FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə21/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

buna  nail  ola  bilmişdir.  Azərbaycan  hökuməti  ümidvardır  ki, 
Britaniya  Komandanlığı  təcavüzlərin  qarşısının  alınması  üçün 
Ermənistan  hökumətinə  lazımi  məsləhət  verəcək.  Əgər  Ermə­
nistan  hökuməti  fəal  silahlı  çıxışlarından  əl  çəkməzsə,  Azər­
baycanla-Ermənistan  arasında kəskin münaqişə baş  verəcək.
X arici İş far N aziri:  (im za)  M.  C əfərov".1
12  iyul  1919-cu  il  tarixdə  Azərbaycan  Respublikası  Xarici 
İşlər  Naziri  M.Y.Cəfərov  Ermənistan  Respublikasının  Diplo­
matik  nümayəndəsinə  göndərdiyi  etiraz  bəyanatında  isə  belə 
yazırdı:  "Azərbaycan  hökumətinin  rəsmi  və  şəxsi  məlumatın­
dan  göründüyü  kimi  erməni  qoşunları  artileriya  ilə  Böyük- 
Vedi,  Çimən-Kəndi,  Qalavaş,  Qəzalı,  eləcə  də  ətraf müsəlman 
kəndlərini  mühasirəyə  alaraq  atəşə  tutub.
Azərbaycan  Dövləti  müstəqil  Azərbaycan  elan  olunandan 
bəri  öz  siyasətində  bütün  qonşu  millətlərlə  yaranan  müna­
qişələrdə,  əsasən  də  əsrlərlə  bir yerdə yaşayan və  rus  rəhbərliyi 
tərəfindən  sıxışdırılan  müstəqillik  əldə  edən  xalqlar  arasında 
mübahisəli  ərazilərin  sərhədlənməsi  məsələlərini  sülh  yolu  ilə 
həll  etməyə üstünlük verib.
Qafqaz  xalqlarının  müstəqilliyi  məsələsində  Azərbaycan 
hökuməti  həmişə  ədalətin  tərəfində  olub,  çünki  düşünüb  ki, 
sərhədlərin  daha  dəqiq  çəkilməsi  zamanı  yaranan  problemləri 
sülh yolu ilə,  qan  tökmədən,  bütün  tərəfləri qane edəcək  arbit­
raj  vasitəsi  və  ya  Sülh  Konfranslarında həll  etmək  olar.
Təəssüf ki  Ermənistan  hökuməti  Azərbaycan  hökumətinin 
bu xəttini dəstəkləmir və yerli əhalinin heç bir günahı  olmadan 
onlara  qarşı  cəza  ekspedisiyaları  göndərir,  hansı  ki,  bununla 
bütün  əhalinin  istəyini  pozmaq istəyir.
Bu  cür  göndərişlər  erməni  və  müsəlman  əhalisi  arasında 
qonşuluq  münasibətləri  poza  bilən  narazılıqlar  və  arzuolun­
maz nəticələr yaratmaya  bilməzdi.
Bütün  baş  verənlərin  və  verəcəklərin  məsuliyyətini  Ermənis­
tan hökümətinin üzərinə qoyaraq erməni qoşunlarının  adı çəki­
lən  kəndlərinmüsəlman əhalisinə qarşı fəaliyyətlərinə  qəti etira-
1.  N a x .  M R D A .  f .3 1 4 .  siy.  5 a .  iş .7 4 .  vər.  192.
62


zımı  bildirirəm  və erməni  qoşunlarının ümumiyyətlə müsəlman­
lara  qarşı,  əsasən  də  Vedibasar və  Milistan  rayonlarının  müsəl­
manlarına qarşı fəaliyyətini  dərhal  dayandırmaq üçün  hökumə­
tinizin qəti tədbirlər görməsi üçün əlinizdən gələni etməyi Sizdən 
xahiş  edirəm.
X arici İşlər Naziri.
D əftərxana miidiri.
12  iyul  1919-cu  il.  Bu  bəyannamənin  surəti  məlumat  üçün 
göndərilsin:
1.  2049 №-si  ilə  Bakıdakı  İngilis qüvvələri  Komandanına.
2. Diplomatik  nümayəndələrə:
a)  2050  №-si  ilə Gürcüstan.
b)  2051- №-si  ilə  Ermənistan1'.1
Azərbaycan  Respublikasının  Gürcüstan  Respublikasındakı 
Diplomatik  nümayəndəsinin  müavini  30  oktyabr  1919-cu  il  ta­
rixdə Azərbaycan Xarici İşlər Nazirinə belə bir məktub göndərir:
"Oktyabrın  28-də  Böyük  Britaniya  hökumətinin  nümayən­
dəsi cənab Uordlopp məni yanına dəvət etdi və Zəngəzurda qan­
lı toqquşmalar  ola biləcəyinə dair məlumat aldığını  bildirdi.
0 ,  hökumətə çatdırmağımı xahiş  etdi  ki,  Sülh Konfransının 
Zaqafqaziya  Respublikaları  barəsində  məsələnin  həllinin  asta­
nasında sakitliyin  pozulması  bizim əleyhimizə ən arzuolunmaz 
şəkildə hesaba  alınacaq.
Mən cənab Uordloppun nəzərinə çatdırdım ki, hökumətimizin 
aldığı məlumatlara görə Ermənistan hökuməti üsyan təşkil etmək 
üçün  Zəngəzura  əsgərlər,  pulemyotlar  və  digər  hərbi  sursatlar 
göndərir.  Bu haqda öyrənən hökumətimiz orada baş verə biləcək 
toqquşmaların qarşısını almaq üçün tədbirlər görməli idi.
Həmçinin mən əmin olduğumu bildirdim ki, hökumətimizin 
gördüyü  tədbirlər  nəticəsində sakitlik  pozulmayacaq.
Bunları  nəzərinizə  çatdıraraq  xahiş  edirəm  Uordloppa  bil­
dirmək  üçün  məni  Zəngəzurdakı  vəziyyət  haqqında  məlumat­
landırasınız.  Bu  məsələ  barəsində  az  məlumatım  olduğundan, 
Zəngəzurda yaranmış münasibətləri tam aydın təsəvvür edə bil-
1.  Azərbaycan  bölgələrində erməni  şorunu.  (1918-1920).  Ankara  2001. 
səh.  550-551.
63


mədim".1
Bu yazışmalara baxmayaraq  Britaniya Komandanlığı  heç bir 
köməklik  göstərmir, üstəlik  erməni quldurlarmı  müdafiə  edir.
Zəngəzurda ermənilərin  vəhşilikləri  ilə  bağlı Azərbaycan  Res­
publikasının  Cənub-Qərbi  Azərbaycanın  General-Qubernatoru 
10  yanvar  1920-ci  ildə  Sülh  Konfırensiyasmın  Sədri  Əlahəzrət 
Amerika  polkovniki  cənab  Şelliyə göndərdiyi  məktubda  yazırdı: 
"Bu  surətə əlavə olunan  Ordubad  mahalı  rəisinin  məlumatından 
görünür  ki,  Zəngəzur  mahalının  erməniləri  yenə  də  onların 
arasında və ya  qonşuluqlarında yaşayan köməksiz müsəlmanları 
məhv etmək işləri üzrə öz vəhşiliklərini davam etdirirlər.
Bu  qeyri-insani  münasibətlərin  və  qırğın  nəticəsində  həmin 
dağıdılmış  kəndlərin  qaçqınları  Naxçıvan  rayonuna  gedirlər. 
Onlar  gördükləri  bütün  qırğınları  və  digər  vəhşilikləri  danı­
şaraq  ümumi  atmosferi  gərginləşdirir  və  yerli  müsəlmanları 
həyəcanlandırırlar.
Bu  məlumata  həmçinin  Zəngəzur  mahalının  komissarının 
ultimatumunun  surətini  də  əlavə  edirəm.  Xahiş  edirəm  Əla­
həzrət  Haskelin  qarşısında  ermənilərin  deyilən  vəhşi  hərəkət­
lərinə  qarşı  tədbirlər  görülsün.  Əks  halda  bu  hərəkətlər  həm 
bizim, həm də  onlar üçün faciəli  nəticə verərək,  hər iki millətin 
daimi  düşmənçiliyinə səbəb  olar.
Cənub-Q ərbi Azərbaycanın general-qubernatoru: /inıza/.
D əftərxana rəisi D.  M am edov".1 2
Erməni  millətçilərinin  azərbaycanlılara  qarşı  Zəngəzur  qə- 
zasındakı  vəhşilikləri  1920-ci  ilin  əvvəllərində  özünün  kulmi­
nasiya  nöqtəsinə çatır.
Təkcə  1920-ci  ilin  yanvarın  19-dan  25-nə  kimi  Zəngəzur  qə­
zasında  ermənilər  tərəfindən  51  müsəlman  kəndi  yandırılıb  da­
ğıdılmışdır.  Bunlar Əliqulu-Uşağı,  Məlik-Əhmədli,  Balakəsənli, 
Şahverdilər,  Eyvazlar,  Kök-qala,  Məzrə,  Novlu,  Şamsuz, 
Kürtkalağ,  Ain,  Mistan,  Çildir,  Zor,  Saldaş,  Seytas,  Dağbaşı,
1.  Azərbaycan  bölgələrində  erməni  soruııu.  (1918-1920).  Ankara  2001. 
səh.  592-593.
2.  Nax.  MR  DA.  f.  314, siy.5a.  iş.  12.  vər.  5.
64


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə