Firidun bəy Köçərli



Yüklə 288 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix18.06.2018
ölçüsü288 Kb.
#49509
1   ...   8   9   10   11   12   13   14   15   16

Yoxuşun  başına qalmışdı  əndək, 
Yeriyə bilməyib  lap durdu eşşək. 
Dedilər: qoymarıq  burda qalsın xər, 
Aparsaq, bir böyük məbləğə dəyər. 
Onu da qoydular dəvə üstünə, 
Uçurumaşağı  sürdülər yenə.
Qatlayıb boynunu  dedi:"Ey həmdəm! 
Mənə səndən yetdi  bu zülmi-sitəm. 
Nəsihət eylədim, annadın  qərəz. 
Dedi: tərkü-adət mucibi-mərəz1. 
Dedim  ki, anqırma, qalxdın  həvayə, 
Nahaq yerə saldın  bizi  bəlayə,
Əlavə, yükünü aparmadın sən,
Barkeş deyildim sənə, qoduq, mən!
O da  hələ qalsın, quru  boş özün 
Yol  ilə getməyə nə idi sözün?
İndi  ki, quyruğun  basdın ilanın,
Canı çıxsın gərək altda qalanın. 
Mənim də  könlümə düşübdü tazə 
Tərənnümə gəlib duram canbazə,
Bir zaman təvəkkül təala deyim, 
Qulağımı qırpıb bir az lökləyim".
Dedi: "Ey sərxeyli-külli-heyvanat! 
Eyləmə bu  işi  heyhat, heyhat! 
Məsəli-məşhurdur -  kiçikdən xəta 
Baş verib həmişə, böyükdən əta".
Adəti tərgitmək mərəz törədər.


Dolmuşdu dəvənin qəlbi  kin  ilə.
Var idi  kədəri ol  bidin  ilə 
Lökləməyin  binasını qoyan tək,
İp, imlıq qırılıb, uçqundu eşşək, 
Dəyib dağa, daşa dağıldı dər-dəm, 
Gərək ibrət edə  bu  işdən adəm. 
Böyüklər pəndinə baxmaya  hər kəs,
O kəsdən  bilmərrə əlaqəni  kəs.
Guş etməsən,  nasehlərin sözünə, 
Toxunur aqibət bəla özünə.
Bir dəxi danışsa  hər kim  bihəngam 
Başı qilü-qaldan qurtarmaz müdam. 
Var isə kəmalın, söyləmə əfzun,
Bu səbəblə yarar tökülsə dəva". 
Kəklik səsin çıxarmasa, mən zamın, 
Onu tuta  bilməz dağlarda  laçın".
M ə s ə I:
Bablı1 babın tapmasa, işi ah-vay ilə keçər.
1 B a  b  1
1
 — tay


ARILAR BARƏSINDƏ
Altı  min  ləşkərim  altı  sarayda,
Hər birisi gedər onun Sərkarə1.
Sirrini  bilmək olmaz -  elmi-qeybdir, 
Hər birisi gedər onun  Sərkarə.
"Gün zəban"gülləri tutubdur dəstə, 
Çəkibdir şanların  bir-biri üstə.
Allahın  heyvanı sən şirə istə,
Hər birisi gedər onun Sərkarə.
İxlas ilə qulluq edərlər xanə,
Yasavul  düzülüb mərd-mərdanə, 
Çəkibdir şanların tamam çar xanə, 
Hər birisi gedər onun Sərkarə.
*  *  *
Arı yenə qaşqabağın aldırıb,
Mövlam şirə verib çox damağlandırıb 
Səndən  bilirəm yaxşı dolanıb,
Əfəndi arını  mən yaxşı gördüm.
Ərzə gedən  müdam tapar xanəni, 
Mömin tapır, əlbəttə, sübhani. 
Ağardıban yaxşı çəkir şanəni,
Əfəndi arını  mən yaxşı gördüm...
Bir çən gəlib Əlpavutun dağına,
1 S ə  r k a  r -  Şamaxıda yer adıdır.


$
Dolanırdı  həm sağına-soluna,
Arı gedərYeddi  künbəd dağına, 
Əfəndi arını  mən yaxşı gördüm. 
Yaxşı olur Mədrəsənin  bağları,
Bar götürür çün onun  budaqları, 
Ayılıbən qızğın çəkər şanları, 
Əfəndi arını mən yaxşı gördüm. 
Mən  babayam, çağıraram yaTanrı, 
Açılıbdır qızılgülün  nübarı, 
Nəqşkar otağı  mötəbər şanı,
Hər birisi gedər onun Sərkarə.
M ə s ə 11 ə r:
Bal tutan  barmaq yalar.
Nə balın  istəyirəm, nə bəlasın. 
Bal yedin, bəlayə düşdün.
mm
124


TÜLKÜ VƏ ŞİR
Əyyami-sabiqdən edim  hekayət, 
Müstəme olanlar aparsın  ləzzət.
Çin  bəhrində  bir cəzirə var idi, 
Ziyadə basəfə ələfzar idi.
Tən edərdi  ol  behişti-bərinə. 
Aləmdə yox idi ona qərinə.
Tutmuşdu  həşərat ol  mülkü vətən, 
Türfə canəvərlər salmışdı  məskən.
Təqdiri-qəzadan  bir şir, ittifaq.
Gözəl sərzəmini eylədi yataq.
Sair heyvanata tən oldu  məaş, 
İçlərinə düşdü aşübü  şərxaş.
Gündə üçün, dördün  qovub tutardı, 
Yeyib, gəlib öz yerində yatardı.
Yığılıb bir yerə oldu fərahəm, 
Cəzirədə nə var isə bişü-kəm.
Binayi-məşvərət etdilər ağaz,
Axırda tutdular bu sözü  mümtaz:


"Bizdə yox onunla qüdrəti-cədəl, 
Ya gərəkdir çəkək bu vətəndən əl.
Ya qoyaq onunla  binayi-saziş, 
Dolanıb arxayın, edək güzariş.
Pərişan olmasın, bari, sağımız, 
Yüyürməkdən saf əridi yağımız".
Çox keçdi arada dəlil, dəlail, 
Küllühüm  bu əmrə oldular qail.
Tülküyə dedilər:"Ey yari-pürfən!
Bu təklifi  bizdən qəbul eylə sən.
Çünki onlar ilə başdan, binadan, 
Birevli  kimisiz ata-babadan.
Düşəndə eylərlər sizə məsləhət, 
Xahi aşikar, xahi də xəlvət.
Dur, bu gün varid ol  hüzuri-şirə, 
Rəhmin gəlsin  binəvayə, fəqirə.
De ki, ey sərhəngi-külli-dirrəndə! 
İnsafü  mürüvvət yoxdurmu səndə?
Güzarın düşübdür bizim vətənə, 
Canisarıq  hamı, haq  bilir, sənə.


Var xəlfəyə təəllüqü  Bağdadın, 
Neçin yamanlıqla çəkilsin adın?
Sülhü səlah  ilə düzələ bir kar,
Bu qəhrü  qəzəbin  nə surəti var?
Kimdir səndən  müzayiqə edə can, 
Keç bu  mərhələdən aman, ələman!
Nə layiqdir sənin  kimi sərvərə,
Bais ola  belə nahaq  işlərə;
Yol  kəsə dəmbədəm  həramilərtək, 
Vura, tuta, yıxa  müxlisin görcək.
Şah istəsə olsun  rəiyyət abad, 
Gərək ola aralıqda qərardad.
Sən ağa, biz sənə bəndeyi-fərman, 
Zilli-himayətdə qoy gəzək hər yan.
Dəhyeki-divanə nədir sözümüz,
Bu yolları yaxşı  billik özümüz.
İtaət etməsə malikə  məmluk, 
Olmaz aralıqda təriqi-süluk.
Gündə bir çarpa eylərik irsal, 
Yeyərsən, yatarsan, bicürmü vəbal".


Küftü şeno ta  ki, yetdi  payanə!
Görün tülkü  nə gətirdi  bəhanə!
Dedi:"Əsirgəməm  bir qaşıq qanı,
Bəli, laf vuranlar gen gündə, hanı?
Xirsi-qəviheykəl, xuki-pirğürur, 
Gürgi-şikarəfkən. Çəqqali-məğrur.
Yaxşı gündə mənəm-mənəm deyənlər, 
Ovu göydə alıb, göydə yeyənlər.
Seyid edən zamanda salmazlar yada, 
Deməzlər bir parça verək ona da.
Yaman gündə tamam  durub kənara, 
İstər bir fənn  ilə özün qurtara.
Məni qətlgahə eylərlər rəvan,
Mən  rubahi-aciz, o şiri-jəyan.
Əgər bir pəncəsin vursa sərimə, 
Xurd-xurd olub, tamam dollam dərimə.
Dinəndə deyərsiz əhli-tədbirik, 
Məsəldir: güclüyə nə duz,  nə çörək?!
Göndərin  laəqəl  mərdi-hünərvər, 
Yetirsin ərziniz, gətirsin xəbər".

128


Yüklə 288 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə