Firədun Nadir oğlu İbrahimov



Yüklə 369,22 Kb.

səhifə1/13
tarix24.12.2017
ölçüsü369,22 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   13


Azərbaycan Respublikası Təhsil Nazirliyi 

Azərbaycan Müəllimlər İnstitutu 

 

          Rüfət Lətif oğlu Hüseynzadə  

           Firədun Nadir oğlu İbrahimov 

                               

 

 



AZƏRBAYCAN TƏHSİL TARİXİ 

 PROQRAM 

   Bakalavr hazırlığı təhsil pilləsi üçün nəzərdə  

                           tutulmuşdur

 



 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin  

           13.02. 2014-cü il tarixli, 187 №-li əmri ilə təsdiq 

edilmişdir.   

 

 

 



 

 



 



       Rüfət Lətif oğlu Hüseynzadə,   

 Pedaqogika  üzrə  elmlər  doktoru,  professor,  Əməkdar  

müəllim 


       Firədun Nadir oğlu İbrahimov,  

 Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar  

müəllim,                      

 

Redaktor: Ləzifə Nağı  qızı Qasımova 



Pedaqogika üzrə elmlər doktoru, professor 

                    

Rəyçilər:  Prof.  Akif Nurağa oğlu Abbasov 

                 Prof.  Mircəfər Mirməsi oğlu Həsənov 

                  

 

                                    

                                     

                                     

                                                             

                              

 

 

 



 

 

 



R.L.Hüseynzadə,  F.N.İbrahimov.  “Azərbaycan  təhsil 

tarixi”  proqramı  (Bakalavr  hazırlığı  təhsil  pilləsi  üçün 

nəzərdə tutulmuşdur). 

 Bakı: ADPU,  2015,    45  səhifə. 

 



 



İzahat vərəqi 

 

 

           Təhsil  sisteminin  neçə  əsrlər  ərzində  özünü  təsdiq 



etmiş  müstəqil  sosial  hadisə  olması  heç  kimdə  şübhə 

doğurmur.  Hər  bir  ölkənin  ictimai  təşkilatlanma  səviyyəsi 

ilk növbədə təhsilin keyfiyyətindən asılıdır. İctimai inkişafın 

ən böyük resursları təhsil sistemindədir.  

       “Təhsil millətin gələcəyidir”- Ulu öndərimiz Heydər  

Əliyev demişdir. 

     Məktəb  xalqın  güzgüsüdür.  “Bir  millətin  hər  halını 



tədqiq  etmək  üçün  ən  doğru  meyar,  ən  kəsdirmə  yol  o 

millətin məktəbləridir”(Hüseyn Cavid). 

          “Azərbaycan 



təhsil 

tarixi” 

təhsilşünaslığın 

mikrostrukturuna  daxildir.  “Təhsildə  sosial  psixoloji 

xidmət”  ixtisası  üzrə  kadr  hazırlığını  şərtləndirən  fənlər 

sırasında “Azərbaycan təhsil tarixi”nin  xüsusi yeri vardır, 

məcburi fənlər kateqoriyasına aiddir.  

      Təhsil  tarixini  bilmədən  müasir  təhsil  sisteminin 

problemlərini  dərindən  bilmək  mümkün  deyildir.  Çünki 

müasir  təhsil  keçmiş  təhsilin  pillələri    üzərində  qurulub 

inkişaf  etmişdir.  Təhsilin  inkişafı  inqilabi  yolla    deyil,  

təkamül yolı ilə həyata keçirilir.    

 

Pedaqoji  təmayüllü  bakalavr  hazırlığı  pilləsində 



“Azərbaycan təhsil tarixi” kursunun sistemli və planlı tədrisi 

üçün  bu  fənnin  proqramının  hazırlanmasını  vacib  hesab 

etdik.  

                                         ~                                            ~ 

 

 

 



 

 

 




 



“AZƏRBAYCAN 



TƏHSİL 

TARİXİ” 

PROQRAMI 

ƏSASINDA    TƏLƏBƏLƏR  NƏYİ  BİLMƏLİ  VƏ  NƏYİ 

BACARMALIDIR: 

 

     -  Qədim  tarixə  və  zəngin  mədəniyyətə  malik,  coğrafi 

cəhətdən  türk-islam  dünyasının  mərkəzində  yerləşən 

Azərbaycanın  vətəndaşlarının  hələ  qədim  zamanlardan  yazı 

və  oxu  mədəniyyətinə  sahib  olduqlarını,  Azərbaycan 

xalqının 

ziyalılarının 

dövrün, 


ictimai 

həyatın 


xüsusiyyətlərinə  uyğun  təhsil  ocaqları  yarada  bildiklərini, 

milli 


mənsublarını 

inkişafa,  tərəqqiyə  səslədiklərini 

əsaslandırmağı bacarmalıdır; 

Tələbə  bilməlidir:  Zaman-zaman  ölkəmizə  edilən 

basqınlar  üzündən  ulu  babalarımızın  yaratdıqları  zəngin 

elmi, ədəbi və pedaqoji irsin mühüm bir qismi tələf edilmiş, 

böyük  bir  mənəvi  xəzinə  vətənimizdən  çıxarılmış,  başqa 

ölkələrə aparılmış və bir qismi də itirilmişdir.    

 Zəngin  şifahi  xalq  ədəbiyyatımız  –  “Kitabi  Dədə 

Qorqud”,  “Bilqamıs”,  “Alp  Ər  Tunqa”,  “Oğuz”, 

“Ərkənəqun” 

kimi 


dastanlarmız, 

Oğuznamələr, 

Ustadnamələr  xalqımızın  qədim  tarixindən,  onun  ictimai-

mədəni  həyatından,  zəkasından,  istək  və  arzularından, 

tərbiyə  və  təhsil  səviyyəsindən  xəbər  verir.  Qobustan, 

Gəmiqaya, Oğlanqala, Kültəpə, Orxon kitabələri və daha bir 

çox  qayaüstü  yazılı  abidələrimiz  xalqımızın  yazı  yazmaq, 

oxumaq,  hesablamaq,  rəsm  çəkmək,  rəqs  etmək  və  s. 

mədəni,  təhsil  vərdişlərinə  sahib  olmasından  xəbər  verir. 

Tariximizin  çox  qədimliyini  göstərən  arxeoloji  qazıntılar, 

əldə  edilmiş  maddi,  mədəni  nümunələr,  xaraba  şəhər  və 

qəsəbələr  Azərbaycanın  ayrılmaz  bir  parçası  olan 

Naxçıvanda hələ daş  dövründən istifadə edilən duz mədəni 

və  buradan  tapılmış  daş  baltalar,  buradakı  duz 

müalicəxanası çox uzaq keçmişimizin mədəni səviyyəsindən 

xəbər  verir.  Bütün  bunlar  Azərbaycan  xalqının  hələ 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə