FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə3/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   2   3   4   5   6   7   8   9   ...   53

S O Y Q I R I M
XX  ƏSRDƏ  ERMƏNİLƏRİN 
AZƏRBAYCANLILARA  QARŞI SO Y Q IR IM I
Ümummilli  liderimiz  H.Əliyev  cənablarının  "X X   əsrdə 
ermənilərin  azərbaycanlılara  qarşı  soyqırımı"  haqqında  1998- 
ci  il  26  mart  tarixli  fərmanı  bütün  zamanlar  üçün  müstəsna 
əhəmiyyət daşıyan mühüm dövlət sənədidir.
Əsasən  ermənilərin  İrəvan  quberniyasında,  Naxçıvan, 
Şərur-Dərələyəz  və  Ordubad  qəzalarında  törətdikləri  etnik 
təmizləmə,  soyqırım  və  vəhşiliklər  Azərbaycan  tarixinin 
öyrənilməmiş  səhifələrindən  biri  kimi  hazırda  ciddi  maraq 
doğurur  və  geniş  tədqiq olunmağa möhtacdır.
Məhz  bu  baxımdan  xalqımızın  bütün  təbəqələri  ulu  ön­
dərimizin  fərmanını  çox  böyük  tarixi  siyasi  əhəmiyyəti  olan 
sənəd  kimi  qiymətləndirir.  Bu  sənəd  dövlətimizin  başçısının 
yurdumuzun  tarixinə,  xalqımızın  tarixinə  son  dərəcə 
bağlılığına bir  daha sübutdur.
Deyilən  Azərbaycan  torpaqlarının  türksüzləşdirilib  erməni- 
ləşdirilməsi  məqsədilə  X IX   əsrdə,  istərsə  də  X X   əsrdə  ermə­
nilərin  sözlə  ifadə  edilə  bilməyəcək  qədər  çox  ağır  cinayətkar 
aksiyalarına  dair  Azərbaycan  və  eləcə  də  Naxçıvan  Muxtar 
Respublika dövlət arxivlərində çoxlu sənədlər aşkar edilərək üzə 
çıxarılmışdır və  olduğu kimi yazılaraq xalqımıza çatdırılır.
Sənədlərdən  aydın  olur  ki,  Azərbaycan  torpaqlarından  azər­
baycanlıların  çıxarılması  və  burada  ermənilərin  yerləş dirilmə­
sinə X X   əsrin əvvəllərindən deyil,  məhz XIX əsrin əvvəllərindən 
başlanmışdır.  Məsələn,  1813-1828-ci  illərdə  Gülüstan  (12  ok­
tyabr  1813-cü  il)  və  Türkmənçay  (10  fevral  1828-ci  il)  müqavi­
lələri əsasında azərbaycanlıların xeyli hissəsi İrəvan xanlığından 
qovuldu  və  onların  yerinə  10  min  nəfər  erməni  (bunların  2551 
nəfəri  Naxçıvan  əyalətində  -  F.C.)  yerləşdirildi.  1828-1830-cu 
illərdə Güney Qafqaza İrandan 40  min nəfər, Türkiyədən  isə  84 
min  600  nəfər erməni köçürülüb gətirilmişdir.  1
.  1.  A.  Paşayev  "Açılmamış  sonədlərin  izi  ilə",  Bakı 2001,  səh.  157
8


Köçürülüb  gətirilən  ermənilər  üçün  heç  bir  hazırlıq  işi 
görülmədiyindən, onlar rus kazakları vasitəsi ilə yaylaqda olan 
azərbaycanlıların  evinə zor gücünə  doldurulur.  O  biri  tərəfdən 
isə  aranda  qalan  müsəlmanların  evləri  zorla  alınıb  ermənilərə 
verilirdi.  Evsiz  -  eşiksiz  qalan  azərbaycan  türklərinə  qarşı 
vəhşiliklər  belə  başlandı.
Ermənilərin  Azərbaycanda  və  istərsə  də  Naxçıvan  qəzasında 
yerləşdirilməsi  rus  imperiyası  və  eləcə  də  erməni  mafiyasının 
gələcək  1905-1907  və  1918-1920-ci  illərin  soyqırımı,  azərbaycan 
xalqının  öz yurdlarından  qovulması  və kəndlərimizin yandırılıb 
dağıdılması  ilə bağlı siyasətin  ilk mərhələsi  idi.
Araşdırılan  arxiv  sənədlərindən  məlum  olur  ki,  Naxçıvan 
qəzasında  1828-ci  ildə  2185  nəfər  erməni  və  qeyri  -  millətlər 
olduğu  halda  1897-ci  ildə  ümumi  əhalinin  136536  nəfərdən 
90397  nəfəri  azərbaycanlı  44604  nəfəri  erməni  və  1535  nəfəri 
qeyri -  millətlərdən  olmuşdur.1
Ermənilərin  Qafqazda  məskunlaşması  onların  "Böyük 
Ermənistan"  imperiyası  yaratmaq  arzularını  daha  da  artırdı. 
Bu  məqsədlə  də  azərbaycanlıları  doğma  Göyçə  mahalından, 
Dərələyəz,  Qəmərli,  Zəngibasar  və  sair  mahallardan  sıxışdırıb 
çıxardılar.  Ermənilərin  çirkin  əməllərindən  istifadə  edən  Çar 
Rusiyası  1905-1907-ci  illər  inqilabı  dövründə  imperiyanın  bir 
sıra  yerlərində  olduğu  kimi  Zaqafqaziyada  da  milli  qırğın 
törətməyə  başladı.  Ərazi  iddiasında  olan  ermənilərə  arxa 
durub  onları  azərbaycanlılara  qarşı  çevirdilər.
1905-1906-cı  illərdə  ilk  erməni  müsəlman  toqquşması  Bakı­
da  baş  vermişdir.  Bakıdan  sonra  1905-ci  ilin  may-iyun  ayla­
rında  hadisələr  İrəvan,  Naxçıvan,  Ordubad,  Cəbrayıl  və  Fü­
zulini də əhatə  etdi.
1905-ci  iln  may  ayından  başlayaraq  Naxçıvan  qəzasında 
ermənilərin  azərbaycanlılara  qarşı  qırğınları  başladı.
19  may  1905-ci  il  tarixdə  Ordubad  qəzasının Tivi  kəndində 
ermənilərlə müsəlmanlar arasında baş vermiş münaqişə ilə əla­
qədar Ordubad rus hərbi hissəsinin komandiri kapitan Prixnya 
Peterburq  Ali  Baş  Ştabının  ünvanına  göndə  rdiyi  20  may
1.  Nax.  MRDA  f.  32, s.l, iş  22, v.1-7


1905-ci  il  tarixli  teleqramda  yazırdı:  "Tivi  kəndində  xalqlar 
arasında  baş  verən  hərc  -  mərcliklə  əlaqədar  kömək  məqsədilə 
oraya  33  nəfər zabit göndərildi.”1
Məlum  olur ki,  bu  hərbi  hissə sən  demə  oradakı  müsəlman­
ları  qırmaq  və  öz  yurdlarından  qovmaq  üçün  ermənilərə  kö­
mək məqsədilə  göndərilmişdir.
17  iyun  1905-ci  ildə  Naxçıvan  qəzasının  Zeynəddin  kəndində 
ermənilərlə müsəlmanlar arasında baş vermiş münaqişə ilə əlaqə­
dar  Naxçıvanda  yerləşən  Qafqaz  atıcı  batalyonunun  komandiri 
18  iyunda  Baş  Ştaba  göndərdiyi  raportunda  yazır:  "Ermənilərlə 
müsəlmanlar  arsmda  baş  vermiş  münaqişələrin  aradan  qaldırıl­
masında  vətəndaş  hakimiyyətinə  kömək  etmək  məqsədilə,  mənə 
həvalə  edilmiş  Naxçıvan  şəhərində  yerləşən  batalyon  17  iyun 
tarixdə  axşam  8-də  silah  işlətməyə  məcbur  olub,  nəticədə  Zey­
nəddin  kəndinin 20-dən çox müsəlman sakini öldürülmüşdür...”1 2 
Həmçinin  başqa  bir  raportda  həmin  ilin  iyul  ayının  5-də 
Nors  kəndində  ermənilərlə  müsəlmanlar  arasında  olan  müna­
qişədə  rus  kazaklarmın  ora  göndərilməsi  nəticəsində  dağlarda 
gizlənib  ermənilərdən  özlərini  müdafiə  edən  Nors  kəndinin 
sakinlərindən  4  nəfərinin  öldürüldüyü  və  11  nəfərin  yaralan­
dığı  haqda məlumat verilirdi.3
Bunu  unutmayaq  ki,  göndərilən  raportlarda  bir  nəfər  də 
olsun ermənilərdən öldürüldüyü qeyd olunmur.  Deməli rus ka- 
zakları  ermənilərə  kömək  məqsədilə  göndərilmiş,  ermənilərlə 
birləşib  müsəlmanları  qırmışlar.
Ermənilərin  Naxçıvanda  törətdikləri  qırğınlar  Ordubad, 
Cəhri,  Şıxmahmud,  Kültəpə, Əliabad,  Çeşınəbasar, Tivi, Tum­
bul və onlarla başqa yaşayış yerlərini də əhatə etdi.  Kazaklarm 
köməyindən  istifadə  edən  ermənilər  1905-ci  ilin  noyabrın  26- 
da  Naxçıvan  şəhərindəki  müsəlman  bazarını  tamam  qarət  et­
dikdən  sonra  od  vurmuşlar.  Yanğın  nəticəsində  bazarda  85 
dükan,  75  anbar və  başqa  tikililər yanıb  məhv olmuşdur.4
1.  MDHTA f.  400, siy.5,  iş 4,  v.  416
2.  Yenə orada v.  793
3.  Yenə orada  v.  817
4.  Nax  MRDA  f.  26 ra,  s.  1,  iş 25,  v.  78-84
10


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə