Firədun Nadir oğlu İbrahimov



Yüklə 369,22 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix24.12.2017
ölçüsü369,22 Kb.
#17935
1   2   3   4   5   6   7   8   9   ...   13

 

14 


Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət  Strategiyası” 

nın həyata keçirildiyini,”Dövlət Stategiyası”nın Azərbaycan 

Respublikasında  keyfiyyət  nəticələri  və  əhatəliliyinə  görə 

dünya  ölkələri  sırasında  aparıcı  mövqe  tutan,  səriştəli 

müəllim  və  təhsil  menecerlərinə,  qabaqcıl  texnologiyalara 

əsaslanan  infrastuktura  malik  təhsil  sisteminin  yaradılması 

üçün  beş  strateji  istiqaməti  nəzərdə  tutduğunu  bilməklə 

yanaşı, sözügedən istiqamətlətləri şərh etməyi bacarmalıdır;  

- Tələbə bilməlidir ki, birinci strateji istiqamət səriştəyə 

əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına 

yönəlmişdir  və  təhsilin  məktəbəqədər,    ümumi,  ilk  peşə-

ixtisas,  orta  ixtisas  və  ali  olmaqla,  bütün  pillələri  üzrə 

kurikulumların inkişafı, təkmilləşdirilməsi, səriştəli müəllim 

kadrlarının yetişdirilməsi  kimi məsələlər hədəfə  alınmışdır; 



ikinci  strateji istiqamət təhsil sahəsində insan resurslarının 

müasirləşdirilməsi,  innovasiyalardan  istifadə,  yeni  təlim 

texnologiyalarının  tətbiqi  nəzərdə  tutulur;  üçüncü  strateji 

istiqamət təhsildə nəticəyə görə cavabdeh, şəffaf və səmərəli 

idarəetmə mexanizmlərinin yaradılmasını, dördüncü strateji 



istiqamət müasir tələblərə uyğun və ömürboyu təhsili təmin 

edən  təhsil  infrastrukturunun  yaradılmasını  nəzərdə  tutur; 



beşinci  strateji  istiqamət  Azərbaycan  Respublikasında 

iqtisadi  cəhətdən  dayanıqlı  və  dünyanın  aparıcı  təhsil 

sistemlərinin  stadartları  ilə  eyni  səviyyəyə  uyğun  təhsil 

sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır;  

  –Tələbə  bilməlidir  ki,  Azərbaycanda  -  həm  sovet 

dönəmində, həm də müstəqillik illərində təhsilin inkişafında, 

insanın formalaşmasında , təhsilin aparıcı rolunun cəmiyyət 

tərəfindən 

dərindən 

dərk 


edilməsində, 

insanların 

maariflənməsində  pedaqoji  mətbuatın  müstəsna  xidmətləri 

olmuşdur, 

pedaqoji 

mətbuat 


qabaqcıl 

təcrübələrin 

yayılmasında, müasir təlim metodları və texnologiyalarının, 

innovasiyaların 

təcrübəyə 

gətirilməsində, 

dünyanın 

mütərəqqi  təhsil  təcrübələrinin  mənimsənilməsində,  neçə-




 

15 


neçə  müəllim  nəsillərinin  yetişməsində  əvəzsiz  rol 

oynamışdır, 

təhsil 

sahəsində 



aparılan 

islahatların 

nəticələrinin  və  dövlətin  təhsil  siyasətinin  cəmiyyətə 

çatdırılmasında  üzərinə  düşən  tarixi  missiyanı  pedaqoji 

mətbuat bu gün də  şərəflə yerinə yetirir.  

Proqrama  daxil  olan  mövzuların  və    alt  mövzuların 

sistemi,  mövzular  sistemində  əhatə  olunan  məsələlər 

yuxarıda  öz  əksini  tapan  nəticələrin  reallaşmasına 

istiqamətləndirilmişdir. 

Proqramın həyata keçirilməsi ilə bağlı pedaqoji prosesin 

təşkili və idarə edilməsi zamanı çalışmaq  lazımdır ki, təlim 

məqsədləri  kompleks  şəkildə  formalaşdırılsın,  məqsəd 

zəminində  məzmun,  öyrədən  və  öyrənənlərin  fəaliyyətini 

əhatə  edən  metod  və  vasitələr  dürüst    müəyyənləşdirilsin; 

bütün  tələbələrə  potensial  imkanlarını  maksimum  səfərbər 

edən,  dəstəkləyici mühit formalaşdırılsın. 

Proqramın  reallaşdırılması  prosesi  öyrədən  və  öyrənən 

arasında  qarşılıqlı  fəaliyyətə,  əməkdaşlığa  əsaslanmalı, 

müasir  maddi-texniki  baza  ilə  təchiz  olunmalı,  arzuolunan 

mənəvi-psixoloji mühitə adekvat olmalı, öyrənənlərin maraq 

və  ehtiyaclarını  təmin  etməlidir.  Öyrənənlərin  proqramın 

hədəflədiyi  nəticələrə  uyğun  tədqiqatlara  cəlb  olunmasına, 

məlumat  toplamaq,  ümumiləşdirmək,  nəticəyə  gəlmək 

bacarıqlarının formalaşmasına diqqət yönəltmək zəruridir. 

Proqram 

üzrə 


təlimin 

təşkilində 

tələbələrin 

təşəbbüskarlğına,  yaradıcı  fəaliyyətinə  imkan  verən, 

tədqiqatçılıq bacarıqlarını stimullaşdıran formalara geniş yer 

ayrılmalıdır. 

Yeni  pedaqoji  texnologiyaları  və  müasir  təlim 

yanaşmalarını əks etdirən dərs- müzakirə, dərs-disput kimi qeyri-

standart  təşkilat  formalarından  istifadə  edilməsi  məsləhət  bilinir. 

Bu  prosesdə  dialoqa,  yaradıcı  fəaliyyətə  əsaslanan  fəal 

(interaktiv) metodlardan istifadə edilməlidir 

                               

 

 



 

16 


                                     Proqramın məzmunu 

(mövzular və alt mövzular) 

Mövzu 1  

İslamaqədər  dövrdə  Azərbaycanda  təhsilin 

təşəkkülü və inkişafı 

1.1.Təhsil  sistemi  əsrlər  ərzində  özünü  təsdiq  etmiş 

sosial hadisə kimi;  

1.2.  Təhsil  tarixi  təhsilşünaslığın  struktur  vahidi  kimi; 

1.3.  İslamaqədərki  dövrdə  Azərbaycanda  təhsil;  1.3.1. 

Mannada  elmin  və  təhsilin  inkişafı  üçün  ən  vacib  şərt  olan 

yazı  mədəniyyətinin  mövcudluğu;  1.3.2.  Midiyada  yazılı 

ədəbiyyatın  və  kitab  mədəniyyətinin  mövcudluğu;  1.3.3. 

Atropatena  dövlətində  “saray”  məktəbləri;  1.3.4.  Qafqaz 

Albaniyasında  məktəblərin  təşkili;  1.4.  Zərdüışt  məktəbləri 

və Avestada tərbiyə məsələləri. 

 

Mövzu 2. 



 

İslamın 

Azərbaycanda 

yayılmasından 

Azərbaycanın ikiyə bölünməsinədək olan dövrdə təhsilin 

inkişafı 

 

 



2.1.  Müsəlman  dünyasının  peyğəmbəri  Məhəmməd 

Əleyhissəlamın  təlim,  tərbiyə,  təhsil  barədə  fikirləri;  2.2. 

“Qurani-Kərim”də 

təhsil, 


tərbiyə 

barədə 


qiymətli 

məlumatlar;  2.3.  İslam  dünyasında  ikinci  böyük  şəxsiyyət 

olan  Həzrəti  Əlinin  dəyərli  fikirləri;    2.4.  Filosof  və 

pedaqoq,  hələ  sağlığında  ikən  Aristoteldən  sonra  “ikinci 

müəllim” adını qazanan Əbu Nəsr Məhəmməd əl-Farabinin 

fikirləri;  2.5.Həkim,  pedaqoq  İbn  Sinanın  təhsil,  təlim  və 

tərbiyə  barədə  düşüncələri;  2.6.  Əbülhəsən  Bəhmənyarın 

idrak  məsələlərinə,  əxlaqi-etik  problemlərə,  elmin  və 

fəlsəfənin  öyrənilməsinə  münasibət;  2.7.  Qətran  Təbrizinin 

əsərlərində  pedaqoji  ideyalar,  lüğət  yaradıcılığının 

Azərbaycan 

poeziyasına 

təsiri, 

Xətib 


Təbrizinin 

“Nizamiyyə” mədrəsəsində müəllimlik fəaliiyəti; 2.8.Xaqani 




Yüklə 369,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə