FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə5/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   2   3   4   5   6   7   8   9   ...   53

yaxınlarda  Culfadan  gəlmiş Amerika xəstəxanasının  iş  icraçısı
O.Arutunyaıı  təsadüfən Andranikin  yanında  olmuşdur.  Onun 
dedikləri:  "İyunun  əvvəllərində  Andranik  öz  dəstəsilə  800  əs­
gər,  4  top,  6  pulemyot və  hərbi sursatla Yerevandan yola  düş­
müş  və  21  iyunda  2  saatlıq  yüngül  döyüşdən  sonra  Culfaya 
girmişdir.  Növbəti  gün  o,  döyüşsüz  olaraq  fars  (İran)  Culfa­
sının  yolunda  olan  körpünü almışdır.
Bundan  sonra  Andranik  Xoya  hərəkət  etmişdir.  Yol  boyu 
o,  bir  tatar  (azərbaycan)  kəndi  yanında  böyük  türk  hissəsi  ilə 
qarşılaşmış,  ona qalib gələrək 4 zabit,  200 əsgər əsir götürmüş, 
2 top,  3  pulemyot qənimət götürərək qaçqınları təqib etmişdir.
24  iyunda  o,  Xoyu  əhatə  etmiş  və  türk  qarnizonuna  təslim 
olmağı  təklif  etmişdir.  Türklərin  lazımi  sayda  topu  və  pu­
lemyotu  olmadığına  görə  onlar  təslim  oldular.  Andranik  Xo- 
yun  bir  hissəsini və  yüksəklikləri tutdu.
Andranik  Xoya  girən  kimi  məlum  oldu ki,  o,  türklər  (türk­
lərin  hərbi  hissəsi  -  F.C.)  tərəfindən  mühasirəyə  alınıb.  Aydın 
oldu ki,  türklər  12000 əsgərlə Xoya hərəkət edir.
Andranik  özününkülərə  əmr  etdi  ki,  tez  geri  çəkilib  Culfa 
şosesini  tutsunlar.  Geri  çəkilən  zaman  Andranik  döyüşə  gi­
rişdi,  125  əsgər və  atını  itirdi.
Culfa  yaxınlığında  Yaycı  tatar  (müsəlman)  kəndində  An­
dranik  100  rus  əsgərini  azad  etdi.  Yaycılılardan  3  top,  4  pu­
lemyot  və 4  milyon  güllə  (patron)  qənimət  götürdü.
O,  Arutunyanın  dediyinə  görə Andranik  10-12 gün  bundan 
əvvəl  öz dəstəsilə  Bakıya getmək  qərarına gəlmişdir..."  1
17  avqust  1918-ci  il tarixdə  "Borba"  qəzeti yazırdı:  "...Yaycı 
kəndi  darmadağın  edilib,  əhalisi qılıncdan  keçirilmişdir."1 2
"Borba"  qəzetində  "Andranik"  başlığı ilə olan yazıda  isə (17 
avqust  1918-ci il-F.  C.) göstərilirdi ki, Ordubaddan gəlmiş şəxs 
(adı,  soyadı göstərilmir-F.  C.) erməni diplomatik missiyası ya­
nında məlumat bürosuna aşağıdakıları bildirdi:  "İyunun əvvəl­
lərində  Araz  vadisində  Andranikin  dəstəsi  peyda  oldu.  O,  in­
gilislərlə  birləşmək üçün Culfaya  girdi.  Yaycı  kəndi  onun  dəs-
1.  "Borba"  qəzeti  18  iyul  1918-ci  il, №  120
2.  "Borba"  qəzeti  17  avqust  1918-ci il, №  145
14


təsiııi  buraxmaq  istəmirdi  və  Yaycı  kəndi  darmadağın  edildi. 
Bundan  sonra  Andranik  Çəıınəb  kəndində  və  dağlarda  yer­
ləşdi.  İyunun  axırında  məlumat  alındı  ki,  türklər  Naxçıvana 
hücum etdilər.  Andranikin dəstəsi  onlarla  (lürklərlə-F.  C.) dö­
yüşə  girişdi.  On  iki  günlük  döyüşdən  sonra  Andranik  Əb- 
rəqunus kəndinə çəkildi,  lakin orada da dayana bilmədi...  Mən 
bura gələrkən  bir  neçə  gün  bundan əvvəl  Andranikin  türklərlə 
döyüşünün  şahidi  oldum.  Döyüş  Aza  kəndinin  ətrafında  ge­
dirdi.  Nəticəsinin  nə  olduğunu  bilmədim."1
Yaycı kənd sakini V. Hüseynov xatirələrində yazır: "Xalqımıza 
qarşı  ermənilər  tərəfindən  1918-ci  ildə  törədilən  soyqırımı  bizim 
kəndimizdən,  o  cümlədən  bizim  ailəmizdən  də yan  keçməmişdir. 
Həmin  vaxt  sübh  tezdən  kəndimizə  hücum  edən  erməni  yaraq­
lıları  gecənin  qaranlığında qarşılarına  nə çıxırdısa  vurub  dağıdır, 
qocalar və uşaqları xəncərdən keçirir, başlarım kəsirdilər.
Həmin  gecə  yüzlərlə  ağbirçək  analann  saçları  qana  bulandı, 
igid  oğulların  başı  diri-diri  kəsildi,  gözləri  çıxarıldı,  dilsiz  körpə­
lərin bədəni güllələrlə deşik-deşik edildi. Gözləri qmnış, insan qanı 
içməkdən  doymayan  erməni  daşnaqları  mənim  anamı,  dörd  qar­
daşımı, iki bacımı vəhşicəsinə öldürərək Araz çayına tökdülər. Bə­
li, ermənilərin törətdikləri belə vəhşilikləri saymaqla qurtarmaz."1 2
T.Nağdəliyev  məktubda  göstərdiyi  kimi  bir  neçə  gündən 
sonra  Andranikin  qoşunu  Çeşməbasar  kəndindən  Naxçıvan 
qəzasının  ən  çox  əhaliyə  malik  olan  Nehrəm  kəndini  müha­
sirəyə  alır.  Lakin  nehrəmlilər  Hacı  Mehdi  və  Kərbəlai  Muxtar 
Cəfərzadənin  başçılığı  ilə  qanlı  döyüşə  girərək  erməni  qoşun­
larını  kəndə  buraxmamış,  3-günlük  döyüşdən  sonra  Andra­
nikin  qoşunu  xeyli  tələfat  verərək  geri  çəkilmiş  və  Naxçıvan 
şəhərinin  şimalında  hərbi  düşərgə  qurmuşdur.
Andranikin  Nehrəmə  hücumu  haqqında  Nehrəm  taboru­
nun iştirakçısı  və qırmızı  partizan  Heydərqulu  Həsənov  öz xa­
tirələrində  yazırdı:  "Andranikin  qoşunları  ilə  əsas  döyüş 
İmamzada  tənfdə gedirdi.  Andranik cəhd  edirdi  ki,  Nehrəm
1.  "Boıba"  qəzeti  17  avqust  1918-ci  il,  №  145
2.  "Naxçıvan",  İctimai-siyasi,  ədəbi-bədii  elmi-publi >istik  jurnal,  №5. 
Nax.2001.  səh.125-126.
15


kəndinin  kənarından  keçib  Təzəkənddə  toplaşan  300  nəfərlik 
daşnaq  silahlı  dəstəsi  ilə  birləşsin.  Lakin  nehrəmlilər  buna  im­
kan  vermirdi.  Yaxşı  silahlanmış  dəstələrimizin  tabor  koman­
danı  Kərbəlai  Muxtar  əlində  mauzer,  kəhər  atın  belində  mə­
həllələri  gəzir,  əhalini döyüşə qaldırır,  atəş  nöqtələrinə patron, 
çörək,  su çatdırırdı."  1
Qəza  daxili  işlər  polis  komissarı  Məhəmmədəli  xan  Nax- 
çıvanski  və  şəhər  polis  komissarı Abbasqulu  bəy  Tahirov  An­
dranikin  Güznütdən
Naxçıvana  gəlmə  xəbərini  eşitdikdə  28  iyun  1918-ci  il  ta­
rixdə  Naxçıvan  qoza  Milli  Komitəsinə  gələrək  verilən  məlu­
matı  komitəyə  bildirdilər.  Həmin  gün  Milli  Komitənin  keçir­
diyi  yığıncaqda  Andranikin  Naxçıvan  şəhərinə  yürüşünə  dair 
məsələ  müzakirə  edərək  bütün  polis  məmurlarına,  həmçinin 
polis  komissarlığı  nəzdində  təşkil  olunmuş  qırmızı  qvardiya 
dəstələrinə göstəriş  verildi ki,  şəhərin  müdafiəsi üçün  səngərlər 
qurulsun və müdafiə  üçün  lazımi  tədbirlər görülsün.
Naxçıvan  şəhərinə  yürüş  edən  Andranikin  quldur  dəstələri 
Əlincəçay  boyunca  olan  müsəlman  kəndlərinə  hücum  edərək 
əhalini  demək  olar  ki,  tamamilə  qıraraq,  kəndləri  yandırmış­
dır.  Xüsusilə  1918-ci  ilin  iyun  ayının  axırlarında  Xanağa  kən­
dinə  hücum  edən  erməni  qoşunları  kənd  əhalisini  bütövlüklə 
qılıncdan  keçirmişlər.  Kənd  əhalisindən  canlarını  qurtaran  2 
nəfəri  iyul  ayının  1-də Naxçıvana gələrək  qəza  polis  komissarı 
Məmmədəli  xan  Naxçıvanskiyə  bu  faciə  haqda  verdiyi  məlu­
matlarında  göstərirdilər  ki,  Andranikin  quldur  dəstələri  kən­
dimizə  hücum  edərək  kənd  sakinlərini  qırmış,  əhalinin  qismən 
hissəsi  dağlara  qaçaraq öz canlarım xilas  etmişdilər.
Bu  faciə  ilə  bağlı  Məmmədəli  xan  Naxçıvanski  Şahtaxtında 
yerləşən  Türkiyənin  IX  alay  komandiri  Xəlil  bəyə  telefon  edə­
rək  bildirdi  ki,  Naxçıvan  şəhərində  bütün  polis  məmurları,  o 
cümlədən  yerli  müdafiə  dəstələri  qurulmuş  səngərlərdə,  mü­
dafiə xəttində  dururlar.
Naxçıvan  şəhərini  mühasirədə  saxlayan  Andranik  şəhər 
əhalisinin  təslim  olmasını və silahların  yığılıb  verilməsini  tələb
'  1.  Nax.  MRDA f.  582, s.  1, iş 40, v.  114.
16


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə