FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə53/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   45   46   47   48   49   50   51   52   53

daxil ola bilmədilər.  Ordubadda ölü yoxdur, yalnız yaralı var.
Rzayev,  Qəniyev  də  yaralanıb.  Düylün,  Vələver,  Vənənd, 
Peskar,  Berine,  Unus,  Xanağa.  Dizə,  Ağrı,  Gənzə,  Ənaba,  Əy- 
lis, Varapert,  Kilit və Kotam kəndləri yandırılıb.  Kalbalıxan və 
Ədib  bəy Çənnəbə hücum etməyə hazırlaşırlar.  Xəlil  bəy Vedi- 
də  başçılıq  edir.  Çalış  ki,  Azərbaycan  buğda  və  azuqə  almaq 
üçün  ordubadlılara pul  ötürsün.  Bu kəndlərin bütün azuqəsini 
ermənilər aparıb,  həmçinin çalış  ki,  Azərbaycan  tezliklə Təbri­
zə  öz səfirini  təyin  etsin.
Ermənilər  çalışır  ki,  İran  polisi  məni  həbs  etsin.  Dünən  er­
məni  qadınla  evlənmiş  polis  rəisi  Şvedes  məni  yanma  çağırıb, 
lakin  mən  yubandığımdan  onu  idarədə  tapa  bilmədim.  Öpü­
rəm.  Zeynəb  Gülsülə  xanıma  salamını  göndərir.  Səhman.  İda­
rə  edən  şəxslərə  çatdırın  ki,  İran  məmurları  Naxçıvanın  İrana 
birləşməsi  arzusundadırlar.  Teleqramlara  və  faytonlara  25  tü­
mən  (15.000  manat)  öz cibimdən xərcləmişəm,  halbuki  mənim 
də  vəziyyətim  yaxşı  deyil.  Ordubaddakı  evim  çox  güman  ki, 
top  atəşindən zədələnib.  Məktubları  mənə  bu  adresə  yaz.  Təb­
riz.  Təbriz dəmiryol  idarəsi  Salman  bəy Əsgərxanov.
NM RDA.  3 1 4 - 5 - 7 1 .
Azərbaycan Respublikası 
Cənubi - Qərbi Azərbaycanın 
General Qubernatorluğu 
31  dekabr  1919 - cu il.
№ 3087
Naxçıvan şəhəri.
S U R Ə T İ
Zəngəzur Mahalının Cənab 
General Komissarı
Sizin  27  dekabr  1919  -  cu  il  tarixli  980  №-li  münasibətinizə 
cavab olaraq  oildirirəm ki,  bizim hərbi hissələr yalnız o  zaman 
fəaliyyət  göstərir  ki,  onlar  sizin  hərbi  hissələrin  hücumlarına 
cavab  verməyə  məruz qalırlar və  bu  hücumlardan  özlərini  qo­
ruyurlar.  Bizim  hissələr  tərəfindən  bilərəkdən  aktiv  və  hücum 
xarakterli  hərəkətlər  olmayıb.  Sərhəddə  ən  kiçik  belə  anlaşıl­
mazlıqların  qarşısını  almaq  tədbirləri  haqda  mən  tərəfdən 
uzun  müddətdir ki,  ciddi əmr  verilmişdir.
175


Bu  əmr  Sülh  konfransının  nümayəndələrindən,  amerikan 
zabitlərindən  bildiriş  və  bizim  hökümətin  Azərbaycan  və  Er­
mənistan  Respublikaları  arasında  bütün  mübahisəli  məsələ­
lərin sülh yolu  ilə həll  olunması haqda qərarından  sonra üçün­
cü  dəfə  təkrar  olunub.
Noyabr  ayının  axırıncı  günlərindən  başlayaraq  Ovçu  Şabadin 
rayonunun  zəbt  edilmiş  kəndlərindən  və  Kidi  dərəsinin  25  mü­
səlman  kəndlərinin  qaçqınları  bizim  rayona  keçib.  400  -  500  nə­
fərlik dəstə təşkil  edərək erməni və müsəlman kəndlərinə hücum­
lar təşkü edirlər.  Onlar  Əliçahay cəmiyyətinin  üç müsəlman kən­
dinə zərər vurublar, Araqlı və Bist kəndlərinə onların hücumları­
nın qarşısı alınıb və alınmaqdadır.  Axırıncı var - dövlətini itirmiş, 
ac,  millətindən  asılı  olmayaraq  bütün  insanlara  dərin  nifrət hissi 
bəsləyən  bu  dəstəni  tamamilə  məhv  etmək  böyük  çətinliklərlə 
müşahidə olunur. Eyni zamanda yerli hökümət üçün bu, ona görə 
çətindir ki,  hər gün  onların sayı artır,  belə ki, onlara  Sürməlik və 
Eçmiədzin mahallarından qaçan ac qaçqınlar da qoşulur.
Yuxarıda deyilənlərə görə Sizin rayonda 7 müsəlman kəndi­
nin dağıdılması haqda göndərdiyiniz ultimatum məni çox təəc­
cübləndirir,  belə  ki,  bu  iş  nə  məna  və  nə  şərtlərinə  görə  ümu­
miyyətlə ədalət qanunlarına  uyğun  gəlmir.
Düşünün  ki,  əgər  Siz  və  biz  itaətkarlıq  göstərən  köməksiz 
dinc  əhalini  qarət  və  talan  etsək  nəticəsi  nə  ola  bilər  və  nəyin 
naminə  bu  vəhşiliklər  törənməlidir.  Bizim  Xanlıqlar  kəndində 
4000  və  Təzəkənddə  2000,  digər  kəndlərdə  yaşayan  çox  saylı 
ermənilər  biz  tərəfdən  hər  cür  tədbirlərlə  qorunub,  həmçinin 
deyilən  dəstənin qarətçilik  hərəkətlərinin  qarşısını  almaq üçün 
bütün tədbirlər görülür,  Sizi əmin  edirəm ki, mən şəxsən bütün 
qüvvə  və  bacarığımı  Oxci  rayonunun  qaçqınlarından  təşkil 
olunmuş həmin dəstənin qarətedici fəaliyyətlərinin qarşısını al­
mağa  sərf  edəcəyəm  və  Ermənistanda  yaşayanların  həyatını 
qorumaq  üçün bütün  tədbirləri  görəcəyəm.
Cənubi -  Q ərbi Azərbaycanın  G eneral Qubernatoru.
Əsli ilə düzdür:  (imza)
NM RDA.  3 1 4 - 5 .
176


ORDUBAD HADİSƏLƏRİ HAQDA
Novruz  bayramının  birinci  günü,  21  martda  səhər  saat  10- 
da  10.000  nəfərdən  artıq erməni  silahlı qüvvələri qəflətən  Düy- 
lün,  Vənənd,  Vələver,  Xanağa,  Beksar,  Ağrı  və  Dizə  kəndləri­
nə  hücum  edərək,  həmin  kəndləri  tutaraq  onları  yandırmış  və 
indi  Ordudada  hücum  edir.  Naxçıvandan  ordubadlılarm  kö­
məyinə  Ədib  bəyin  komandanlığı  altında  800  adam göndərilib 
ki,  onlar  Ordubad  yolunu  kəsən  Aza  kəndi  yanında  erməni 
qüvvələri ilə vuruşurlar.  Ordubadı böyük təhlükə gözləyir.  Or­
dubadla telefon  əlaqəsi  kəsilib  və indi  Aza  tərəfindən  top atəşi 
səsləri  gəlməkdədir.  Dəqiq  mənbələrdən  xəbər  verirlər  ki, 
10.000  adamdan  çox  erməni  qüvvələri  Düylün,  Vənənd,  Vələ­
ver,  Xanağa,  Dizə,  Ağrı  və  digər  kəndləri  tutaraq  məhv  etmiş 
və insanları doğramışlar. Ordubada hücum edirlər.  Ordubadın 
da taleyi göstərilən kəndlər kimi olacağı təhlükəsi var.  İndi Or­
dubad  və  dağılmış  kəndlər  ermənilərdən  təmizlənib.  Həm mü­
səlmanlar,  həm  də  ermənilər  tərəfindən  böyük  itkilər  var.  Or­
dubadda  bir neçə ev  dağıdılıb.  Ermənilər  şəhərə girə bilməyib­
lər,  ordubadlılar yaxşı  müdafiə  olunurlar  və  ermənilərə  böyük 
itki  vurublar.  Ordubadda  ölən  yoxdur,  yaralılar var,  o  cümlə­
dən  Qəniyev,  Rzayev  də yaralanıb.  Aşağıdakı kəndlər yandırı­
lıb.  Düylün,  Vənənd,  Vələver,  Deksar,  Unus,  Xanağa,  Dizə, 
Ağrı,  Gənzə,  Anabad,  Əylis,  Varapert,  Kilit və  Kotam.
В  or ba qəzeti,  15 aprel 1920-ci il,  №83.
Şifrələıımiş teleqram
Göndərilib 3 may  1919
№ S/35
‘ 
T İ F L İ S
Diplomatik  Missiya,  Xarici  işlər  naziri  Cəfərova.
Təkinskidən  aldığınız  teleqramın  mətni:  General  Milnin 
Naxçıvana  səfəri  gözlənilir,  bununla  əlaqədar  Ermənistan  3 
mayda bəyan edəcək ki,  Ermənistan da Qarsda olduğu kimi İt­
tifaq  Missiyasının  razılığı  ilə  Naxçıvanı  zəbt  edəcək.  Bu  bəya­
natda  həmçinin  müsəlmanların  eyni  hüquqlu  olmaları  barədə
177


erməni xalqına və ordusuna müraciət də var.  Bizim zabitlər in­
gilislərin əmri  ilə Naxçıvanı tərk edib .  Hesab edirəm ki, bu ba­
rədə  etirazınızı  bildirməlisiniz.
X arici işlər nazirinin miiavini.
NM RDA.  3 1 4 - 5 - 7 4 .
Erevaııdaıı şifrələnmiş teleqram.  01499,  277:20,
16,  30 Alınıb.  21  iyun  1919
T ə c i l i
B A K I
m
Xarici işlər Nazirinə
1695  №-li  teleqramınıza  cavab  Naxçıvan  -  Şərur,  Vedibasar, 
Şahtaxtı  rayonları  erməni  qoşunlarının  əlindədir,  idarə  ermənilə­
rin əlindədir. Naxçıvan Milli Şurası İttifaq komandanlığma bildir­
məyimi xahiş edir ki,  Ermənistan hökuməti general  Devi və Xati- 
sovun verdiyi sözlərə əməl etməyərək,  axtarışlar aparır, mebel, si­
lah, taxta və s. əşyaları müsadirə edir və ittifaq komandanlığından 
xahiş  edir  ki,  bu  cür  qanunsuz  hərəkətlərin  qarşısı  alınsın.  Culfa 
ermənilərin  əlindədir.  Naxçıvan  Şurasının  xahişini  yerinə 
yetirməyimi mümkün hesab edərsinizmi? Ordubad hələ erməniləri 
buraxmır. Bu haqda Ordubadlılar 2 gün bundan əvvəl açıq şəkildə 
ermənilərə bildiriblər.  Müsəlman qoşunları buraxılıb. №  184
D iplom atik  nümayəndə  T əkinski.
NM RDA.  3 1 4 - 5 - 7 4 .
Şifrəloıımiş teleqram,  göndərilib 8 iyul  1919
Məxaric №  1999
E R İ V A N
Azərbaycanın  Diplomatik  nümayəndəsi  Təkinskiyə
Bu  saat Tiflisdən  iki  teleqram alınmışdır
Birinci:
Bu barədə Vedibasarda gedən qanlı vuruşmaları öz gözləri ilə 
görən  çox  mötəbər,  inamlı  adamlar  gəlmişdir.  Nağıl  edirlər  ki,
178


erməni  cəllad  ekspedisiyasının  burada  etdikləri  dəhşətlər  nələr 
gətirir.  Hazırda döyüş davam etdirilir. Belə hallar da olubdur ki, 
qatarlardan  müsəlman  sərnişinlərini  çıxarıblar,  ancaq  onların 
taleyi  hələ  bəlli  deyil.  Məsələn,  Qəmərli  dəmiryol  stansiyasında 
dörd  nəfəri  bu  məqsədlə  çıxarıblar.  Xalqın  hiddətlənən  vicdanı 
tələb  edir  ki,  Əli  Səbri  Qasımovun  haqqında  istintaq  addımı 
atılsın və  ona  qarşı  qaldırılan  cinayət işi  dayandırılsın  .
İkinci:
Şərur  -  Naxçıvan  tərəfdə  ermənilər  repressiyaya  başlamış  və 
kütləvi  surətdə  həbslər  başlamışdır.  Heç  bir müqəssirlik  elan  edi­
lmədən belə təsirli şəxslərdən Mirzalı Bəy Bektasovu, Hüseyn Ağa 
Novruzovu  və  Cəfər  Bəy  Erivanskini,  Teymur  Həsən  Kazımovu 
Naxçıvandan Aleksandropola aparmışlar. Hər iki xalqın mənafeyi 
naminə  xahiş  edirik  avantüraya,  fırıldağa  cəlb  olunan  Əli  Səbri 
Qasımovun qəti azad  olunması haqqında tədbir görəsiniz .  7
Xahiş  edirəm,  faktları  yoxlayasınız və  təsadüfən  təsdiq  etmək 
üçün Ermənistan höküməti qarşısında təsirli addımlar atasınız ki, 
gələcəkdə bu faktlar bir də təkrar olunmasın və göstərmək lazım­
dır ki, onların etdikləri bu hərəkətlər hər iki xalqın mehriban qon­
şu  münasibətlərinin  qurulmasına  və  möhkəmlənməsinə  kömək 
etməz.  Məgər Ermənistan höküməti bunumu gözləyirmiş?..
X arici işlər naziri /im za/

NM RDA.  3 1 4 - 5 - 7 4 .
Erevandan şifrələnmiş teleqram,  verilib.  1919-cu il mayın 
29-da Teleqram  alınıb:  30 may  1919-cu il tarixdə
Daxil olma  №  1511.
Xarici İşlər Nazirinə.
« Г   #
105  nömrəli  Azərbaycan  qəzetində  belə  bir  yazı  dərc  olun­
muşdur ki, Naxçıvan  əhalisi erməni qoşunlarını mehribanlıqla 
qarşılamışlar.
Şərur  -  Naxçıvan  rayonları  ancaq  ingilislərin  tələbinə  tabe 
olmuşdur.  Kalbalıxan Naxçıvanski Xatisovun (ingilis generalı) 
dəvətinə  gəlmədi,  ərz  elədi  ki,  o  Ermənistanı  tanımır.  Xan  an­
caq  ingilis  generalı  Devinin  dəvətinə  gəldi  və  burada  general
179


ona  bildirdi  ki,  rayon  Ermənistana  birləşir.  Xan  cavab  verdi 
ki, o  ancaq ingilislərin tələbi ilə hesablaşır.  Müsəlmanlar ermə­
niləri  baykot  edirlər  və  inzibati  yerləri  zəbt  etmək  haqqında 
təklif edilən  dəvəti rədd  edirlər.  №  30
D iplom atik nümayəndə  Təkitıski.
Düzdür /imza/
NM RDA.  3 1 4 - 5 - 7 4 .
Tiflisdən teleqram 4199/5,  101, 25/6,  16/30.
Teleqram alımb 28  iyunda
Xarici İşlər Nazirliyi,  28 iyun  1919-cu il
Daxil olma  №  1891
B A K I
Azərbaycan Respublikasının Baş Nazirinə
Alman məlumatlara görə Naxçıvanda,  Şərurda, Ordubadda 
erməni  höküməti  tərəfindən  müsəlman  xadimlərinin  həbs 
olunması  artıq  başlanmışdır.  Hər  addımda  müsəlmanların  ev­
ləri axtarılır bəhanə sıxışma edir, əmlaklarını müsadirə edirlər. 
Erməni hökümətinin  belənçi çıxışı həmin rayonlarda əhali ara­
sında qanun - qaydalarının açıqcasına pozulmasına səbəb olur, 
həm  də  erməni  hökümətinin  nizami  ordusu  tərəfindən  müsəl­
man kəndləri Naxçıvandan altı verst uzaqla olan Bulqan kəndi 
də  atəşə  tutulmuşdur.
Bir verst  =  400  metr
Erməni  qoşunlarının  qırğınından  çıxaraq  əhali  panikaya 
düşmüş,  açıq  havaya  toplanmışlar.
Yuxarıda  qeyd  olunanları  Sizə  məruzə  edərək  xahiş  edirəm 
ki,  erməni hökümətinə  bizim ehtirazımızı elan edəsiniz,  eləcə də 
ingilis  komandanlığına  çatdırasınız  ki,  erməni  hökümətinin  bu 
qəti heç bir qanuna sığmayan əyinti hərəkətinin qarşısını  almaq 
üçün ciddi tədbir görsün.  Əgər bu bir həftə belə yubadılsa, onda 
bu,  müsəlman kəndlərinin dağıdılmasının əsas səbəbi  olacaqdır.
Erevan quberniyası Şeyxov.
NM RDA.  3 1 4 - 5 - 7 1 .
180


E R 1  V А N
Ermənistan  Respublikasının  Xarici  İşlər Nazirinə.
Surəti:  Astraxandan  Moskvaya  Çiçeriııə
Surəti:  Ermənistanın  Gürcüstandakı  Diplomatik 
Nümayəndəsi  Baxradyana, Tiflis.
Surəti:  Tiflis,  Gürcüstandakı  R SFSR   -  nin  Səlahiyyətli 
Nümayəndəsi  Kirova.
Alınmış  məlumata görə Ermənistan  hərbi  hissələri Zəngiba- 
sarı  darmadağın  edəndən  və  onu  müsəlman  kəndlilərindən  tə­
mizlədikdən  sonra  Naxçıvan  -  Şərur  rayonuna hücum  ediblər. 
Digər  tərəfdən  indi  alman məlumata  görə  nizami  erməni  hərbi 
hissələri  Qazax  mahalında  da  hücuma  keçiblər  və  səhər  saat 
dörddə beş  iyul  tarixdə  Qaraqışlaq kəndini  zəbt ediblər.
Ermənistan  hökümətinin  belə  təcavüzkar hərəkətləri  2  iyul­
da  Qazax  şəhərində  Azərbaycan  və  Ermənistan  Respublikası 
arasında  bütün  mübahisəli  məsələləri  sülh  yolu  ilə  həll  etmək 
barədə əldə  olunan razılığa kökündən ziddir.
Mənim  hökümətim  Sovet  Azərbaycanına  qarşı  bütün  bu 
hadisələrə açıq hərbi hərəkət kimi baxmaya bilməz və tələb edi­
rik  ki,  erməni  hərbi  hissələri  tərəfindən  olan  bütün  hücumlar 
təcili dayandırılsın.
Əks  halda mənim hökumətim  ikisi  iyulda  baş  verən  razılaş­
manı  dayandıracaq  və  sonrakı  hərəkətlərində  özünü  sərbəst 
hiss  edəcək.
Tiflis  6 iyul 1920 - ci il Ля 38.
A SSR X arici işlər üzrə X alq  K om issarı  və 
Fövqaladə Səlahiyyətli nümayəndə Hüseynov.
NM RDA.  3 1 4 - 5 - 1 2 .
İrəvan quberniyasında müsəlman qaçqınlarının vəziyyəti
Hazırda  Bakıya  İrəvandan  Vedi-Basar  və  Şərur-Naxçıvanda 
müsəlman qaçqınlarının vəziyyətini xarakterizə edən məktub alı­
nıb.  Məktubun  məzmunu belədir:  "Ermənilər  tərəfindən  İrəvan, 
Sürməli,  Eçmiədzin  qəzalarının  müsəlman  kəndlərinin  vəhşicə-
181


sinə dağıdılması nəticəsində,  həmin  qəzalardan  Vedibasar və Şə­
rur-Naxçıvana çoxlu sayda qaçqın axışıb.  Tibbi və maddi yardı­
mın  olmaması  nəticəsində  köhnə  və  yeni  qaçqınların  vəziyyətini 
təsvir  etmək  belə  mümkün  deyil.  Aclıq,  xəstəlik  və  sanitar 
şəraitin  olmaması  onlara  pis  təsir  edir.  Hər  gün  yüzlərlə  qaçqın 
ölür.  Analar çarəsizlikdən  öz övladlarım əzabla  acından  ölmək­
dən qurtarmaq üçün onları boğub öldürür ya da qayadan atırlar. 
Atalar  sevdiyi  insanların  acından  ölməsini  görməmək  üçün  öz 
ailələrini  atıb,  uzaqlara qaçırlar".  Məktubun  müəllifinin yemək­
siz,  paltarsız,  ayaqqabısız,  köməksiz  qalmış,  yanmış  kəndlərin 
palçıqlı küçələrində dolanan solğun bənizli, arıq, cır-cmdır içində 
olan  qocaların,  uşaqların  və  qadınların  çəkdiyi  əzabları  təsvir 
etməyə  gücü  çatmır.  Vedibasardan  Ordubadadək .hal-hazırda 
olan  qaçqınların  sayı  70000-ə  yaxındu',  və  əgər  pis  bir zamanda 
maddi yardım gəlməzsə, onların 99%-i ölümə məhkumdur. Təcili 
olaraq çörək,  dərman və pul yardımı göstərmək  lazımdır.
Məktuba  1919-cu  ilin  son  iki  ayında  ermənilər  tərəfindən 
dağıdılmış  müsəlman  kəndlərinin  siyahısı  əlavə  edilib:
Eçmiədzin  qəzasında:  Hacılar,  Molladursun, Tors,  Qaraqum- 
lu,  Ağca-Qala,  Kirannı,  Qaramh,  Yayarlı,  Patnnc,  Ucan,  Kovş, 
Avan,  Qarağalar,  Mağda,  Diyan,  Talış  Ağarak,  Bağcaçıx, 
Karvansara,  Yaşıl,  Yuxarı Ağca-Qala,  Aşağı Ağca-Qala,  Yuxarı 
Qaraqommaz,  Aşağı  Qaraqommaz,  Yeşnək,  Mehriban,  Çıxacı, 
İrind,  Talın,  Pir  Maqax,  Pir  Tikan,  Aralıx,  Ağancı,  Quludərviş, 
Quytul,  Yerqov,  Qaşa-Bulaq,  Kətanlı,  Pərsi,  Ənirsaq,  Umu, 
Kiçik-kənd,  Naçrəvan,  Təkiyə,  Parnı,  Zeynal-bulağı,  Zeyvə, 
Qulu-bəy,  Qulu-bəy-2,  Ağca-Ark,  Kərim  Ark,  Canfıda,  İqdalı, 
Urmudlu,  Molla-Bədəl,  Küzuvand,  Türkmənli,  Kolanlı, 
Səfıabad, Kəmərli, Qarğabazar, Yuxarı Qarhun,  Aşağı  Qarhun.
Sürməli  qəzasında:  Yaycı,  Oba,  Küllük,  Axməmməd,  Qasım- 
can,  Arpakirli,  Quz  Ovudan,  Sarı  çoban,  Ağavər,  Sürməli,  Qa­
zançı,  Nəcəfəli,  Amarat,  Mələklü,  İğdır Mava,  Sultan  Abad,  Ar 
Hacı-1,  Ar  Iiacı-2,  Ar  Hacı-3,  Qaraqoyunlu,  Zülfüqar,  Hüseyn 
kəndi, Səfər Qulu, Şiracı, Heyğalı, Xaraba Əlican, Bayat, Hacılar, 
Cənnət  Abad,  Aşağı  Dizə,  Yuxarı  Dizə,  Həsən  xan,  Qıraş  bağ, 
Öküzlü,  Qızıl Zakir, Kurbaklı.  Dərə kəndi, Parpı, Təpə başı.
Erivan qəzasında: Zəngibasarmkılardan başqa hamısı dağıdılıb.
182


NMRDA.  3 1 4 - 5 - 7 1 .

Ermənistan Respublikası  Xarici işlər Nazirinə.
1918-ci  ilin  yanvar  ayından  Erivan  quberniyasına  türklərin  gə- 
lişinədək,  həmin  quberniyada  üç yüzdən  artıq  kənd  dağıdılıb,  hə­
min  kəndlərin əhalisinin əksəriyyəti  öldürülüb. Türklərin gedişi və 
Müttəfiq Dövlətlər qoşunlarının Qafqaza gəlişi ilə Azərbaycan xal­
qı  ümid  edirdi  ki,  Erməni  höküməti  sülh  və  sakitliyin  bərqərar 
olunması  naminə  müsəlman  qırğınının  qarşısını  alacaq.  Lakin 
türklər Erivan quberniyasını tərk etdikdən sonra  1918-ci  ilin deka­
brında Sasun polku tərəfindən  Erivan qəzasının  Qarağac və Vedi- 
çay kənd icmaları silahsızlandırıhb, Qadılı, Şahablı, Qarağac, Dəh- 
nəz,  Qarabağlar, Ağası-bəyli və s.  kəndləri dağıdılıb, əhalisi  isə ta­
mamilə məhv edilib. Milli Dərəsi rayonunun da bir sıra kəndlərinin 
müsəlmanlarının aqibəti belə olub. Həmin vaxtda erməni qoşunları 
Yenibəyazit qəzasının Basarkeçər rayonunu mühasirəyə alıb, Qızıl 
- Van, Subatan, Zağalı,  Şahab və s.  kəndlərdə müsəlmanları qırıb­
lar,  uşaqları  təndirlərdə  yandırıblar.  Adı  çəkilən  rayonların,  həm­
çinin  Eçmiədzin  və  Sürməli  qəzalarının müsəlmanlarım  qırdıqdan 
sonra Ermənistanın xarici işlər naziri Tiqranyan  1919-cu ilin fevra­
lın  2-də  Parisə  erməni  deleqasiyasınm  adma  Zaqafqaziya  müsəl­
manları  tərəfindən  erməni xalqım gözləyən  təhlükə barəsində tele­
qram göndərib, deleqasiya isə Tiqranyamn teleqramı əsasında me­
morandum  hazırlayıb  və  həmin  memorandum  fransız jurnalı  De 
Deba da çap olunub. Azərbaycan höküməti dəfələrlə törədilən vəh­
şiliklərə etiı*azım bildirib və öz notalarında Ermənistandakı müsəl­
manların  ağır  vəziyyətini  qeyd  edib,  lakin  Ermənistan  höküməti 
müsəlmanların vəziyyətini yaxşılaşdırmaq üçün heç bir tədbir gör­
məyib,  bununla yanaşı bəyan edib ki,  Ermənistan  höküməti  üçün 
ağ və qara sümüklü  insan yoxdur,  həmin  bəyanatı  6 avqust  1919- 
cu il  3092 №-li notasında da edib.  Həmin nota təqdim olunan gün 
erməni inzibati idarəsi erməni milisinin iştirakı ilə Eçmiədzin, Yeni­
bəyazit,  Sürməli,  Erivan qəzalarının müsəlmanlarım qırmağa  baş­
layıb.  Ölümdən  qurtaranlar və Müsəlman  Milli  Şurası  xəbər  ver­
dilər  ki,  avqustun  17-dən  Eçmiədzin  qəzasının  Canfıda  kəndinə 
yerli komissarın başçılıq etdiyi milis daxil olub, qadınları, kişiləri və
183


uşaqları  ayıraraq  bütün əmlaklarını qarət edib,  Kərim-Arx kəndi­
nin müsəlmanlarından aldıqları dəvələrlə aparıblar.  Qarəti qurtar­
dıqdan sonra milislər kişiləri Araz çayına apararaq orada öldürüb­
lər. Canfıda kəndindən sonra erməni milisi Kərim-Arx kəndinə yol­
lanıb, buradakı müsəlmanların da aqibəti eyni olub.  17  avqustdan 
31  avqustadək  olan  qısa  müddət  ərzində  Erməni  inzibati  idarəsi 
tərəfindən  Eçmiədzin,  Sürməli,  Eri van  və  Yenibəyazit  qəzalanmn 
50-yə  yaxın  kəndi  dağıdılıb.  Bu  cür  vəhşiliklər  Ermənistan  parla­
mentinin üzvü  olan sosialist-inqilabı partiyasının nümayəndələrini 
Ermənistan  parlamentinə  aşağıdakı  məzmunlu  sorğunu  verməyə 
məcbur etdi: Parlamentin sədri cənablarına. Xahiş edirik daxili işlər 
naziri  cənablarına aşağıdakı sorğunu verəsiniz.  Cənab  Nazirə mə- 
lumdurmu ki, son üç həftə ərzində Ermənistanın ərazisində Erivan, 
Eçmiədzin,  Sünnəli  qəzalarında  bir  sıra  tatar  kəndi,  o  cümlədən 
Polşakənd, Təkərli,  Qorux-Günə,  Ulamik,  Ərzəkənd  cəmiyyətinin 
Ağaverən,  Dələlər,  Purnus,  Əlibəy,  Eçmiədzin  qəzasımn  Canfıda, 
Kərim-Arx Ağcar,  İqdalı, Qarlıun, Kelan və Aralıx  kəndləri və bir 
sıra başqa kəndlərdən tatarlar təmizlənib, onlar qarət olunub və öl­
dürülüb.  Yerli  inzibati  orqanlar  nəinki  bunlara  mane  olmayıb, 
hətta  özləri  də  bu  hadisələrdə  iştirak  edib.  Bu  hadisələr  qarət  və 
hərcimərcliyə  nifrətlə  baxan  yerli əhaliyə  ağır təəssürat  bağışlayıb. 
Yerli əhali qonşuları ilə sülh münasibətlərin bərqərar olunmasını və 
günahkarların  layiqincə  cəzalandırılmasını  istəyir.  Əgər  bütün 
bunlar  daxili  işlər  nazirinə  məlumdursa,  onda  nə  üçün  o  bu  qa- 
nunsuzluqlarm  və  vəhşiliklərin  qarşısını  almır.  Ermənistan  parla­
mentinin  sosial-inqilabçılar  fraksiyası.  Sürməli,  Eçmiədzin,  Yeni­
bəyazit və Erivan qəzalarında Azərbaycan xalqının mütəmadi ola­
raq  Ermənistan  inzibati  orqanları  və  Erməni  qoşun  hissələri  tərə­
findən  qırılması  bütün  Azərbaycan  xalqının  müddətinin  günü- 
gündən artmasına səbəb olur. Azərbaycan höküməti törədilən vəh­
şiliklərə dərindən  narazıdır və Erməni  hakimiyyətini baş  verə bilə­
cək hadisələrdən cavabdeh tutaraq qəti etirazım bildirir, əmindir ki, 
Erivan qubemiyasındakı müsəlmanlara qarşı törədilən vəhşiliklərə 
qarşı qəti tədbirlər görüləcək.
Azerbaycan Respublikası Xarici İşlər Naziri.
NM RDA.  3 1 4 - 5 - 7 1 .
184


M Ü N D Ə R İ C A T
YANDI BAĞRIM,  DONDU KOZƏ....
MÜQƏDDİMƏ......................................
Soyqırım ......................................................
Abbasqulu bəy Şadlinski  və silahdaşları
Erməni vəhşiliyi sənədlərin dili ilə .........
M inıdəricat..............................................
...6
...8
..72
155
185
185


Fəxrəddin  Cəfərov. 
Erməni  Yəhşiiiyi.
Bakı.  "Nurlan".  2009.
Nəşriyyatın  direktoru: 
Nəşriyyat  redaktoru: 
Kom püterdə  yığdı: 
Kom püter  tərtibçisi  və 
texniki  redaktoru:
Nadir Məmmədli 
Natiq Abbasov 
A vsel Cəfərova
Ramin Abdullayev
Kağız  formatı:  60/84  1/16 
Mətbəo 

Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə