Firədun Nadir oğlu İbrahimov



Yüklə 369,22 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix24.12.2017
ölçüsü369,22 Kb.
#17935
1   2   3   4   5   6   7   8   9   ...   13

 

17 


Şirvaninin  elm,  hikmət  haqqında  fikirləri;  2.9.  Dahi 

Azərbaycan  şairi  və  mütəfəkkiri  Nizami  Gəncəvinin 

pedaqoji elmə verdiyi töhfələr;  2.10.Əssar Təbrizinin təhsil 

və  tərbiyə  motivləri  ilə  zəngin“Mehr  və  Müştəri”  əsərində 

təqdim  etdiyi”şəxsiyyət”  anlayışı  ilə  bağlı  orjinal  fikirləri; 

2.11.  İmadəddin  Nəsiminin  insan  tərbiyəsi,  onun  əqli  və 

əxlaqi cəhətdən təkmilləşməsi, şəxsiyyət kimi formalaşması 

problemlərinə 

dair 

baxışları. 



2.12. 

Sədi 


Şirazi 

yaradıcılığında  irsiyyət,  mühit  və  tərbiyə  amilləri;  2.13. 

Nəsirəddin Tusinin pedaqoji görüşlərində şəxsiyyət və onun 

formalaşdırılması; 2.14. Nəsirəddin Tusinin “Əxlaqi Nasiri” 

əsəri  haqqında;  2.15.  Məhəmməd  Fizuli  əsərlərində  təlim-

tərbiyə məsələləri; 2.16. Molla Vəli Vidadinin, Molla Pənah 

Vaqifin  məktəbdarlıq  fəaliyyəti,  əsərlərində  pedaqoji 

ideyalar.  



 

                                                  Mövzu 3. 

 

Azərbaycanın Çar Rusiyasının tabeliyində olduğu 



dövrdə  təhsil  və  onun  inkişaf  yönümü.  Azərbaycanda 

pedaqoji fikrin inkişafı 

  

    3.1. Çar Rusiyasının Azərbaycanda həyata keçirdiyi təhsil 



siyasətinin  mühüm  istiqamətləri;  3.2.  Qəza  məktəblərinin 

digər  funksiyalarla  yanaşı  təhsili  ruslaşdırma  siyasətinə 

xidmət  etməsi;  3.3.  Əliyyə  (şiə)  və  Öməriyyə  (sünni) 

məktəbləri; 3.4. XIX əsrdə Azərbaycanda qadın təhsili; 3.5. 

Kənd  ibtidai  məktəbləri;  3.6.  XIX  əsrin  60-cı  illərinin 

məktən  islahatı  və  şəhər  məktəblərinin  yaradılması;  3.7. 

Maarifçiliyi “avropalaşdırma” ideyası; 3.8. Azərbaycan dili 

və əlifbası istiqamətində aparılan işlər; 3.9. Güney Qafqazda 

müəllim  kadrları  hazırlığı;  3.10.  Qafqazda  ilk  müəllimlər 

seminariyaları;  3.11.  Zaqafqaziya  (Qori)  Müəllimlər 

Seminariyası  nəzdində  Azərbaycan  şöbəsi;  3.12.  Qori 

Müəllimlər  Seminariyasının  məzunlarının  Azərbaycan 




 

18 


təhsilinin  inkişafında  rolu;  3.13.  Ana  dili  təlimi  ideyası; 

3.14. Mirzə İsmayıl Qasir, Seyid Əzim Şirvani, Məhəmməd 

Tağı  Sidqi,  Sultan  Məcid  Qənizadə,  Həsən  bəy  Zərdabi, 

Məhəmməd  ağa  Şahtaxtlı,  Həbib  bəy  Mahmudbəyov, 

Mahmud  bəy  Mahmudbəyov,  Firidun  bəy  Köçərli,  Səfərəli 

bəy Vəlibəyov, Rəşid bəy Əfəndiyev, Üzeyir bəy Hacıbəyli, 

Cəlil  Məmmədquluzadə,  Nəriman  Nərimanov  və  başqa 

maarifpərvərlərin  ana  dilli  məktəblərin  yaranmasında 

xidmətləri;  3.15.  İrəvan  Müəllimlər  Seminariyası  və  İrəvan 

gimnaziyasının  fəaliyyətinin  Azərbaycan  təhsilində  rolu; 

3.16.  Dəmiryolu  qulluqçuları  və  fəhlələrinin  uşaqları  üçün 

məktəblərin açılması; 3.17. XIX əsrdə Azərbaycanın məktəb 

təhsili  tarixində  ilk  texniki-peşə  təhsili  müəssisələrinin 

yaradılması;  3.18.  Kişi  və  qadınlar  üçün  bazar  günü 

məktəblərinin  və  axşam  savad  kurslarının  açılması;  3.19. 

XIX  əsr  orta  təhsil  müəssisələrinin  yaradılması;                3.20. 

XIX əsrin ikinci  yarsında  və  XX  əsrin  əvvəllərində  məktəb 

təhsilinin  inkişafında  Həsən  bəy  Zərdabinin  xidmətləri; 

3.21.  İlk  Azərbaycan  qız  məktəbinin  yaradılmasında  Hacı 

Zeynalabdin Tağıyevin xidməti; 3.22. XX əsrin əvvəllərində 

Azərbaycanda  ibtidai  təhsilin  inkişafında  “Nicat”,  “Nəşri-

Maarif”,  “Səadət”  və  “Şəfa”  cəmiyyətinin  rolu;  3.23. 

Azərbaycan  müəllimlərinin  I  (1906)  və  II  (1907) 

qurultayları; 3.24. XX əsrin əvvəllərində Azərbaycanda orta 

məktəblərin  inkişafının  səciyyəvi  xüsusiyyətləri  və  onları 

şərtləndirən amillər.   



Mövzu 4. 

 

Xalq  Cümhuriyyəti  dövründə  Azərbaycanda 



təhsil 

4.1. Milli hökumətin maarifin məzmun və struktur cəhətdən 

müstəqil dövlətçilik ənənələrinə uyğun yenidən qurulmasını 

hədəfləyən 

siyasətinin 

reallaşdırdığı 

təxirəsalınmaz 

tədbirlərin  və  islahatların  əsas  istiqamətləri;  4.1.1. 

Azərbaycanda  fəaliyyət  göstərən  maarif  müəssisələrinin, 



 

19 


təhsil  ocaqlarının  qisa  müddətdə,  istisnasız  olaraq 

milliləşdirilməsi;  4.1.2.  Ölkədə  tədrisin,  əsasən,  dövlət 

dilində  -  Azərbaycan  türkcəsində  aparılmasına  nail 

olunması;  təlim    müvəqqəti  olaraq  başqa  dillərdə  olan 

məktəblərdə  dövlət  dilinin  məcburi  və  intensiv  şəkildə 

tədrisinin  təmin  edilməsi;  4.1.3.  Tezliklə  hamılıqla  ümumi 

icbari təhsilə keçilməsi; 4.1.4. Milli azadlığın, milli istiqlalın 

milli  maarif  və  təhsilin  ahəngdar  inkişafının  təməl  prinsipi 

olması  ideyasının  təhsil  quruculuğu  prosesində  dönmədən 

həyata  keçirilməsi;  4.1.5.  Təhsil  sahəsində  islahatlar 

aparmaq  üçün  xüsusi  hökumət  komissiyasının,  o  cümlədən 

təhsilin  məzmunu,  proqram  və  dərsliklərin  hazırlanması 

üzrə  komissiyaların  təsis  edilməsi;  4.1.6.  Milli  məktəbin  

tərəqqisini təmin etmək məqsədilə milli müəllim kadrlarının 

yetişdirilməsi  üçün  yeni  kişi  və  qadın  müəllim 

seminariyalarının  yaradılması;  bununla  yanaşı,  ilkin  olaraq 

müəllim    hazırlayan  qısamüddətli  pedaqoji  kursların 

açılması;  ilkin  zəruri  ehtiyacı  ödəmək  üçün  Türkiyədən 

müəllimlərin  dəvət  olunması  və  dərsliklərin  gətirilməsi; 

4.1.7.  Təhsilin  məzmunu  sahəsində  islahatların  aparılması, 

yeni  proqram  və  dərsliklərin  hazırlanması  və  nəşri,  təhsilin 

məzmununda 

milli-mənəvi 

dəyərlərə-türkçülük, 



azərbaycançılıq,islamçılıq 

və  avropaçılıq  dəyərlərinə 

üstünlük    verilməsi;  4.1.8.  Təhsil,  maarif  işçiləri  üçün 

pedaqoji  mətbuat  orqanlarının,  məktəblər  üçün  uşaq 

ədəbiyyatı  üzrə  jurnalların  təsis  edilməsi  və  nəşrinn  təşkil 

olunması;  4.1.9.  Ölkəmizin  idarə  olunması  və  iqtisadi 

müstəqilliyinin  təmin  olunması  üçün  milli  mütəxəssislərin 

hazırlanması; bu məqsədlə: ölkədə ali və orta ixtisas təhsili 

məktəbləri  şəbəkəsinin  qurulması  və  xarici  ölkələrdəki 

tanınmış  ali  məktəblərdə  azərbaycanlı  gənclərin  təhsil 

almalarına  şərait  yaradılması;  4.1.10.  Ölkənin  tarixini, 

mədəniyyətini, etnoqrafiyasını, ədəbiyyatını öyrənmək üçün 

elmi müəssisələrin, elmi cəmiyyətlərin, universitetlərin təsis 




Yüklə 369,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə