139
eşitdi. Qəzəbdən üzü qızardı və buyurdu: “Sizlər buna görəmi
yaradıldınız (və ya əmr edildiniz). Sizdən əvvəlkilər də bu səbəblə
həlak oldular. Onlar kitabın bir qismini digəri ilə vuruşdurdular.
Sizlər onun bir qismini digər bir qismi ilə yalanlamayın.
Bildiklərinizi deyin, bilmədiklərinizi isə bilənlərə həvalə edin”
228
.
Aişə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi
və səlləm – Uca Allahın: “Kitabı sənə nazil edən Odur. O Kitabın bir
qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır.
Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik
olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə
mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə
Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə
deyərlər: "Elmdə qüvvətli olanlar isə: “ Biz onlara iman gətirdik,
onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları
ancaq ağıllı adamlar dərk edərlər”. (Ali İmran 7) buyurduğunu
oxuyaraq: “Bunlar Allahın qəsd etdiyi kimsələrdir. Onardan uzaq
olun”
229
. İbn Abbas - radıyallahu anhu - dedi ki: “Onun yozumunu
isə Allahdan başqa heç kəs bilməz...”. (Ali İmran 7) Quranın bir
qismini digər qismi ilə vuruşdurmayın. Çünki belə bir şey
qəlblərinizə şübhənin yerləşməsinə səbəb olur”. Əbu Musa dedi ki:
“Kim dinə dair bir elmi varsa onu insanlara öyrətsin. Bilmədiyi bir
şeyi söyləməkdən də çəkinsin. Əgər belə etsə özünü çətinə salmış
və dində çətinliklə qarşılaşır. Allah bizləri də sizləri də azdırıcı
fitnələrdən qorusun.
İdarə edən imamlara itaət edər, onları dinləyərik. Bununla
birlikdə Peyğəmbərin - sallallahu aleyhi və səlləm – səhabələrinin
hamısını sevərik. Gizlidə və açıqda da cəmaata öyüd verər və
itaətdən kənara çıxmarıq. Peyğəmbərin - sallallahu aleyhi və səlləm –
səhabələrindən önə keçənlər: Əbu Bəkr, Ömər, Osman və sonra da
Əlidir - Allah onlardan razı olsun.
228
Əhməd 2/195, 196, İbn Məcə 85, əl-Albani “Həsən Səhih”.
229
Buxari 4547, Müslim 2665, Əhməd 6/48.
140
Hər hansı bir günah səbəbilə qiblə əhlini təkfir etmərik. Onlar
haqqında müşrikdirlər deyə şahidlik etmərik. Yalnız Cəhmin və
onun tərəfdarlarının söylədikləri bundan müstəsnadır.
Bizim üçün qeyb olan xüsusları Allaha həvalə edərik.
Muhəmmədin - sallallahu aleyhi və səlləm – ümmtindən olub yaxşılıq
edənlər üçün ümüd edər, pislik edənlər üçün də qorxarıq.
Günahlarına görə bağışlanma diləyərik. Zahirdə olan hallarını
qəbul edər, batində olanları isə Allaha həvalə edərik. Yaxşı əməlləri
səbəbilə
Cənnətə
girəcəkdir
və
ya
günahlarına
görə
Cəhənnəmlikdir demərik. Bu barədə Uca Allah Qiyamət günü
aralarında hökm edəcəkdir. O, hökm verənlərin ən yaxşısıdır.
Cihad Allahın Peyğəmbərini - sallallahu aleyhi və səlləm –
göndərdiyi gündən etibarən davam edəcəkdir. Zalımın zülmünün
ona zərəri olmadığı kimi, ədalət sahibinin ədalətinin də ona faydası
olmaz. Qiyamətə qədər bu belədir.
Xeyrilə şərilə qullarrın bütün əməlləri yaradılmışdır. Levhi
Məhfuzda sətir sətir yazılmışdır. Bunların yazılmadıqlarını iddia
edən kafir olar. Çünki Allahın kitabında olan ayəni rədd etmişdir.
Allah buyurdu: “Elə bir məmləkət yoxdur ki, qiyamət günündən
əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba
düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır!”. (əl-
İsra 58). Allah: “Bəli, bu şanlı Qurandır. O, mühafizə edilən
lövhədədir”. (əl-Buruc 21-22). “Hər bir kiçik və böyük əməl
yazılmışdır”. (əl-Qəmər 53). Yenə Allah: “Dostlarınıza yaxşılıq
etmək isə istisnadır. Bunlar Kitabda yazılmışdır...”. (əl-Əhzab 6).
Namazın tərki küfrdü. Çünki bu barədə Peyğəmbərin - sallallahu
aleyhi və səlləm – hədisləri vardır. Kişi ilə küfr arasında sadəcə
namazı tərk etmək vardır.
On Cənnətlə müjdələnən kimsə - Allah onlardan razı olsun –
Cənnətlikdir. Biz onların Cənnətdə olduqlarına şahidlik edərik.
Çünki bu barədə Peyğəmbərdən - sallallahu aleyhi və səlləm – hədis
vardır. Zina edən kimsələrin rəcm edilməsi bir haqdır, çünki bu
141
hədd həm Peyğəmbərdən - sallallahu aleyhi və səlləm –, həm də
sonra gələn Xəlifələrdən səhih olara nəql edilmişdir.
Cənnət və Cəhənnəm yaradılmışdır. Peyğəmbər - sallallahu
aleyhi və səlləm – buyurdu: “Mən Cənnətdə ikən orada bir köşk
göstərildi. Bu köşk kimindir deyə soruşdum? Ömərindir
dedilər”
230
. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki,
Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «….Allah Cənnətə
sən mənim rəhmətimsən, mən səninlə qullarımdan istədiyimə
rəhmət edirəm». Cəhənnəmə də: «Sən mənim əzabımsan. Mən
səninlə qullarımdan istədiyimə əzab edirəm. Hər birinizə dolusu
qədər var. Amma Cəhənnəm dolmaq bilməz. Nəhayət Allah
ayağını onun üzərinə qoyar, o da: Bəsdi, Bəsdi! deyib Cəhənnəm
dolar. (Cəhənnəmi doldurmaqla) Allah heç bir kəsə zülm etməz.
Cənnətə gəlincə Allah onun boşluqlarını doldurmaq üçün bir neçə
varlılıqlar yaradır»
231
. Kim hər ikisinin də yaradılmamış olduğunu
və ya yaradılmış olduğunu lakin digər məxluqlar kimi yox
olacaqlarını iddia edən bir kimsə yalan danışmış və dini inkar
etmişdir.
Uca Allah Axirətdə gözlərlə görüləcəkdir. Cənnət əhli Onu
görəcəkdir. Onlardan başqa digər Adəm oğulları görməyəcəkdir.
Peyğəmbərdən - sallallahu aleyhi və səlləm – bu barədə bir çox
hədislər vardır. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir
ki, Rəsulullahın - sallallahu aleyhi və səlləm – zamanında bir qurup
insanlar: «Ya Rəsululah! Qiyamət günü Rəbbimizi görəcəyikmi?»
Rəsulullah - sallallahu aleyhi və səlləm – buyurdu: «Yanında bulud
olmayan açıq bir havada günəşi görməyə çətinlik çəkirsinizmi?
Bədirlənmiş ayı 14-cü günündə yanında bulud olmayan açıq
havada görməyə çətinlik çəkirsinizmi?» Xeyr, Ya Rəsulullah! O,
buyurdu: «Günəşi və ayı görməkdə əziyyət çəkmədiyiniz kimi
Allahı görməkdə də əziyyət çəkməyəcəksiniz»
232
. Peyğəmbərin
230
Əhməd 2/159, 188.
231
Buxari, Müslim 5084.
232
Buxari 4581, Müslim 183, Darimi “Sünən” 6/81, H.2804.
Dostları ilə paylaş: |