Firədun Nadir oğlu İbrahimov



Yüklə 369,22 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix24.12.2017
ölçüsü369,22 Kb.
#17935
1   2   3   4   5   6   7   8   9   ...   13

 

ildə  isə  seminariyanın  Azərbaycan  şöbəsi  Firudin  bəy 



Köçərlinin rəhbərliyi ilə Qazaxa köçürülmüşdür. 

  

      Seminariyanın  Nəriman  Nərimanov,  Üzeyir  Hacıbəyov, 



Müslüm Maqomayev, Cəlil Məmmədquluzadə, Məmmədəli 

Sidqi Səfərov, S.S.Axundov, Firudin bəy Köçərli, Rəşid bəy 

Əfəndiyev, Mahmud bəy  Mahmudbəyov, Fərhad Ağazadə, 

Səfərəlibəy  Vəlibəyov,  Soltan  Məcid  Qənizadə

, 

Bədəl  bəy 

Bədəlbəyli,  Mirzə  Əliməmməd    Xəlilov,  Xəlil    Hacılarov

 

Ələkbər Qərib, Əli Səbri Qasımov, 

 

Şıxlınskilər, Minasazov 



qardaşları  kimi  məzunları  olmuşdur  ki,  onlar  bütün 

həyatlarını xalqın maarif və mədəniyyətinin inkişafına  həsr 

etmişlər.  Ulu  öndərimiz  Heydər  Əliyevin  dediyi  kimi,  “Bu 

təhsil  məbədi  özündən  sonra    böyük  mədəni  irs  qoymaqla 

adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir”. 

  -  1881-ci  ildə  isə  İrəvan  şəhərində  İrəvan  Müəllimlər 

Seminariyası  açılmışdır. 37  il  fəaliyyət  göstərən bu təhsil 

ocağı  1918-ci  ilin  6  avqustunda  Uluxanlı  məktəbi  ilə  eyni 

vaxtda bağlanmışdır. Bu seminariyanın ilk  açılış zamanı  69 

şagirdi olmuşdur. 

       1881-ci  ildə  yaranan  və  34  il  davam  edən  İrəvan 

Müəllimlər Seminariyasının ilk müəllimlərindən biri Firudin 

Bəy Köçərli olmuşdur ki, o burada 10 il dərs demiş, mədəni-

maarif  işləri  aparmışdır.    Seminariyanın  1885-ci  ildə  ilk 

buraxılışı  olmuşdur.  Məzunlar    içərisində  25  nəfər 

azərbaycanlı  var  idi  ki,  bu  məzunlar  İrəvan  qəza 

məktəblərində,  Naxçıvanda,  Uluxanlıda    dərs  deməyə 

başlamışlar. Məzunlar sırasında 

 

Həbib bəy Səlimov, Nəcəf 



bəy 

Vəzirov, 

Haşım  bəy  Vəzirov,  Mirzə  Abbas 

Məhəmmədzadə,  Cabbar  Məhəmmədzadə,  İbadulla  bəy 

Muğanlinski,  Vahid  Musabəyov,  Həmid  bəy  Şahtaxtinski, 

Hüseynəli bəy Rüstəmbəyov, Tağı bəy Səfiyev, Mirzə Cəlil 

Şürbi,  Eynəli  bəy  Sultanov,  Sadıq  Xəlilov,  Vahid 

Musabəyov və başqaları olmuşdur.  




 

   -Tələbələr bunu da xüsusilə bilməlidirlər ki, XIX əsrdə və 



XX  əsrin  əvvəllərində  Azərbaycanın  maarif,  təhsil  və  elm 

sahələrində  nəzərəçarpacaq  hadisələr  baş  vermiş,  milli 

məktəb, milli dərslik, milli tərbiyə problemlərini həll etməyə 

qadir ziyalılar yetişmişdir. Abbasqulu ağa Bakıxanov, Mirzə 

Fətəli  Axundzadə,  Mirzə  Kazım  bəy,  Nəriman  Nərimanov,  

Üzeyir Hacıbəyov,  Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, 

Mirzə  Ələkbər  Sabir,  Həsən  bəy  Zərdabi  və  başqaları 

demokratik  ictimai-pedaqoji  fikrin  özülünü  qoymuş,  çox 

faydalı işlər görmüşlər. Onlar  Azərbaycanda maarifçi mühit 

yaratmış, maarif və mədəniyyəti  inkişaf etdirmişlər.  

     - Tələbələr məlumatlı olmalıdırlar ki, bu dövrdə ana dili 

təlimi  ideyasının  həyata  keçirilməsi  proritet  məsələ 

səviyyəsinə  yüksəldilmiş  və  onun  real  hadisəyə  çevrilməsi 

üçün  Mirzə  İsmayıl  Qasir,  Sultan  Məcid  Qənizadə,  Mir 

Möhsün  Nəvvab,  Mirzə  Şəfi  Vazeh,  Həsən  bəy  Zərdabi, 

Məhəmməd  ağa  Şahtaxtlı,  Həbib  bəy  Mahmudbəyov, 

Mahmud  bəy  Mahmudbəyov,  Firidun  bəy  Köçərli,  Səfərli 

bəy  Vəlibəyov,  Rəşid  bəy  Əfəndiyev,  Seyid  Əzim  Şirvani, 

Məhəmməd  Tağı  Sidqi  və  digər  maarifpərvər  şəxsiyyətlər 

ana  dilli  məktəblər  açmış,  ana  dilli  dərsliklər  yazmış,  milli 

təhsil  və  mədəniyyəti  inkişaf    etdirərək      böyük  xidmətlər 

göstərmişlər;  

      - Tələbələr məlumatlı olmalıdır ki, XIX  əsrin sonu, XX 

əsrin  əvvəllərində  bu  dövrdə  yetişən  milli  burjuaziya 

nümayəndələri 

və 


yerli 

sahibkarlar 

da 

millətin 



maariflənməsi,  savadlanması,  mədəni  və  intellektual 

səviyyəsinin 

yüksəlməsi  yolunda  əllərindən  gələni 

əsirgəməmişlər.  

     Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza 

Muxtarov, Musa Nağıyev, İsa bəy Hacınski kimi sahibkarlar 

milli  ziyalı  nəslinin  yetişməsində,  təhsil  sisteminin 

inkişafında 

müstəsna 

rol 


oynamışdır; 

görkəmli 

maarifçilərimizin qadınların dünyəvi təhsili ilə bağlı istək və 



 

10 


arzularının  reallaşmasında  Hacı  Zeynalabdin  Tağıyevin 

əvəzsiz  xidmətləri  olmuş,  qızların  təhsil  almasına,  onlar 

üçün  xüsusi  məktəblər  açılmasına,  qadın  milli  kadrların 

hazırlanmasına  çalışmış,  bu  sahəyə  böyük  məbləğdə  vəsait 

yönəltmişdir;  

        -  XX  əsrin  əvvəllərində  Azərbaycanda  ibtidai  təhsilin 

inkişafında maarifçilik-xeyriyyəçilik istiqamətində fəaliyyət 

göstərən  “Nicat”,  “Nəşri-maarif”,  “Səadət”,  “Səfa” 

cəmiyyətlərinin  işlərinə  ,  xalqın  savadlanmasında,  maarifin 

inkişafında Gəncə, Quba, Şamaxı, Lənkəran, Əmircan və b. 

şəhər 

və 


kəndlərdə 

fəaliyyət 

göstərən 

xeyriyyə 

cəmiyyətlərinin    xidmətlərinə,  Azərbaycanda  xeyriyyə 

cəmiyyətlərini  təkcə  azərbaycanlılar  deyil,  həm  də  burada 

yaşayan  qeyri-müsəlmanların  da  yaratmalarına  dəyər 

verməyi bacarmalıdır;  

      -Tələbələr  arqumentləşdirməyi  bacarmalıdır  ki,  Şərqdə 

ilk  demokratik,  dünyəvi  dövlət  olan  Azərbaycan  Xalq 

Cümhuriyyəti  xalq  maarifinin,  elm  və  mədəniyyətin 

inkişafını  milli  dövlət  siyasətinin  təməl  prinsiplərindən  biri 

kimi  ön  plana  çəkmiş  və  mövcudluğunun  ilk  aylarından 

təhsil  sahəsində  köklü  islahatlara,  təhsilin  yeni  əsaslar 

üzərində qurulmasına diqqət yönəltmişlər;  

     -Tələbələr  bilməlidir ki,  Azərbaycan  Xalq  Cümhuriyyəti 

hökumətinin  maarif,  təhsil,  elm  və  mədəniyyət  sahəsində 

apardığı siyasətin reallaşdırdığı təxirəsalınmaz tədbirlərin və 

keçirilməsi  nəzərdə  tutulan  islahatların  istiqamətləri 

hansılardır  və  bu  istiqamətlərin  məziyyətləri  ilə  bağlı 

təhlillər verməyi bacarmalıdırlar;   

         -  Azərbaycan  tarixinin  ən  maraqlı  və  ən  mürəkkəb 

mərhələlərindən  biri  1918-1920-ci  illərdir  ki,    bu  dövrdə 

Azərbaycan ilk dəfə olaraq müstəqillik qazanmış və özünün 

müstəqil  daxili  və  xarici  siyasəti  olmuşdur.  Məhz  bu 

dövrdən başlayaraq Azərbaycanda  milli pedaqoji kadrların 

hazırlanmasına başlanmışdır. Bu illər dünyada, o cümlədən 



Yüklə 369,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə