Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə26/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   22   23   24   25   26   27   28   29   ...   73

 
76 
İman İlə Bağli Etiqadı 
 
İbn Abdil Bərr, AbdurRazzaq İbn Həmmamdan rəvayət edir ki: 
Mən İbn  Cureyci
95
,  Sufyan  əs-Sovrini, Mamər İbn Raşidin,  Sufyan 
İbn  Uyeynənin  və  İmam  Məlikin:  “İman  söz  və  əməldir,  artar  və 
əskilər” dediklərini dinlədim
96
.  
 
Əbu  Nuaym,  Abdullah  İbn  Nəfidən  rəvayət  edir  ki,  İmam 
Məlik: “İman söz və əməldir” deyərdi
97
.  
 
İbn Abdil Bərr, Əşhəb İbn AbdulAzizdən rəvayət edir ki, İmam 
Məlik  -  rahmətullahi  aleyhi  -  dedi:  “Müsəlmanlar  on  altı  ay  Beytul 
Məqdisə  doğru  namaz  qılmışdılar.  Daha  sonra  onlara  Beytul 
Harama  doğru  dönmələri  əmr  edilmişdir.  Allah:  Allah  sizin 
imanınızı  (bundan  əvvəl  Beytulmüqəddəsə  üz  tutaraq  qıldığınız 
namazlarnızı) 
əvəzsis 
buraxmaz. 
(əl-Bəqərə 
143) 
deyə 
buyurmuşdu.  Burada  məqsəd  Beytul  Məqdisə  doğru  qıldığınız 
namazadır.  İmam:  “Mən  bununla  Murciə  etiqadında  olanların: 
Namaz imandan deyildir – sözlərinə diqqət çəkirəm
98
.  
 
Səhabələr Barəsində Etiqadı 
 
Əbu  Nuaym,  Abdullah  əl-Anbərdən
99
 rəvayət  edir  ki,  İmam 
Məlik - rahmətullahi aleyhi - dedi: “Kim Rəsulullahın səhabələrindən 
hər hansı birisinin şanını əskiltərsə və ya qəlbində onlara qarşı bir 
                                                
95
 Abdullah  İbn  AbdulAziz  İbn  Cureyc  ər-Rumi  əl-Umevi  əl-  Məkki.  Zəhəbi  -  rahmətullahi 
aleyhi - deyir ki: “İmam, Hafiz, Haram  bölgəsinin  Fəqihi Əbul  Vəlid kunyəlidir”. H. 150-də 
vəfat etmişdir. “Təzkiratul Huffaz” 1/169, “Tarixu Bağdad” 10/300.  
96
 “əl-İntiqa” s. 34.  
97
 “əl-Hilyə” 6/327.  
98
 “əl-İntiqa” s. 34.  
99
 Abdullah  İbn  Səvvar  İbn  Abdullah  əl-Anbəri  əl-Bəsridir.  Qazı  olmuş,  İbn  Həcər  
rahmətullahi aleyhi -  deyir  ki:  “Siqa  (etibarlı)  kimsədir,  H.  228-də  vəfat  etmişdir”.  “Taqribut 
Təhzib” 1/421, “Təhzibut Təhzib” 1/327.  


 
77 
kin bəslərsə müsəlmanlara aid olan (Fey) qənimətdən onun heç bir 
haqqı  yoxdur.  Daha  sonra  bu  ayəni  oxudu:  
Onlardan 
(mühacirlərdən  və  ənsarlardan)  sonra  gələnlər  belə  deyirlər:  “
Ey 
Rəbbimiz!  Bizi  və  bizdən  əvvəlki  iman  gətirmiş  (din) 
qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı 
kinə  (həsədə)  yer  vermə.  Ey  Rəbbimiz!  Sən,  həqiqətən,  şəfqətlisən, 
mərhəmətlisən!".  (əl-Həşr  10).  Buna  görə  də  kim  onların  şanını 
əskiltərsə  və  ya  qəlbində  onlara  qarşı  kin  bəslərsə  o  kimsənin 
Feydən hər hansı bir haqqı yoxdur”
100
.  
 
Əbu  Nuaym,  Zubeyrin  övladlarından
101
 birinin  belə  dediyi 
rəvayət  edilir:  Bizlər  İmam  Məlikin  - rahmətullahi  aleyhi  - yanında 
idik.  Rəsulullahın  səhabəsinin  şanını  əskiltən  bir  nəfərdən  söz 
açdılar. İmam bu ayəni oxudu: “Muhəmməd (əleyhissəlam) Allahın 
Peyğəmbəridir.  Onunla  birlikdə olanlar  (möminlər)  kafirlərə  qarşı 
sərt,  bir-birinə  (öz  aralarında)  isə  mərhəmətlidirlər.  Sən  onları 
(namaz  vaxtı)  rüku  edən,  səcdəyə  qapanan,  Allahdan  riza  və  lütf 
diləyən  görərsən.  Onların  əlaməti  üzlərində  olan  səcdə  izidir. 
(Qiyamət  günü  onlar  üzlərindəki  möminlik  nuru  alınlarındakı 
möhür  yeri  ilə  tanınırlar). Bu onların  Tövratdakı  vəsfidir.  İncildə 
isə  onlar  elə  bir  əkinə  bənzədilirlər  ki,  o  artıq  cücərtisini  üzə 
çıxarmış,  onu  bəsləyib  cana-qüvvətə  gətirmiş,  o  da  (o  cücərti  də) 
möhkəmlənib 
gövdəsi 
üstünə 
qalxaraq 
əkinçiləri 
heyran 
qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. 
Onlardan  iman  gətirib  yaxşı  əməllər  edənlərə  Allah  məğfirət 
(günahlardan  bağışlanma)  və  böyük  mükafat  (Cənnət)  vəd 
buyurmuşdur!”.  (əl-Fəth  29).  Hər  kimin  qəlbində  Rəsulullahın 
səhabələrinə  qarşı  kin  və  qəzəb  olarsa  o,  bu  ayənin  müsibətinə 
uğrayar”
102
.  
                                                
100
 “əl-Hilyə” 6/327.  
101
 İmam  Mlikdən  - rahmətullahi aleyhi -  dərs  alan  Abdullah  İbn  Sabit  İbn  Abdullah  İbn  əz-
Zubeyr İbn Avvamdır.  
102
 əl-Hilyə 6/327.  


 
78 
 
Qadi  İyad,  Əşhəd  İbn  AbdulAzizdən  rəvayət  edir  ki,  İmam 
Məlikin - rahmətullahi aleyhi - yanında idik. Bu vaxt Ələvilərdən bir 
nəfər onun yanında durdu. Onun məclisinə gəlib gedənlərdən idi. 
Bu  adam  imama:  “Ey  Abdullahın  atası”  deyə  cağırdı.  İmam  ona 
tərəf  baxdı.  O  adam:  “Sabah  Rəbbimin  qarşısında  durduğum 
zaman məndən soruşduqda, mən də: “Mənə Məlik” dedi – deyərək 
səni  özümlə  Allah  arasında  bir  huccət  (dəlil)  etmək  istəyirəm”. 
İmam:  “Soruş”  dedi.  Adam:  “Peyğəmbərdən  sonra  insanların  ən 
xeyirlisi kimdir” deyə soruşdu. İmam: “Əbu Bəkr” dedi. O: “Sonra 
kimdir?”  dedi.  İmam:  “Ömər”  dedi.  O:  “Sonra  kimdir?”  dedi. 
İmam:  “Haqsız  öldürülən  Osman”  dedi.  O:  “Allaha  and  olsun  ki, 
bundan  sonra  əbədiyyən  səninlə  oturmaram  (sənin  məclisində)” 
dedi. İmam: “Seçim etmək sənin haqqındır” deyə cavab verdi
103
.  
 
Kəlam Barəsində Sözləri 
 
Əbu Nuaym, Abdullah İbn Nəfidən rəvayət edir ki, İmam Məlik 
-  rahmətullahi  aleyhi  -  dedi:  “Bir  kimsə  Allaha  şərik  qoşmaqdan 
başqa  digər  bütün  günahları  edərsə,  lakin  həva  və  bidətlərdən 
uzaq olarsa (kəlamı da zikr etdi) Cənnətə girər”
104
.  
 
əl-Hərəvi,  İshaq  İbn  İsadan
105
 rəvayət  edir  ki,  İmam  Məlik  
rahmətullahi  aleyhi  -  dedi:  “Kim  kəlam  yoluyla  dini  öyrənməyə 
çalıarsa  zındıqlaşar,  kim  kimya  yolu  ilə  mal əldə  etməyə çalışarsa 
iflasa  uğrayar,  kim  də  hədisin  qərib  ləfsini  öyrənmək  istəyərsə 
yalan danışr”
106
.  
 
                                                
103
 “Tərtibul Mədarik” 2/44-45.  
104
 əl-Hilyə 6/325.  
105
 İshaq  İbn  İsa  İbn  Nəcih  əl-Bağdadi.  İbn  Həcər  -  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Doğru 
sözlüdür. H. 214-də vəfat etmişdir”. “Taqribut Təhzib” 1/60, “Təhzibut Təhzib” 1/245.  
106
 “Zəmmul Kəlam” vr. 173 a.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə