FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə4/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   2   3   4   5   6   7   8   9   ...   53

Sənədlərdən  məlum  olur  ki,  1905-1907-ci  illərdə  Naxçıvan, 
Şərur-Dərələyəz  və  Ordubad  bölgələrində  rus  imperiyası  və 
Tiflis  daşnak  şurası  rəhbərlərinin  himayəsi  ilə  yerli  erməni 
daşnakları  tərəfindən  böyük  qırğınlar  törədilmişdir.
Təxminən  iki  ilə  qədər davam edən  qanlı  toqquşmalar nəti­
cəsində  Azərbaycanın  şəhər və kəndlərinə böyük zərər dəymiş, 
300-dən çox müsəlman  kəndi  dağıdılmış,  yandırılmış  və əhalisi 
qılıncdan  keçirilmişdir.
Araşdırılan  arxiv  sənədlərindən  məlum  olur  ki,  Naxçıvan 
ölkəsinə ermənilərin  təcavüzü  X X   əsrin  əvvəllərindən  başlaya­
raq  90-cı  illərin  əvvəllərinə  kimi  bir  neçə  dəfə  olmuşdur.
Xüsusilə  1918-1920-ci illərdə ermənilərin Naxçıvan, Şərur-Də­
rələyəz  və  Ordubad  bölgələrinə  təcavüzü  və  bu  qəzalarda  törət­
dikləri ağır cinayətləri daha dəhşətli idi. Müsəlmanların qılıncdan 
keçirilməsi,  evlərə  doldurularaq  yandırılması,  kəndlərin  talan 
edilməsi, müsəlmanların öz yurdlarından didərgin düşmələri, mü­
hasirədə olmaları  barədə artıq əlimizdə çoxlu faktlar vardır.
Erməni  daşnaqları  əsrin  əvvəllərində  özlərinin  qanlı  ideya­
larını  həyata  keçirərkən  dünyanın  müxtəlif yerlərindən  muzdla 
tutulmuş könüllü ordu yaratmış  və ondan  istifadə etmişdir.
,  1905-1907-ci  illərdə  olduğu  kimi  ermənilər  hələ  1917-ci  ilin 
dekabr  ayının  axırlarından  başlayaraq  İrəvan  quberniyasında 
və Naxçıvan  qəzasında  soyqırıma  başlamışdılar.
1918-ci  ilin  yanvarın  17-də  Naxçıvan  qəzasının  Əznəbürd 
kəndində ermənilər  tərəfindən  həmin  kənddə yaşayan  22  nəfər 
müsəlman  qadın  və  kişi  qətlə  yetirilmişlər.  Ümumiyyətlə, 
1918-ci  ilin  əvvəllərindən  başlayaraq  Tiflis  daşnak  şurasından 
Naxçıvana  göndərilmiş  Xorazyan  başda  olmaqla  yerli  daşnak 
erməniləri  həm  şəhərdə,  həm  də  Naxçıvan  qəzasının  bir  çox 
kəndlərində  müsəlman  əhalisinə  basqınlar  etmiş,  neçə-neçə 
günahsız insanları  qətlə yetirmişlər.
1918-ci ilin  martın  18-21-nə kimi ermənilər Əlincəçay boyun­
ca  Bənəniyar,  Qızılca,  Saltax,  Noraşen,  Xoşkeşin  və  sair  kənd­
lərə  hücumlar edərək,  kəndləri  yandırmış,  qarət  etmiş,  əhalisini 
vəhşiliklə  qətlə  yetirmiş,  canlarını  qurtaranlar  isə  öz ocaqlarını 
tərk edərək  qonşu  kəndlərə,  Naxçıvan şəhərinə qaçmışlar.
Ermənilər  tərəfindən  törədilən  qanlı  cinayətlərin  aradan
n


qaldırılması üçün  15 mart  1918-c il tarixdə Maku sərdarı Mur- 
tuzaqulu  xan  müsəlmanlarla  ermənilər  arasında  sülh  bağla­
nılması üçün erməni Milli Komitəsinin adına və Cəfərqulu xan 
Naxçıvanskinin adma məktub göndərir.  Məktubda göstərir ki, 
sülh bağlanmasa günahkar tərəf qoşun bölüyü tərəfindən atəşə 
tutulub  məhv  ediləcək.
Lakin  erməni  daşnaqları  başda  Y.  Xaraziyan  olmaqla  (er­
məni  Milli  Komitəsinin  sədri-F.  C.)  bu  məktubu  heç  də  saya 
almayaraq  Naxçıvan  bölgəsinin  bir  çox  kəndlərində  yerli  er­
məniləri  müsəlmanlara  qarşı  qanlı  cinayətlərə  qaldırırlar. 
Naxçıvan  qəzasının  Qaraxanbəyli  kənd  erməniləri  31  mart 
1918-ci  ildə  azərbaycanlılara  atəş  açmağa  başlayırlar.  Bu  vu­
ruşmada  müsəlmanlar  25  nəfər  tələfat  verir  və  döyüş  mey­
danından  meyitləri  çıxarda  bilmirlər.
Aprelin  3-də  müsəlman  Milli  Komitəsinin  sədri  Mirzə  Nəs- 
rulla  Əmirov  erməni  Milli  Komitəsinə  müraciət  edərək  me­
yitlərin  verilməsini  tələb  edir  və  6  meyit  ermənilərdən  almır. 
Gətirilən meyitlər ermənilər tərəfindən  tanınmaz hala salınmış, 
yandırılmış,  hətta  Məşədi  Rəhim  Babayevin  başını  kəsmişlər. 
Şəhid  olanlar  Hacı  Məhəmməd  Quluzadə,  İbrahim  Xəlil 
Hacızadə,  Kərbəlai  Abdulla  Nehrəmli,  Kərbəlai  Əli  Sənəm 
oğlu,  Muxtar  Hacı  Bəyzadə  və  başqaları  idi.1
Sənədlərdən  aydın  olur  ki,  1918-ci  ilin  əvvəllərindən  başla­
yaraq  1920-ci  ilin  iyul  ayma  kimi  Andranik  Ozanyanın,  Nıjde- 
nin,  Dronun,  Kibbonun,  Doluxanovun və  başqalarının  başçılıq 
etdiyi  erməni  quldur  dəstələri  tərəfindən  təkcə  İrəvan  quberni­
yasında  200-dən  artıq  və  Naxçıvan,  Şərur-Dərələyəz  və  Ordu­
bad  qəzasında  50-dən  artıq  müsəlman  kəndlərinə  basqınlar 
etmiş, dağıdılmış, yandırılmış, kənd əhalisinin çoxu öldürülmüş, 
canlarını qurtaranlar isə öz yurdlarından didərgin düşmüşlər.2
18 iyun  1918-ci ildə Naxçıvan ikinci mahalın polis komissarı 
Məşədi  Hüseyn  Salmanova  polis  məmuru  Məşədi  Abbas  Za- 
lov  tərəfindən  yazılmış  məktubda  Nurs  və  Qarababa  erməni­
ləri  tərəfindən  Nurs  kəndinin sakinlərindən  Şəkərəli  Məşədi
1.  M.B.Əliyev.  Qanlı  günlərimiz Bakı  1993. səh.  23.
• 2.  Nax  M'RDA  f.  314.  s.5a.  iş  74.  v.103-105
12


Əmir  oğlunun,  Şahbuzdan  Səfər  Məmmədqulu  oğlunun,  Hü- 
seynəli  Heydər  oğlunun,  Bahar  Əsgər  qızının  və  Məhərrəm 
İmamqulu  oğlunun  tutulub  Qarababa  kəndinə  aparılmaları 
haqda məlumat verilməklə,  göstərilirdi ki,  ermənilər Kolanı və 
Gtozur  kəndlərindən  at  və  ulax  oğlurlayıb  aparmış,  14  nəfər 
müsəlmanı  öldürmüşlər.
Ermənilərin  bu  cinayətləri  ilə  bağlı  Naxçıvan  qəza  Milli 
Komitəsi həmin gün,  yəni  18  iyunda keçirdiyi yığıncaqda Milli 
Komitənin  sədri  Məmmədquluxan  Diyarbəkirin  təklifi  ilə 
erməni  milli  komitəsindən  əsir  aparılmış  müsəlmanların  azad 
edilməsi  və  müsəlmanları  öldürən  erməni  cinayətkarlarının 
tutulub  müsəlman  milli  komitəsinə  təhvil  verilməsi  haqda 
ultimatum  məktubu göndərilməsini  qərara  alır.
Həmçinin  yığıncaqda qəza və şəhərdə ermənüər tərəfindən  tö­
rədilən  cinayətlərin  qarşısının  alınması  və  asayişin  bərpa  edil­
məsinə dair qəza və şəhər polis  idarələrinə lazımi əmrlər verilir.1
Xüsusilə  Naxçıvan  qəzasına  soxulan  Andranik  Ozanyamn 
başçılıq  etdiyi  erməni  quldur  dəstələri  Naxçıvandan  başlaya­
raq Zəngəzur və Şuşayadək olan ərazini ələ keçirməyə çalışırdı.
Andranikin  ilk  təcavüzü  Naxçıvan  qəzasının  Araz  çayı 
kənarında  yerləşən  Yaycı  və  Aşağı  Aza  kəndlərinə  olmuşdur. 
Ermənilər  Yaycı  kəndində  4000  nəfərdən  çox  müsəlman  əha­
lisini  qırmışlar.  Yaycı  hadisələri  ilə  bağlı  Nehrəm  kənd  əhli 
Tağı  Nağdəliyev  14  iyun  1918-ci  ildə  Naxçıvan  Milli 
Komitəsinin  sədri  Mirzə  Nəsrulla  Əmirovun  adma  göndərdiyi 
məktubunda  yazırdı:  "Məlum  edirəm  ki,  Andranikin  dəstəsi 
İrandan  Araz  körpüsündən  keçərək  Yaycı  kəndinə  girmiş, 
həmin  kəndin  əhalisini  qılıncdan  keçirərək  kəndi  tanmar 
etmişdir.  Camaldın  və  Ərəzin  kəvşəninə  isə  erməni  qoşunları 
dolubdur.  Lazımi  sərəncam  verməkdən  ötəri  xəbər  edirəm  ki, 
Nehrəm kəndi  qorxu  içərisindədir."1 2
18  iyul  1918-ci  il  tarixdə  Tiflis  sosial-demokrat  bolşeviklər 
partiyasının  jrqanı  olan  "Borba"  (mübarizə)  qəzetində  "An­
dranik  haradadır"  başlığı  altında  gedən  yazıda  göstərilir:  Bu
1.  M.B.Əliyev.  "Qanlı günlərimiz.  1993, səh.  58
2.  Əliyev  M.B.  Qanlı günlərimiz.  Azərnəşr,  Bakı  1993  səh.  56.
13


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə