Firədun Nadir oğlu İbrahimov



Yüklə 369,22 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix24.12.2017
ölçüsü369,22 Kb.
#17935
1   2   3   4   5   6   7   8   9   ...   13

 

miladdan əvvəl mədəniyyətə, yazıya, oxuya, sistemli təlim-



tərbiyə mədəniyyətinə, müalicə üsullarına  sahib olduqlarını 

təsdiq edir.  

Naxçıvanda  tunc  dövrünə  aid  Gəmiqaya  abidəsi 

eramızdan  əvvəl  I-III  minilliklərə  aid  edilir  ki,  üzərindəki 

rəsmlər,  yazı,  işarələr  insanların  bir-biri  ilə  ünsiyyət  və 

əlaqə,  öyrətmə-öyrənmə  prosesini  əks  etdirir.  Qayaüstü 

təsvirlərdə rəqs səhnələri o dövrün estetik zövqünü bildirir, 

ov  səhnələri,  örüş  sahələri,  keçi,  maral,  quş,  habelə  əmək 

alətləri  dövrün  peşələri  olan  ovçuluqdan,  əkinçilikdən, 

maldarlıqdan  xəbər  verir,  at,  dəvə,  ulaq,  araba  təsvirləri 

insanların  istifadə  etdikləri  nəqliyyat  növünü  göstərir. 

Günəş,  ağac,  çay  kimi  rəsmlər  qədim  insanlarımızın 

inancından  xəbər  verir,  daşlar  üzərində  düz  xətlə  çəkilmiş 

bir neçə xət və ya çox xət Gəmiqayalıların say anlayışından 

xəbərdar olmalarını bildirir. Gəmiqayalıların bəbir, canavar, 

ilan,  dəvə  kimi  rəsmlərin  müxtəlif  vəziyyətlərdə  daşlara 

döymə  üsulla  böyük  məharətlə  işləmələri  bir  tərəfdən  o 

dövrün  rəssamlığını,  nəqqaşlığını  göstərirsə,  digər  tərəfdən 

də  şübhəsiz  insanlara  ətraf  mühiti,  ərazini  onun  flora  və 

faunasını  öyrədir.  Gəmiqaya  rəsmlərində  bir  atlının  baş  və 

ayağında  geyim  olması  o  dövrün  peşələrini  (toxuculuq, 

çəkməçilik  və  s.)  təxmin  etməyə  imkan  yaradır.  Şübhəsiz 

böyüklər  də  əldə  etdiyi  bilik  və  təcrübələri,  qazandıqları 

peşələri kiçiklərə öyrətmişlər və yaxud da kiçiklər böyükləri 

müşahidə  etməklə  müəyyən  bilik,  bacarıq  və  təcrübə  əldə 

etmiş, tərbiyə qazanmışlar. 

Pedaqoji 

mənbələrdə 

göstərilir 

ki, 


qədim 

Yunanıstanda  quldar  balalarını    xüsusi  təlim-tərbiyə 

müəssisəsinə    aparıb-  gətirən,  onların  təlim  tərbiyəsi  ilə 

məşğul  olan    adamlara  “Peydaqoqos”    deyilirdi.    Qədim 

yunan  dilində    “Paydas”    -  “uşaq”  ,  “gogos”  -  “yola  salan” 

deməkdir  ki,  “pedaqogika”,  “pedaqoq”  sözləri  də  buradan 

meydana  gəlmişdir.  Oradakı    xüsusi  təlim  tərbiyə 



 

müəssisəsinin  adına  “Şkola”  deyilirdi  ki,  bunun  da  mənası 



kitablarda  yazıldığı  kimi  qədim  yunan  dilində  “Asudə  vaxt 

keçirilən yer”  deməkdir.  

       Pedaqogika    elminin  banisi,  XVII  əsrin  görkəmli 

pedaqoqu Yan Amos Komenski yazır ki, yunanlar  bu sözü 

–  yəni  “Şkola”  sözünü  Şumerlərdən  götürmüşlər.  Daha  

sonra o “Böyük didaktika” əsərində qeyd  edir ki, tarixdə ilk 

məktəbi  Nuhun  oğlu  Sam  yaratmışdır.  Adını  Skala 

adlandırmışdır

(75,Глава 8, параграф 3. стр.23).

     


      Y.A.Komenski    bu  fikri  bizim  eradan  əvvəl    I  əsrdə 

yaşamış  yəhudi  əsilli  yunan  filosofu  İosif  Flavidən  

götürmüş və ona əsaslanaraq bunu yazmışdır.  

       Qeyd  edək ki,  Naxçıvan şəhəri   haqqında ilk məlumat 

tarixçi,  filosof    İosif  Flaviyə  (e.ə.  I  əsr)  məxsusdur.  Sonra  

yunan  coğrafiyaşünası  Klavdi  Ptolomeyin  (b.e.  II  əsri)  

“Coğrafiya”  əsərində  Naxçıvan  şəhərinin  adı  ilk  dəfə 

“Naksuana”  (yun.  Ναξουὰνα,  ing.  Naxuana)  şəklində  qeyd 

olunmuş və şəhərin çoğrafi mövqeyi göstərilmişdir.

        


     Yəhudi  tarixçisi  İosif  Flavi  Nuhun  gəmisinin  dayandığı 

yerin Naxçıvan şəhəri olduğunu bildirir 

(41,56). 

       Y.A.Komenski  qədim  yunan  filosofu  İosif  Flaviyə 

əsaslanaraq    göstərir  ki,  Nuhun  oğlu  Sam  məktəb  yaratmış 

və  adını  “Skala”    qoymuşdur  (41,  Гл.  8,  параграф  3. 

стр.23).  “Skala”  ilkin  mənasında  “pillə”,  “mərhələ” 

mənasını  vermişdir.  Rus    dilində  “Şkala”-    “dərəcə”, 

“mərhələ” deməkdir.  İngilis dilində məktəb mənasını verən 

“Skul”,  fransız dilində “Lekol”, alman dilində “Şule”, türk 

dilində  “Okul”,  rus  və  belarus  dillərində  “Şkola”  kəlmələri 

“Skala”  sözündən əmələ gəlmişdir. 

       Gəmiqaya  ilə  bağlı  Şumer  və  Naxçıvan  əfsanə  və 

rəvayətləri demək olar ki, eyniyyət təşkil edir. Bütün bunlar 

onları    deməyə  əsas  verir  ki,  Naxçıvan  qədim  mədəniyyət, 

elm,  təhsil  mərkəzi  olmuş,  burada  sistemli  təlim,    yazı  və 

oxu mədəniyyəti olmuşdur.  



 

     - İslam dininin yayılmasının türk xalqlarının, o cümlədən 



Azərbaycan türklərinin həyatında köklü dəyişikliklərə səbəb 

olduğunu,  Azərbaycan  xalqının  milli-mənəvi  dəyərlərinin 

İslam mədəniyyəti ilə qaynayıb qarışaraq nəsillərin tərbiyəsi 

üçün dəyərli bir sistem gerçəklədirdiyini izah edə biməlidir;   

-      Bilinməlidir  ki,  XIV-XV  əsrlərdə  Qərb  humanistlərinin 

irəli  sürdüyü  ideyaların  bir  çoxu  daha  mükəmməl  və 

demokratik  şəkildə  hələ  XIII  əsr  Azərbaycan  alimi 

Nəsirəddin Tusi tərəfindən təqdim olunmuşdur

      - Tələbə böyük qürur hissi ilə sübuta yetirə bilməlidir ki, 

orta əsrlərdə Qərb ölkələrində kilsənin fitvası  ilə yeni fikirli 

insanlar  tonqallarda  yandırılarkən,  kilsə  zehni  təhsil 

üzərində  inhisarını  qoruyub  saxlayarkən  Azərbaycanda 

azadfikirlilik, dünyəvi elmlər maneəsiz inkişaf etmişdir. 

    -  Bu məmləkətin Əbülhəsən Bəhmənyar, Qətran Təbrizi, 

Xətib  Təbrizi,  Şihabəddin  Sührəvərdi,  Xaqani  Şirvani, 

Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Əvhədi 

Marağayı,  QövsiTəbrizi,  Saib  Təbrizi,    İmadəddin  Nəsimi, 

Məhəmməd  Füzuli,  Molla  Pənah  Vaqif    kimi  görkəmli 

alimləri,  şairləri,  daha    sonrakı  əsrlərdə  dahi  şəxsiyyətləri   

olmuşdur ki,  onların təhsil aldıqları, yetişib formalaşdıqları 

təhsil məkanları,  məktəb və mədrəsələri olmuşdur.  

-  Tələbələr  bilməlidirlər  ki,  1818,  1828-ci  illərdə  məlum 

müqavilələrdən  sonra  Azərbaycan  Rusiyanın  tərkibinə 

keçmiş  və  ölkədə  rus  məktəblərinin  sayı    artmış, 

çoxalmışdır.  

-  Azərbaycanda  elmi-pedaqoji  kadrların  yetişməsində, 

xalqın  mədəni  inkişafında  XIX  əsrin  70-ci  illərinin 

ortalarında  Qori  şəhərində  yaradılmış  Zaqafqaziya  (Qori) 

Müəllimlər  Seminariyasının  böyük  rolu  olmuşdur  (1875-ci 

ilin    8  aprelində  seminariyanın  açılmasına  icazə  verilmiş, 

1876-cı ilin 12 sentyabrında fəaliyyətə başlamış, 1879-cu il 

1  sentyabrda    seminariyanın  Azərbaycan  şöbəsi  açılmış, 

300-dən artıq azərbaycanlı məzun buranı bitirmiş,   1918-ci 



Yüklə 369,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə