FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

landırdıqları  silahlı  dəstələri  Vedibasar  rayonunun  Qaraxaç, 
Qadılı,  Seyid Kətanlu,  Yuxarı Qarabağlar, Ağasibəyli, Dəhnəz 
və Sahablı kəndlərinə hücum edərək zəbt edirlər.  Ermənilər bu 
kəndlərdə  müsəlmanları  qırmamışdan  qabaq  bir  neçə  yüz  ərli 
qadınları  və  qızları əsir  alırlar.
Bu  qadınların  azad  olunması  üçün  müsəlmanlar  İrəvana 
nümayəndə  göndərirlər.  Ermənistan  hökuməti  bu  qadınları 
azad edib  öz yerlərinə qaytarmağa söz verir,  lakin verdiyi sözə 
əməl  etmir."1
Məhərrəm  Əliyev  məktubunun  axırında  Azərbaycan  hö­
kumətindən  qadınların  azad  olunması,  müsəlman  kəndlərinə 
dəyən  ziyanın  ödənilməsi
üçün  Ermənistan  hökuməti  qarşısında  yubanmadan  məsələ 
qaldırılmasını xahiş  etmişdir.
Erməni  genosidindən  xilas  olan  qaçqınlar  böyük  bir  axınla 
Ermənistandan  Araz-Türk  Respublikasına gəlirlər.  1919-cu  ilin 
yanvarında  onların  sayı  100  min  nəfərə  çatmışdır.  Ermənistan 
ərazisində 200-dən çox müsəlman kəndini dağıdıb müsəlmanları 
qılıncdan  keçirən,  yandıran  ermənilərin  zorakılıq  hərəkətləri 
azərbaycanlıları öz yurdlarını  atıb  getməyə məcbur etmişdir.
-  Ermənilərin  törətdikləri  bu cinayətlər az imiş  kimi  rus  zabit
Doluxanovun komandanlıq etdiyi erməni qoşunları  1919-cu 
ilin  yanvar  ayının  axırlarında  Ermənistandan  Şərur  qəzasına 
hücum  edirlər.  Ermənilərin  Şərur  tərəfə  hərəkəti  Araz-Türk 
Respublikasının  hökumətinə  çatan  kimi  hökumət  tərəfindən 
sərəncam  verilir  ki,  erməni  qoşunlarının  qabağı  alınsın, 
həmçinin  Şərur  qəzasının  "Qurd  Qapısı"  adlanan  yerə  erməni 
qoşunlarının  qabağını  kəsmək  üçün  Kalbalı  xan  Naxçıvan- 
skiniıı  başçılığı  ilə yerli  müdafiə  dəstələri  göndərilir.
Çox böyük qan tökülən döyüşlərdən sonra Baş-Noraşendən 
yuxarıda Zeyvə kəndində erməni daşnakları məğlub olaraq ge­
ri  çəkilirlər.  Bu  məğlubiyyətlərə  baxmayaraq  sənədlərdə  gös­
tərilir  ki,  ermənilər  1919-cu  ilin  yanvar-mart  aylarında  Nax­
çıvan,  Şərur  və  Ordubad  qəzalarına  müxtəlif  istiqamətlərdə 
hücumlar elmiş  və  böyük  qırğınlar  törətmişlər. 1
1.  Nax.  MRDA.  f.314.  s.5.  iş.71.  v.  4
23


Ermənilərin  bu  təcavüzləri  ilə  bağlı  Azərbaycan  DR-in 
Naxçıvandakı  müvəkkili  Səməd  bəy  Cəmilinski  20  mart  1919- 
cu  ildə Azərbaycan Xarici  İşlər Nazirliyinə göndərdiyi  teleqra­
mında  yazırdı:  "...Martın  19-da  ermənilərin  nizami  qoşunları 
bizim  üzərimizə  üç  tərəfdən  çox  güclü  hücuma  başlamışlar. 
Birincisi Böyük Vedi,  ikincisi Tivi kəndi və üçüncüsü Ordubad 
tərəfdən.  Xahiş  edirəm  bu  barədə  vəziyyəti  bizim  höku­
mətimizə  çatdırasınız."1
Azərbaycanın  Ermənistandakı  nümayəndəsi  Məhəmmədəli 
xan Təkinski  16 may  1919-cu ildə Azərbaycan  DR-nın  baş  na­
zirinə  göndərdiyi  teleqramında  yazır:  "Mayın  2-də  Naxçıvana 
erməni  polkları  hücum  edib.  Ona  görə  də  Ermənistana  təzyiq 
göstərmək  lazımdır.  Bizim  polklarımızın. dərhal  Ermənistan 
sərhəddində  yerləşdirilmələrini  məqsədəuyğun  hesab  edirəm. 
Naxçıvan  rayonunun  əhalisi  müqavimət  göstərməyə  hazırdır. 
Lakin  İngiltərənin  Ermənistanın  lehinə  olaraq  hadisələrə  qa­
rışmasından  ehtiyat  edir.  Mayın  2-də  Devi  Yerevandan 
Naxçıvana  yola  düşüb.  Dilicanda  natamam  tərkibli  4-cü  alay 
dayanıb.  Diplomatik  nümayəndə Təkinski."1 2
Naxçıvanı bitərəf zona elan edib Ermənistanın hakimiyyətinə 
vermək  məqsədilə  Naxçıvana  gələn  ingilis  imperialistləri  öz 
hərbi  hissələrini  Noraşen,  Şahtaxtı,  Naxçıvan,  Culfa  dəmiryol 
stansiyasında  və  Şərur-Dərələyəz  şose  yolunda  yerləşdirmişlər.
1919-cu  ilin  may  ayının  5-də  Naxçıvan  şəhərinə  gələn  ingilis 
generalı  Devi  Naxçıvan  və  Şərur  qəzalarında  yaşayan  müsəl­
manları  yığıb  mitinq  keçirir  və  bildirir  ki,  müsəlmanlar  Er­
mənistan hökumətinin  rəhbərliyinə  tabe olmalıdırlar.3
General  E.  Devinin  irəli  sürdüyü  bu  təklifin  hərtərəfli  təhli­
lindən  sonra  şəhərin  nüfuzlu  adamlarından  Hacı  Həsənli  mi­
tinqdə  çıxış  edib  demişdir:  "Mən  şəhər  əhalisi  adından  deyi­
rəm,  biz  daşnak  hakimiyyətini  qəbul  etməyib  ona  tabe  olma­
yacağıq."4
1.  Nax.  MRDA.  f.314.  s.5a.  iş.71.  v.  68
2.  Yenə orada,  iş 74,  v.  154
1. Nax.  MRDA.  f.314.  s.5a.  iş  74.  v.  154
2.  Yenə  orada.
24


Naxçıvan  ölkəsində  baş  verən  bu  hadisələrlə  bağlı  Azər­
baycan  Xarici  İşlər  Nazirliyi  Azərbaycanın  Ermənistandakı 
səlahiyyətli  nümayəndəsi  M.  Təkinskiyə  17  iyun  1919-cu  ildə 
göndərdiyi teleqramında yazırdı:  "Naxçıvan, Şərur, Vedibasar, 
Şahtaxtı  və  Ordubad  rayonlarında  mövcud  vəziyyət  barədə 
təcili  xəbər verin.  Culfa  kimin  əlindədir?"1
Məlumdur  ki,  bu  dövrdə  Azərbaycan  hökuməti  Naxçıvana 
heç bir sahədə köməklik edə bilməzdi.  Çünki yollar bağlanmış, 
əlaqələr  kəsilmişdir.  21  iyun  1919-cu  ildə  M.Təkinski  Azər­
baycan  XİN-ə  cavab  teleqramında  yazırdı:  "Naxçıvan,  Şərur, 
Vedibasar,  Şahtaxtı  rayonları  erməni  qoşunları  (ingilislərin 
köməyi  ilə-F.C.)  tərəfindən  zəbt  edilmiş  və  orada  Ermənistan 
hökuməti yaradılmışdır.  Naxçıvanın  milli şurası məndən xahiş 
edir  ki,  ittifaq  komandanlığına  çatdırım  ki,  ingilis  generalları 
Devi,  Xatisovun  vədlərinə  baxmayaraq  Ermənistan  hökuməti 
burada  yaşayan  müsəlmanları  talan  edir,  axtarış  aparırlar, 
əllərinə  nə  keçir,  silah,  mebel,  dirək,  taxta  və  başqa  şeyləri 
daşıyıb  aparırlar.  Naxçıvan  milli  şurası  xahiş  edir  ki,  ittifaq 
komandanlığı  bu  qanunsuz  hərəkətləri  dayandırsın.  Culfa  da 
ermənilərin  əlindədir.  Siz  Naxçıvan  milli  şurasının  xahişini 
yerinə yetirməyi mümkün hesab edirsinizmi? Ordubadlılar hələ 
erməniləri Ordubada buraxmamışlar..."1 2
İngilislərin  Naxçıvanda  yaratdıqları  ingilis-daşnak  hərbi 
hökuməti  əhalinin  milli  mənliyini  təhqir  edir,  bir  çox  demo­
kratik  fikirli  adamları,  hərbi  rəisləri  həbs  edərək  Alek- 
sandropola,  (indiki  Leninakan-F.C.)  və  Sevana  sürgünə 
göndərmiş  və  bir çoxunu mühakiməsiz cəzalandırmışlar.
Azərbaycanın xarici  işlər  naziri  Mir  Yusif Cəfərovun  8  iyul 
1919-cu  ildə  Ermənistanda  Azərbaycanın  səlahiyyətli  nüma­
yəndəsi  M.Təkinskiyə  göndərdiyi  teleqram  bunu  bir  daha 
sübut edir.  Həmin teleqramda yazım:  "Şərur-Naxçıvan  tərəfdə 
ermənilər  represiyaya  başlamış  və  kütləvi  surətdə  həbslər 
etmişlər.  Heç  bir  təqsiri  olmayan  görkəmli  şəxslərdən  Mirzə- 
libəy  Bəktaşovu,  Əli  Səbri  Qasımovu,  Hüseynağa Novruzovu,
1.  Nax.  MRDA.  f.314.  s.5a.  iş  74,  v.  170
2.  Nax.  MRDA.  f.314.  s.5a.  iş  74,  v.  172.
25


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə