FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə7/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   2   3   4   5   6   7   8   9   10   ...   53

Andranikin  dəstəsi  Naxçıvan  və  onıın  ətraf kəndlərində  tö­
rətdikləri  vəhşiliklərdən  sonra  1918-ci  il  sentyabrın  4-də  Sis- 
yana,  noyabrın  22-də  Gorusa  gəlir  və  orada  məskən  salır.  Bu 
vaxtdan  Zəngəzurun,  bütün Qarabağın  qara  günləri  başlayır.
Burada  belə  bir  diqqətçəkən  məsələni  də  qeyd  etmək  lazım 
gəlir  ki,  Azərbaycan hökuməti  də  düşdüyü  ağır vəziyyətə  görə 
Andranikin tüğyanının qarşısını almaq, onun Şərurdan tutmuş 
Cavanşir  qəzasına,  Qarabağa  qədər  böyük  ərazidə  törətmiş 
olduğu  vəhşiliklərə,  quldurluqlara,  cəlladlığa  son  qoymaq 
üçün  bütöv  sistemli  tədbirlər  görə  bilməmişdi.  Buna  görə  do 
qəzalardan,  kəndlərdən,  ayrı-ayrı  adamlardan  dalbadal  dərd­
lə,  məşəqqətlə  dolu  göz  yaşlan  ilə  yazılmış  teleqramlar,  mək­
tublar,  məlumatlar Azərbaycana  gəlməkdə, davam  edirdi.
Erməni  daşnakları  1918-ci  ilin  axırlarında  bir  neçə  dəfə  Şə­
rur  bölgəsinə  hücum edərək  çoxlu  qırğınlar törətmişlər.
19  dekabr  1918-ci  ildə  erməni  daşııaqları  Şərur  bölgəsinə 
hücum  edirlər.  Ermənilərin  qarşısını  almaq  üçün  Bəhrəm  xan 
Naxçıvanskinin  komandanlıq  etdiyi Naxçıvan  taboru  Dəmirçi 
tərəfdən  hücum  edib,  külli  miqdarda  hərbi  sursat,  top,  ərzaq 
və bir  pulemyot  qənimət  almış,  25-30  nəfərə  kimi  erməni  əsgə­
rini  həlak  etmişlər.  Ermənilər  tab  gətirməyərək  geri  çə­
kilmişlər.5
Naxçıvana  erməni  hücumlarını  səciyyələndirən  Azərbaycan 
Respublikası  Xarici  İşlər  Nazirliyi  qeyd  edirdi:  "1905-ci  il 
hadisələri  daha  böyük  miqyasda  və  tamamilə  yeni  şəraitdə 
təkrar  olunur.  Əgər  çar  rejimi  zamanı  millətlərarası  ədavət 
bizim  ucqarları  Rusiyanı  bürümüş  inqilabi  hərəkatdan 
uzaqlaşdırmaq  istəyən  bürokratiyanın  əli  ilə  yaradılırdısa,
1918-ci  ildəki  toqquşmaya  bizdə  rus  hökumətinin  ləğvi  və  rus 
qoşunlarının  ərazimizdən  getməsi səbəb  olmuşdur.
Ruslardan  qalmış  silahı  və  hər  cür  sursatı  ələ  keçirmiş 
ermənilər  müsəlmanları  türklərə  rəğbət  bəsləməkdə  və  silahlı 
qiyam  hazırlamaqda  ittiham  edərək  var  qüvvələri  ilə  onların 
üzərinə  hücuma  keçdilər."1 2
1.  Yenə  orada,  f.  314.  s.5a.  iş  74.  v.  42
2.  AR  SPİHDA.  f.277. s.2.  iş.58.  v.15.
20


Tiırk  hərbi  ordusunun  1918-ci  ilin  noyabr  ayına  kimi  Nax­
çıvanda olması müvəqqəti  olaraq ermənilərin  Naxçıvan  qəzasına 
olan  basqınlarını  dayandırır.  Araz-Türk  respublikasının  təzəcə 
yarandığı bir dövrdə,  1918-ci ilin noyabr ayında ingilis-amerikan 
qoşunları  istanbula,  yunanlar  isə  Anadoluya  soxulduqları  üçün 
Türkiyədə  istiqlaliyyət  uğrunda  müharibə  başlandığından  türk 
qoşunları Qafqazdan, eləcə də Naxçıvan ərazisindən çəkilir.
Türk  qoşunlarının  getməsindən  az sonra  ermənilər  polkov­
nik  Doluxanovun  başçılığı  ilə  güclü  silahlı  dəstə  gətirirlər. 
Polkovnik  Doluxanov  Ermənistana  gələn  kimi  quberniya 
müsəlmanlarına  müraciət  edərək  bildirir  ki,  müsəlmanlarla 
dostluq münasibətləri  quracaqlar.
Doluxanovun  bu  vədlərinə  inanan  Vedibasar  rayonunun 
müsəlman  əhalisi  onu  öz  dəstəsi  ilə  Dəvəli  kəndinə  buraxır. 
Doluxanovun dəstəsində olan Artus adlı bir şəxs hərbi hissələrlə 
Vedibasar  rayonunun  Səid-Kətanlu,  Xaraba-Kətanlu,  Qadılı, 
Yuxarı  Qrabağlar,  Dəhnəz,  Ağasibəyli,  Səhrablı  kəndinin 
müsəlmanlarını qırır, vəhşicəsinə kəsib doğrayırlar.  Ermənilərin 
törətdikləri  bu  qırğının  dəhşətini  yazıya  sığışdırmaq  mümkün 
deyil.  Meydanlarda  sərilən  ölülərin,  qocaların,  qadınların, 
uşaqların  meyitlərinə  hörmətsizlik  edərək  qarınlarım  deşirlər, 
gözlərini  çıxarırlar  və  yandırırlar.  Bundan  başqa  bu  kənddə 
sığınacaq tapan yüzlərlə qaçqını  da kəsib doğramışdılar.1
Erməni  quldur  dəstələrinin  hücumları  müdafiəsiz  dinc  kən­
dliləri  qırmaq  məqsədi  güdən  fasiləsiz  müharibə  xarakteri  al­
mışdır.  Cəfərqulu  xan  Naxçıvanski  ermənilərin  bu  təcavüzləri 
haqda  yazırdı:  "Türklər  getdilər,  yenə  bizdə  müsəlman  kənd­
lərinin məhv edilməsi, heç bir günahı olmayan müsəlman  qadın 
və  uşaqlarının  döyülməsi  və  öldürülməsi  qanlı  səhnələri  təkrar 
olunmağa  başladı.  Yenə  də  İrəvan  quberniyasında  ermənilər 
tərəfindən  qəddar  ölümə  məhkum  edilmiş  on  minlərlə  müsəl­
manın ürək parçalayan  qışqırıq və nalələri  göyə yüksəldi."1 2
Ordubad  milli  komitəsinin  sədri  Hidayət  Seyidzadə  22  de­
kabr  1918-ci  ildə Azərbaycan Nazirlər Şurasının sədrinə  gön­
1.  Nax MR  DA f.  314.  s.5  a.  iş  71. v.  1-4
2.  Yenə orada, v.  2-3
21


dərdiyi  məlumat  vərəqəsində  yazırdı:  Türklərin  Qafqazdan 
gedişindən  sonra  bizim  vəziyyətimiz  əvvəlkindən  də  pis  oldu. 
Tiflis  və  Gəncəyə  gedən  yollar  bağlandı,  şəhərin ərzaqla  təmin 
olunması  dayandırıldı,  məhz buna görə də  500  nəfərdən  ibarət 
dəstəmizi  ləğv etdik,  yalnız bir rotam saxladıq.  Çatışmamazlıq 
bizim  təşkilatımızı,  ümumiyyətlə  əsaslı  şəkildə  zəiflətdi,  biz 
kimə  tabe olduğumuzu,  kimdən  göstəriş  alacağımızı  bilmədik. 
Naxçıvan  qəzasında  və  Şərurda  müsəlmanlar  belə  vəziyyətə 
düşdülər,  bəs  buna  görə  də  biz  bir  müsəlman  höküməti  Araz 
hökümətini  yaratmağı  qərara  aldıq.  Əslində  bu  hökümət 
Naxçıvan  və  Şərur  müsəlmanları  tərəfindən  yaradılmışdır  və 
bizə  də  bura  daxil  olmaq  təklif olunmuşdur.  Biz də  Gəncədən 
xəbərlərin  kəsilməsini,  həmçinin  Araz  hökümətinin  də  eyni 
istiqamətdə  hərəkət  etməsini  nəzərə  alaraq,  öz  razılığımızı 
bildirdik.  Araz höküməti  yenicə yaranıb.  Onun  hansı formaya 
düşəcəyi  məlum deyil.  Son  vaxtlar ermənilər yenə  də Zəngəzur 
qəzasına,  bizə  yəni  Şərura  və  İrəvan  qəzası  müsəlmanlarına 
qarşı  düşmənçiliyə  başlayıblar.  Onlar  bizim  kəndlərimizə 
basqınlar  edir,  camaatı  kütləvi  şəkildə  qarət  edir  və  qırırlar. 
Zəngəzur  qəzasında  20-ə  qədər  kəndin  əhalisi  öz  doğma  yer­
lərini  tərk  edib  İrana,  Qarabağa  və  bizə  qaçmaqla  xilas  olub­
lar.  Ermənilər  çalışırlar  ki,  Ararat  dövləti  Türkiyə  sərhədlə­
rindən  başlayaraq,  Şuşaya  qədər  gəlib  çatsın.  Həmin  yerlərdə 
isə  bir  nəfər  də  olsun  müsəlman  türkü  yaşamasın.
...  Andranik dəstəsilə Zəngəzur  tərəfdən hücuma hazırlaşır. 
Belə  ağır  gündə  bizim  vəziyyətimiz  barədə  düşünməyinizi, 
bizim  üçün  hərəkət  planı  tərtib  etməyinizi  xahiş  edirik.  Xahiş 
edirik  ki,  kimlə  vuruşduğumuz  bizə  izah  edilsin:  rəsmi  düş­
mənlə yoxsa  quldur dəstəsilə  J
Ermənilərin  bu  təcavüzü  ilə  bağlı  İrəvan  quberniyasının 
Vedibasar  və  Melistan  müsəlmanlarının  müvəkkili  Məhərrəm 
Əliyev  29  yanvar  1919-cu  ildə  Azərbaycan  Respublikası  Na­
zirlər  Şurasının  sədri  Fətəli  xan  Xoyskiyə  göndərdiyi  məktu­
bunda  yazırdı:  "...Yanvar  ayının  26-27-də  polkovnik  Dolu- 
xanovun  başçılığı  ilə ermənilərin  "Vanslar"  və  "Sasunlar"  ad- 1
1.  Nax.  MRDA.  f.314.  s.5.  iş.72.  v.9-11
22


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə