Film Fiction



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə1/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
  1   2   3   4   5   6   7   8   9   ...   18


 



Film Fiction | Dekabr, №4 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 



Film Fiction | Dekabr, №4 



FİLM FİCTİON 

 

Dekabr, №4 

 

 

Film Fiction  



2011 / Dekabr №4 

 

Üz qabığındakı sima: Marlon Brando 

 

 

REDAKTOR: Şahin Xəlil 



DİZAYN: Şahin Xəlil 

YAZARLAR: Ferat, Şahin Xəlil, 

Məcid Məcidov, Mətləb Muxtarov 



TƏRTİBAT: Ferat 

KORREKTORLAR: Gülarə Abdullayeva, Lalə 

Mikayıl, Vəsilə Abbas 

 

 

e-mail: 

film.fiction@box.az

 

facebook səhifəsi: 

facebook.com/fiction.magazine 

facebook.com/filmoqrafiya 

twitter hesabı: 

twitter.com/filmfiction 



informasiya dəstəyi: 

facebook.com/kinomansan 

kinoklik.com 

 

         Dangahead 



            PRODUCTİON 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Millinet-2011 internet müsabiqəsində 3-

cülük qazanmış jurnalımızın informasiya 

dəstəkçilərindən “Kinoklik.com” saytının 

yaradıcısı Orxan Məmmədovu və bütün 

kollektivi, yazarları təbrik edir və gələcək 

işlərində uğurlar arzulayır, kino sahəsinin 

inkişafında göstərdiyi fəallığa görə 

təşəkkür edirik. 

 

 



 



Film Fiction | Dekabr, №4 



BU SAYIMIZDA 

 

Səhifə 4 / №4 



Müəllif: Film Fiction komandası 

 

Səhifə 7/ Rejissor: Emir Kusturica 



Müəllif: Mətləb Muxtarov 

 

Səhifə 11/ Aktyor: Marlon Brando 



Müəllif: Məcid Məcidov 

 

Səhifə 14/ Aktrisa: Kate Winslet 



Müəllif: Şahin Xəlil 

 

Səhifə 16/ TOP 30 



Müəllif: Şahin Xəlil 

 

Səhifə 20/ Sitatlar  



Müəllif: Ferat 

 

Səhifə 22/ Müsahibə: Q.Tarantino 



Müəllif: Ferat 

 

Səhifə 25/ Klassik Hollivud Film 



Cərəyanı 

Müəllif: Məcid Məcidov 

 

Səhifə 27/ Venetsiya Film Festivalı 



Müəllif: Məcid Məcidov 

 

Səhifə 28/ Maraqlı faktlar 



Müəllif: Ferat və Şahin Xəlil 

 

Səhifə 30/ Müsahibə: Yaşar Nuri 



Müəllif: Cəmilə Musayeva 

 

 



 

 

Səhifə 33/ İlin yekunları 



Müəllif: Şahin Xəlil 

 

Səhifə 35/ Bu ay doğulanlar  



Müəllif: Şahin Xəlil 

  

Səhifə 36/ Film: Citizen Kane 



Müəllif: Məcid Məcidov 

 

Səhifə 37/ Film: Dogtooth 



Müəllif: Ferat 

 

Səhifə 38/ Film: Shine 



Müəllif: Ferat 

 

Səhifə 39/ Film: Klass 



Müəllif: Şahin Xəlil 

 

Səhifə 40/ Film: Pina 



 Müəllif: Şahin Xəlil 

 

Səhifə 41/ Film: Midnight in Paris 



Müəllif: Şahin Xəlil 

 

Səhifə 42/ Film: It’s a wonderful life 



Müəllif: Məcid Məcidov 

 

Səhifə 43/ Yeni il 



Müəllif: Şahin Xəlil 

 

Səhifə 44/Afişa 



Müəllif: Ferat 

 

Səhifə 49/Viktorina 



Jurnalımızın viktorinası. 

 



 



Film Fiction | Dekabr, №4 



№4   

 

 



 

 

 



 

Hörmətli oxucular, dekabr sayımızla bu 

ili arxada qoyub yeni, 2012-ci ilə qədəm 

qoyuruq. 2011-ci il “Film Fiction” layihəsi 

yarandı və tezliklə, daha dəqiq desək, 

sentyabrda bu layihə gerçəkləşdi. Və beləliklə, 

Azərbaycanda ilk elektron film jurnalı təqdim 

olundu. Sələflərindən fərqli olaraq “Film 

Fiction” öz yolunu cızdı. Fellininin, Yusuf 

Güneyin “Yol”-u kimi. Artıq 4-cü sayı 

oxuyursunuz. 4-cü sayımızı Azərbaycan 

kinosuna adını qızıl həriflərlə yazdırmış 

aktyorumuz Yaşar Nuriyə həsr edirik. Bu 4-cü 

sayla yeni ilin astanasından çevrilib yola 

saldığımız ildə baş vermiş kino hadisələrinə 

baxdım. Şimal qonşumuz Rusiyadan Sokurov bu 

il Venetsiyada, Türkiyədən Nuri Bilge Ceylan 

abimiz Kannda, İrandan isə Fərhad Əsgəri 

Berlində at oynatdı. Qonşularımızdan əlavə 

digər millətlərə göz gəzdirdim. Estonlardan 

tutmuş Taciklərə qədər hamının kino 

pavilyonunda qızğın iş gedirdi. Azərbaycana 

baxanda isə 1-2 fəal rejissorun fonunda 

çayxanada “it döyən” aktyorlar və 

klipmeykerlik, toy, serial çəkilişləri ilə cibini 

güdən, əttökən, zövqünü TV-lər qarşısında 

minlərlə tamaşaçının 18:00-dan başlayan iş 

sonrası istirahət zamanına dürtən “rejissorlar” 

gördüm. Ötən sayların birində yazdığım “Hər  

 

şey yaxşılığa doğru” məqaləsindəki humanizmi 



hətta unutdum da bir anlıq. Hər insanın həyatda 

öz yeri olur. Elələri də olur ki, yerləri səhv 

düşür, ya da özü həmin yerə göz dikir. Pul var 

deyə. Çilingər cərrahlıq edəndə əməliyyat 

olunan xəstə həyatı risk altında olur. Alim 

fəhləlik edəndə isə elm ağlayır. Zəli qanından 

olan insana bənzərlər isə “dayday”ları hesabına 

yola verdiyi universitetin rejissorluq sənətini 

xalqın cibinə tozsoran qoşaraq davam etdirirlər. 

Doğrudur, Qodar da, Rodriqez də “nə gəldi 

çəkin” deyib. Amma bu çəkilən materiallar 

yumşaq desək “zibildisə” ixtiyarın yoxdu bunu 

xalqa TV vasitəsi ilə yedirdib, qonorar alasan. 

Çünki, çəkdiyin “zibil”-ə dostlarından, ailəndən, 

nəbilim üzünə gülən insanlardan başqa heç kim 

“yaxşıdır” deməyib. Desə də onun səmimiliyinə 

böyük şübhə var. Heç olmasa utanın qonşuya 

baxanda. Nəyi sizdən artıqdı? Nuri Bilge Ceylan 

haqqında məqalə olacaq yaxın gələcəkdə. 

Oxuyanda bir daha əmin olursan ki, insanda 

əsas fantaziya və istəkdi. Tarantinonun elə bu 

sayımızdakı bir cavabını unutmayacağam. 

“Bəlkə lovğalıq kimi görünə bilər, amma bunun 

olacağını, sənət aləmində bugünki yerlərə 

çatacağımı həmişə bilirdim.” Bax belə... İnsan nə 

istəyir ola bilər. Sadəcə əmin olmalıdı ki, həmin 

yer onundu. Bu əminlik varsa gec və ya tez o öz 

yerini tutacaq. Ona görə bütün film sahəsində 

işləyən şəxslərdən, təhsil alan tələbələrdən rica 

edirəm: Əgər hiss edirsinizsə bu yol sizin deyil, 

sizlik deyil tez o yolu dəyişin. Və əgər 

əminsinizsə bu yol sizindir, nə olursa olsun o 

yoldan dönməyin. Pul xatirinə, ya da bezmiş 

halda özünüzlə bərabər kinonu məhv etməyin. 

2012-ci ildə doğulacaq uşaqlar illər sonra 

Fellini, Tarantino, Berqmanla bərabər sizləri də 

özünə ideal seçsinlər. Kann, Venetsiya 

festivallarında təkcə pavilyonumuzun olması ilə, 

rus rejissorlarına yazılan ssenarilərin Oskar 

qazanması ilə öyünmək azdı. Çox cılızdı. 2012-ci 

ildə Eurovision paytaxtımızda baş tutacaq. 

Bütün musiqi sevənləri təbrik etmək labüddür. 

Bəzi yerli “rejissorlar” buna bu cür reaksiya 

verib: “O gün olsun Kann festivalı Bakıda 

keçirilsin”... Bu absurd arzu ilə sizi baş-başa 

buraxıb, yeni il münasibəti ilə hər soydaşı, 

yoldaşı təbrik edir, yazının davamını 

həmkarıma həvalə edirəm.  



Şahin Xəlil   


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə