Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə129/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

İmadəddin Nəsimi
(1369-1417-ci illər) hürufiliyin görkəmli
tərəfdarı olmuşdur. Nəsimi özünün ilk fəlsəfi qəzəllərində bu
dünyanın sevinclərini tərənnüm edir, insan zəkası qarşısında baş
əyirdi. Az sonra o, sufilik vasitəsilə hürufiliyə qoşulur və bu
təlimin əsas müddəalarını təbliğ edir. 
Nəsiminin təlimi insana yönəlmişdir. Humanizm, insana məhəb-
bət, mükəmməl insan konsepsiyası bu təlimin əsasını təşkil edir.
Nəsiminin nəzərində insan fəal yaradıcı qüvvədir. O, öz zəkası,
nitqi və fitri istedadı sayəsində hərflərin mahiyyətini və for-
masını dərk edir, özünün ilahiliyini başa düşür, ilahi qüvvə
insanda əks olunur. Bu insan öz mahiyyətindən tamamilə xilas
olur və Allahın daxilində əriyir, yalnız Allaha şamil edilə biləcək
parametrlər kəsb edir. Nəsimi öz fikrini bu cür ifadə edir:
“Məndə sığar iki cahan, 
Mən bu cahana sığmazam, 
Gövhəri-laməkan mənəm, 
Dövri-məkana sığmazam”.
194
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Nəsimiyə görə, dünyanın sirlərini o kəs dərk edə bilər ki, o, özünü
dərk etmiş olsun, özünün mövcudluğunun məqsəd və vəzifələrini
başa düşmüş, mənəvi kamilliyə çatmış olsun. Yalnız bundan sonra
insan Tanrı obrazına çevrilir və deyir: “Ənəlhəq” (“Haqq
mənəm”). Nəsimi yaradıcılığının tədqiqatçısı Z.Quluzadənin qeyd
etdiyi kimi, şair Allahın və onun yaratdığı hər şeyin insanda
mövcud olmasına, insanın hər şey demək olmasına şübhə etmirdi. 
Hürufilər “Ənəlhəq” formulunu özlərinin mistik təmrinlərinə
daxil etmişdilər. Onlar öz nəfəslərinə nəzarət edərkən, onu
müəyyən bədən hərəkətləri ilə, tarazlaşma və təzimlərlə
əlaqələndirərkən bu formulu təkrar etməklə ekstatik trans
vəziyyətinə çatır və bu vəziyyətdə hürufi Allahla “görüşür”, ona
qovuşurdu. Onlar əmin idilər ki, insan Tanrının təcəssümüdür,
insan haqqdır, haqq mənəm, haqq sənsən; harada insan varsa,
orada haqq vardır. Deməli, haqqı zaman və məkan hüdudların-
dan kənarda deyil, təbiətdə, mükəmməl insanın mənəviyyatında
axtarmaq lazımdır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə