Fidan Əbdürrəhimli ✵ İnsan hüquqları kontekstində



Yüklə 115,53 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü115,53 Kb.
#27748


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

35 

 

 



Fidan Əbdürrəhimli



 



İnsan hüquqları kontekstində  

işgəncəyə məruz qalmamaq hüququ 

Annotasiya 

Məqalədə işgəncənin hüquq doktrinasında, eləcə də milli və beynəlxalq hüquqi 

sənədlərdə  verilmiş  anlayışları,  mütləq  insan  hüququ  olan  işgəncəyə  məruz 

qalmamaq  hüququnun  müxtəlif  regional,  beynəlxalq  və  milli  hüquqi  aktlarda 

təsviri qeyd olunmuşdur. Bundan başqa, hansı hərəkət və halların işgəncə hesab 

olunması,  qəddar  rəftarın  anlayışı  barədə  məlumat  verilmişdir.  Həmçinin, 

işgəncə hallarının qarşısının alınması üçün mövcud beynəlxalq və milli müdafiə 

mexanizmlərinin fəaliyyət prinsiplərinə toxunulmuş, sonda AİHM-də işgəncə və 

qəddar  rəftarla  bağlı  verilmiş  şikayətlər  və  çıxarılmış  qərarlardan  nümunələr 

gətirilmişdir. 

Summary 

The  article  is  dedicated  to  the  definition  of  torture,  the  reflection  of  the 

prohibition  of  torture  as  fundamental  human  rights  in  national  and 

international legal documents. Beside to that, there is given the definition of the 

degrading  treatment  and  criteria  for  actions  and  conditions  constituting  the 

torture.  The  international  and  national  human  rights  protection  mechanisms 

with regard to prevention of torture, and petitions addressed to and decisions 

made by ECHR on torture and cruel treatment is included to the content of the 

article. 

 

nsan  hüquqları  fenomeninə  müxtəlif  hüquq  nəzəriyyələrində  fərqli 

anlayışlar verilmişdir. Təbii insan hüquqları nəzəriyyəsinə görə hüquq 

ilahi iradənin ifadəsidir və insanlara Allah tərəfindən, məhz, sadəcə insan 

olduqları  üçün  verilmişdir.  Bu  hüquqlara  azadlıq,  mülkiyyət,  yaşamaq, 

bərabərlik və s. aiddir. Təbii hüquq nəzəriyyəsinin məşhur nümayəndələrindən 

olan Con Lokka görə, təbii hüquqlar insanlarla birgə doğulduqlarından onlardan 

ayrılmazdır, heç kəs, heç vaxt, heç yerdə bu hüquqları  poza bilməz.  Həmçinin, 

Lokk insanın təbii hüquqlarını yaşamaq, azadlıq və mülkiyyət hüquqları olaraq 

üç yerə ayırmışdır.

1

 Təbii insan hüquqlarının əsas müddəaları insan hüquqları-



nın  mütərəqqi  mənbələrindən  sayılan  ABŞ  1776-cı  il  “İstiqlaliyyət 

Bəyannaməsi”ndə, Fransa Burjua İnqilabının dövrünə görə möhtəşəm nəticəsi 

olan “İnsan və vətəndaş hüquqları haqqında Bəyannamə”də öz əksini tapmışdır. 

İstiqlaliyyət Bəyannaməsində deyilir: Biz bu həqiqətləri aşkar bilirik ki, insanlar 

bərabər  yaradılıblar  və  onlara  Tanrı  tərəfindən  müəyyən  ayrılmaz  hüquqlar 

verilmişdir və bunların sırasına yaşamaq, azadlıq, xoşbəxtliyə can atma hüququ 

da  daxildir.  Belə  hüquqların  təmin  edilməsi  üçün  insanlar  ədalətli,  idarə 

olunanların razılığına güvənən hökumət qurur, odur ki, hər hansı dövlət həmin 

hüquqları  pozarsa,  xalqın  onu  dəyişməyə,  ləğv  etməyə,  əvəzində  isə  həmin 

prinsiplərə  dayanan,  insanların  əmin-amanlığına  və  güzəranına  daha  yüksək 

                                                            

Bakı Dövlət Universiteti Hüquq fakültəsi, IV kurs, 1406-cı qrup tələbəsi 



1

 Əmir Əliyev. İnsan hüquqlarının beynəlxalq hüquqi müdafiəsi, s. 58 (Bakı 2009) 

 

    İ 



Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

36 

 

təminat verən yeni quruluş yaratmağa haqqı vardır.



2

   


XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində  yaranan    pozitiv  hüquq 

nəzəriyyəsinə  görə  isə,  hüquq  tamamilə  dövlətin  iradəsi  və  əmr  və 

göstərişlərindən  ibarətdir.  Buna  görə  də  insanlar  heç    bir  təbii  hüquqa  malik 

deyillər. İnsan yalnız qanunla müəyyən olunan və qanunvericilik aktlarında öz 

əksini tapan hüquqlara malikdir – insan hüquqları qanundan kənar ola bilməz. 

Buradan  belə  nəticəyə  gəlinir  ki,  insan  hüquqları  onların  qabiliyyəti,  mənşəyi, 

şəxsiyyəti  ilə  bağlı  deyil,  yalnız  dövlətin  qanunları  ilə  əlaqədardır.  İnsan 

hüquqlarının içərisində mütləq hüquqlar, yəni dövlətin heç bir halda geri çəkilə 

bilməyəcəyi hüquqlar fərqləndirilir. Mütləq hüquqlara dörd hüquq aid edilir: 1) 

yaşamaq  hüququ,  2)  işgəncələrə  məruz  qalmamaq  hüququ,  3)  köləlikdə  və  asılı 

vəziyyətdə  saxlanılmamaq  hüququ  və  nəhayət,  4)  qanunsuz  cəzaya  məruz 

qalmamaq hüququ. Bu hüquqların təmin edilməsindən dövlət heç bir halda, yəni 

fövqəladə vəziyyət, hərbi vəziyyət, dövlətdaxili qeyri-sabitlik, müharibə şəraiti 

və təhlükəsi və s. hallarda boyun qaçıra  bilməz. Bu məqalədə yuxarıda göstərilən 

mütləq hüquqlardan ikincisi, yəni işgəncələrə və digər qəddar, qeyri-insani və ya 

insan  ləyaqətini  alçaldan  rəftar  və  cəzaya  məruz  qalmamaq  hüququ  haqqında 

beynəlxalq  hüquqda  və  milli  qanunverici-liyimizdəki  normalara,  Avropa  İnsan 

Hüquqları Məhkəməsinin bir neçə qərarına nəzər salınacaq.  

Ümumiyyətlə,  dilimizdə  istifadə  olunan  “işgəncə”  sözü  əsli  etibarilə 

farscada  olan  “şikəncə”  sözündən  olub,  Azərbaycan  türkcəsinə  “işgəncə” 

formasında  keçmişdir. İşgəncə əziyyət etmək, əzab vermək, iztirab vermək kimi 

mənalar daşıyır. İşgəncə ərəbcədə “əzab” qavramını ifadə edir. İşgəncənin tarixi 

kifayət  qədər  qədimdir.  Cəmiyyətin  inkişafı  mürəkkəb  xarakter  aldıqca, 

işgəncənin  də  formaları  “təkmilləşdirilmişdir”  və  normal  insan  ağlına 

gəlməyəcək  qədər  dəhşətli  növləri  tətbiq  olunmuşdur.  İşgəncə  dindirmənin 

üsulu  kimi  yeni  yaranmış  fenomen  deyil.  İlk  yazılı  qanunlardan  bəri 

subyektlərdən  məlumatların  alınması  üçün  istifadə  olunmuşdur.  İşgəncələr 

keçmişdə müxtəlif vaxtlarda Avropada həyata keçirilmişdir.

3

 Kilsə qanunlarının 



işgəncə  tətbiqini  nəzərdə  tutan  normaları,  inkvizisiya  məhkəmələri, 

tükürpərdiciliyinə  görə  öndə  gedən  Çin  işgəncələri,  1936-38-ci  illərdə  Sovet 

Sosialist  Respublikalar  İttifaqının “qara  siyahısına”  düşən  şəxslərə etdikləri  və 

nasist alman faşizmi və Qarabağ müharibəsində ermənilərin həmvətənlərimizə 

qaşı törətdikləri qeyri-insani davranışlar və vəhşiliklər yaddaşımızdadır.  

İşgəncə  insan  hüquqlarının  ciddi  zorakı  pozuntusudur  və  beynəlxalq 

hüquqla  qəti  şəkildə  qadağan  olunur.  İşgəncənin  qadağan  olunması  çox  sayda 

beynəlxalq sənədlərdə və humanitar sazişlərdə öz əksini tapmışdır. O, həmçinin, 

beynəlxalq  ümumi  hüququn  prinsipi  kimi  də  çıxış  edir  və  “jus  cogens”  olaraq 

dövlətlərin  işgəncəni  qadağan  edən  sənədləri  ratifikasiya  edib-etməməsindən 

asılı  olmayaraq  üzərinə  öhdəlik  qoyur.  İşgəncə  BMT-nin  insan  hüquqlarının 

standartlarının  formalaşdırılmasının  inkişaf  prosesində    ilk  əlaqəli  işlərindən 

biri olmuşdur. 1948-ci il 10  dekabr tarixli ÜİHB-in 5-ci maddəsində göstərilir:  

Heç kim işgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan 

rəftara və cəzaya məruz qalmamalıdır.  Eyni məzmunlu digər bir norma 1950-ci 

                                                            

2

 V. V. Lazarev. Ümumi hüquq və dövlət nəzəriyyəsi. Tərcümə, s. 47 (Bakı, 2007) 



3

 Interrogation and Torture University of Washington, Seattle, CSEP 590 TU University of 

California, Berkeley, PP 190/290-009 By Barbra Ramos (UCB GSPP), Christopher DuPuis (UW 

PMP), Dennis Galvin (UW PMP), Eiman Zolfaghari (UW PMP), Sean David Cardeno (UCB GSPP), 

s. 4 (December 7, 2005) 



Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

37 

 

il  Əsas  İnsan  hüquqları  və  azadlıqlarının  müdafiəsinə  dair  Avropa 



Konvensiyasında da əksini tapmışdır. Adı çəkilən aktın  3-cü maddəsində qeyd 

olunur:  Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və cəzaya 

məruz qalmamalıdır. 1966-cı il  Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 

7-ci maddəsində işgəncənin qadağan olunmasına dair norma aşağıdakı formada 

öz  əksini  tapmışdır:  Heç  kim  işgəncələrə  və  ya  ağır,  qeyri-insani  və  ya  onun 

ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Əsasən də, heç bir 

şəxs  özünün  sərbəst  razılığı  olmadan  tibbi  və  ya  elmi  təcrübələrə  məruz 

qalmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında şərəf və ləyaqətin 

müdafiəsi  hüququ  başlığı  altında  46-cı  maddənin  3-cü  bəndinə  görə  heç  kəsə 

işgəncə  və  əzab  verilə  bilməz.  Heç  kəs  insan  ləyaqətini  alçaldan,  rəftara  və  ya 

cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində 

tibbi, elmi və ya başqa təcrübələr aparıla bilməz. İşgəncəni qadağan edən və sırf 

onunla bağlı məsələləri nizama salan, daha geniş məzmunlu bir akt “İşgəncə və 

digər  qəddar,  qeyri-insani  və  ya  insan  ləyaqətini    alçaldan  rəftar  və  ya  cəza 

növləri  əleyhinə”  1984-cü  il  BMT  Konvensiyasıdır.  İşgəncənin  qarşısınınn 

alınmasına  və  cəzalandırılmasına  dair  1985-ci  il  tarixli  Amerika  Konvensiyası, 

İşgəncənin və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzanın 

qarşısının alınmasına dair 1987-ci il Avropa Konvensiyası da xüsusi müqavilələr 

olmaqla  sırf  işgəncəyə  dair  məsələləri  tənzimləyirlər.  İşgəncələrin  aradan 

qaldırılması və onların cəzalandırılması haqqında Amerika Konvensiyasının 2-ci 

maddəsində  hər  hansı  şəxsə  cinayət  istintaqı  məqsədilə  qorxu  vasitəsi,  həmin 

şəxsin cəzalandırılması vasitəsi, preventiv tədbir, sanksiya və ya hər hansı başqa 

məqsədlə fiziki və ya psixi ağrı, yaxud əzab vermək vasitəsi kimi tətbiq olunan 

hər hansı qəsdən törədilən əməl işgəncə kimi qiymətləndirilir. 1981-ci il Afrika 

Xartiyasının  5-ci  maddəsi  də  işgəncəni  qadağan  edir.  İşgəncələrin  qadağan 

olunması baxımından İnsan hüquqlarının Ümumislam Bəyannaməsi də mühüm 

rol oynayır. Bəyannamədə göstərilir ki, heç kəsə mənəvi iztirab, yaxud cismani 

işgəncə  verilə  bilməz,  onun  özünə,  yaxud  qohumlarının  və  yaxın  adamlarına 

zərər vuran rəftar edilə bilməz, heç kəs cinayət törətməyini etiraf etməyə, yaxud 

onun mənafeyinə zərər vuran hərəkətlərə razılıq verməyə məcbur edilə bilməz.

4

 

İşgəncələri  və  digər  qəddar,  qeyri-insani  və  ya  insan  ləyaqətini  alçaldan 



davranışların  qadağan  olunmasını  özündə  ehtiva  edən  beynəlxalq  sənədləri 

ratifikasiya  edib-etməməsindən  asılı  olmayaraq  bütün  dünya  dövlətləri  həmin 

hərəkətləri  öz  qanunvericilik  sistemləri  ilə  qadağan  etməlidirlər.  Həmin 

Konvensiyanı ratifikasiya etməmək dövlətləri beynəlxalq sferada öhdəliklərdən 

və məsuliyyətdən azad etmir. 

Bütün  adı  çəkilən  sənədlərdə  işgəncəyə  verilən  anlayış  məzmun 

baxımından və mahiyyətcə fərqlənmirlər. Bununla belə, ədəbiyyatlarda ümumi 

olaraq işgəncənin əlamətləri kimi aşağıdakı halları göstərilmişdir: 

-

 

kəskin ağrı və əzabla müşayiət olunması; 



-

 

qəsdlə edilməsi; 



-

 

hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf 



əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud 

törədilməsində  şübhəli  bilindiyi,  şübhə  doğuran  hərəkətə  görə 

cəzalandırmaq üçün, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və 

ya məcbur etmək üçün edilsin; 

                                                            

4

 Əmir Əliyev. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi. s. 268 (Bakı 2009) 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

38 

 

-



 

və  səlahiyyətli  və  ya  rəsmi  şəxslərin  razılığı  və  ya  göz  yumması  ilə 

həyata keçirilsin. 

Kəskin  ağrı  və  əzabla  müşayiət  olunması  dedikdə,  elə  vasitələrdən 

(alətlərdən, ifadələrdən, hərəkətlərdən və s.) istifadə olunması başa düşülür ki, 

həmin  vasitələrlə  işgəncə  verilən  şəxsin  fiziki  və  psixi  sağlamlığına  ciddi 

xəsarətlər  yetirilir,  həmçinin  həmin  hərəkətlər  şəxsin  bədənində  və  şüurunda  

qalıcı “yaralar” qoyur. Qəsdlə edilməsi onu ifadə edir ki, burada təqsirin məhz 

ehtiyatsızlıq yox, qəsd forması ilə həmin hərəkətlər törədilir və ya hərəkətsizliyi 

işgəncə  yaradan  hallar  baş  verir.  Yəni  işgəncə  həyata  keçirən  şəxs,  etdiyi 

hərəkətin mahiyyətini, ondan doğacaq halları görür, şüurlu şəkildə dərk edir və 

əksər hallarda bunu arzulayır. Nəyə görə əksər hallarda? Çünki bəzən işgəncəni 

“əmr qulları” istəmə-dən də əmrə tabe olaraq həyata keçirmək məcburiyyətində 

olurlar. İşgəncə, ümumiyyətlə, bir anda baş verib bitmir, adətən,  daha “təsirli” 

olması  üçün  müəy-yən  müddət  davam  etdirilir.  Buna  görə  də  işgəncənin 

ehtiyatsızlıqdan edilməsi məntiqdən kənar qalır və qəsdlə törədilməsi onun əsas 

əlamətlərindən sayılır.  

Hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf 

əldə  etmək  üçün,  onu,  özünün,  yaxud  üçüncü  şəxsin  törətdiyi,  yaxud 

törədilməsində  şübhəli  bilindiyi,  şübhə  doğuran  hərəkətə  görə  cəzalandırmaq 

üçün, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün 

edilməsi,  aydındır  ki,  onun  məqsədini  ifadə  edir.  Məhz,  məlumat  almaq 

məqsədilə şəxslərə işgəncə verilə bilir.  Səlahiyyətli və ya rəsmi şəxslərin razılığı 

və ya göz yumması ilə həyata keçirilməsi dedikdə isə, bəzən işgəncənin birbaşa 

həmin səlahiyyətli şəxslərin özünün “aktiv” iştirakı ilə, bəzən isə sadəcə onların 

razılığı həyata keçirilməsi başa düşülür. 

İşgəncə  və  digər  qəddar,  qeyri-insani  və  ya  insan  ləyaqətini    alçaldan 

rəftar  və  ya  cəza  növləri  əleyhinə  BMT  Konvensiyasının  1-ci  maddəsində 

işgəncəyə  anlayış  verilmişdir.  Belə  ki,  bu  Konvensiyanın  məqsədləri  üçün 

«işgəncə» dedikdə, hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, 

yaxud etiraf əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud 

törədilməsində  şübhəli  bilindiyi,  şübhə  doğuran  hərəkətə  görə  cəzalandırmaq 

üçün, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, 

yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin 

vəzifəli şəxsi, yaxud rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud 

onların təhriki və ya məlumatlılığı, yaxud göz yumması ilə qəsdən fiziki, yaxud 

mənəvi  cəhətdən  güclü  ağrı  və  ya  əzab  verən  hər  hansı  hərəkət  başa  düşülür. 

Yalnız  qanuni  sanksiyalar  nəticəsində  baş  verən,  bu  sanksiyaların  ayrılmaz 

tərkib  hissəsi  olan,  yaxud  onların  təsadüfən  doğurduğu  ağrı  və  ya  əzablar  bu 

anlayışa daxil deyil. 

Türk  hüquq  ədəbiyyatında  göstərilir  ki,  məhz  Konvensiyada  verilən 

anlayışın  məzmununa  görə  işgəncə  fiziki  və  mənəvi  olmaqla  iki  yerə  bölünür. 

Fiziki işgəncə  dedikdə,  insanın  bədəninə  bilavasitə  tətbiq  olunan  işgəncə  başa 

düşülür.    Məsələn,  mütəmadi  olaraq  döymək,  dağlamaq,  yandırmaq,  zəncirə 

vurmaq, elektrik vermək, soyuq suya salmaq, suda boğulmağa şərait yaratmaq, 

uzunmüddətli təcrid edilmək, gərgin əmək, cinsi istismar və təcavüz və s. fiziki 

işgəncə  hərəkətləridir.  Bununla  bərabər  beynəlxalq  hüquqla  işgəncə  hesab 

olunan hərəkətlərin konkret siyahısı verilməmişdir. Lakin işgəncə hər bir halda 

qəddar,  qeyri-insani  və  insan  ləyaqətini  alçaldan  hərəkət  hesab  olunmuşdur. 

Yuxarıda  sadalananlarla  bərabər  parlaq  işığa  məruz  qalmaq,  davamlı  yüksək 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

39 

 

səslərə  məruz  qalmaq,  yuxusuz,  ac  və  susuz  saxlanılmaq  kimi  hərəkətlər  də 



işgəncə hesab olunur.  Mənəvi işgəncə dedikdə isə, fiziki olmayan, lakin insana 

təsir  edən,  psixi  vəziyyətin  pozulmasına  səbəb  olan  hərəkətlər  başa  düşülür. 

Məsələn, şəxsə, ailə üzvlərinə və ya  sevdiklərinə söymək, söydürmək, ləyaqətini 

alçaltmaq,  şəxsə  inandığını  dandırmaq  və  s.  Ölüm  cəzasına  məhkum  olunmuş 

şəxslərin cəzanın icrasını gözləmələri də bəzi müəlliflər tərəfindən işgəncə kimi 

dəyərləndirilir. 

İşgəncə  özlüyündə  dar  və  geniş  mənada  başa  düşülür.  Dar  mənada 

işgəncə  dedikdə,  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  ifadəsini  almağa  və  onu 

dindirməyə səlahiyyətli şəxslərin, şübhəli və ya təqsirləndirilən şəxsə təqsirini 

etiraf  etmək,  cinayəti  təsdiq  edən  sübutları  ələ  keçirmək,  dindirmə  zamanı 

şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  ifadəsindəki  ziddiyyətlərin  aradan 

qaldırılmasını  təmin  etmək,  cinayətin  digər  iştirakçılarını  ələ  vermək  və  ya 

törədilməsi mümkün digər cinayətlər haqqında məlumat almaq üçün onda fiziki 

və  ya  psixi  zərər,  ya  da  təhlükə  meydana  gətirən  və  ya  insan  ləyaqəti  ilə 

uzlaşmayan  hər  cür  maddi  və  mənəvi  edilən  kobud  rəftar  başa  düşülür.  Geniş 

mənada işgəncə dedikdə isə, cinayət mühakiməsindən əlavə inzibati və intizam 

mühakimələrində  təqsirləndirilən  şəxslə  yanaşı,  şahid,  ekspert  və  müdafiə 

tərəfinin digər iştirakçılarını da əhatəsinə alan qavram başa düşülür.

5

  

Qeyri-insani 



rəftar 

anlayışı 

altında 

konkret 


şəraitdə 

bəraət 


qazandırılmayan qəsdən  güclü fıziki və ya mənəvi  əzab yetirilməsi  kimi  rəftar 

başa  düşülür.  İşgəncəyə  dair  resurslarda  qeyd  olunur  ki,  işgəncənin  qadağan 

olunması çoxçeşidli rəftar və cəzaları əhatə edir.  Lakin heç də bütün pis rəftarları 

və  ya  cəzaları,  qadağan  edilən  hərəkətlərdən  biri  kimi  tövsif  etmək  olmaz.  Pis 

rəftar  minimum  ağırlıq  dərəcəsinə  malik  olmalıdır.  Bu  minimumun 

qiymətləndirilməsi  istər-istəməz  nisbi  xarakter  daşıyır.    Belə  ki,  bu  işin  bütün 

hallarından, məsələn, rəftarın müddətindən, onun fiziki və ruhi nəticələrindən 

və bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır. 

Rəftarın ləyaqəti alçaldan rəftar və ya cəza kimi tövsif edilməsi üçün sözügedən 

rəftar  konkret  ağırlıq  dərəcəsi  həddinə  çatmalıdır.  Rəftar  o  halda  ləyaqəti 

alçaldan  rəftar  kimi  sayıla  bilər  ki,  o:  “qurbanları  başqaları  qarşısında  kobud 

surətdə alçaldır və ya onların fiziki və ya mənəvi müqavimətini qıra bilən qorxu, 

əzab və acizlik hisslərinin yaranmasına səbəb olur”.  

İşgəncə  faktları  ibtidai  istintaq  hərəkətlərindən  dindirmə  hallarında 

tətbiq  olunma  ehtimalı  daha  yüksəkdir.  Şəxsdən  ifadə  verməsini,  təqsiri 

üstələnməsini  və  etiraf  etməsini  tələb  etmək  üçün  qeyri-qanuni  olsa  da  bu 

yollara  baş  vurulur.  Hətta  İsrail  yeganə  demokratik  dövlətdir  ki,  məhkumdan 

məlumat  almaq  üçün  “yüngül  fiziki  təzyiqin”  yolverilən  olduğunu  qəbul 

etmişdir.

6

 Lakin  qanunən  şəxsin  azad  surətdə  iradəsini  ifadə  etməyən,  yəni 



könüllü  olmayan,  təzyiqlə,  işgəncə  ilə  ifadə  verməsindən,  təqsirini  etiraf 

etməsindən  məhkəmədə  sübut  kimi  istifadə  oluna  bilməz.  Lakin  buna  nə 

dərəcədə əməl olunur, o səlahiyyətli şəxslərin vicdan məsələsidir. 

                                                            

5

 Hasan Doğancı. İşkencenin tarihi, yasaklanma süreci, uluslararası insan hakları metinlerindeki 



ve iç hukukumuzdaki yeri: http://www.caginpolisi.com.tr/eski_sitemiz/27/49-50-51-52-

53.htm 


6

  Interrogation and Torture, s. 590 (University of Washington, Seattle, CSEP). Barbra Ramos, 

Christopher DuPuis, Dennis Galvin, Eiman Zolfaghari, Sean David Cardeno. TU, s. 190/290-299 

(University of California, Berkeley, 2005) 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

40 

 

Konvensiyanın 2-ci maddəsi hər bir iştirakçı dövlətə öz yurisdiksiyasında 



olan  hər  hansı  ərazidə  işgəncə  hərəkətlərinin  qarşısını  almaq  üçün  təsirli 

qanunvericilik,  inzibati,  məhkəmə  tədbirləri,  yaxud  digər  tədbirlər  görməsi 

öhdəliyini qoymuşdur. Həmçinin, eyni maddədə göstərilir ki,  necə olursa-olsun

heç  bir  müstəsna  hal  –  müharibə  vəziyyəti  və  ya  təhlükəsi,  daxili  siyasi  qeyri-

sabitlik,  yaxud  hər  hansı  digər  fövqəladə  şərait  –  işgəncəyə  haqq  qazandıra 

bilməz. Bu isə mütləq insan hüquqlarının başlıca təminat formasıdır.  Maddənin 

3-cü  bəndində  isə  vəzifə  etibarilə  yüksək  rəisin,  yaxud  dövlət  hakimiyyəti 

orqanının əmrinin işgəncə verilməsinə haqq qazandırmadığı qeyd olunmuşdur. 

Bu zaman qeyri-qanuni əmrin yerinə yetirilməsinə görə məsuliyyət yarana bilər.  

3-cü  maddədə  iştirakçı  dövlətlərin  üzərinə    heç  bir  şəxsi  ona  işgəncə 

veriləcəyini ehtimal etməyə ciddi əsaslar mövcud olduğu halda başqa bir dövlətə 

sürgün  etməmək,  qaytarmamaq    və  ya  ekstradisiya  etməmək  kimi  öhdəliklər 

qoyur.  Səlahiyyətli  hakimiyyət  orqanları  belə  əsasların  olub-olmadığını 

müəyyən etmək üçün işlə əlaqədar bütün halları, o cümlədən müvafiq hallarda 

həmin  dövlətdə  insan  hüquqlarının  davamlı  olaraq  kobudcasına,  biabırçı  və 

kütləvi surətdə pozulması praktikasının mövcudluğunu nəzərə alırlar. Bu zaman 

bir dövlət ərazisində insan hüquqlarını mütəmadi pozuntuları yaşanan, işgəncə 

faktları həyata keçirilən başqa dövlət barəsində İşgəncələr əleyhinə Komitəyə bu 

faktların araşdırılmasının vacibliyi barədə məlumat verə bilər.  

Konvensiyanın  13-cü maddəsində qeyd olunur ki, hər bir iştirakçı dövlət 

yurisdiksiyasında olan hər hansı ərazidə işgəncələrə məruz qaldığını iddia edən 

hər bir şəxsin bu dövlətin səlahiyyətli hakimiyyət orqanlarına şikayət verməsi və 

onlar  tərəfindən  belə şikayətlərə təcili  və obyektiv baxılması hüququnu təmin 

edir. Şikayət və şahid ifadələrinə görə iddiaçı və şahidlərin pis davranış, yaxud 

hədə-qorxudan  müdafiəsini  təmin  etmək  üçün  tədbirlər  görülür.  Burada  qeyd 

etmək  yerinə  düşərdi  ki,  Azərbaycan  Respublikasında  İnsan  hüquqları  üzrə 

Müvəkkil  insan  hüquqları  pozuntusu  barədə  qanuni  tələblərə  uyğun  şikayət 

ərizəsi aldıqda,  həmin ərizədə qeyd olunmuş faktların araşdırılması məqsədilə, 

AR-ın  İnsan  hüquqları  üzrə  Müvəkkili  haqqında  Qanunun  12-ci  maddəsinin 

12.2.1-ci  hissəsində  göstərildiyi  kimi,  maneəsiz  və  əvvəlcədən    xəbərdarlıq 

etmədən  dövlət  hakimiyyəti  və  yerli  özünüidarə  orqanlarına,  hərbi  hissələrə, 

cəzaçəkmə  müəssisələrinə,  istintaq  təcridxanalarına,  müvəqqəti  saxlama 

yerlərinə  daxil  olmaq,  cəzaçəkmə  müəssisələrində,  istintaq  təcridxanalarında,  

müvəqqəti  saxlanılma  yerlərində  saxlanılan  şəxslərlə  görüşmək  və  təkbətək 

söhbət  etmək  kimi  hüququ  vardır.  Ombudsmana  belə  bir  hüququn  verilməsi 

istintaq  təcridxanasında,  müvəqqəti  saxlama  yerlərində  və  cəzaçəkmə 

müəssisələrində işgəncə törədilməsinin aradan qaldırılmasına da müsbət təsir 

göstərir.   Belə  bir  hüquq  Ombudsmanla  yanaşı,  vətəndaş  cəmiyyətinin  əsas 

ünsürlərindən olan bəzi qeyri-hökumət təşkilatlarına da verilmişdir. QHT-lərin 

isə  beynəlxalq  sferada  yeri  hər  kəsə  məlumdur.  Onlar  yerləşdikləri  dövlətin 

ərazisində  insan  hüquqlarının  vəziyyəti  barədə  dövlətlə  bərabər  məruzələr 

hazırlayaraq  səlahiyyətli  beynəlxalq  qurumlara  təqdim  edirlər.  Bəzən  isə, 

dövlətin göstərmədiyi nüansları öz məruzələrində əks edərək obyektivliyi təmin 

edirlər. Belə hüquq tanınan qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də, 

cəzaçəkmə  müəssisələrinin  rəislərinə  məlumat  verməklə  cəzaçəkmə 

müəssisələrinə  baş  çəkə  bilər,  məhkumlarla  görüşə  bilərlər,  sosial  sorğuların 

aparılmasına  onları  cəlb  edə  bilərlər.  Cəzaçəkmə  müəssisəsinə  baş  çəkmək 

hüququ,  həmçinin,  kütləvi  informasiya  vasitələrinin  nümayəndələrinə  da 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

41 

 

məxsusdur.  Kütləvi  informasiya  vasitələrinin  nümayəndələrinin  və  digər 



şəxslərin müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan 

məhrum  etmə  növündə  cəzanı  icra  edən  müəssisələrə  baş  çəkmələri  yalnız 

Ədliyyə Nazirliyi və bəzi hallarda Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş 

hallarda  və  qaydada  həyata  keçirilə  bilər.  Bütün  bunlar  cəzaçəkmə 

müəssisələrində  məhkum  olunmuş  şəxslərə  qarşı  işgəncə  faktlarının  tətbiq 

edilməsində  müəyyən mənada preventiv xarakter daşıyır. Qanunvericiliyin belə 

müddəaları  dövlətdaxili  hüququmuzun  beynəlxalq  hüquq  normaları  ilə 

harmonizasiyasında mühüm rol oynayır.  

Belə ki, cəzaların icrasına Cəzaların İcrası Məcəlləsinə müvafiq olaraq bir 

sıra  nəzarət  formaları  mövcuddur,  Ədliyyə  Nazirliyinin,  Müdafiə  Nazirliyinin, 

məhkəmənin, ictimai təşkilatların və prokurorluğun nəzarəti mövcuddur. Həmin 

Məcəllənin  20-ci  maddəsində  qeyd  edilir  ki,  ictimai  təşkilatlar  məhkumların 

islah  edilməsində  iştirak  edir  və  cəzanı  icra  edən  müəssisə  və  ya  orqanların 

fəaliyyətinə ictimai nəzarəti həyata keçirirlər. Azərbaycan Respublikasının Cəza-

ların İcrası Məcəlləsinin məhkumların əsas hüquqları adlanan 10-cu maddəsinin 

3-cü bəndində göstərilir ki, cəzaları icra edən müəssisə və ya orqanın işçi heyəti 

məhkumlara  qarşı  münasibətdə  nəzakətli  olmalıdır.  Məhkumlar  qəddar  və  ya 

insan  ləyaqətini  alçaldan  rəftara  məruz  qalmamalıdırlar.  Məhkumlara 

məcburetmə  tədbirləri  yalnız  qanuna  əsasən  tətbiq  edilə  bilər.  İşgəncələr 

əleyhinə  Konvensiyanın  digər  bir  diqqətə-layiq  maddəsi  14-cü  maddədir. 

Maddədə  qeyd  olunur  ki,  hər  bir  iştirakçı  dövlət  işgəncə  qurbanının  əvəz 

almasını  və  hüquqi  sanksiya  ilə  möhkəmləndirilən  ədalətli  və  adekvat 

kompensasiyanı,  o  cümlədən  mümkün  qədər  daha  tam  reabilitasiya  vasitələri 

əldə  etməsini  öz  hüquq  sistemində  təmin  edir.  İşgəncə  qurbanı  işgəncə 

nəticəsində  ölərsə,  kompensasiya  almaq  hüququ  onun  öhdəsində  olanlara 

verilir.  Konvensiyanın  17-24-cü  maddələrində  İşgəncələr  əleyhinə  Komitənin 

yaradılması  əsasları  və  işləmə  prinsipi  öz  əksini  tapmışdır.  Məlum  aktda  o  da  

göstərilir ki, Konvensiya bütün dünya dövlətlərinin qoşulması üçün açıqdır. 

Beynəlxalq  humanitar  hüquqda  işgəncələrin  qadağan  olunması  öz 

ifadəsini  1949-cu  il  4  Cenevrə  Konvensiyasında  və  ona  əlavə  edilən  1977-ci  il 

Protokolunda  tapmışdır.    Silahlı  konflikt  kontekstində  törədilən  işgəncələr 

müharibə  cinayətləri  hesab  olunur.  Azərbaycan  Respublikasının  Cinayət 

Məcəlləsinin işgəncə başlığı altında təsbit edilən 113-cü maddəsində  tutulmuş 

və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki və ya psixi iztirablar 

vermə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu 

norma qanunvericiliyimizə AR Milli Məclisinin haqqında danışılan Konvensiyanı 

31 may 1996-cı ildə  ratifikasiya etməsilə daxil olmuşdur. Lakin bu normaya görə 

məsuliyyət  işgəncə  faktı  bir  şəxsə  yox,  mülki  əhalinin  iki  və  daha  artıq 

nümayəndəsinə  qarşı  törədildikdə  yaranır.  Əgər  işgəncə  sülh  və  ya  müharibə 

zamanı hər hansı mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik hücumların 

həyata keçirilməsi halları olmadıqda baş verirsə,  bu zaman  AR CM-in 133-cü 

maddəsi  ilə,  yəni  əzabvermə  ilə  tövsif  olunur.  AR  CM-in  133-cü  maddəsində 

göstərilir  ki,   bu  Məcəllənin  126  və  127-ci  maddələrində  göstərilən  nəticələrə 

səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü 

fiziki ağrı və ya psixi iztirablar vermə iki ilədək müddətə islah işləri və ya eyni 

müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

İndi isə, Avropa İnsan hüquqları Məhkəməsində işgəncə və digər qəddar 

davranışlarla bağlı baxılan işlərə və qəbul olunan  bir neçə qərara  nəzər salaq. 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

42 

 

Belə  işlərdən  biri  Korobovun  Ukraynaya  qarşı  (39598/03  no.)  işidir.  Ərizəçi 



Korobov  S.ə  verdiyi  borcunun  qaytarılması  üçün  2000-ci  il  18  aprel  tarixində 

onunla  görüşməyə  qərarlaşdırır.  Lakin  11  aprel  2000-ci  il  tarixinə  Korobov 

haqqında cinayət işi açılır və şəxs 18 aprel tarixində saat günorta 15:00-16:00 

arası polis əməkdaşları tərəfində tutularaq müvafiq orqana gətirilir. Lakin şəxsin 

tutulması vaxtı tərtib olunan protokolda saat 21:00  göstərilir. Korobov AİHM-

nə verdiyi ərizəsində göstərir ki, o 18 aprel tarixində saat 15:00-21:00 arasında 

polis əməkdaşı tərəfindən döyülmüş, ona əzab və elektrik şoku verilmiş, eyni hal 

26  aprel  tarixində  də  təkrarlanmışdır.  2000-ci  ilin  may  ayının  əvvəlində  tibbi 

müayinədən keçərkən şəxsin kürəyində, sinəsində və aşağı ətraflarında qançır 

izləri aşkarlanmışdır. 2002-ci ildə Korobov hədə-qorxu ilə pul tələb etməyə görə 

3 illik həbs cəzasına məhkum olunmuşdur. Bu müddətin iki ilini sınaq müddəti 

təşkil edirdi. İttiham apelyasiya məhkəməsində qüvvədə saxlanıldıqdan sonra, 

Ali Məhkəmə  Korobovun kassasiya şikayətini ləğv etmişdir. Belə ki, zərərçəkmiş 

və onun vəkilinin xəbəri olmadan məhkəmə iclası keçirilmişdir. Çoxsaylı müraci-

ətlərinə  baxmayaraq  prokuror  qəddar  davranışla  bağlı  cinayət  işi  açmaqdan 

imtina  etmişdir.  Yalnız  2005-ci  ildə  istintaq  başlanır  və  şahidlərin 

dindirilməsindən  sonra  2008-ci  ildə  mümkün  sübutlar  tədqiq  olunmadan 

məhkəmə cinayət işi üzrə icraata xitam verən yekun qərarı qüvvədə saxlamışdır. 

AİHM-nə verdiyi şikayətdə Korobov Avropa İnsan Hüquqları Konvensiyasının 3-

cü “işgəncəyə məruz qalmamaq hüququ”, 6-cı “ədalətli məhkəmə araşdırması” 

və  41-ci  “əvəzin  ədalətli  ödənilməsi”  maddələrinə  istinad  etmişdir.  AİHM 

Korobovun  polis  əməkdaşı  tərəfindən  işgəncəyə  məruz  qaldığını,  ədalətli 

məhkəmə araşdırması qaydasının pozulmasını təsdiqləyərək, Ukrayna dövlətinə 

zərərçəkmişə  21000  avro  məbləğində  təzminat  ödəməsi  barədə  yekun  qərar 

çıxarmışdır.  Digər  bir  iş  Yavuz  Çəliyin  Türkiyəyə  qarşı  (34461/07  no.)  işidir. 

Ərizəçi 1968-ci il təvəllüdlü Türkiyə vətəndaşı İstanbulda yaşayan Y. Çəlik AİHB-

nin 3-cü maddəsinin pozulması ilə əlaqədar verdiyi şikayətdə təsdiq etmişdir ki, 

2006-cı  ilin  oktyabrında  polis  əməkdaşını  təhqir  etmə  və  ona  hücum  etmə  ilə 

təqsirləndirilərək  gətirildiyi yerli polis məntəqəsinin həyətində polis əməkdaşı 

tərəfindən  sifətinə  yumruq  zərbəsi    endirilmiş  və  boğazından  tutularaq  nəfəs 

almasına  maneçilik  törədilmişdir.  Həmçinin,  vurğulamışdır  ki,  onun  iddiasının 

araşdırılması  adekvat  aparılmamışdır.  AİHM  yekun  qərarında  Türkiyə 

hökumətinə  zərərçəkmişə    11700  avro  (mənəvi  zərərə  görə)  təzminat 

ödənilməsi öhdəliyi qoymuşdur.  

Rupa  Rumıniyaya  qarşı  işində  (no.  2.  (37971/02))  isə  Avropa 

Konvensiyasının  3,  6  və  13-cü  maddələrinə  istinadən  verdiyi  şikayətdə 

göstərmişdir ki, 2000-ci ildə küçədə gedərkən polisə şəxsiyyət vəsiqəsini təqdim 

etməkdən boyu qaçırdıqdan sonra polis əməkdaşını vurmuş və onun nəqliyyat 

vasitəsinə  zərər  yetirmişdir.  Cinayət  işi  üzrə  icraat  ərizəçinin  əleyhinə 

qurulmuşdur.  Belə  ki,  Rupa  iddia  edir  ki,  sorğu  zamanı  o  mütəmadi  olaraq 

döyülmüşdür  və  hadisənin  araşdırılması  effektiv  həyata  keçirilməmişdir. 

Həmçinin  o,  şikayətində  effektiv  müdafiə  üsulundan  məhrum  edildiyini 

göstərmişdir.  Əlavə  olaraq,  Avropa  konvensiyasının  6-cı  maddəsinə  istinad 

edərək  göstərmişdir  ki,  dövlət  ittihamçısı  onun  özünün  sərbəst  olaraq  vəkil 

seçməsinə izn verməmiş və dövlət hesabına vəkil təyin edilmişdir, həmin vəkil  

isə  ona  adekvat  köməklik  göstərməmişdir.  AİHM  yekun  aktında  zərərçəkmişə 

5200  avro  mənəvi  zərərə  görə  və  5000  avro  da  vəkilə  ödənilmiş  xərclərin 

kompensasiya edilməsi qərarına gəlmişdir.  




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

43 

 

Avropa İnsan Hüquqları  Məhkəməsində maraq doğuran qəddar və insan 



ləyaqətini  alçaldan  cəza  və  rəftara  dair  işlərdən  biri  də  Dudreviçlərin 

Xorvatiyaya  qarşı  işidir  (52442/09).    Ərizəçilər:  Daniel  Dudreviç,  anası  Katiça 

Dudreviç və atası Duro Dudreviç ərizələrində göstərmişlər ki, 16 iyun 2009-cu il 

tarixində axşam saat 21:30 radələrində bir restoranda Daniel ilə bir qrup şəxs 

arasında mübahisə baş vermişdir. Restoranın həyətində baş verən mübahisədə 

şəxslərdən biri Danielin qardaşını Roma mənşəli olmasına görə təhqir etmişdir. 

Polisin gəlməsi ilə dava da sonlanmışdır. Polislər davada iştirak edən bir neçə 

şəxsi,  Danieli  və  qardaşını  polis  məntətqəsinə  aparmışlar.  Bir  saat  sonra 

valideynləri  polis  məntəqəsinə  gəldikdə,    polis  işçisi  Katiçanı  kobud  formada 

maşından  düşürmüş,  qollarını  buraraq  sinəsinə  zərbə  vurmuş  və  belindən 

tutmuşdur.  Həmin  gün  Katiça və Daniel xəstəxanada  qarın, sinə, baş və burun 

nahiyələrindəki kontuziyaya görə müayinə olunmuşlar. 9 iyul 2009-cu ildə polis 

Danielin  qardaşı  da  daxil  olmaqla  davada  iştirak  edən  bir  neçə  şəxsi  ictimai 

qaydanı  pozmalarına  görə  ittiham  etmiş  və  onları  cərimələmişdir.  Daniel  də 

davada iştirak etdiyi üçün təqsirləndirilmiş və ona töhmət verilmişdir.   

Katiça  Dudreviç  ictimai  qaydanı  pozmağa  və  polisi  təhqir  etməyə  görə 

təqib olunmuşdur. Eyni zamanda o, ona  hücum edən  iki nəfər polis  işçisindən 

şikayət  etmişdir,  lakin  sübut  yetərsizliyindən  işə  xitam  verilmiş,  həmçinin 

məhkəmə  də  şikayət  lazımi  formada  tərtib  edilmədiyi  üçün  işə  baxmaqdan 

imtina  etmişdir.  2008-ci  ilin  dekabrından  başlayaraq  Danielin  valideynləri  bir 

neçə  səlahiyyətli  orqana  şikayətlə  müraciət  etmişlər  ki,  onların  oğulları 

məktəbdə mütəmadi olaraq Roma əsilli olduğu üçün təhqir olunur və döyülür.  

Məktəbin  səlahiyyətli  şəxsləri  məsələ  ilə  bağlı  iki  məruzə  hazırlamış  və 

bildirmişlər  ki,  Daniel  həmişə  müəllim  və  tələbələrlə  mübahisə  yaşayan  bir 

şagirddir  və  məktəb  nümayəndələri  onunla  problemlərini  həll  etməsi  üçün 

söhbət etmişlər, həmçinin, oğullarının davranışı barədə Danielin valideynlərinə 

də  məlumat  vermişlər.  Məhkəməyə  verilən  şikayətlərin  əsasını  da  Danielin 

döyülməsi  və  təhqir  olunması  barədə  səlahiyyətli  orqanlara  müraciət 

olunmasına  baxmayaraq  problemin  həll  edilməməsi  çıxış  etmişdir.  Şikayətdə 

Konvensiyanın  3,  8  və  41-ci  maddələrinə  istinad  olunmuşdur.  Məhkəmə 

müəyyən etmişdir ki, Xorvatiya Daniel və Kaçita Dudreviçlərə 6000 avro mənəvi 

zərərə və 1000 avro məhkəmə xərclərinə görə kompensasiya ödəməlidir. 

Sonda  qeyd  etmək  zəruridir  ki,  insan  ali  varlıq  olduğu  üçün  onun 

işgəncəyə  məruz  qalması  nə  hüquqi  cəhətdən,    nə  də  mənəvi  baxımdan  qəbul 

ediləndir.  Bu  gün  də  dünyanın  bir  neçə  dövlətində  və  hətta  “demokratiyanın 

beşiyi”  adlandırılan  ABŞ-nın  xeyli  ştatında  ölüm  cəzasının  qalması  və  bunun, 

fikrimcə,  həddən  artıq  əzab  verən  növlərinin  tətbiq  olunmasını  (məsələn, 

elektrik  masası)  insanın  mənşəyinə  mütənasib  deyil.  Doğrudur,  ola  bilər  ki,  o 

cəzaya layiq görülən şəxslər o masada əyləşməmişdən əvvəl kimlərəsə fiziki və 

ya mənəvi çox dəhşətli işgəncələr vermişlər. Elə qatı cinayətkarlar ola bilər ki, 

cəmiyyətdən bir dəfəlik təcrid olunması qanunən ədalətlidir, qanuna görə sosial 

ədalət  bərpa  edilmiş  olur,    yenə  də  ölüm  cəzasının  qaldığı  dövlətlərdə  yalnız 

güllələnmə formasının tətbiqinin tərəfdarıyam. Hərçənd elə cinayətlər törədilir 

ki,  güllələmə  ilə  cinayətin  qurbanı  olmuş  şəxslərin  yaxınları  mənəvi  rahatlıq 

tapmırlar, yüngül qalır cinayətin yanında. Bununla belə xeyli sayda dövlətlərdə 

istintaq  səhvi  nəticəsində  haqsız  ölüm  cəzasına  məhkum  olunmuş  şəxslər 

məlumdur. Lakin, hər bir halda ölüm cəzasını ləğv etmiş dövlətlərin bu addımını 

müsbət dəyərləndirmək lazımdır.



Yüklə 115,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə