FəXRƏDDİn eylazov amea naxçıvan Bölməsi



Yüklə 371,05 Kb.
Pdf görüntüsü
tarix07.08.2018
ölçüsü371,05 Kb.
#61025


İNCƏSƏNƏT, DİL VƏ ƏDƏBİYYAT İNSTİTIİTL7 AXTARIŞLAR/ 2017,  .\s 3 

ИНСТИТУТ ИСКУССТВА, ЯЗЫКА И ЛИТЕР АТУ РА/  ПОИСКИ/ 2017,  ЛУ 3 



İNSTITIITE OF ART. LANGUAGE AND HTERATUREl RESEARCHES/ 2017.  Kt 3

FƏXRƏDDİN  EYLAZOV

AMEA Naxçıvan Bölməsi 

eylazov.f@gmail.com

NAXÇIVAN TÜRK -  İSLAM MƏDƏNİYYƏTİ ABİDƏLƏRİNDƏ  İŞLƏNMİŞ 

BƏZİ XƏTT NÖVLƏRİ HAQQINDA QEYDLƏR

Ərəb  dili  və  yazısının,  bununla  birlikdə  islam  mədəniyyətinin  Azərbaycan  xalqının  həyatına, 

məişətinə  güclü  surətdə  daxil  olması  digər  sahələrdə  olduğu  kimi  memarlıq  və  qəbirüstü  abidələr 

üzərində  də  yazılan  kitabələr  ərəb  dilində  ərəb  əlifbası  ilə  həkk  olunmağa  başladı.  Bunun  ən  bariz 

nümunəsini  XII  yüzillikdə  Naxçıvan  şəhərində  Əcəmi  Əbubəkr  oğlu  Naxçıvani  tərəfindən  inşa  edilən 

abidələri  və  onlarda  istifadə  olunan xətt  növlərini  qeyd  etmək  olar.  Məqalədə Naxçıvanda  turk  -   islam 

mədəniyyət  abidələrində işlənmiş xətt növləri və onlar haqqıda bəzi məlumatlar öz əksini tapmışdır.

Açar sözlər: Xətt növləri, Naxçıvan,  Əcəmi Naxçıvani

Şərqin mühüm mədəniyyət mərkəzlərindən biri olan Azərbaycan və onun ayrılmaz 

tırkib  hissəsi  Naxçıvan  ərazisi  qədim  və  orta  əsrlər  zamanı  yaradılmış  memarlıq 

abidələri  ilə  zəngindir.  VII  yüzilliyin  ortalarından  başlayaraq  islamlaşan  Azərbaycanda 

memarlıq  abidələri  özündə  yerli  türk  ənənələrini  saxlamaqla  bərabər  həm  də  islami 

xarakter  daşımağa  başladı.  İslam  mədəniyyəti  tarixində  xüsusi  yer  tutan  Azərbaycan 

xalqı  və  bu  xalqın  içərisindən  çıxan  mütəfəkkirlər  Xilafətin  sərhədləri  daxilində 

“Müsəlman  intibahı”  adlanan  mədəni  oyanışın  baş  verməsində  yaxından  iştirak 

etmişlər.  Həmin  vaxt  müsəlman  dünyasında  yetişən  Əhməd  əl-Bərdəyi,  Əbdüləziz  əl -  

Bərdəyi,  Məhəmməd  ibn  Həsən  Naxçıvani,  Nizami  Gəncəvi,  Əcəmi  Naxçıvani  və 

başqalarını göstərmək olar.

Orta  əsr  Azərbaycan  memarhğmm  inkişafında dərin  və  silinməz  izlər  buraxmış 

Əcəmi  Əbubəkr  oğlu  Naxçıvani  Naxçıvan  memarlıq  məktəbinin  banisi kimi  Naxçıvan 

ərazisində və qonşu ölkələrdə özündən sonrakı memarların fəaliyyətinə də həlledici təsir 

göstərmişdir.  Ərəb dili  və yazısının,  bununla birlikdə islam mədəniyyətinin  /Azərbaycan 

xalqınm  həyatına,  məişətinə  güclü  surətdə  daxil  olması  digər  sahələrdə  olduğu  kimi, 

memarlıq  abidələrinin  üzərinə  həkk  olunmağa  başladı.  Bunun  ən  bariz  nümunəsini XII 

yüzillikdə  Naxçıvan  şəhərində  Əcəmi  Əbubəkr  oğlu  Naxçıvani  tərəfindən  inşa  edilən 

abidələri və onlarda istifadə olunan xətt növlərini qeyd etmək olar.

XII  əsrdə  yaradılmış  həmin  abidələr  əsrləri  aşaraq  Əcəmi  dühasının  cazibədar 

qüvvəsini  bu  gün  də  bizə  nümayiş  etdirir,  yüksək  estetik  zövq  verir,  müəllifinin  bədii 

irsinin  həqiqətən  ölməz  sənət  əsərləri  sırasına  daxil  olduğuna  şəhadət  edirlər.  Bu 

yenidən canlanan memarlıq irsi. Əcəmi Naxçıvaninin o  dövrdə - XII əsrdə işinə təsadüf

edilməyən bir memar olduğunu deməyə əsas verir. Əcəmi bizə məlum olan şah əsərlərin

203



nıüəllii'i  kimi,  yüksək  fərdi  yaradıcılıq  siması  olan,  nəhəng  bir  sənətkardır.  .Memarlıq 

tarixində  yaşadığı  dövrdə  adı  onunla  yanaşı  çəkilən  ikinci  bir  memar  hələ  məlum 

deyildir.

Əcəmi  Əbubəkr  oğlu  Naxçıvaninin  həyal  və  yaradıcılığı  tədqiqatçılar  tərlindən 

geniş  incələnmiş  və  onun  yaradıcılığının  müxtəlif  cəhətləri  işıqlandırılmışdır.  Əcəmi 

Əbubəkr  oğlu  Naxçıvaninin  memaıiıqənənələri  təkcə  qədim  mədəniyyət  mərkə/i  olan 

Naxçıvanda  deyil,  bəlkə  Yaxın  Şərqin  tarixində  və  mədəni  inkişafında  mühüm  yer 

tutan,  ö/ünə  məxsus  izlər  qoyan  bir  məktəb  olmuşdur.  Belə  ki.  Naxçıva  və  ona  yaxın 

ərazilərdə  tikilən  bəzi  abidələrdə  Əcəmiyə  xas  olan  xəttatlıq  üsullarının  bu  və  ya  başqa 

şəkildə  təzahürü  vardır.  Azərbaycanda bu  təsir  şimalda Bərdəyə.  Cənubda isə Həmədan 

və  /əncana  qədər  bir  əraziyə  yayılmışdır.  Özlərini  kitabələrdə  ■‘Naxçıvani"  adlandıran 

sənətkarlar  XIV  əsrə  qədər  onun  banisi  olduğu  məktəbin  üslub  xüsusiyyətlərini  davara 

etdirmişlər.  Bu  cəhətdən  Marağa.  Qarabağlar.  Bərdə,  Salmas,  Xoy,  Urmiya  abidələrini 

yada  salmaq  kifayətdir  (1.  s.  .12).  Əcəmi  məktəbində  istilada  olunan  xətt  növlərindən 

biri onun  əsərlərində daha dolğun  şəkildə  müşahidə olunan kufi  xəttidir.  Möminə Xatun 

məqbərəsi.  Yusif  Kuseyir  oğlu  türbəsi  üzərində  müşahidə  olunan  xətt  növləri  xüsus  ilə 

Möminə Xatun türbəsi üzərindəki kitabələr kufi xəttinin dörd növünü  əhatə etməkdədir.

Qədim  kufi  xətti  ilə  meydana  gələn  xəttatlıq  sənəti  əsrlər  boyu  müxtəlif 

mərhələlər  keçərək  özünün  ən  yüksək  zirvəsinə  gəlib  çatmışdır.  Xəttatlıq  Şərqdə,  o 

cümlədən  Azərbaycanda  orta  əsrlərdə  meydana  gəlmişdir.  Xəttatlığın  sənət  kimi 

formalaşması  isə  X-XII  əsrlərə  təsadüf  edir.  İlk  dövrlərdə  klassik  6  xətt  növü 

yaranmışdır  (süls,  nəsx,  mühəqqəq.  reyhani,  tuqi.  rüqə).  Bunlardan  “süls”  adlanan  xətt 

növü  X  əsrdə ərəb  xəttatı  Əbu  Əli  Məhəmməd  ibn  Muğlə,  mühəqqəq  və  reyhani  xətləri 

XI  əsrdə  bədii  xətt  ustası  İbn  əl-Bəvvab,  tuqi  və  ruqə  xətləri  isə  XIII  əsr ərəb  xəttatı  və 

şairi  Əbülfəz Dinəvəri tərəfindən yaradılmışdır (2. s.  82).

Kufi  xətti.  Miladın  VII  əsrində  ilk  dəfə  olaraq  Hirə  və  Yəməndə  meydana  gəlir 

və  sonralar  ərəblərlə  yanaşı,  digər  xalqlar  tərəfindən  də  geniş  şəkildə  istifadə  olunmağa 

başlanır.  İraqın  indiki  Kufə  şəhərində  də  bu  xətt  yayılmağa  başlayır.  Bu  səbəbdən  də 

sonralar  bu  xətt  Kufi  adlandırılır.  Əsasən  düz.  və  sınıq  cizgilərdən  ibarət  olan  kufi  xətti 

əvvəllər  nöqtəsiz  yazılsa  da.  sonralar  daha  da 

.  .  ...

təkmilləşdirilmişdir. 

əsrədək 


həm 

^  ■


 

epiqrafikada.  həm  də  paleoqrafıyada  geniş 

tətbiq  olunurdu.  Kufi  xəttinin  özlüyündə  dörd 

əsas  növü  vardır:  kufi  nəsx.  kufi  sııls.  kufi 

həndəsi və kufi  şikəstə.  İlk  Quran  nüsxələri də 

’ 

Q T 



məhz kuli  xətti  ilə yazılmışdır (3.  s.  280). 

v  g  )


Qeyd  olunduğu  kimi.  Əcəmi  xəttatlıq 

' /  


e  ; 

məktəbinin  özündən  sonra  qoyub  getdiyi 

 

abidələrdə  bu  xətt  növləri  daha  çox  müşahidə 



-  

.o i


olunur.  Bunun  bariz  nümunəsini  Möminə 

,

Xatun  məqbərəsinin  giriş  qapısında  daha 



dəqiq  izləmək  mümkündür.

Şəkil 1.

Nə.sx xətti.  XII  əsrdən etibarən ktıfi xətti  təkmilləşdikdən sonra ibn  Muğlə  Şirazi 

nəsx  xəttini  ixtira  edir  və  bu  ad  ona  özündən  əvvəlki  xətti,  yəni  kufi  xəttini  aradan 

çıxardığı  üçün  verilmişdir.  Digər  xətlərlə  müqayisədə  nə.sx  xətti  özünün  sadəliyi,  rahat 

oxunuşu  və  asan  yazılışı  ilə  diqqəti  daha  çox  cəlb  edir.  Kufi  xəttinin  yerini  tutan  nəsx

204



xəlli  meydana  gəldiyi  ilk  gündən  Quran,  bədii  və  elmi  kitabların  ya/ıhşm da,  ü/ünün 

köçürülməsində  və dəllərxana  işlərində  geniş  şəkildə  isiii'adə olunm ağa  başlanır.

Hal-hazırda  İslam  ölkələrində  bu  xəttin  iki  növündən  istifadə  olunur.  Onlardan 

biri  yaquii  nəsx.  digəri  isə  İrani  nəsxidir.  Yaquti  nəsxi  -   Yaqut  Müstəsəm  tərəfindən 

ixtira  olunmuş  və  təkmilləşdirilmişdir.  İrani  nəsx  növü  i.sə  Səfəvilərin  hakimiyyəti 

dövı ündə məşhur xəttat Əhməd Neyrizi  tərəfindən ixtira olunmuşdur 

s.  283).

Mədəniyyətlər  beşeyi  olan  Naxçıvan  MR  ərazisindəki  daş  kitabələrdə  və  yaxud 

əlyazmalarda nəsx xəttinə daha çox  rast  gəlmək olur (4, s.  83).



Suls  xətti.  I.üğəvi  mənası  üçdə  bir  deməkdir.  Ərəb  əlillıasında  yazılan  klassik 

xətt  növlərindən  olan  süls  xətti  X  əsrdə  məşhur  ərəb  xəttatı  Əbu  Əli  Məhəmməd  ibn 

Muğlə tərəfindən  ixtira olmuşdur.  Bu  xətt  növündə hərilərin  üçdə  bir hissəsi  əyri,  qalan 

hissəsi  isə düz cizgidə yazılır ki,  bu da sözlərin  bir-birinə toxunaraq  yazılmasına  imkan 

verir.  Süls  xətti  özünəməxsus  gözəlliyə  malik  olduğu  üçün  xətt  ustadları  onu  ‘‘ummul- 

xutut’",  yəni  “xətlərin anası” adlandırmışlar.  Qədim  xəttatlar  belə  hesab elmişlər ki,  süls 

xətti  ilə  yaza  bilən  bir  şəxs  çox  asanlıqla ruqə.  tərli,  mü.səlsəl  və  nəsx kimi  xətlərlə də 

yaza  bilər.  Çünki,  süls  xətti  daha  çox  xətlərə  mükəmməl  yiyələnməyi,  möhkəm  əl  və 

məharət tələb cdii' (3,  s.  282).

Şəkil 3.

Şikəstə  xətti.  Şikəstə  sözünün  mənası  (sınıq)  deməkdir.  Xll  əsrdə  "nəsx”  xətti 

əsasında  yaradılan  şikəstə xətli  əsasən  sınıq  xətlərdən  ibarət  olduğuna görə ona  belə  bir 

ad  verilmişdir.  Divani  xəttində  olduğu  kimi  şikəstə  xətt  növündə  də  ikişəkilli  hərflər 

(əlif,  ra,  vav  və dal)  kimi  hərilər  özündən  sonrakı  hərflərə də  birləşdirilir.  Digər  xətlərlə 

müqayisədə  şikəstə  xəlli  ilə  daha  tez  yazmaq  mümkün  olduğundan  bu  xəttə  daha  çox 

rast  gəlmək  olur.

Herat  hakimi  Muriuzaqulu  xan  tərəfindən sistemə  salınan  şikəstə  xətti  meydana 

gəldiyi  dövrdən  etibarən  xəttatların  diqqətini  cəlb  etmişdir,  firdovsi.  Sədi  Şirazi. 

Mövlana,  Nizami  Gəncəvi  və  sair klassiklərin  əsərləri  ilk  dəfə olaraq  bu  xətlə  yazılaraq 

vahid məcmuə halına salınmışdır (3.  s.  281).

Naxçıvan 

Dövlət 

Tarix 


muzeyində 

NIM


  ~ 

KH

 -  



8 19

saxlanılan 



IIM ^ 31 

j^ş  kitabədə  verilən 

mətn nümunəsi  şikəstə xətt  növünə aiddir.

Şəkil 4.


Nəstəliq  xətti:  XIV  əsrin  sonlarında

məşhur  xəttat  Mir  Əli  Təbrizi  tərəfindən  nəsx  və 

ləliq 

xətlərinin 



əlaqələndirilməsi 

nəticəsində 

yaradılan  nəstəliq  xətli  XV-XVI  əsrlərdə  Yaxın 

Şərqdə,  Azərbaycanda  və  Naxçıvanda  geniş 

yayılmış  və  əsasən  əlyazma  kitablarının  üzünün 

köçürülməsində 

məktub 

və 


sənədlərin

yazılmasında  geniş  tətbiq  olunmuşdur.  Sonralar  daha  geniş  yayılan  nəstəliq  xəlli

205



gümüşdən, 

bürüncdən, 

saxssdan 

lıa/ııianan 

qabların 

və 


bə/ək 

əşyalarının 

bə/ədilməsində  daha  çox  islüadə  edilmişdir.  ЛМНЛ  .Naxçıvan  Bölməsinin  Əlya/malar 

l'ondunda  saxlanılan  əlya/malarda  və  Naxçıvan  Dövləl  Tarix  Muzeyində  mühafi/ə 



NIM -- КП  700

olunan 


U M -  63 

şilVəli  1  ədəd kəşkülün  üzərində həkk  olunan  xəll  nümunələri 

nəsləiiq  xəUinə aiddir (5,  s.  100).

f '

' V


€/:

4

#



Ş ə k il  5.

Naxçıvan  ərazisində  indiyədək  qalan  müsəlman epiqral'ikası  abidələri  ləsdiq  edir 

ki.  XVIl-XVIII  əsrlərdə  kitabələrin  ya/.ılmasmda  bu  xətdən  daha  geniş  şəkildə  istifadə 

olunmuşdur.

Tədqiqatlarımız  göstərir  ki.  orta  əsrlərdə  Naxçıvan  ərazisində  yazı  vasitəsi  kimi 

ərəb  qrafikasına  məxsus  müxtəlif  xətlərdən  geniş  istifadə  olunmuşdur.  Yəqin  ki, 

tədqiqatçılar gələcəkdə  bu  məsələyə diqqət  yetirəcək  və  həmin  sahədə  geniş  tədqiqatlar 

aparacaqlar.



ƏDƏBİYYAT

1.  Salamzadə Ə.  Əcəmi Əbubokir oğlu vo .Naxçıvan  memarlıq  abidələri.  Itakı:  İşıq.  1976.  82  s.

2.  ,-\SB .  X cild.Bakı;  .A/ərbaycaiı  Dövləl nəşriyyatı,  1987, 608 s.

.2.  Türk dünyası  cl  kilabi  II  cild.  Лпкш'а 'l'ürk  Kültürünü Araşdırma  İnislitn,  1992,  ,s36  s.

4,So(brli  1-.  (.Ma osrbrdə Naxçıvanın  sosial-siyasi  hoyaimda dini morkozlərin  rolu.  Bakı  :  Him.  200?.  392

s,

,5.  НейматМ.С.  Корпус  эпиграфичсски.х  памятников.  Азербайджана.  Т.  ЫЫЫ,  Арабо-псрсо-тюрко 



язычные  надписи  На.хчыванской  Автономной  Р естб л и ки   (ХЫЫ-начала  XX  века)  - Б:  ХХЫ-  Yeni 

NoşrlorHvı.  2001.  216 s,



РЕЗЮМЕ

Фахраиин ЭЙЛАЗОВ

ЗАМЕТКИ О НЕКОТРЫХ ВИДАХ ШРИФТОВ.  ИСПОЛЬЗОВАВШИХСЯ  НА 

ПАМЯТНИКАХ ТЮРКСКО-ИСЛАМСКОЙ  КУЛЬТУРЫ  НАХЧЫВАНА

.Азербайджан  и  Нахчыванский  край  как  его  нсотъсмлс.мая  часть,  являясь  одним  из  важных 

К) льтурных  центров  Востока,  богаты  памятниками  архитектзры,  стланны ми  в древние  и  средние- 

века.  В  .Азербайджане,  исламизировавшсмся  с  середины  VII  века,  па.мятники  постепенно 

приобретают  некоторые  особенности  исламской  архитект\ры,  в  то  же  вре.мя  продолжая  отражать 

местные  тюркские  традиции.  Азербайджанский  народ  и  вышедшие  из  него  мыслители  занн.мают 

особое  место  в  культурной  истории  Ис.лама.  они  активно  участвовали  в  процессе  культурного 

обнов.ления.  которое  в границах Халифата  получило  на шанис  «Мусу льманского  во зрождения». 



K.iiOMCiii.ie с,лова:  типы линий.  Нахчыван.  Аджеми Нахчывани

SCMMARY

Eakhraddiin EY LAZO V

NOTES ON  SOME EONT  KINDS  USED ON  MONUMENTS OF  l URKISH-ISL AMIC

CULTURE  IN  NAKHCHIVAN

Azerbaijan  and Nakhchivan  as  an  iiUetiral  pari  ol' ii  arc  one оГ the  imporlanl  cultural  centers  of the 

Hast,  and  are  rich  in  architecture  monuments  created  in  the  ancient  and  Middle  .Ages.  Islamization  in 

.Azerbaijan  began  since  the  middle  of  the  7ih  century;  afterwards  aixiiilectural  monuments  gradually 

acquired  certain  features  of Islamic  architecture,  and  at  the  same  time  local  d'urkic  Iradilioris  remained. 

The  .Azerbaijani  people  and  tliinkers  of  the  .Azerbaijani  origin  occupy  a  special  place  in  the  cultural 

history of Islam,  they actively participated in  the process  of cultural  renewal,  which  within  the  borders of 

the (Ailiphate was called also the “Muslim  Renaissance".



Key words:  line  types.  Nakhchivan,  .A|ami  Nakhchiiani

206

Yüklə 371,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə