir. 

Əbəs yerə deməyiblər ki, bura 

qovrulmuş tum da atsan göyərər. 

Elə buna görə də son illərdə cənuba 

turist axını güclənib. Müşahidələr 

göstərir ki, türistlər və qonaqları bir 

qayda olaraq Lənkəranın füsunkar 

və rəngarəng təbiəti daha çox özünə 

çəkir. İlin bütün fəsillərində öz yaşıl-

lığını hifz edən, havanı tənzimləyən 

dəmirağaca daha böyük maraq 

var. Təsadüfi deyil ki, ağacəkmədə 

dəmirağacına xüsusi yer ayrılır.  

Lənkəran və onun füsunkar  

təbiəti haqqında çox yazılsa da, hələ 

qatı açılmamış təbii sirlər çoxdur. 

Hələ sovet dönəmində Lənkəranda 

olan böyük rus şairi Nikolay Ti-

xonovun öz şeirlərinin birində 

Azərbaycanın bu subtropik diyarının 

“Cənub mirvarisi” adlandırması heç 

də təsadüfi deyil. 

İnsanın gözəlliyə can atması da, 

gözəlliyə qənim kəsilməsi də faktdır. 

Görəsən hansı qazancımızı təbiətin 

əvəzedilməz, analoqu olmayan 

sərvətlərindən üstün tutmaq olar?  

Bu sualla müraciət etsək, eyni cavabı 

alarıq: İnsanın təbiəti qorumaq-

dan aldığı zövqdən böyük qazancı 

yoxdur. Ona görə də bəşər övladı 

həmişə təbiətin zənginləşdirilməsinə 

çalışmış, meşə və yaşıllıqların 

təmiz nəfəsindən alınan havaya, 

atmosferə üz tutmuşdur. Dünyanın 

yeddi möcüzəsindən biri olan qədim 

Babildəki Semeramida bağlarının 

yaradılması da təbiətə insanın isti 

münasibətindən yaranmışdır, desək, 

bəlkə də, səhv etmərik. Bu bağların 

ümumi ansamblı rəmzlərdən yaransa 

da, məqsədi  təbii gözəlliklərə yeni 

rənglər qatmaqdır. 

Bu gün Azərbaycan təbiəti  

meşələrimiz, çaylarımız, qoruq-

larımız, parklarımız dünyanın 

möcüzələridir. Azərbaycanın  bu 

möcüzələrini  görən  xarici  səyyahlar 

turizm, müalicə və digər məqsədlərlə  

respublikamıza  gələndə onun loğ-

man, füsunkar  təbiəti qarşısında baş 

əyirlər. Fransız yazıçısı və səyyahı 

Aleksandr Dümanın əsərlərində 

Azərbaycan, onun əsrarəngiz təbiəti, 

insanları böyük məhəbbətlə tərənnüm 

olunur, flora və faunamızın zənginliyi, 

can dərmanı olan bitkilər tədqiq 

olunur, bu diyara tay tapılmadığı 

gösərilir. 

M.F.Axundzadə “Müsyö Jordan 

və Dərviş Məstəli şah” əsərində Fran-

sadan yurdumuza qonaq gələn bota-

nika alimi gecə-gündüz çöllərdə nadir 

bitkiləri toplayır, bu işdə yerlilərin 

də köməyindən istifadə etməklə 

zəngin kolleksiya əldə edir. Böyük 

vətənpərvər M.F.Axundzadə nəbatat 

alimi Müsyo Jordanın dilindən deyir: 

“Alp dağlarında, Afrikada bitən bu 

dərman bitkiləri Azərbaycanın Təklə 

Muğan obasında – Qarabağda, Ameri-

kada  daha zəngindir...”

Azərbaycanın zəngin meşələri, 

ecazkar bitki örtüyü ilə bərabər 

yüzlərlə parkı, qoruğu, yasaqlığı 

da var ki, bunların çoxu möhtərəm 

Prezidentimiz İlham Əliyevin uğurlu 

ekoloji siyasətinin, milli parkların, 

qoruqların, yasaqlıqların salınması, 

qorunması və genişlənməsi barədə 

verdiyi sərəncam və tapşırıqların 

nəticəsidir. 

Azərbaycan Respublikası 

Ekologiya və Təbii Sərvətlər Na-

zirliyi yarandığı gündən xüsusi 

mühafizə olunan təbiət ərazilərinin 

inkişaf etdirilməsi istiqamətində 

məqsədyönlü, ardıcıl tədbirlərin 

həyata keçirilməsini davam etdirir. 

Qısa müddət ərzində beynəlxalq 

normativlərə uyğun olaraq Xü-

susi Mühafizə Olunan Təbiət 

Ərazilərinin sahəsi genişləndirilərək 

5 faizdən  10,3 faizə çatdırılmışdır. 

Belə ərazilərin sahəsinin  daha da 

genişləndirilməsi istiqamətində ardıcıl 

tədbirlər həyata keçirilir. 

Respublikamızın  təkrarsız 

təbiət abidələrindən biri də dünya 

şöhrətli Qızılağac qoruğudur. Qoru-

ğun ərazisinin genişləndirilməsi və 

qoruğun ərazisində sahəsi 100 min 

hektar olan Qızılağac Milli Parkının 

yaradılması istiqamətində işlər apa-

rılır. Bu da Milli Parkda ekoturizmin 

inkişfına xüsusi önəm verəcəkdir.  

Çünki qoruq həm turizm baxımındn 

əhəmiyyətlidir, həm də nadir və 

qiymətli quşların qışlama yeridir. 

Tarixə baxış:  Hələ XX əsrin 

əvvəllərində Azərbaycan Respublika-

sının ərazisində Xəzər dənizinin sahil 

istiqamətində su-bataqlıq quşlarının 

cənub istiqamətində miqrasiyası 

müəyyən edilmişdir. Qızılağac körfəzi 

miqrasiya edən quşların qışlaması 

üçün  böyük əhəmiyyət kəsb edir. O 

vaxtdan da həmin ərazinin qorun-

ması zərurəti yaranıb. 1913-1914-cü 

illərdən başlayaraq Qızılağac körfəzi 

xüsusi qorunan ərazi kimi mühafizə 

olunmağa başlandı. 1926-ci ildə 

Qızılağac körfəzinə yasaqlıq statusu 

verildi. Həmin ərazidə ovçuluğa qa-

dağa qoyuldu. 1929-ci ildə isə keçmiş 

SSRİ-nin Xalq Komissarları Sovetinin 

3 iyun 337 saylı qərarı ilə Qızılağac 

körfəzi Xəzər dənizinin ətraf sahil zo-

lağı ilə birlikdə  qoruq elan edilib. Bu 

ərazidə hər cür təsərrüfat fəaliyyətinə 

qadağalar qoyulub. Qoruqda əvvəl 

flora və funanın qorunmasına diqqət 

yetirildi. Sonradan isə qoruqda elmi-

tədqiqat işlərinin aprılmasına başlanıb. 

Bura dünyanın tanınmış elm adamları, 

ornitoloqlar, ixtioloqlar və hidroloqlar 

dəvət olunmuşlar.

Qızılağac Qoruğu Xəzər 

dənizinin cənub-qərbində yerləşir. 

Ərazisi 88400 hektardır. Böyük Qı-

zılağac körfəzini və Salyan düzünün 

bir hissəsini əhatə edir. Eyni zamanda 

qoruğun ərazisi Lənkəran, Masallı, 

Neftçala rayonlarının əraziləri ilə 

həmsərhəddir.  Qızılağac Dövlət 

Təbiət Qoruğu – köçəri, su-bataqlıq 

və çöl quşlarının çoxaldılması, 

həmçinin təbii su-bataqlıq landşaft 

sahələrinin mühafizəsi məqsədilə 

yaradılmışdır. Qızılağac Qoruğu 

1976-cı ildə “Su-bataqlıq yerləri 

konvensiyası”nın (Ramsar)  suətrafı 

və suda üzən quşların məskunlaşması 

12 beynəlxalq əhəmiyyətli qoruq sı-

rasına daxil edilmişdir. Qoruq ərazisi 

müxtəlif təbii landşaft sahələrindən 

ibarətdir. 61,9 min hektarını su 

akvatoriyası, 17,9  min hektarını 

cəngəlliklər, 26,3 min hektarını isə 

quru sahələr təşkil edir. 

Qoruğun florasını 360 növ, 4 

az yayılmış növ, həmçinin Qafqa-

zın 3 endemik növü, hibrid-qovağı, 

Qrosheym zəncirotu və sapa oxşar 

bağayarpağı təşkil edir. 

Qızılağac Qoruğunun zəngin 

təbii landşaftı və iqliminin mülayim-

liyi dünyanın müxtəlif yerlərindən 

quşların gəlməsinə səbəb olmuşdur. 

Uraldan, Tundradan, digər region-

lardan, uzaq Sibirdən, Avropadan və 

başqa yerlərdən uçub gələn qırmızı-

döş qaz, ağ durna, qu quşu, qızıl quş, 

qızıl qaz və s. burada qışlayır.Misir, 

İraq, Sudan, Yeni Zelandiya və s. 

yerlərdən də bura yazda yuvalanmaq 

üçün əsrindimdiklər, sarı və böyük 

Misir vağları, qırıldaqlar və s. uçub 

gəlirlər. Eyni zamanda qoruqda sultan 

toyuğuna, turaca, dovdağa, qulara, 

qızılboğaz vəhşi qaza, çöl qartalına və 

s. rast gəlmək olur. Qoruq ərazisində  

270 növ quş məskunlaşır. Bu quşların  

20 növü nadir quşlar kimi “Qırmızı 

kitab”a daxil edilmişdir. Qızılağac 

qoruğunda məməlilərin, sürünənlərin, 

suda-quruda yaşayanların və 

həşəratların bir çox növü yaşayır. Su 

hövzəsində isə 30 növdən çox balıq 

(siyənək, çəki, kütüm, kefal və s) eyni 

zamanda Xəzər suitisi məskunlaşıb. 

Azərbaycanda ümumi sahəsi 

893 min hektar xüsusi mühafizə 

olunan təbiət əraziləri, o cümlədən 9 

milli park, 11 dövlət  təbiət qoruğu 

və 21 dövlət təbiət yasaqlığı möv-

cuddur. Onlardan biri Hirkan Milli 

Parkıdır. Möhtərəm Prezidentimiz 

İlham Əliyevin 9 fevral 2004-cü il 

81 saylı sərəncamı ilə parkın ərazisi 

genişləndirilərək 21435 hektara çat-

dırılmışdır. Sonralar parkın ərazisi 2 

dəfə artırılmış, 40358 hektar olmuş-

dur. 


Azərbaycan təbiətinin incisi 

olan Hirkan meşələrinə həmişə 

dövlət qayğısı olub. Azərbaycan 

hökumətinin qərarı ilə 1936-cı 

ildə Talış meşələrinin nadir bitki 

növlərinin  qorunması məqsədilə 88 

hektar ərazidə Lənkəran dövlət qo-

ruğu yaradılmışdır. Sonralar bu ərazi 

artırılaraq 12 min hektara çatdırılmış, 

Qızılağac Dövlət Qoruğunun filialı 

statusunu almışdır. 

Ulu öndərimiz Heydər Əliyevin 

göstərişi ilə 1969-cü ildə Hirkan 

Dövlət Qoruğu yaradıldı. Möhtərəm 

Prezidentimiz İlham Əliyevin 

sərəncamı ilə Hirkan Milli Parkının 

təsbit edilməsi bu yerlərin təbiətinə 

ulu öndərin qayğı və diqqətinin 

davamı oldu. Hirkan Milli Parkının 

ərazisinin iki dəfə artırılması üçün 

planlı işlər görülmüş və həyata 

keçirilmişdir. Geniş sahəsinə, hər 

qarışa düşən bitkinin  zənginliyinə 

görə üstün olan Hirkanın özünün 

ətraf mühitə, təbiətə böyük təsiri 

var.  Burada hər ağac, hər kol can 

dərmanıdır. Cənub bölgəsinin 

bu zəngin parkı şəfa qaynağıdır. 

Azərbaycan təbiətşünasları dəfələrlə 

Hirkanın təbii gözəliklərindən savayı, 

onun bitkilərinin min bir dərdin 

dərmanı olduğunu sübut ediblər. 

Onlardan biri Seyid Əli Kazımbəyov 

“Səidiyyə” əsərinda yazır ki,  taun və 

vəba xəstəlikləri bütün ətrafı-Ərdəbil, 

Rəşt, Qarabağ, Şirvan və qeyri 

yerləri tutduğu halda Talışa sirayət 

etmədi. Məlum olmuşdur ki, dün-

yanın müxtəlif yerlərində baş verən 

xəstəliklərin əli bu füsunkar diyara 

çatmır. Səbəbi nədir? Tədiqatlar 

nəticəsində bəlli olmuşdur ki, bu 

yerlərdə bitkilərin biomüxtəlifliyi, 

yüzlərlə ağac və kolun təbii 

dərman mənbəyi olması, landşaftın 

özündə ayrı-ayrı xəstəliklərə qar-

şı müvazinətin güclü olması və s. 

əlamətlərdir.

Bu üstünlüklər bir sıra Avropa 

səyyahlarının, alim və yazıçıla-

rın başlıca mövzusuna çevrilmiş, 

Azərbaycanın bu dilbər guşəsinin 

zəngin təbiətinin sorağı uzaq-uzaq 

ellərə gedib çıxmışdır. 

Aleksandr Düma Talış 

meşələrində pələnglərin məskən 

saldığını, onların Araz çayını keçib 

Qarabağa qədər gedib çıxdığını, bu 

ərazilərdə bəbirlərin yaşadığını öz 

əsərlərində təsvir edir. Yerli əhalinin 

igidliyindən bəhs edən müəllif ca-

maatın qəribə qorxmazlığını çox-

saylı faktların dili ilə sadalayır. Yerli 

əhalinin bəbirləri əhliləşdirdiyini 

göstərən yazıçı qeyd edir ki, camaat 

bəbirləri yəhərin qaşına bağlayıb 

ceyran ovuna çıxardı. Bu faktlar 

onu göstərir ki, təbiətin zənginliyi 

içərisində böyüyən bu camaata Allah 

güc, qüvvət, qorxmazlıq, cəsarət verib 

ki, heyvanların ən qorxuncuna qalib 

gəlib, ondan məqsədləri üçün istifadə 

edə bilsinlər. 

Milli Park flora və faunası 

ilə zəngindir. Buradakı ağacların 

əksəriyyətində Hirkan adı çəkilməsi 

fərdi xüsusiyyət daşıyır, bunların an-

caq adıçəkilən əraziyə mənsubluğunu 

təsdiq edir. Hirkan ağcaqayını, 

Hirkan armudu, Hirkan ənciri, Hirkan 

bikəvəri, Hirkan şümşadı və daha 

onlarca bu ünvanlı ağac və gül kolu... 

dəmirağac, şabalıdyarpaq palıd, 

yarpaqvari qızılağac, qanadmeyvə, 

yalanqoz... Bütün bunlar qiymətli, 

nadir ağaclardır və bunlardan hazırla-

nan qiymətli əşyalar dünyanın məşhur 

muzeylərində indi də saxlanılır.

Bəs Milli Parkın heyvanat aləmi? 

Xallı maral, cüyür, çöl donuzu, bəbir, 

oxlu kirpi, porsuq, dələ, Hirkan arı-

quşu... Adlarını çəkdiyimiz heyvanat 

növləri də məhz Hirkan Milli Par-

kında yaşayır və bu yerlərin zəngin 

iqliminə öyrəncəlidir.

Mən Hirkan Milli Parkı, Ta-

lış dağları və meşələri haqqında 

danışarkən akademik Həsən Əliyevin 

1957-ci ildən başlayaraq ömrünün 

sonuna qədər  bu sahədə apardığı 

tədqiqatlara, təqdimatlarına nəzər 

salmaq istəyirəm.

Keçmiş SSRİ-nin tanınmış 

təbiət alimləri ilə bu yerlərdə 

qonaq olan, geniş tədqiqatlar apa-

ran akademik H.əsən Əliyev  XVII 

əsrin əvvələrində bura səfər edən 

Almaniyanın Rusiyadakı səfiri Adam 

Olerianinin Muğan səhrası, keçilməz 

Lənkəran meşələri, Talış dağları 

barəsindəki məlumatını təqdir edir. 

Müəllif yazır ki, buranın füsunkarlığı-

nı görmədən təsəvvür etmək çətindir. 

Bura elə “cənnət bağı”dır. 

Bu yerləri bir botanika bağına və 

zooloji parka çevirməyi təklif etməyi 

akademikin  bu yerlərin gələcəyinə 

inamından irəli gəlirdi. Axı dünya 

şöhrətli alim təbiət sərrafı idi. O, 

bu zəngin təbiətin yüksək meyarı-

nı təyin edə bilirdi. Dünya şöhrətli 

alimimiz bu sahədə çox həssas idi və 

elmi araşdırmalara, apardığı çox-

saylı tədqiqatlara, müşahidələrinə 

əsaslanaraq rəyini bildirirdi ki, 

Talış meşələri dünyada tayı-bərabəri 

olmayan flora və faunaya malik-

dir, və bunu qoruyub artırmaq yerli 

sakinlərin, dövlətin borcudur. 

    Akademik insanlara çoxsaylı 

müracitlərində, tövsiyələrində bir 

vətənpərvərlik yanğısı ifadə edirdi. 

Biz müasir texnikanın, texnologiyanın 

təbliğatçısı olsaq da, Həsən Əliyev, 

haqlı olaraq, meşələri kəsib doğrayan 

baltaların, mişarların əleyhinə gedirdi. 

Onun  “Elektrik mişarı olan şəxslər 

qanunsuz silah saxlayan adamlar kimi 

məsuliyyətə cəlb edilməlidir” hökmü 

ilə meşə qırıcılarına qarşı çıxması 

vaxtında çalınan həyəcan siqnalı idi. 

    Həmin vaxtlarda akademik 

təbiət barədəki elmi çıxışlarını, 

tədqiqatlarını, böyük ideyalarını 

bəşərə bir ərməğan kimi hədiyyə 

edirdi. “Talış dağlarının füsunkar 

guşələrindəki meşələri, mineral bulaq-

ları, respublkamızın zəhmət adamla-

rının sağlamlıq ocaqlarına çevirmək 

lazımdır” ideyası bu gün həyata 

keçirilmiş, reallığa çevrilmişdir. Bu 

gün Cənub bölgəsi rayonlarının-

Lənkəranın, Masallının, Astaranın, 

Lerikin, Yardımlının onlarca turizm 

mərkəzləri, sağlamlıq ocaqları, sana-

toriyaları hər il minlərlə insan qəbul 

edir.

(ardı var)    

Bəxtiyar HÜSEYNOV, 

ekoloq-jurnalist

Biz və təbiətimiz

İnsanın yaxşı həyatını təmin edən amillərdən biri 

də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin 

qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, 

udduğumuz hava, içdiyimiz su – bütün bunlara biz çox 

böyük diqqət göstərməliyik. 

İlham ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

Ruhun qidasıdır 

gözəl təbiət 

Hacıqabul Rayon İcra Hakimiyyəti

2017-ci ildə şəhərdə abadlıq işlərinin, şəhər mənzil fondunun və 

şəhər yollarının əsaslı təmiri işlərinin satınalınması məqsədilə 

Lot- 1. Hacıqabul şəhərində abadlıq işlərinin 

satınalınması.



Lot -2. Hacıqabul şəhərində mənzil fondunun 

əsaslı təmiri işlərinin satınalınması.



Lot- 3. Hacıqabul şəhərində yolların əsaslı 

təmiri işlərinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender 

təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat 

zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqavilə 

il ərzində yerinə yetirilməlidir. Müqaviləni yerinə 

yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və 

texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıda-

kı məbləğdə iştirak haqqını göstərilən hesaba 

köçürdükdən sonra Azərbaycan dilində tərtib olun-

muş əsas şərtlər toplusunu Hacıqabul rayonu, Hacı-

qabul şəhəri, İ.Qayıbov küçəsi, 7 nömrəli ünvanda 

yerləşən Hacıqabul Rayon İcra Hakimiyyətindən ala 

bilərlər. Əlaqələndirici şəxs: Salman Mirağa oğlu 

Zamanov, telefon: /021/ 204-29-46).



İştirak haqqı: hər bir lot üçün 100 (yüz) 

manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba 

köçürməlidirlər.

Təşkilat: Hacıqabul Rayon İcra Hakimiyyəti

Hesab: AZ78AİİB32051019446300201163

VÖEN : 810002705

Bank: “Kapital Bank”ın  Hacıqabul rayon 

filialı;

Kod: 200639

M/h:  AZ37NABZ1350100000000001944

VÖEN: 9900003611

S.W.İ.F.T. BİK: AİİBAZ 2x

İştirakı haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı 

sənədləri təqdim etməlidirlər;



- iştirak haqqının ödənilməsi barədə bank 

sənədi;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti 

haqqında bank arayışı;

- iddiaçının hüquqi statusu, qeydiyyatdan keç-

diyi ölkə və rekvizitləri;

- işləri yerinə yetirmək üçün potensial imkan-

ları haqqında məlumat;

- tender təklifi (tender proseduru keçirildiyi 

tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində 

bank təminatı (tender proseduru keçirildiyi 

tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla 

tender təklifi ilə birlikdə təqdim edilir);

- bank təminatını tender təklifi zərfində 

təqdim etməyən iddiaçının tender təklifi etibarsız 

sayılır və qiymətləndirməyə buraxılmır;

- Azərbaycan Respublikasında vergilərə və 

digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı 

keçmiş öhdəliklərin olmaması haqqında müvafiq 

vergi orqanlarının arayışı.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda 

göstərilən sənədləri (tender təklifi və bank təminatı 

istisna olmaqla) 10 mart 2017-ci il saat 17.00-dək 

təqdim etməlidirlər.

İddiaçılar tenderdə iştirak etmək üçün yu-

xarıda göstərilən sənədləri tender təklifi və bank 

təminatını isə möhürlənmiş ikiqat zərflərdə 27 mart  

2017-ci il  saat 15.00-dək təqdim etməlidirlər.

Təklif zərfləri 28 mart 2017-ci il  saat 15.00-

da Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati 

binasında, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 7 

nömrəli  ünvanda açılacaqdır.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və 

surəti) tərtib olunmalıdır (xarici dildə olan tender 

təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak 

edə bilərlər. 



Tender  komissiyası

A Ç I Q   T E N D E R   E L A N   E D İ R

İran XİN rəhbəri:  

ABŞ-ın sanksiyaları 

qeyri-legitimdir

 

ˆ

Rəsmi Tehran ABŞ-ın tətbiq etdiyi yeni 



sanksiyaları qeyri-legitim adlandırıb.

APA-nın Reuters 

agentliyinə istinadən 

verdiyi xəbərə görə

bunu İranın xarici işlər 

naziri Məhəmməd Ca-

vad Zərif bəyan edib.

“Yeni sanksiyalar 

ABŞ-ın öhdəlikləri və 

İranla “altılıq” ölkələri arasında əldə edilən sazişə dair BMT-

nin qətnaməsi ilə uzlaşmır”,- deyə Zərif bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran cavab addımları atacaq: 

“Tərəfimizdən ABŞ-ın bir sıra fiziki şəxsi və təşkilatına qarşı 

məhdudiyyətlər tətbiq ediləcək”. 



Trampın fərmanından sonra 

100 min viza ləğv edilib

 

ˆ

ABŞ Prezidenti Donald Trampın 



imzaladığı miqrasiya fərmanlarından sonra 100 

mindən çox viza ləğv olunub.

APA-nın xəbərinə görə, bu 

barədə “The Washington Post” 

qəzeti yazıb.

Məlumata görə, bu rəqəm 

ABŞ-a buraxılmayan iki 

Yəmən vətəndaşının işi üzrə 

məhkəmədə səsləndirilib.

Qeyd edək ki,  D. Tramp 

ötən həftə  İraq, İran, Suriya, 

Sudan, Yəmən, Liviya və 

Somali vətəndaşlarının 90 gün 

ərzində ABŞ-a daxil olması-

nın qadağan edilməsi barədə 

fərman imzalayıb. Bundan 

əlavə, D. Tramp qaçqınların 

ABŞ-da yerləşdirilməsi barədə 

proqramı 120 gün müddətində 

dayandırıb.

Azərbaycan Respublikası  

Mədəniyyət və Turizm Nazirliyi

Dövlət Film Fondu

Binanın soyutma, isitmə və havalandırma sistemlərinə 

daimi nəzarətin həyata keçirilməsi məqsədilə kotirovka 

sorğusu  keçirir.

Maraqlananlar 2017-ci il fevralın 8-i saat 12.00-dək 

431-70-93 nömrəli telefona zəng vura bilərlər.

Ünvan: Bakı, Moskva prospekti,  1D.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 

Gəmi mühərrikləri üçün ehtiyat hissələrinin 

satınalınması məqsədilə

  Müsabiqədə iştirak etmək istəyən 

şəxslər www.acsc.az səhifəsinə daxil 

olmaqla elanlar bölməsindən əlavə 

sənədləri və ətraflı məlumat əldə edə  

bilərlər. 

Müraciət üçün son müddət 2017-

ci il fevralın 10-u saat 18.00-dəkdir.



Əlaqə  telefonu: (012) 493-41-52.

Ünvan: Bakı, Rəsulzadə küçəsi, 5.

A Ç I Q   M Ü S A B İ Q Ə   E L A N   E D İ R       

Yüklə 78,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə