FiRİdun bəy köÇƏRLİ



Yüklə 0,55 Mb.

səhifə1/18
tarix02.06.2018
ölçüsü0,55 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   18


FĠRĠDUN BƏY KÖÇƏRLĠ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BALALARA HƏDĠYYƏ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

GƏNCLĠK. BAKI. 1987 

 

 

 

 



 



 



 

 

 

 

 

 

 

 

 

Firidun bəy Köçərli 

Balalara hədiyyə. B.:--------, 2012.- 75səh. 



 

Azərbaycan xalqının böyük maarifpərvər oğlu F.Köçərli geniş xalq kütlələrinin 

savadlanması yolunda çox iş görmüşdür. 1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabı da 

belə ali məqsəd daşıyırdı. 

“Balalara hədiyyə” kitabında müəllif ən çox şifahi xalq ədəbiyyatı nümunələrinə diqqət 

yetirir. 

Kitabda uşaqların çox sevdiyi “Göyçək Fatmanın nağılı”, “Pıspısa xanım və Siçan bəy” 

kimi məşhur xalq nağılları, sayaçı sözlər və duzgülər

 vardır. 

 

 

Gənclik 1985 

Gənclik 1987 

-------- 2012 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 



 



MÜHƏRRĠRĠN, ĠFADEYĠ-MƏRAMI 

 

Kiçik ixtisarla 

 

 

Keçmişdə  şan  və  qüvvət  sahibi  olan  türk  (azərbaycanlı-red.)  milləti  öz 



məişətinə,  ayin  və  adətinə  dair  yaratdığı  qısım-qısım  nağıl  və  hekayələr  gözəl 

mənzumə və əbyatlar, hikmətamiz məsəllər, atalar sözləri, nazik mənalı müəmma 

və  tapmacalar,  balalar  qəlbi  açan  düzgülər  və  yanıltmaclar,  heyvanat  qisminə 

məxsus sayaça sözləri mürur ilə xatirələrdən çıxıbdır və bu halda unudulmaqdadır. 

O  millət  ki,  öz  tarixini,  dolanacağını,  Vətənini  və  dilini  sevir  –  bu  qism  əsərləri 

kəmali şövq və diqqətlə cəm edib ziqiymət sərmayə kimi saxlayır və balalarının ilk 

təlim və tərbiyəsi onları öyrətməklə başlayır. 

 

Balalara hədiyyə olaraq millətimizin yaratdığı nağıl və hekayələrdən, məsəl 



və  tapmacalardan  və  bir  çox  mənzumələrdən  bu  məcmuəni  tərtib  qıldıq ki,  onlar 

unudulub xatirələrdən çıxmasın. 

 

Məcmuəyə  daxil  olan  ancaq  “Tülkü  və  üzüm”  təmsili  ruscadan  tərcümə 



olunubdur.  Mütərcim  Eynəlibəy  Sultanov  öz  dilimizin  şivəsini  itirməyibdir. 

Möhtərəm  şairimiz  Abbasağa  Nazirin  və  mərhum  Mustafa  ağa  Arifin  və 

Mehdiqulu  xan  Vəfanın  bir  neçə  əsərləri  dəxi  məcmuədə  dərc  olunubdur  ki, 

onların  məna  cəhətcə  balaların  ruhuna  gözəl  təsiri  ola  bilər.  Qasım  bəy  Zakirin 

təmsilat  mənzuməsi  millətimizin  məişətindən  götürülmüş  və  onun  dili  ilə 

söylənmiş əsərlərdir... 

 

Zənnimizcə  bu  məcmuəni  hər  kəs  oxusa  –  böyük,  ya  kiçik  –  onun  qəlbi 



açılıb  xəndan  olacaqdır.  Balalar  şad  olacaq  bu  səbəbə  ki,  onda  dərc  olunan 

əsərlərin  cümləsi  onların  dünyasındadır.  Böyük  adamların  ürəklərinin  açılmağına 

səbəb  bu  olacaqdır  ki,  onlar  mütaliə  əsanasında  öz  uşaqlıq  vaxtlarını  ixtiyarsız 

xatırlarına götürəcəklər. Bu isə, yəni qəlbi şad etmək, özlüyündə bir xidmətdir. 

 

F.Köçərli  

 

 

 

 

 

 

 

 

 

 

 

 



 



ĠT VƏ PĠġĠK 



 

Ġt dedi: 

-

 



Mən heç qocalmazdım, amma məni pişiyin dərdi qocaltdı. 

Dedilər: 

-

 

Niyə bəs? 



Dedi: 

-

 



Çöllərdə  qalıb,  dalını  ayaza  verən  mən  oluram,  gecələr  sabaha  kimi 

yatmayan,  evi-eşiyi  qoruyan  mən  oluram,  amma  elə  ki,  istəyirəm  başımı 

qapıdan  içəri  uzadam,  bu  pişikciyəz  əlini  uzadıb  üzümü-gözümü 

cırmaqlayır. 

 

M ə s ə l l ə r: 

 

İt it ilə dalaşdı yolçunun işi avanda düşdü. 

İtin axmağı qaysabadan

1

 pay umar. 



İtin ayağını köçdən kim əsirgər. 

İt hürər, karvan keçər. 

 

 

T a p m a c a l a r: 



 

1.Atdan uca, itdən alçaq. 

2. Bizdə bir kişi var, 

 

Xor-xor yatışı var. 



 

ÜZLÜ QONAQ VƏ EV YĠYƏSĠ 

 

E v   y i y ə s i: 

Pişiyim, pişiyim muyuna, 



Çıxma dovşan ovuna. 

Qonaq bu gün burdadır,  

Sabah gedir evinə. 

 

Q o n a q:   



Pişiyim, pişiyim sərasər, 

Eşiyə çıxma yel əsər. 

Qonaq bu il burdadır 

Gələn il də sərasər. 

 

M ə s ə l l ə r: 



 

Qonaq güclü olsa, ev yiyəsini evdən qovar. Qonağa get deməzlər, altından 

palazını çəkərlər. Qonağın ruzusu özündən qabaq gələr. Qonaq qonağı sevməz,  

     ev yiyəsi heç birini. 

______________ 

1.

 



Q a y s a b a – xörək növü 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə