FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   2   3   4   5   6   7   8   9   ...   53

min  bir  ağrı  içində  təkrar-təkrar yada  salırsan.
İndi  bu  kitabın  hər  cümləsində  minlərlə  ömrün  solmaz 
yarpaqları  üstünə  qanla yazılan yazıların  şahidi  olursan.
Abbasqulu  bəy  Şadlinskini,  onun  taborçularını  ehtiramla 
xatırlayırsan.  Qeyri  -  bərabər döyüşlərdə ayrılıqların üstündən 
keçib son  nəfəsəcən vuruşan  oğullarımızı yada salırsan.
Düşmənə  qarşı  döyüşlərdə  nəsillərə  örnək  göstərən  polis 
işçilərimizlə qürur duyursan.
Bu  kitab  onların  barəsindədir.  Böyük  Vətən,  solmaz  Vətən 
sevgisi  barəsində.
Hər  bir  azərbaycanlı  dünyanın  harasından  baxsa,  qəlbin­
dəki  Vətən  sevgisi  ilə  o  Böyük  Vətəni  görəcək.  Unutmayacaq 
ki, o Vətənin bir parçası indi yaralı nəğmələr, sınıq misralar pı­
çıldayır.  O  çeşmələrdən  gözəllər  yığnağının  ayağı  hələlik  kə­
silib,  ağır-ağır  ellərimiz  "qüdrətdən  səngərli,  qalalı  dağlardan" 
hələlik  ayrı  düşüb.
Hərdən  özümüzü  unutqaıılıqda,  yaddaşsızlıqda  qınayırıq. 
"Erməni  vəhşiliyi"  kitabını  oxuduqca  onu  da  fikirləşirsən  ki, 
zaman  sovet  hökumətinin  gəlişi  ilə  ermənilərin  xeyrinə  işlədi. 
1905-1920-ci  illərin  qanlı  hadisələrini  xalqımız  unutmadı; 
sovet  dönəmində  yad  rejimin  yabançı  ideologiyası  onu  unut­
durmağa yönəldildi...
Dədə  Ələsgər isə deyirdi:
İnsafdırmı,  gülə həmdəm xar ola?!
Tülək tərlan ovlağında sar ola?!
O ovlaqlar öz tərlanlarım gözləyir...
M.  CƏFƏRLİ
,
filologiya elmləri doktoru, professor.
R.B ABAYEV,
yazıçı.
5


MÜQƏDDİMƏ
Dünyada  elə  faciələr  var  ki,  heç  bir zamana  və məkana sığı­
şan  deyil.  Bunlar  bütün  xalqların,  bütün  zamanların  faciəsidir. 
Öz  mahiyyətinə  görə,  X X   yüzilliyin  əvvəllərindən  başlayaraq 
90-cı  illərin  əvvəllərinə  kimi  Azərbaycanın  bir  çox  bölgələri  ilə 
yanaşı  Naxçıvan,  Şərur-Dərələyəz,  Ordubad  və  Zəngəzur 
qəzalarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri etnik 
təmizləmə,  soyqmm tarixin ən  qanlı səhifələrindəndir.
Erməni  daşnakları  İrəvan  quberniyasında  211,  Zəngəzurda 
115,  Qars  əyalətində  92,  İqdır  və  Eçmiədzin  qəzalarında  60, 
Göycə quberniyasında 22, Sürməli qəzasında 96, Yeni  Bəyaziddə 
84,  Şərurda  76,  Vedibasarda  118,  Dərələyəzdə  74  kəndi  yerlə- 
yeksan  etmiş,  yandırmış  və  əhalisinin  çoxunu  qırmışlar. 
Daşnaklar  həmin  illərdə  Qərbi  Azərbaycanda  qədim  ata-baba 
yurdlarında yaşayan 565 min azərbaycanlını məhv etmişlər.1
1918-1920-ci  illərdə  təkcə  Naxçıvan  bölgəsində  Andranik 
Ozanyan,  Dro,  Nijde,  Gippon,  Doluxanov  kimi  erməni 
daşnakları  tərəfindən  yerli  əhaliyə  qarşı  vəhşiliklər  törədilmiş, 
təkcə  Gilançay  və  Əlincəçay  hövzəsində  80-dəıı  artıq  kənd 
viran  qoyulmuş,  əhalisi  isə  amansızlıqla qətlə  yetirilmişdir.
Ərzurumda  nəşr  olunan  "Kaf dağı"  adlı  qəzet  Türkiyə  qay­
naqlarına  əsaslanaraq  məlumat  vermişdir  ki,  1918-1921 -ci 
illərdə  Naxçıvan  bölgəsində  ermənilər  tərəfindən  73.727  nəfər 
azərbaycanlı  ən  vəhşi  formalarda  öldürülmüşdür.  Təsadüfi 
deyildir  ki,  1921-ci  ildə  Naxçıvan  bölgəsinin  əhalisinin  sayı 
azalaraq  72  minə  enmişdir.2.
Kitabın  "Abbasqulu  bəy  Şadlinski  və  silahdaşları"  başlıqlı 
ikinci  bölməsində  1918-1921-ci  illərdə  erməni  daşnaklarına 
qarşı  qırmızı  taborun  komandiri  A.Şadlinskinin  rəhbərliyi  ilə 
vuruşan  oğlan  və  qızlarımızın  həyat  və  fəaliyyətindən  bəhs 
edən  oçerklər verilmişdir.
Müxtəlif  zəngin  arxiv  sənədlərindən,  dövrü  mətbuat  mate­
riallarından  və qırmızı  taborçularm xatirələrindən  istifadə edilə- 1 2
1.  "Naxçıvan",  İcdmai-siyasi,  ədəbi-bədii  elmi-publisistik jurnal.  Nax. 
2001.  səh.  41.
2.  Yenə  orada,  səh.  42.
6


rək maraqlı,  geniş oxucu kütləsinə məlum  olmayan  və yaxud çox 
az məlum olan  tarixi faktlarla zəngin  oçerklər hazırlanmışdır.
Naxçıvan  MR  Dövlət  arxivində  1918-1921 -ci  illərdə  İrəvan 
quberniyasında,  istərsə  də  Naxçıvan,  Şərur-Dərələyəz  və  Ordu­
bad  bölgələrində  baş  vermiş  qırmızı  partizan  hərəkatına  dair  və 
Abbasqulu  bəy  Şadlinskinin  komandirlik  etdiyi  "Qırmızı  ta- 
bor"un  mərd döyüşçülərinin  mühafizə edilən  şəxsi  işləri,  taborun 
200-dənçox döyüşçüsünə Naxçıvan MSSR-in "Qırmızı partizan"ı 
adı  verilməsi  haqda  təmizlik  seçki  komissiyasının  1930-1934-cü 
illərə dair iclas protokolları, qəbul etdikləri qərarlar və digər arxiv 
sənədlərinə  rast  gəlirik.  Bunlar  əsasən  "Qırmızı  tabor"  dö­
yüşçülərinin  erməni  daşnaklarına  qarşı  döyüşlərdə  göstərdikləri 
igidlik və şücaətləri, həmçinin qırmızı partizanlardan  19 nəfərinin 
"Qırmızı bayraq"  ordeni ilə təltif olunması ilə bağlı  sənədlərdir.
Ermənilərə qarşı igidlik göstərən bir çox qırmızı  partizanın hə­
yat və fəaliyyəti barədə qısa bioqrafik oçerk yazmağı lazım bildik.
Oxuculara  təqdim  olunan  bu  yeni  kitabda  daşnaklara  qarşı 
1918-20-ci  illərdə  mərdliklə  vuruşub,  Naxçıvanın  "qırmızı  par­
tizanı"  adma layiq görülmüş polis işçiləri - B.Rəsulov,  M.Səfərov,
N.Məmmədov, Ə.Məmmədov, T.Qənbərov, S.Abbasov, Y.Məm- 
rnədov,  H.Mirzəxanov,  G.Məmmədov,  İ.Bağırov  və  başqaları 
haqqında oçerklər, ensiklopedik məlumatlar verilmişdir.
Tarix  və  xalq  onları  unutmur.  Onların  adları  Naxçıvan  po­
lisinin  şərəf salnaməsinə qızılı  xətlərlə  yazılmışdır.
Bunu  yazmaqda  əsas  məqsəd  babaların,  ataların  oğuz 
yurdunda  apardığı  rəşadətli  mübarizəni  işıqlandırmaq,  nəcib 
işin  əhəmiyyətini  gənc  nəslə  çatdırmaqdan  ibarətdir.  Tarix 
bizdən  uzaqlaşdıqca,  babalarımızın  keçmiş  olduğu  şanlı 
qəhrəmanlıq yolu,  onların  vətənpərvərlik  ruhu  gələcək  nəsillər 
üçün  örnək məktəbi kimi  yaşamalıdır.
Kitabın  üçüncü  bölməsi  erməni  vəhşilikləri  ilə  bağlı arxiv sə­
nədlərini əhatə edir.  Bu  bölmədə xüsusi  iiə Gürcüstan, Ermənis­
tan, Azərbaycan və Naxçıvan  MR  Dövlət arxivlərindən  toplan­
mış  sənədlərin,  yəni  erməni  daşnaklarının  İrəvan  quberni­
yasında,  Naxçıvan,  Şərur-Dərələyəz,  Ordubad  və  Zəngəzur 
qəzalarındakı  vəhşilikləri,  törətdikləri  qarət  və  soyqırımla  bağlı 
sənədlərin surətləri oxuculara olduğu kimi çatdı nimişdir.
7


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə