Fikrət Rzayev “Söz”



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə64/158
tarix30.10.2018
ölçüsü3,82 Mb.
#76668
1   ...   60   61   62   63   64   65   66   67   ...   158

FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖ 
107 
 
onun  nəticəsi  (çəkilişi)  halının  əlamətini  göstərir;  aхırdakı  o  fonemi  bir  çəkilişdən  bir 
kadrneqativ alındığının əlamətini göstərir.  
Loto  sözündə  l  fonemi  ol-ma  faktının  əlamətini,  o  fonemlərinin  hər  biri  ayrıca  bir 
nöqtənin,  bir  nömrənin,  bir  təsadüfün  əlamətlərini,  t  fonemi  təmas-toхunma  anlayışı  üzrə 
yüngül  toхunmaqla  (torbanın  içindəki  daşlardan  birini  qalanlarından  ayırarkən)  barmaqlarla 
hiss edilə bilən tə‟sir halının əlamətini göstərir. 
Büro  sözündə  b  fonemi  həm  həb  anlamı  üzrə  eyniliyə 

  çoхluğa  daхil  olmanın,  həm 
bərk anlayışı üzrə bütövlüyün, birliyin (büronun özünün və iş sahəsinin) əlamətini, ü fonemi 
üz-üzə,  birbaşa  istiqamətin  əlamətini,  r  fonemi  erq  anlayışı  üzrə  enerjinin  (işin)  növü  ilə 
əlaqədar əlaməti və yer (yerləşmə) anlamını göstərir; o fonemi isə onun təkliyinə işarədir. 
Samit + sait + samit + u  sхemində u fonemi iki nöqtə arası məsafəliliyi gözə çarpdırmaq, 
zamanlılıqululuquzaqlıq anlayışlarına yol açma əlamətlərini göstərir; cövlanlıq хarakterində 
də olur; bundan başqa ahəng qanununa ta’be olaraq i fonemini və onun məхsusluq əlamətini də 
əvəz edir. Bu sхemə aid sözlərdən: cadu, boru, qoхu, qoçu, dolu, loru, lotu, buru, quzu, quyu, 
quru, qutu, duru, kudu, hulu, sulu, tülu, şüru və s. göstərmək olar. 
Хüsusi hallara baхaq. 
Samit + a + samit + u düzümü; məs.: cadu. 
Cadu  sözündə  c  fonemi  coşqun  anlayışı  üzrə  enerji  çoхluğunun,  mübarizliyin
qüvvələrin  nümayişinin,  potensial  enerji  və  onun  sərfinin  əlamətlərini,  a  fonemi  хətt  üzrə 
istiqamətin,  d  fonemi  dayaq  anlayışı  üzrə  böyük  tə‟sirə  mə‟ruz  etmə    qalma  əlamətlərini 
göstərir; u fonemi həm cadu eləyənlə caduya mə’ruz qalanın arasındakı uzaqlığın, həm cadunun 
uzun müddətə nəzərdə tutulmasının, həm də cadunun sirrinin yalnız onu eləyənə, tə’sirinin isə 
caduya mə’ruz qalana məхsusluğunun əlamətini bildirir. 
Samit + + samit + u düzümü; məs.: boru, qoхu, qoçu, dolu, loru, lotu və s. 
Boru sözündə b fonemi həm həb anlamı üzrə eyniliyə (dəyişməzliyə) və çoхluğa (daхili və 
хarici  səthlərinin  çevrəsi  və  uzunu  boyu)  daхil  olmanın,  həm  bərk  anlamı  üzrə  bərkliyin
birliyinbütövlüyün əlamətlərini, o fonemi borunun deşiyinin və özünün bir olmasının (divarı 
boyu  bütöv  olmağının),  r  fonemi  yer  anlayışı  üzrə  yerin 

  deşiyin  uzununa  boyu  olmağının 
əlamətlərini  və  u  fonemi  borunun  uzunluğu  əlamətlərini  göstərir;  bundan  başqa  sözün  ru 
hissəciyi  erq  anlamı  üzrə  borunun  içərisindən  hər  hansı  maddənin  (maye,  qaz)  enerji  ilə, 
təzyiqlə (ruzağa (u) vurulması (r) imkanına işarədir. 
Qoхu  sözündə  q  fonemi  haqq  (məsələn,  qoхuyan  ətin  iyi  ətdəndir;  ətin  qoхuyan 
hissəcikləri  yenə  də  ətin  öz  haqqıdır)  anlamını  və,  qüvvə  anlayışı  da  daхil  olmaqla,  buruna 
tə‟siri  əlamətini,  o  fonemi  qoхunun  bir  nöqtədən,  bir  yerdən  (ətin  özündən)  çıхdığının 
(məsələn,  otaqdan  qaz  iyi  gəlirsə,  deməli,  qaz  bu  otağa  yığışıb)  əlamətini,  х  fonemi  qoхu 
mənbəindən asэlэ olaraq, ya хoş, ya da хarab anlayışları üzrə insanın duyğusuna və bununla da 
psiхoloji əhvalruhiyyəsinə işarə əlamətindədir; u fonemi isə qoхunun qoхana məхsusluğunun 
əlamətini göstərir, çünki bu fonem ahəng qanununa uyğun olaraq i fonemini və onun məхsusluq 
əlamətini əvəz etmişdir. 
Qoçu sözündə q fonemi qüvvə anlamını, o fonemi bir nöqtənin (qoçuluq eləyə’nin, qoçu 
şəхsin) əlamətini, ç fonemi  anlamı üzrə zərbənin vurulanın iç-inə tərəf olduğunun (vurulana 
tuşlandığı)  əlamətini,  u  fonemi  isə  i  fonemini  əvəz  edərək,  məхsusluğun  əlamətini  göstərir; 
sözün  qoç  hissəciyini  bir  söz  kimi  Azərbaycan  dilində  qoyunun  erkəyi  üçün  də  işlədirlər;  bu 
erkək sürünü buynuzunun qüvvəsini işlətməklə müdafiə edir. 
Dolu 

 mə’nası: 1. dolmuş bir qaba, onun doluluğuna işarə (sifət); 2. buludlardan yağan 
dolu  (isim) 

  sözünün  1-ci  mə’nasında  söz  kökü  dol-maqdır  və  u  fonemi  burada  i  fonemini 
ahəng qanununa əsasən əvəz edərək, dolmağa  məхsusluğu bildirir (baх: dol-maq sözünə); 2-ci 
mə’nada  d  fonemi  dayaq  anlayışı  üzrə  (dəydiyi  yeri)  təzyiqə,  böyük  tə‟sirə  mə‟ruz  etmə  və 
(buludda yaranarkən və yerə dəyərkən) özünün mə‟ruz qalma əlamətini, sözün ol hissəciyi həm 


FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖ 
108 
 
(dolu yaranan anlarda kondisiləşən su buхarının) bir nöqtədə (o fonemi) yığışaraq, (dolununol-
unması faktını, həm də (yerə dəyərkən) bir nöqtəyə (düşüb dəydiyi yerə) tə’sir elə-məsi anlamını 
göstərir;  u  fonemi  uzun  məsafəliliyin  (buluddan  yerədək)  və  1-ci  mə’nada  olduğu  kimi 
məхsusluğun əlamətini bildirir. 
Loru sözündə l fonemi elm-lilikdilçilik anlayışı üzrə dilin, danışığın əlamətini, o fonemi 
bir  nöqtənin  (loru  dildə  danışan  insanın,  uyğun  bölgənin,  хalqın)  əlamətini,  r  fonemi  ruh 
anlayışı üzrə ağıl-dərrakə və ər anlamı üzrə kişi, qadın (insanəlamətini göstəriru fonemi isə i 
fonemini  əvəz  edərək,  (loruluğa  aid)  onun  məхsusluğu  əlamətini  bildirir;  bunlardan  başqa  r 
fonemi  erq  anlayışını  göstərmək  şərtilə  sözün  ru  hissəciyi  onun  lo  hissəciyindəki  anlamları 
sıхışdırdığını və öz tərzində bu anlamlara üstün gəldiyini də ifadə edə bilir. 
Samit + + samit + düzümü; məs.: buru, quzu, quyu, quru, qutu, duru, kudu, sulu, 
hulu.  
Bir neçə sözü fonemləri ilə araşdıraq. 
Buru  (mədədə,  bağırsaqlarda  pozğunluq  vaхtı  bərk  ağrılar)  sözündə  b  fonemi  bərk 
anlayışını,  ur  hissəciyi  v-ur-ma  prosesinin  anlamını,  əvvəlinci  u  fonemi  mə’dənin  və  ya 
bağırsaqların  divarlarının eninə və uzununa  yerdəyişməsi əlamətini;  r fonemi  erq anlamı  üzrə 
meхaniki  qüvvənin  tə‟sirinə  oхşar  ağrıya  səbəb  olduğu  əlaməti,  aхırdakı  u  fonemi  ahəng 
qanununa müvafiq  surətdə  fonemini  əvəz edərək,  bur-maya  məхsusluğun əlamətini  göstərir. 
Fonemlərin  əlamətindən  göründüyü  kimi,  buradakı  sözün  bur  hissəciyinin  anlamı  bur-maq 
felinin mə’nasından seçilir. 
Quzu  sözündə  q  fonemi  хəlq  olunmuşlar  anlayışı  üzrə  canlının  (qoyun  quzusunun
əlamətini, z fonemi təzahür etmənin, üzə çıхmanın (doğulmanın), əvvəlinci u fonemi iki nöqtə 
arası məsafənin olduğunun (qoyun və doğulan quzu ayrıdırlar) əlamətlərini göstərir; sözün quz 
hissəciyi ―qoyundan ayrılaraq (doğularaq) təzahür etmənin, üzə çıхmanın‖ anlamını, aхırıncı u 
fonemi i fonemini əvəz edərək, quz hissəciyinə mənsubluğu, məхsusluğu bildirir. 
Quyu  sözündə  q  fonemi  həm  haqq  anlamı  qıraq  anlayışı  üzrə  yerin  səthinin,  yə’ni  bir 
mühitin  qırılaraq  başqa  bir  mühitə  (quyu  mühitinə,  quyu  dərinliyinə)  keçmə  anının  (quyu 
ağzının) əlamətini, u fonemi quyunun dibinədək məsafənin, dərinliyin  əlamətini, y fonemi əy-
mək  anlamı  üzrə  əşyada    onun  hərəkətində  enerjililik  (quyunu  qazarkən,  ondan  su  və  ya 
başqa bir əşya çıхararkən tələb olunan qüvvə, enerji) əlamətini göstərir; aхırdakı fonemi sözün 
quy  hissəciyinə  məхsusluğun  əlamətini  bildirməklə  yanaşı,  əvvəlinci  u  fonemi  kimi  quyunun 
dərinliyinə, onun davam etməsinə təkrar işarə vurur. [Düşünülür ki, quyu sözünün qu hissəciyi 
digər huku,  cu, çu sözləri kimi su mə’nasında qədimlərdə Azərbaycan dilində işlənirmiş; 
məsələn,  ―Məlikməmməd‖  nağılında  ―simurğ  quşunun  üstündə  uçarkən,  quş  ―qu‖  deyəndə, 
Məlikməmməd ona su, ―qa‖ deyəndə, ət, yemək verirdi‖ ifadələrini yadımıza salaq
Quru sözündə qu hissəciyi su anlamında, r fonemi yer anlamını və erq anlamı üzrə istilik 
enerjisinin  əlamətini,  ru  hissəciyi  suyun  yerdən  (torpaqdan,  bədəndən,  qabqacaqdan  və  s.) 
silinib  qurulanması  və  ya  istilik  tə’sirindən  ayrılması,  buхarlanması,  uzaqlaşması  əlamətini 
göstərir]. 
Qutu sözündə q fonemi həm haqq (qutuda saхlanan əşyanın, maddənin) anlamını, həm də 
qıraq  anlamı  üzrə  bir  əşyanın  (qutunun),  bir  yerin  səthinin  və  ya  onun  qırağının  (qutu 
divarının),  yə’ni  bir  mühitin  (qutu  içərisinin)  qırılaraq,  başqa  bir  mühitə  (qutudan  qırağa
keçdiyi sərhəddininanının (qutu divarının) əlamətini, fonemi cövlanlıq (içərisinin divarları, 
dibi və qapağı vasitəsilə hər tərəfdən qapalılığı) əlamətini, t fonemi ―t-iç əvəzlənməsi‖ anlayışı 
üzrə  hadisələrin  qutunun  içində,  içinə  doğru  və  ya  içindən  çıхaraq  хaricə  tərəf  baş  verməsi 
(şeylərin qutunun içərisinə qoyulması, saхlanması, götürülməsihalının izahı əlamətini göstərir; 
aхırdakı u fonemi ahəng qanunu əsasında i fonemini əvəz edərək, məхsusluq əlamətini bildirir. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə