Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə1/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
  1   2   3   4   5   6   7   8   9   ...   107


Redaktoru 
filologiya elmləri 
doktoru, professor 
G.Baxşəliyeva 
Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. — Bakı: “Elm”, 
2005. — 392 səh. 
ISBN 5-8066-1699-1 
Azərbaycan  tarix  elminin  ən  fundamental  əsərlərindən  biri  olan  bu 
monoqrafiyada ərəb hakimiyyəti dövründəki tariximiz nəzərdən keçirilir, həmin 
hakimiyyətin aradan qaldırılması ilə nəticələnən və xalqımızın təşəkkül tarixində 
yeni  səhifə  açan  sosial-iqtisadi  və  siyasi  proseslər,  onların  səbəb  və  şəraiti 
xarakterizə edilir. 
Əsərin Azərbaycan dilində bu nəşri orijinal əsasında {rus dilinds I965~d il 
nsşri) yenidən işlənmiş və təkmilləşdirilmişdir. 

0503020097 
625(07)—200

Qrifli nəşr 
© Bünyadov Z. {varisi Bünyadova T.), 2005 


GÖRKƏMLİ ŞƏRQŞÜNASIN ŞAH ƏSƏRİ 
Böyük şarqşünas alim, akademik Z.M.Bünyaäov elm alə- minda 
şÖhr^t  qazanmış  bir  çox  sanballı  əssrlorin  müəllifidir.  Bu  əsərlər 
arasında  onun  ölməz  “Azərbaycan  VII-IX  əsrlərdə"  monoqrafiyası 
xüsusi yer tutur və ilk dəfə 1965-ci ildə nəşr olunmasına baxmayaraq, 
bu  gün  də  Azərbaycan  və  Qafqazın  orta  əsrlər  tarixi  və 
mənbəşünaslığı sahəsində yaradılmış ən fundamental əsərlərdən biri 
olaraq qalmaqdadır. 
Əsər  üzərində  iş  uzun  müddət  davam  etmişdir.  1959-cu  ildən 
etibarən 
Z.M.Bünyadovun 
Azərbaycan 
toponimlərinin 
lokallaşdırılmasına, alban mənbələri — Mxitar Qoşun salnaməsi və 
Moisey Kalankathnın “Ağvan tarixi"nə dair ilk məqalələri çıxmağa 
başlayır və bu qaynaqların təhlilindən əldə edilən ilk nəticələr dərc 
olunur; nəticələr orta əsr ərəb tarixçilərinin verdikləri məlumatlarla 
tutuşdurularaq  əsaslandırılır.  Bu  tədqiqatlar  alimin  mənbəşünaslıq 
sahəsinə  dərin  bələd  olmasından  xəbər  verir  və  erməni 
tədqiqatçılarının  Alban  dövlətini  Böyük  Ermənistanın  bir  vilayəti 
kimi  qələmə  verdikləri  və  elmi  ictimaiyyətə  inadkarlıqla  sınmağa 
çalışdıqları konsepsiyanı tənqid hədəfinə alır. Ziya Bünyadouun çap 
olunmuş hu ilk əsərləri onun böyük elmi mübarizəyə başlaması üçün 
bir hazırlıq idi; Ziya müəllim belə mübarizəyə mərd təbiətinə uyğun 
olaraq  həmişə  cəsarətlə  və  tam  hazır  şəkildə  gedərdi.  Elə  həmin 
dövrdə  də  o,  doktorluq  dissertasiyasının  müdafiəsinə  hazırlaşır  və 
fundamental monoqrafiyası olan "Azərbaycan VII-IX əsrlərdə" kitabı 
üzərində çah- 
Şir.
 
Z.M.Bünyadovun  həyat  yoldaşı  Tahirə  xanım  öz  xatirələrində 
onun  elə  bu  ilk  əsərinin  (digər  alimlər  tərəfindən  bəyənilib 
dəstəkləndiyi halda) erməni tarixçiləri arasında nə cür vəl- 


“Azərbaycan  VII—IX  əsrlərdə"  kitabı  üzərində  aparılan  iş, 
ümumiyyətlə,  geniş  mənbəşünaslıq  əsasında  qurulmuş  tədqiqatın 
bütün  üstünlüklərini  açıb  göstərmiş  oldu.  Ərəb  və  farsdilli 
qaynaqların  ayrı-ayrı  nümunələrini  tədqiq  edib  araşdırarkən,  orta 
əsr  erməni  tarixçi  və  coğrafiyaşünaslarının  məlumatlarını  təhlil 
edərkən Z.M,Bünyadov daim yeni-yeni məlumat mənbələrinin — çap 
olunmamış əlyazmaların, muzeylərdə saxlanılan sikkələrin, arxeoloji 
dəlillərin axtarışında olub. 
Qeyd etməliyik ki,  kitab  sovet  rejiminin  ideoloji məngənəsində 
sıxılıb qalmış Ölkə vətəndaşları üçün əslində elmi nailiyyətdən daha 
artıq  bir  məna  kəsb  etmişdi.  Bəzən  belə  olur  ki,  ictimai-siyasi 
inkişafın müəyyən məqamında alimin söylədiyi kəlam elmi biliyə olan 
adi  tələbat  həddini  aşaraq  bir  növ  vəhyə  çevrilir  və  ictimai  şüurda 
dönüş  məqamı  yaradır.  Elmi  tədqiqatın  xalq  kütlələrinin 
əhval-ruhiyyə və şüur dairəsini bu cür yarıb, ona geniş nüfuz etməsi 
nadir tarixi bir haldır; bu, yeni zamanda milli şüurun yetkinləşməsi 
prosesinə  alimin  bəxş  etdiyi  şahanə  bir  töhfədir.  Ziya  Bünyadovun 
“Azərbaycan VII-IX əsrlərdə" kitabı belə müstəsna, görünməmiş bir 
hadisə idi. Alimin ilk böyük monoqrafiyasının önəmi bir də ondadır 
ki,  bu  əsər  Azərbaycanın  altmışıncı  illərdəki  on  minlərlə  gəncində 
milli şərəf və qürur hissinin formalaşmasında mühüm mərhələ təşkil 
edib. 
Təsadüfi  deyildir  ki,  xalqımız  torpaqlarımıza  və  milli 
ləyaqətimizə qarşı yönəlmiş təcavüzlə üzləşib, öz qüvvələrini növbəti 
d ə f ə   topladığı  bir  dövrdə  insanlarda  “Azərbaycan  V I I - I X  
əsrlərdə” kitabına yenidən üz tutub müraciət etmək zərurəti yarandı. 
Bu  kitab  torpaqlarımıza  edilən  iddialara  ən  yaxşı  və  tutarlı  cavab 
hesab edilərək, 1989-cu ildə təcili Azərbaycan dilinə tərcümə edildi. 
Tərcümə,  düzdür,  vaxtında  hazır  oldu,  lakin  onda  çoxlu  qüsur  və 
yanlışlıqlara  yol  verilmişdi.  Biz — Ziya müəllimin  elm sahəsindəki 
kiçik  həmkarları  da belə arzuya  düşdük  ki,  təqribən  qırx il bundan 
əvvəl  qələmə  alınıb  yazılmış  böyük  elmi  əsəri  malik  olduğu  yüksək 
elmi  dəyərinə  tam  uyğun  səviyyədə  öz  ana  dilimizdə  çap  edib 
oxuculara  çatdıraq.  Odur  ki,  Z.M.Bünyadov  adına  Şərqşünaslıq 
İnstitutunun rəhbərliyi, institut direktoru professor G.Baxşəliyeva və 
direktor  müavini  tarix  elmləri  namizədi  Ş.Mustafayev  təşəbbüs 
göstərərək  kitabın  yenidən  çap  olunması  məsələsini  ortaya 
çıxardılar.  Bununla  əlaqədar  Ərəb  ölkələri  tarixi  və  iqtisadiyyatı 
şöbəsinin əmək 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə