“FinEx Kredit” BOKT ASC
31 dekabr 2015-ci il tarixinə
Beynəlxalq Maliyyə Hesabatı Standartlarına Uyğun Maliyyə Hesabatları və
Müstəqil Auditorun Hesabatı
MÜNDƏRİCAT
Müstəqİl Audİtorun RƏYİ..............................................................................................................3-4
mALİYYƏ HESABATLARI
Maliyyə Vəziyyəti haqqında Hesabat..............................................................................................................5
Məcmu Gəlirlər haqqında Hesabat..................................................................................................................6
Səhmdar Kapitalında Dəyişikliklər haqqında Hesabat....................................................................................7
Pul Vəsaitlərinin Hərəkəti haqqında Hesabat..................................................................................................8
Maliyyə Hesabatları üzrə Qeydlər..............................................................................................................9-39
MÜSTƏQİL AUDİTORUN RƏYİ
“FinEx Kredit” BOKT ASC-nin Səhmdarlarına və İdarə Heyətinə:
Maliyyə hesabatları üzrə auditor hesabatı
Biz “FinEx Kredit” BOKT ASC -nin (“Müəssisə”) 31 dekabr 2015-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixdə tamamlanan il üzrə məcmu gəlirlər, səhmdar kapitalında dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas uçot siyasətinin və digər izahedici məlumatların xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını apardıq.
Maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti
Hazırkı maliyyə hesabatların Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və eləcə də saxtakarlıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli səhvlər olmayan maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemininə görə Rəhbərlik məsuliyyət daşıyır.
Auditorun məsuliyyəti
Bizim məsuliyyətimiz apardığımız audit əsasında həmin maliyyə hesabatları üzrə rəy bildirməkdir. Biz, auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Həmin Standartlar bizdən etik normalara riayət etməyi və auditin planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.
Auditə maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizəsindən, eləcə də fırıldaqçılıq və ya səhv nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənib hazırlanması məqsədilə müəssisə tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, auditə mövcud uçot siyasətinin uyğunluğunun və rəhbərliyin uçot ehtimallarının əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.
Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.
Rəy
Bizim rəyimizcə, əlavə edilən maliyyə hesabatları “FinEx Kredit” BOKT ASC -nin 31 dekabr 2015-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir.
29 yanvar 2016-cı il
Bakı, Azərbaycan Respublikası
Azərbaycan Manatı ilə
|
Qeyd
|
31 dekabr 2015
|
31 dekabr 2014
|
|
|
|
|
Aktİvlər
|
|
|
|
Pul vəsaitləri və onların ekvivalentləri
|
7
|
52,161
|
125,937
|
Müştərilərə verilmiş kreditlər və avanslar
|
8
|
2,601,487
|
899,892
|
Binalar və avadanlıqlar
|
9
|
13,179
|
3,474
|
Qeyri-maddi aktivlər
|
9
|
4,956
|
2,375
|
Digər aktivlər
|
10
|
6,019
|
-
|
Təxirə salınmış vergi aktivi
|
18
|
195
|
-
|
|
|
|
|
Cəmi aktivlər
|
|
2,677,997
|
1,031,678
|
|
|
|
|
|
|
|
|
Öhdəliklər
|
|
|
|
Müddətli borc öhdəlikləri
|
11
|
843,353
|
313,305
|
Buraxılmış borc qiymətli kağızları
|
12
|
1,294,077
|
189,487
|
Mənfəət vergisi öhdəliyi
|
18
|
6,761
|
4,118
|
Digər öhdəliklər
|
13
|
14,033
|
7,189
|
Təxirə salınmış vergi öhdəliyi
|
18
|
-
|
177
|
|
|
|
|
Cəmi öhdəliklər
|
|
2,158,223
|
514,276
|
|
|
|
|
|
|
|
|
Kapital
|
|
|
|
Nizamnamə kapitalı
|
14
|
500,000
|
500,000
|
Bölüşdürülməmiş mənfəət
|
|
19,774
|
17,402
|
|
|
|
|
|
|
|
|
Cəmi kapital
|
|
519,774
|
517,402
|
|
|
|
|
|
|
|
|
Cəmi öhdəliklər və kapital
|
|
2,677,997
|
1,031,678
|
|
|
|
|
29 yanvar 2016-cı il tarixində İdarə Heyəti adından imzalanmış və dərc olunmaq üçün təsdiqlənmişdir.
______________________________ ______________________________
Fərid Həmidov Elnur Vəliyev
İdarə Heyətinin Sədri Maliyyə Departamentinin Direktoru
Dostları ilə paylaş: |