FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə14/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

Böyük-Vedi  kəndlilərinə  qarşı  döyüşdə  artileriya  və  piyada 
alay  hissələri  iştirak  edirdilər.  Axşam  erməni  hərbi  hissələri 
geri çəkilməyə məcbur  oldular.
Buna  görə  də  Diplomatik  nümayəndə  Bekzadyanın  böyük- 
vedililərin  naməlum  mənbədən  pulemyot  ilə  silahlandıqları 
haqdakı bəyanatına cavab olaraq deyə bilərəm ki, onlar nəinki 
pulemyot,  hətta dəftərxananı  da  qoymuşdular.
Böyük-vedililərin  nə  üçün  Ermənistan  ilə  mübarizə  apar­
maq  qərarına  gəldikləri  sualına  cavab  olaraq  300-dən  çox 
məhv  edilmiş  kəndi,  20  mindən  çox  öldürülmüş  kişi,  qadın  və 
uşağı  qeyd  ediblər,  bu  baş  verənlər  və  onların  nümayəndələ­
rinin öldürülməsi böyük-vedililəri onsuz da məhv edilmiş kənd 
və qətlə yetirilənlərin  taleyini  böləcəklərinə əmin  etmişdir.
Böyük-vedililərin  fikirlərinin  yanlış  olduğu  haqda  mübaisə 
etmək  olar,  hansı  ki,  onlardan  asılı  olmayan  səbəblərdən  irəli 
gəlmişdir,  bunu  Ermənistan  hökumətinin  əsaslarını  sarsıtmaq 
cəhdi  kimi  dəyərləndirmək  olmaz.
Ermənistanda  müsəlman  vətəndaşlarına  qarşı  törədilən 
zorakılıqlar  və  qətllər  bütün  müsəlman  kəndlərini  böyük- 
vedililərin  fikrini  dəstəkləməyə  və  Ermənistandan  başqa 
istənilən  dövlətə  birləşməyə  hazır  olduqlarını,  yaxud  da  sülh 
konfıransı  bitənə  kimi  onların  üzərində  istənilən  bir  hökumət 
qurmağa razılıqlarını  bildirirlər.
Mənə hər gün müsəlmanlar tərəfindən qətllər, milis paltarı ge­
yinmiş  ermənüərin  gecə  hücumları,  İrəvan  şəhəri  küçələrində 
Zəngibasar, Vedibasar, Kərnibasar və digər rayonlarda baş verən 
qarətlər  haqda  şifahi  və  yazılı  şikayətlər  gəlir.  Ermənilər  müsəl­
manların ağacların kəsir, onların bağ və bostanların  tuturlar.
Böyük-Vedidə  baş  verən  döyüşlərdən  sonra  bir  ay  müd­
dətində  bir  sıra  kəndlərin  qaçmış  sakinləri  ermənilərin  onların 
məhsulun  necə  apardıqlarına  və  hansısa  səbəbə  görə  apara 
bilmədikləri  məhsulu  yandırmaqlarına  gözlərində  yaş  ilə 
baxırdılar,  hansı  ki  Şıxlar kəndində  baş  vermişdi.
Əzgibir,  Mankus,  Milli  Dərəsi  və  başqa  kəndlərin  sakinləri 
şikayət  edirlər  ki,  Ermənistan  hökuməti  onları  xəyanətkarlar 
kimi kəndlərdən qovur.  Digər kəndlərin sakinlərinə uzun müd­
dətli  xahişlərdən  sonra  evlərinə  qayıtmağa  icazə  verilib.  Qa­
41


yıdan  müsəlmanları  ermənilər  qarət  edib  qətlə  yetirməyə 
başladılar  və  onlar  qalan  cüzi  əmlaklarını  atıb  qaçırdılar.  İndi 
bu  bədbəxt  müsəlmanlar  məndən  onları  Azərbaycana 
köçürərək  ölümdən  xilas etməyi  xahiş  edirlər.
Bir  çox  müsəlman  kəndlərinin  torpaqlarını  Ermənistan  hö­
kuməti  ermənilərə  icarəyə  verib.  Bu  torpaqlar  içində  Ermə­
nistan  Parlamentinin  müsəlman  üzvünün  torpaqları  da  var. 
Düzdür,  indi  Ermənistan  hökuməti  bu  müqavilələri  ləğv  edib, 
amma  bundan  torpaq  sahiblərinin  vəziyyəti  yaxşılaşmadı, 
çünki  bir  çox  hallarda  icarədar  torpağı  qaytarmadı.  Məndə 
müsəlmanların  Ermənistandakı  vəziyyətini  sübut edən  bir çox 
yazılı  şikayətnamələr var.
Cənab  Diplomatik  Nümayəndə  Bekzadyan  Azərbaycan  Res­
publikası  Xarici  İşlər  Nazirini  əmin  etdi  ki,  Ermənistan  Res­
publikasının  ağ  və  qara  dərili  vətəndaşları  yoxdur,  Ermənistan 
hökuməti hətta  tatarlara qarət etmək məqsədi ilə hücum edən iki 
erməni  əsgərini  cəzalandırmaqdan  belə  çəkinmədi.  Mən  bilirəm 
ki,  Ermənistan hökuməti  ölüm haqda qərar qəbul etməyib.
Diplomatik  Nümayəndə  cənab  Bekzadyan  bu  hadisənin  Er­
mənistan vətəndaşları ilə baş verdiyinə görə Azərbaycanın bu işə 
qarışmağa  heç  bir  haqqı  olmadığını  və  Azərbaycan  Xarici  İşlər 
Nazirinin  etirazının  anlaşılmazlıq  nəticəsi  olduğunu  bildir­
məzdən əvvəl Böyük-Vedi və ətraf rayonlarda hakimiyyətin heç 
olmasa  kölgəsini  yaratsınlar.  Amma  əgər  Ermənistan  Res­
publikası heç vaxt öz hakimiyyətini  Böyük-Vedidə yaymayıbsa, 
onda  Ermənistan  respublikası  hökumətinin  böyük-vedililəri 
Ermənistana xəyanət etmiş kənd kimi cəzalandırmaq üçün dəstə 
göndərməsini  dövlət  tədbiri  kimi  qiymətləndirmək  olmaz. 
Əksinə  hadisələrin gedişi  göstərir ki,  bu  sadəcə  silah gücünə  bu 
ərazini  Ermənistanın  tərkibinə qatmaq üçün bir akt  idi.
Əgər  Ermənistan  hökuməti  müsəlmanlar  və  ermənilər  ara­
sında  dostluq  əlaqələri  yaratmaq,  Ermənistanda  müsəlmanlar 
üçün  hüquqi  vəziyyət  yaratmaq  istəyirsə  onda  mənim  göstər­
diyim  müsəlmanlar  üzərində  törədilən  bütün  zorakılıq 
hallarını  araşdırmaq  üçün müttəfiq  dövlətlərdən  ibarət  bitərəf 
komissiya yaratsın  və  günahkarları cəzalandırsın.
Əlahəzrətlər,  Sizə olan dərin  hörmətimi  qəbul  edin.
42


Ermənistan respublikası hökum ətində A zərbaycan  Respub­
likası D iplom atik  Nümayəndəsi M.  Xan  T əkinski - /'imza/"J
6  avqust  1919-cu  il  tarixdə  isə  Ermənistan  Respublikası  X a ­
rici  İşlər  Nazirliyi  tərəfindən  Azərbaycan  Respublikası  Xarici 
İşlər  Nazirliyinə  belə  bir  cavab  məktubu  gəlir:  "Sizin  Diplo­
matik  Nümayəndəniz  Xan  Təkinski  bizim  diplomatik  nüma­
yəndəmiz  Bekzadyanm  31  iyul  tarixində  baş  verən  Böyük-Vedi 
hadisələri  haqda  verdiyi  izahatına  cavab  olaraq  mənə  bəyanat 
göndərib, amma bu bəyanatın sizin dövlət tərəfindən, yoxsa özü 
tərəfindən təqdim olunması bilinmir.  Bu bəyanatda qeyd olunan 
məlumatlar  həqiqətə  uyğun  olmadığına  görə  öz  ümə  borc 
bilirəm ki, Azərbaycandakı Diplomatik Nümayəndəmizin əli ilə 
Sizin hökumətə öz cavabımı təqdim edim.
Mənə  elə  gəlir  ki,  əgər  cənab  Təkinski  təqdim  etdiyi  bəya- 
natdakı  məlumatları  daha  dəqiqliklə  yoxlasaydı  bu  bəyanatı 
göndərməyin  mənası  qalmazdı.
Ermənistan  hökuməti  öz  rəsmi  məlumatında  Böyük-Vedidə 
baş  verənlər  haqda  geniş  izahat  vermişdi.  Mən  ancaq  onu  deyə 
bilərəm  ki,  cənab Təkinskinin  Ermənistan  hərbi  hissələri  tərəfin­
dən  Böyük-Vedi  nümayəndələri  Zeynalabdin  Şıxəli  oğlu  və  Nəs- 
rulla bəy Bəşir oğlunun  qətlə yetirilməsi,  hansı ki,  sakinlərin  atəş 
açmasına  təkan  olmuşdur,  həqiqətə  uyğun  deyil.  Hər  iki  nüma­
yəndə  nəinki  öldürülməyib,  hətta  indiyə  kimi  Qəmərlidədirlər, 
böyük-vedililərin  erməni  hərbi  hissələrinə  açdıqları  gözlənilməz 
atəşdən sonra Ermənistan hökuməti  onları ora keçirib.
Təkinskinin  Böyük-Vedinin  Ermənistan  hökumətinin  oldu­
ğunu deməzdən əvvəl orada hakimiyyətin heç olmazsa kölgəsini 
yaratmaq haqda dediklərinə gəldikdə isə onu deyim ki,  bu ərazi 
İngiltərə  komandanlığı  ilə  razılaşmaya  əsasən  Ermənistan  hö­
kumətinə verilib və əhali bu haqda məlumatlandırılıb.  Ermənis­
tan  vətəndaşı  olmaq  istəməyən  şəxslər  isə  vaxtında  onun  sər­
hədlərini  tərk  etməli  idilər.  Əgər  Ermənistan  hökuməti  indiyə 
qədər  böyük-vedililərə  qarşı  heç  bir  qəti  tədbir  görməyibsə  bu 
hökumətin məsələni sülh yolu ilə həll etmək istəyini  bir daha sü­
but edir.  Ancaq böyük-vedililərin açıq qiyamı  və onların Ermə- 1
1. Nax.  MRDA.  f.314.  siy.5a.  iş.74.  vər.  215-220.
43


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə